Bu gün: 19 Sentyabr 2017, Çərşənbə axşamı
ADPU-nun Kimya və Biologiya fakültəsinin «Zoologiya» kafedrası
ADPU-nun Kimya və Biologiya fakültəsinin «Zoologiya» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Stuktur
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

Telefon: (99412) 498 07 35

Əməkdaşlar

Bəhlul İsfəndiyar oğlu Ağayev
(kaf.m., prof., f.e.d.)
Elionora Cahangir qızı Mehdiyeva
(dos., b.f.d.)
Lalə Məlik qızı Məhərrəmova
(dos., b.f.d.)
Alı Zəfər oğlu Namazov
(dos., b.f.d.)
İsmayıl Cəmşid oğlu Namazov
(dos., b.f.d.)
Zülfiyyə Ağarəhim qızı Zeynalova
(dos., b.f.d.)
Amaliya Murad qızı Həsənova
(dos., b.f.d.)
Yavər Məmməd oğlu Məmmədov
(dos., b.f.d.)
Qaçay Köçəri oğlu İsmayılov
(dos., b.f.d.)
Nərmin Süleyman qızı Əlibəyli
(b/lab.)
     
Pərvin Məmməd qızı Qafarova
(m.)
Zərifə Rəsul qızı İsmayılova
(m.)
     

 

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zoologiya kafedrası 1930-cu ildə yaradılmış və onun müdiri vəzifəsinə professor T.Ə.Rzabəyli təyin olunmuşdur. Kafedraya 1932-1936 –cı illərdə S.Y.Veysiq rəhbərlik etmişdir.

1937-1977-ci illərdə kafedraya görkəmli alim, əməkdar elmi xadimi, biologiya elmləri doktoru, professor Z.M.Şaxtaxtinskaya rəhbərlik etmişdir.

1977-1993-cü illərdə kafedraya biologiya elmləri doktoru, professor S.Y.Əliyev rəhbərlik etmişdir.

Kafedaya 1993-cü ildən professor B.İ.Ağayev rəhbərlik edir.

Kafedranın inkişafında prof. Z.M.Şaxtaxtinskaya, prof. S.Y.Əliyev, dos. Z.P.Dadaşova, S.M.Hüseynova, R.C.Sadıxov və başqalarının səmərəli xidmətləri olmuşdur.

Strukturu

Kafedranın nəzdində 2 laboratoriya və zooloji muzey fəaliyyət göstərir:

Onurğasız heyvanlar laboratoriyası

Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  1. Optik cihazlar, onların quruluşu və istifadə qaydaları
  2. Adi amöbün quruluşu və sarkodinlərin digər nümayəndələri
  3. Yaşıl evqlenanın quruluşu.  Koloniya halında yaşayan və parazit qamçılılar
  4. Qreqarinlər sinfi. Eimeria magna koksidisinin quruluşu
  5. Qansporlular dəstəsi. Malyariya paraziti
  6. Adi tərliyin quruluşu və çoxalması
  7. Süngərlərin quruluş tipləri
  8. Şirinsu hidrasının quruluşu
  9. Aureliya meduzasının quruluşu
  10. Adi aktiniyanın quruluşu
  11. Süd planarisinin quruluşu
  12. Qaraciyər sorucusunun quruluşu və çoxalması
  13. Qurbağa çoxağızlısının quruluşu və çoxalması
  14. Öküz və donuz teniyasının quruluşu və çoxalması
  15. Lentşəkilli qurdların digər nümayəndələri
  16. İnsan askaridinin quruluşu və çoxalması
  17. Nereisin quruluşu və çoxalması
  18. Yağış qurdunun quruluşu və çoxalması
  19. Tibb zəlisinin quruluşu və çoxalması
  20. Tənək ilbizinin quruluşu və çoxalması
  21. Dişsiz midiyanın quruluşu və çoxalması
  22. Sepiyanın quruluşu və çoxalması
  23. Çay xərçənginin quruluşu və çoxalması
  24. Əqrəb və xaçlı hörümçəyin quruluşu və çoxalması
  25. İt gənəsinin quruluşu və çoxalması
  26. Adi sümükcənin quruluşu və çoxalması
  27. Qara tarakanın quruluşu və çoxalması
  28. Həşəratın ağız aparatı, bığcıqları, qanad və ətraflarının quruluşu
  29. Həşəratın inkişafı. Tam və q/tam çevrilmə ilə inkişaf edən həşərat dəstələri
  30. Dəniz ulduzunun quruluşu və çoxalması

