Bu gün: 19 Noyabr 2017, Bazar
ADPU-nun Tarix və Coğrafiya fakültəsinin «Ümumi coğrafiya» kafedrası
ADPU-nun Tarix və Coğrafiya fakültəsinin «Ümumi coğrafiya» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Stuktur
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan:AZ 1072, Bakı şəh., Nərimanov rayonu, Həsən Əliyev 104

Telefon:+994124654186

Faks:

WEB: http://adpu.edu.az/gen/html/azl/fakulte/Cografiya_fakultesi/kafedra/Umumi_cografiya/index.htm

E-mail:umumicografiya@mail.ru

Əməkdaşlar

Məhəmməd Abdu oğlu Abduyev
(kaf/m., c.e.d.)
Mətanət Mahmud qızı Əsgərova
(dos., k/t.f.d.)
Nurəddin Dostuməli oğlu Uluxanlı
(dos., c.f.d.)
Yavər Qaçay oğlu Əliyev
(dos., c.f.d)
Nərminə Səttar qızı Süleymanova
(dos., c.f.d)
Hafizə Hüseyn qızı Əsgərova
(dos., c.f.d)
Adişirin Pənah oğlu Məmmədov
(dos., c.f.d)
Əkbər Baxış oğlu İmaməliyev
(dos., c.f.d)
Alı Heydər oğlu Əliyev
(Dos. c.f.d.)
Süveyrat Məmmədxan qızı Həsənova
(dos., b.f.d.)
Zülfiyyə Məhərrəm qızı Kərimova
(dos.p.ü.f.d)
Telman Cəlil oğlu Həbibov
(b/m.)
Şəhla Məmməd qızı Hüseynzadə
(müəl.)
İlhamə Əhməd qızı Qəribova
(müəl.)
Ramin Zaman oğlu Əzizov
(müəl.)
Cahan Sirac qızı Məmmədova
(müəl.)
Zakir Zaid oğlu Ramazanlı
(müəl.)
Qənirə Qarakişi qızı Cabbarova
(lab./m.)
Rəna Hüseynəli qızı İsgəndərova
(lab./m.)
Aygün Əziz qızı Kərimova
(b./lab.)
     
Mehmanə Neymət qızı Sadıqova
(b./lab.)
Nizami Seyid oğlu Seyidov
(b./lab.)
     

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetində ümumi coğrafiya kafedrası  1934-cü ilin may ayında təşkil olunmuşdur. Bu dövrdə kafedrada akademik  A.N.Cavaxişvili, “Fiziki coğrafiya kursu”, “Zaqafqaziyanın fiziki coğrafiyası” kitablarının müəllifi prof. A.F.Lyayster, ADPİ-də 1926-cı ildən coğrafiya müəllimi işləmiş tələbələr üçün rusca - azərbaycanca coğrafiya lügətinin müəllifi Q.L.Xalfen, prof.M.M.Əliyev və digər tanınmış alim-pedaqoqlar çalışmışlar.

1939-cu ildə kafedra “İqtisadi coğrafiya” və “Fiziki coğrafiya” kafedralarına bölünmüşdür. 1966-cı ildə ADPİ-da coğrafiya ixtisasının bərpa olunması ilə əlaqədar yenidən coğrafiya kafedrası təşkil edilir və 1970-ci ildə  “Fiziki coğrafiya” və “İqtisadi coğrafiya və coğrafiyanıən tədrisi metodikası” kafedralarına parçalanır.

