Bu gün: 19 Noyabr 2017, Bazar
ADPU-nun Coğrafiya və ÇH fakültəsinin «Ekologiya» kafedrası
ADPU-nun Coğrafiya və ÇH fakültəsinin «Ekologiya» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Stuktur
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: Ənvər Qasımzadə 58

Telefon: (99412) 597 32 55

Faks:

WEB: http://adpu.edu.az/gen/html/azl/fakulte/Cografiya_fakultesi/kafedra/Ekologiya/index.htm

Əməkdaşlar

Yavər Qaçay oğlu Əliyev
(kaf.m., dos., c.f.d.)
Rauf Lütvəli oğlu Sultanov
(prof., b.f.d.)
Şəmsiyyə Əhəd qızı Hüseynova
(b.m., b.f.d.)
Suveyrat Məmmədxan qızı Həsənova
(b.m., b.f.d.)
Şəhla Məmməd qızı Hüseynzadə
(m)
Qənirə Məmməd qızı Bayramova
(m)
Günel Əlimövsüm qızı Məmmədova
(m)
Aynurə Nəriman Qocayeva
(b/lab)
Mehmanə Neymət qızı Cavadova
(b/lab)
Emilya Telman qızı
Hesenova
(b/lab.)

Tarixi

Fakültədə ekologiya ixtisasında təhsil alan tələbələrin bu sahədə yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi və respublikamızda ekoloji kadrlara olan tələbatı ödəmək məqsədilə 2008-ci ildə Ekologiya kafedrası yaradılmışdır. Kafedranın ilk müdiri dos. M.C.Əliyev olmuşdur.

Kafedraya 2011-ci il tarixdən coğrafiya üzrə fəlsəfə doktoru, dos. Yavər Əliyev rəhbərlik edir.

Statistik göstəricilər

  • 7-nəfər professor-müəllim heyəti,
    • 1 -nəfər elmlər doktoru, professor,
    • 1-nəfər fəlsəfə doktoru, dosent,
    • 2-nəfər fəlsəfə doktoru, baş müəllim,
    • 3- nəfər müəllim,
  • 3-nəfər tədris köməkçi heyət çalışır.
    • 3-nəfər böyük laborantdan ibarətdir

Elmi fəaliyyət

Ekologiya kafedrasının bütün əməkdaşları 2 mövzu üzərində elmi tədqiqat işi aparmışlar.

Elmi tədqiqat işlərinin yerinə yetirilməsində kafedranın 1 elmlər doktoru professoru, 1 dosenti, 2 baş müəllimi, 3 müəllimi, 3 baş laborantı və Ümumi coğrafiya kafedrasının 2 dosenti iştirak etmişlər.

Tədqiqat işi ekologiya istiqaməti üzrə  Azərbaycanın ekoloji problemlərinə həsr olunmuşdur. İş iki mövzunu əhatə edir.

Mövzu 1. “Ekologiya elmlər sisteminə daxil olan fənnlərin tədrisi prosesində istifadə olunan ekoloji anlayışların mahiyyəti” mövzusunun bu ilki mərhələsi:“Bitki ekologiyasına fənninin tədrisi prosesində istifadə olunan ekoloji anlayışların mahiyyəti” işinin yerinə yetirilməsində b.e.d., prof. R.L.Sultanov, müəllim Ş.M.Hüseynzadə, müəllim Q.M.Bayramova, müəllim G.Ə.Məmmədova  və b/l A.N.Qocayeva iştirak  etmişlər.

Bitki ekologiyası ekologiya elminin əsasını təşkil edir. Bitki ekologiyası elminin inkişaf dövründə müəyyən ekoloji anlayışlar, təriflər və s. mövcud olmağa başlamışdır. Bu anlayışlar əsasən yer kürəsində yaşayan müxtəlif xalqların dilində eyni mahiyyətdə işləndiyi üçün onun öyrənilməsinin əhəmiyyəti çox böyükdür. Xüsusən bitki ekologiyası elminin öyrənilməsində istifadə olunan anlayışları bilmədən onu elmi səviyyədə mənimsəmək qeyri mümkündür.

Bitki ekologiyası bitki orqanizmlərilə onu əhatə edən üzvi və qeyri üzvi aləmlə olan qarşılıqlı münasibətlər haqqında elmdir. İnsan bioloji varlıq kimi həmişə bitkilərlə qarşılıqlı əlaqədədir. Ona görə də müasir ekologiyanı bitki ekologiyasız təsəvvür etmək qeyri mümkündür.

Təqdim olunmuş “Bitki ekologiyası” fənninin tədrisində istifadə olunan ekoloji anlayışların mahiyyəti adlı tədqiqat işi öz aktuallığı ilə seçilir.