Onurğalı heyvanlar laboratoriyası

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Neştərçənin xarici və daxili quruluşu.
  2. Neştərçənin çoxalması və inkişafı
  3. Assidinin quruluşu.
  4. Çay minoqasının xarici quruluşu və skeleti.
  5. Çay minoqasının daxili quruluşu.
  6. Akulanın xarici quruluşu, skeleti və əzələsi.
  7. Akulanın daxili quruluşu.
  8. Xanı balığının xarici quruluşu və skeleti.
  9. Xanı balığının daxili quruluşu.
  10. Balıqların təyin edilməsi
  11. Göl qurbağasının xarici quruluşu və skeleti.
  12. Göl qurbağasının daxili quruluşu.
  13. Amfibilərin təyin edilməsi.
  14. Kərtənkələnin xarici quruluşu və skeleti.
  15. Kərtənkələnin daxili quruluşu
  16. Sürünənlərin təyin edilməsi
  17. Quşların xarici quruluşu və dəri törəməsi
  18. Göyərçinin skeletinin quruluşu və əzələ sistemi.
  19. Göyərçinin həzm sistemi.
  20. Göyərçinin tənəffüs və qan-damar sistemi.
  21. Göyərçinin cinsi – ifrazat və sinir sistemi.
  22. Quş yumurtasının quruluşu
  23. Quşların təyin edilməsi.
  24. Məməlilərin xarici quruluşu və dəri törəməsi
  25. Adadovşanının skeleti və əzələsi
  26. Adadovşanının həzm sistemi
  27. Adadovşanının tənəffüs və qan-damar sistemi.
  28. Adadovşanının cinsi – ifrazat sistemi.
  29. Məməlilərin sinir sistemi və duyğu üzvləri.
  30. Məməlilərin təyin edilməsi.

Zooloji muzey

Statistik göstəricilər

  • 11 nəfər professor-müəllim heyəti
    • 1 nəfər elmlər doktoru, professor,
    • 8 nəfər fəlsəfə doktoru, dosent,
    • 2 nəfər müəllimdən,
  • 1 nəfər tədris köməkçi heyət çalışır.
    • 1 nəfər baş laborant

Elmi fəaliyyət

Zoologiya kafedrasının elmi işinin istiqaməti Azərbaycanda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondunun qorunması və səmərəli istifadəsinin tədqiqindən ibarətdir.

Zoologiya kafedrasının Onurğasızlar zoologiyası üzrə “Parazit xəstəliklərin, törədicilərin faunası, növdaxili dəyişkənliyi, ekologiyası və parazit-sahib sisteminin qarşılıqlı əlaqələri”, Onurğalılar zoologiyası üzrə “Torpaq və su biotoplarında heyvanların növ tərkibi, ekoloji xüsusiyyətləri, təsərrüfat əhəmiyyətli növlərin çoxaldılma texnologiyasının elmi əsaslarının hazırlanması problemi öyrənilir.