1974-cü ildə Ümumi coğrafiya kafedrası öz fəaliyyətini yenidən davam etdirir, fiziki – coğrafiya kafedrası ümumi coğrafiya və fiziki coğrafiya kafedralarına bölünür. Yenidən bərpa olunan ümumi coğrafiya kafedrasına coğrafiya elmləri namizədi, dosent P.S. Mirzəyev rəhbərlik edir. Həmin dövrdə kafedranın 21 əməkdaşı olmuşdur: dosentlər P.S.Mirzəyev, O.U.Osmanov, M.N.Rəcəbov, Ə.H.Hüseynov, Z.Əfəndiyev, O.M.Rzayev,  baş müəllimlər  X.Ə.Vəliyev, S.B.Məmmədov, A.M.Hüseynov, O.M.Bəşirov, A.İ.Əzizbəyova, T.Xəlilova, müəllimlər H.M.Qəniyeva, A.Z.İsmayılova, S.Mirmahmudova, M.B.Rəsulova, lab/müdiri İ.Karpinskaya, b/l L.M.Əsgərova, b/l B.Rəhimova, b/l M.C.Əliyev.

Kafedrada meteorologiya və iqlimşünaslıq üzrə aparılan tədqiqat işlərində Coğrafiya İnstitutunun İqlimşünaslıq şöbəsi ilə yaradılan elmi əməkdaşlığın böyük  rolu olmuşdur. 1974-1977 və yenidən 1992-1997-ci- illərdə kafedraya rəhbərlik etmiş dos. P.S.Mirzəyev AMEA-nın Coğrafiya İnstitutunun  iqlim şöbəsinin yetişdirməsidir. Günəş radiasiyasının Azərbaycan ərazisinə təsirinin kəmiyyət və keyfiyyət göstəricilərinin Ə.M.Şıxlinskinin rəhbərliyi altında geniş proqramla öyrənilməsində P.S.Mirzəyevin xidmətləri böyük olmuşdur. 1978-ci ildə nəşr edilmiş “Azərbaycan SSR-nin istilik balansı atlası”nda P.S.Mirzəyevin çoxlu xəritə, qrafik və cədvəlləri özünün orijinallığı ilə fərqlənir. Atlas 1981-ci ildə diploma layiq görülmüşdür. P.S.Mirzəyevin “Naxçıvan MR-nın aqroiqlim xüsusiyyətləri” monoqrafiyası tələbələr üçün də qiymətli vəsaitdir. Tələbələrin Mirzə müəllim deyə müraciət etdiyi dos.P.Mirzəyev yüksək natiqlik qabiliyyətinə malik, şəxsiyyətinə hörmət və pərəstiş edilən bir insan idi. Ümumi coğrafiya kafedrasının hər bir tədbirində onun kəlamları yada düşür və adı hər zaman hörmətlə çəkilir.

Kafedrada işləmiş dos. O.U.Osmanovun coğrafiya dərsliklərininvə tədris vəsaitlərinin yazılması, tərcüməsi, redaktəsi, orijinal coğrafiya lüğətlərinin tərtibi sahəsində xüsusi əməyi olmuşdur. Onun A.A.Polovinkin “Ümumi fiziki coğrafiya” (B., 1950-ci il), L.P.Şubayev “Ümumi yerşünaslıq” (B., “Maarif” nəşriyyatı, 1986-cı il), “Məşhur səyyahlar və coğrafiyaşünaslar” (Bakı, 1967), “Dünyanın əhalisi” (B., Gənclik, 1968), “İzahlı coğrafiya lüğəti” (B., Azərnəşr, 1960-cı il) kitabları bu gün də tələbələrin stolüstü kitablarıdır.

Dos. S.B.Məmmədov Moskva şəhərində (L.Çubukovun rəhbərliyi altında) aqroiqlimşünaslıq sahəsində xeyli iş aparmışdır. Altı dilli izahlı ensiklopedik coğrafiya terminləri lüğətinin müəlliflərindəndir.  Saleh müəllim rus və azərbaycan bölmələrində cox maraqlı mühazirələr aparması ilə öz tələbələrinin yaddaşında dərin iz buraxıb, hazirada vətənimizdən xaricdə yaşayır.
Hava proseslərinin oroqrafik şəraitilə əlaqədar tədqiqi, iqlimi yaradan makroatmosfer proseslərinin növbələşdirilməsi təbii sinoptik hadisələrin mexanizminin öyrənilməsi sahəsində  Ə.A.Mədətzadənin rəhbərliyi altında yetişmiş dos. A.Məmmədovun xeyli xidmətləri olmuşdur. Arif müəllimi insani keyfiyyətlərinə, obyektivliyinə, yüksək mədəniyyətinə görə tələbələr çox sevirdilər.