Bitki ekologiyası fənnində istifadə olunan anlayışların mahiyyəti haqqında tədqiqat işi tədris olunan mövzuların planına, məqsəd və vəzifələrinə uyğun şəkildə tərtib olunmuşdur. Respublikamızda bu istiqamətdə ilk dəfə olaraq tərtib olunmuş metodik vəsaitdə anlayışların mahiyyəti inteqrativ əsaslara uyğun şəkildə açıqlanmışdır. Təqdim olunmuş tədqiqat işi bitki ekologiyasında istifadə olunan və beynəlxalq miqyasda qəbul olunan anlayışların mahiyyəti açıqlanır. Burada verilmiş anlayışların mahiyyəti respublikamızda qəbul edilmiş tərzdə olduğu kimi verilmişdir. Anlayışlar səlist dildə, asan mənimsənilən ifadələrlə düzgün və aydın şəkildə yazılmışdır. Anlayışların izahlı lüğəti tələb olunan ardıcıllıqla və sistemə uyğun tərtib olunmuşdur.

Mövzu 2. “Azərbaycanın bəzi regionlarının bitki və torpaq örtüyünün ekoloji problemləri”  mövzusunun hesabat ilindəki mərhələsi “Böyük Qafqazın dağ landşaftlarının differensiasiyası, meşələrin müasir vəziyyəti.”  işinin yerinə yetirilməsində  əməkdaşlardan dos F.A.Həsənli, dos.H.H.Əsgərova, b./m. Ş.Ə.Hüseynova və b./m. S.M.Həsənova , b/l E.T. Həsənova iştirak etmişlər.

Azərbaycan dağ meşələrinin differensiasiyası bütövlükdə şaquli zonallıq coğrafi qanunauyğunluğa tabedir. Respublikamızın meşələri dəniz səviyyəsindən başlayaraq 2600 m yüksəkliyə qədər yayılma imkanlarına malikdir. Böyük Qafqazın cənub yamaclarında meşələrin aşağı sərhəddinin daha alçaqdan (500m) keçməsi Kiçik Qafqaza nisbətən daha rütubətli olması ilə əlaqədardır. Cənub-qərb istiqamətində meşələrin məhsuldarlığının azalması yağıntıların miqdarının aşağı düşməsi ilə bağlıdır. Lənkəran zonasında meşələrin dəniz səviyyəsindən başlaması Kiçik və Böyük Qafqazla müqayisədə yağıntıların miqdarının yüksək olması, yuxarı sərhəddinin isə daha aşağıdan keçməsi coğrafi qanunauyğunluğunun pozularaq illik yağıntının yüksəklik istiqamətində azalması ilə bağlıdır. Beş aydan yuxarı vegetasiya dövrünə və 5 ◦C yuxarı temperaturun 245 gündən artıq təşkil etməsi, həmçinin yağıntıların 500 mm ötməsi fistıq, palıd, vələs meşələrinin inkişafı üçün optimal şərait yaradır. Zəif turş və turş torpaqlar fistıq meşələrinin inkişafı üçün əlverişli mühit sayılmalıdır. Azərbaycanda daha geniş yayılmış palıd cinsləri İberiya palıdı, Şərq palıdıdır. Şabalıdyarpaq palıd isə üçüncü dövrün relikt bitki olmaqla Böyük Qafqaz dağlarında geniş yayılmışdır. Lakin burada da antropogen qüvvələrin təsirindən şabalıdyarpaq palıd tədricən başqa ağac və kol cinsləri ilə əvəz olunur. Hazırkı vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Respublikamızın quraq zonalarında inkişaf etmiş əsas arid meşə ağacları: Kəskiniyli ardıc(qara arçan), ağ ardıc, qırmızı ardıc, qazax ardıcı və s. növlərdir. Ardıcın əvvəllər daha geniş ərazilərdə yayılması onlar hazırda Abşeron və Qobustanda rast gəlinən ağaclarla izah oluna bilər. Böyük və Kiçik Qafqazın quraq sahələrində, azda olsa Abşeronda yayılmış ardıc meşələrinin tədricən sıradan çıxması nəzərə alınaraq onların qorunması istiqamətində müəyyən tədbirlər görülməsi tələb olunur. Təbii vətəni Azərbaycan olan Eldar şamı üçüncü dövrün yadigarı olub respublikamızın quraq ərazilərində meşəsalmada müəyyən əhəmiyyət kəsb edir. Bu ağac cinsi Abşeron, Gəncə və digər şəhərlərdə yaşıllaşdırma işlərində geniş istifadə üçün ən əlverişli ağac sayılmalıdır. Azərbaycanın dağlıq ərazilərində yayılmış qonur dağ-meşə və qəhvəyi dağ meşə torpaqlarının fiziki-kimyəvi tərkibi dağ meşələrinin inkişafı üçün optimal şərait yaradır. Hazırda bu və ya digər dərəcədə antropogen qüvvələrin təsirindən seyrəlməyə məruz qalmış ərazilərdə süni meşə salma tədbirləri həyata keçirilməlidir.

Mövzular üzrə işləyən  kafedra  əməkdaşlarının  hesabat ilində  aşağıdakı elmi əsərləri çap olunmuşdur.