Tədris işi

Tədris olunan fənlər:                                                   

Bakalavr pilləsi üzrə

  1. Onurğasızlar zoologiyası
  2. Onurğallar zoologiyası
  3. Biocoğrafiya
    • Biologiya müəllimliyi ixtisası
  4. Genetika, seleksiyanın əsasları ilə
  5. Təkamül təlimi
    • Biologiya müəllimliyi ixtisası
    • Kimya və biologiya müəllimliyi ixtisası
  6. Heyvanların morfologiya və sistematikası
  7. Zoocoğrafiya
    • Coğrafiya müəllimliyi ixtisası

Magistratura

  1. Zoologiyanın müasir problemləri, zoologiyanın tarixi və metodologiyası
    • Onurğasızlar zoologiyası ixtisası
  2. Entomoloji tədqiqat metodları
    • Onurğasızlar zoologiyası ixtisası
  3. Böyük ixtisas təcrübəsi
    • Onurğasızlar zoologiyası ixtisası
  4. Yerli fauna
    • Onurğasızlar zoologiyası ixtisası
  5. Torpaq faunası
    • Onurğasızlar zoologiyası ixtisası
  6. Həşəratların fizioloji əsasları
    • Onurğasızlar zoologiyası ixtisası
  7. Hidrobiologiya
  8. Heyvanların müqayisəli anatomiyası
    • Onurğasızlar zoologiyası ixtisası
  9. SF: Entomologiya
    • Onurğasızlar zoologiyası ixtisası
  10. SF: Kənd təsərrüfatı entomologiyası
    • Onurğasızlar zoologiyası ixtisası
  11. SF: Helmintologiya
    • Onurğasızlar zoologiyası ixtisası
  12. SF: Parazitologiya
    • Onurğasızlar zoologiyası ixtisası
  13. Zoologiyanın müasir problemləri
    • Onurğalılar zoologiyası ixtisası
  14. Zoologiyanın tarixi və metodologiyası
    • Onurğalılar zoologiyası ixtisası
  15. AMMEF (Onurğalı heyvanların sistematikası və onun əsasları)
    •  Onurğalılar zoologiyası ixtisası
  16. Böyük ixtisas təcrübəsi
    •  Onurğalılar zoologiyası ixtisası
  17. İxtiologiya
  18. Herpetologiya
    •  Onurğalılar zoologiyası ixtisası
  19. Teriologiya
    •  Onurğalılar zoologiyası ixtisası
  20. Ornitologiya
    •  Onurğalılar zoologiyası ixtisası
  21. Heyvanların müqayisəli anatomiyası
    • Onurğasızlar zoologiyası ixtisası
  22. SF: Azərbaycan faunası
    • Onurğasızlar zoologiyası ixtisası
  23. SF: Azərbaycanın sənaye əhəmiyyətli balıqları
    • Onurğasızlar zoologiyası ixtisası
  24. SF: Onurğalı heyvanların iqlimləşdirilməsi
    • Onurğasızlar zoologiyası ixtisası
  25. SF: Azərbaycanda onurğalı heyvanların qorunması
    • Onurğalılar zoologiyası ixtisası

Kafedranın professor müəllim heyəti bakalavr pilləsi üzrə biologiya, kimya, coğrafiya fakültəsində Onurğasızlar zoologiyası, Onurğalılar zoologiyası, Genetika, Təkamül təlimi, Heyvanların morfologiya və sistematikası fənləri üzrə yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada TEM-050011 Onurğasızlar zoologiyası, TEM-050012 Onurğalılar zoologiyası ixtisasları üzrə magistr hazırlığı həyata keçirilir.

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmışdır. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Bunlara misal olaraq dərslik, dərs vəsaitləri B.İ.Ağayev, Z.A.Zeynalovanın “Onurğasızlar zoologiyası (2008), “Onurğalılar zoologiyası (2013); B.İ.Ağayev, A.M.Həsənova Heyvanların morfologiya və sistematikası (2012) dərslikləri misal göstərmək olar.

Xarici əlaqələr

Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İtifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə Türkiyə, İran və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birgə elmi tədqiqat işləri aparmışlar. Kafedra əməkdaşlarının əldə etdikləri elmi nəticələr bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Ukraynada, Özbəkistanda, Tacikistanda, Gürcüstanda, Fransada, Almaniyada, Çexiyada, Polşada, Macarıstanda, Bolqarıstanda və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlarda məruzə edilmişdir.

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.006815

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)