Vaxtilə “Məktəb coğrafiyası” bir çox konkret elmlərin  (geomorfologiya, iqlimşünaslıq, meteorologiya, hidrologiya, okeanologiya, torpaqşünaslıq, əhali coğrafiyası, kartoqrafiya, topoqrafiya və s.) pedaqoji proyeksiyası olmuşdur.  Kafedrada dosentlər Z.Əfəndiyev, A.M.Hüseynov və Ə.H.Hüseynov uzun müddət fakültəmizdə kartoqrafiyanın tədrisi ilə məşğul olmuşlar.  Kafedranın dosenti A.M.Hüseynovun  “Məktəb topoqrafiyası” (Maarif nəşriyyatı, B., 1987), “Coğrafiya xəritəsi və onun üzərində çalışmalar” (Maarif nəşriyyatı, B., 1997), “Plan və xəritə” bölməsində verilən bilik və bacarıqların formalaşmasına dair (metodik tövsiyyələr), (B., 1989), “Topoqrafiya və kartoqrafiya” (B., 1983)  və s. dərs vəsaitləri bu gün də tələbələrin əsas dərs vəsaitlərindəndir.

Tədqiqi uzaq keçmişdən başlanan toponimika  kafedramızda tədris olunan fənlərdən biridir. Kafedranın keçmiş əməkdaşı mərhum S.Mirmahmudovanın “Ermənistanın oykonimləri” (elmi rəhbəri Y.Yusifov olmuşdur) adlı əsəri mühüm elmi tədqiqat işidir.

Azərbaycan relyefinin mürəkkəbliyi özünəməxsusluğu ilə həmişə tədqiqatçıların diqqətini cəlb etmişdir. Ümumi Coğrafiya kafedrası yaradıldığı ilk dövrlərdən başlayaraq əsas aparıcı tədqiqat sahələrindən biri də geomorfologiya olmuşdur. Müxtəlif dövrlər ərzində aparılmış geomorfoloji tədqiqatların təhlili göstərir ki, bu respublikamızda qabaqcıl geomorfologiya elmi məktəbinin yaradılması ilə bağlı olmuşdur. Kafedra Azərbaycan EA Coğrafiya İnstitutu, SSRİ EA Okeanologiya institutları ilə elmi əlaqə saxlayır və əksər işləri onlarla koordinasiya edir.  Kafedra üçün yüksək ixtisaslı kadrların hazırlanmasında Moskvalı alimlərdən N.V.Dumitraşko, O.K.Leontyev, İ.P.Gerasimov, D.A.Lilkiyenberq respublikamızın aparıcı alimlərindən B.Ə.Budaqov, N.Ş.Şirinov, M.A.Müseyibov, A.A.Mikayılov və b. böyük rolu olmuşdur.

 

Dosent A.Əzizbəyova 30 ilə yaxın kafedrada çalışmışdır. Onun dosent O.Rza ilə birlikdə çap etdirdiyi “Geologiyadan çöl təcrübələrinin aparılmasına dair” metodiki göstərici bu gün də maraq doğurur.

Respublikamızda geomorfoloqların əldə etdiyi mühüm nailiyyətlərdən biri Xəzər dibinin və sahillərinin dinamikasının inkişaf qanunauyğunluqlarının tədqiqi kafedramızın əməkdaşı olmuş, c.e.d., prof. X.Ə.Vəliyevə (elmi məsləhətçisi O.K.Leontyev olmuşdur) məxsusdur. Orta və Cənubi Xəzərin qərb sahillərinin axınlar rejiminin küləkdən asılılığı dos. X.Vəliyev (1982) tərəfindən tədqiq olunmuşdur. O, “Xəzərin Abşeron sahillərinin geomorfologiyası və dinamikası” mövzusu üzərində elmi – tədqiqat işi aparmışdır. X.Vəliyev həm də AMEA – nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda müdafiə şurasının üzvü olmuşdur.