  • dos.Y.Q.Əliyevin Azərbaycan Coğrafiya cəmiyyətinin konfrans materiallarında 2, ADPU-nun Xəbərlərində isə 1 elmi məqaləsi çap olunmuşdur. Bundan başqa Y.Q.Əliyevin 2 proqramı çap olunmuşdur.
  • Y.Q.Əliyev Təhsil nazirinin müvafiq əmrilə 2013-cü ildə Gəncə Dövlət Universitetində Coğrafiya və Ekologiya ixtisasları üzrə kurs buraxılış imtahan komissiyasının  sədri olmuşdur.
  • Kafedranın professoru R.Sultanovun cari ildə 5 proqramı, 4 elmi məqaləsi, orta məktəb üçün 2 dərsliyi çap olunmuşdur. 2013-cü ildə 12 tələbəyə TEC xətti ilə rəhbərlik etmiş və konfrans materiallarında məqalələr çap olunmuşdur.
  • B/m. Süveyrat  Həsənovanın cari ildə 1 dərsliyi, 3 proqramı, 2 elmi məqaləsi çap olunmuşdur.
  • B/müəllim  Şəmsiyyə Hüseynovanın isə 1 proqramı, 1 məqaləsi çapdadır. Kafedranın müəllimlərindən Şəhla Hüseynzadənin 1 elmi məqaləsi, Qənirə Bayramovanın və Günel Məmmədovanın isə hərəsinin 1 elmi məqaləsi çap olunmuşdur.

Ümumi coğrafiya kafedrasının dosentləri Fərrux Həsənlinin hesabat ilində TEC xətti ilə 10 tələbəyə rəhbərlik etmişdir, 3 proqram, 2 elmi məqaləsi çap olunmuşdur, dos. Hafizə Əsgərovanın isə 1 proqram 1 elmi məqaləsi çap olunmuşdur.

Kafedranın əməkdaşlarından prof. R.Sultanov, dos. Y.Q.Əliyev, b/m S.Həsənova respublika və beynəlxalq elmi konfranslarda iştirak etmişlər.
Y.Q.Əliyev Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Müdafiə şurasında 1 nəfər dissertanta rəsmi opponent olmuşdur.

Prof. R.L.Sultanovun 2013-cü ildə 1 doktorantı fəlsəfə doktoranta rəsmi opponentlik etmişdir.

Kafedra üzrə  aspirant və magistr yoxdur. Kafedra əməkdaşlarından R.L.Sultanov 12, dos. Y.Q.Əliyev 3, dos. H.H.Əsgərova 3 tələbəyə  TEC xətti ilə rəhbərlik etmişlər. 
Elmi seminarda 1 mövzu dinlənilmişdir. Kafedra əməkdaşlarından prof. R.Sultanov, dos.Y.Əliyev, b/m. Ş.Hüseynova və b/m. S.Həsənova respublikanın və universitetin tədbirlərində, ictimai, siyasi və elmi həyatında fəal iştirak edirlər.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi

  1. Tətbiqi ekologiya
    • Ekologiya ixtisası
  2. Sənaye və məişət tulantılarının təkrar emalı
    • Ekologiya ixtisası
  3. Orpaqların ekologiyası
    • Ekologiya ixtisası
  4. Azərbaycanın  ekoloji vəziyyəti və problemləri
    • Ekologiya ixtisası
  5. Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi
    • Ekologiya ixtisası
  6. Ekoloji ekspertiza və layələndirmənin sasları
    • Ekologiya ixtisası
  7. Geoekologiya
    • Ekologiya ixtisası
  8. Təbiətdən istifadənin hüquqi əsasları
    • Ekologiya ixtisası
  9. Mikroorqanizmlərin ekologiyası
    • Ekologiya ixtisası
  10. Sənayə istehsalının əsasları
    • Ekologiya ixtisası
  11. Ekoloji standart və sertifikatlaşma
    • Ekologiya ixtisası
  12. Radioaktiv çirklənmələr və onların ölçülməsi
    • Ekologiya ixtisası
  13. Əhali və sosial ekologiya
    • Ekologiya ixtisası
  14. Ekoloji genetika
    • Ekologiya ixtisası
  15. İnsan ekologiyası
    • Ekologiya ixtisası
  16. Təbiəti mühafizə
  17. Ekologiya və təbii  sərvətlərdən səmərəli istifadə
  18. SF:Azərbaycanın xüsusi mühafizə olunan əraziləri
    • Ekologiya ixtisası
  19. SF:Torpaq kadastrı və ekoloji qiymətləndirmə
    • Ekologiya ixtisası
  20. SF:Ekoloji monitorrinq
    • Ekologiya ixtisası
  21. SF:Bitkilərin və heyvanların ekologiyası
    • Ekologiya ixtisası

Magistratura pilləsi üzrə

  1. Onurğalı heyvanların ekologiyası
    • Biologiya ixtisası
  2. Azərbaycan landşaftının ekoloji problemləri
    • Landşaftşünaslıq ixtisası
  3. Xəzər dənizinin ekoloji problemləri
    • Landşaftşünaslıq ixtisası

Xarici əlaqələr

 

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.014373

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)