Coğrafiya elmlər doktoru, prof. X.Ə.Vəliyevin “Xəzərin, onun sahillərinin təbiəti və ekologiyası”( B., 1998), “Xəzər sahillərinə səyahət”, “Геоморфология и динамика Азербайджанских берегов Каспия”, “Ali məktəblərə daxil olan abituriyentlər üçün Coğrafiyadan vəsait”, “Azərbaycan Respublikasının neft – qaz akvatoriyaları sahillərinin dinamikası və geomorfologiyası” adlı əsərləri indi də öz aktuallığını saxlayır.

Əməkdar müəllim, f.e.n., professor M.C.Əliyev BDU-nun coğrafiya fakültəsini bitirdiyi ildən Gəncə Pedaqoji institutunda müəllim kimi fəaliyyət göstərmişdir. 20 yaşından tələbələrə mühazirələr oxuyan Mustafa müəllimi fitri istedadı, natiqlik qabiliyyəti, fəlsəfi düşüncə tərzi həmkarlarından fərqləndirirdi Mustafa müəllim yerşünaslığın istənilən bölməsindən apardığı mühazirələr, coğrafi qanunauyğunluqlara fəlsəfi baxışı  çox böyük maraq doğurardı.

M.C.Əliyevin Ümumi coğrafiya kafedrasındakı əmək fəaliyyəti 1974-cü ildən başlamışdır.  O, kafedrada baş laborantdan professor, kafedra müdiri vəzifəsinədək yüksəlmiş, 2003-2007 illərdə ümumi coğrafiya kafedrasının müdiri, 2008-2011-ci illərdə yeni təşkil olunmuş ekologiya kafedrasının müdiri, eyni zamanda 2003-cü ildən 2011-ci ildə vəfatınadək fakültənin dekanı vəzifəsində çalışmışdır. Cəmi 69 il ömür sürməsinə baxmayaraq universitetimizdə ona çox zaman “ağsaqqal” deyə müraciət edirdilər. Universitetimizin ictimai-siyasi tədbirlərində hər zaman universitet rəhbərliyi ilə birgə olar və üzərinə düşən tapşırıqları məsuliyyətlə icra edərdi.

M.C.Əliyev ekoloji situasiya, ekoloji şüur kimi coğrafiyanin fəlsəfi məsələləri ilə məşğul olurdu. “Coğrafiyanın inkişaf tarixi və səyyahlar”(ADPU – nun nəşri, I nəşr, Bakı 2009. 243 səh), “Coğrafiyanın inkişaf tarixi və səyyahlar” (ADPU – nun nəşri, II nəşr, Bakı 2009), “Meliorativ coğrafiya”(Pedaqoji universitet və BDU – də. Bakı, ADPU 2010) dərs vəsaitlərinin müəlliflərindəndir.

Hazırda kafedrada 9 nəfər fəlsəfə doktoru, dosent (Mətanət Əsgərova (dekan), Fərrux Həsənli (kafedra müdiri), Yavər Əliyev, Nurəddin Uluxanlı,  Arifə İsınayılova, Hafızə Əsgərova, Adışirin Məmmədov, Oqtay Rzalı, Əkbər İmaməliyev), 3 nəfər müəllim (Telman Həbibov, İlhamə Qəribova, Leyla əliyeva) çalışır

Fakültə dekanı  Dos. M.M.Əsgərova 2007-2012-ci illərdə  Ümumi coğrafiya kafedrasının müdiri olmuşdur. O Dövlət torpaq və xəritəçəkmə komitəsinin sədri, topaqların ekologiyası və qiymətləndirilməsi  sahəsinədə böyük bir məktəb yaratmış akademik Q.Ş.Məmmədov və kafedranın professoru Ş.G.Həsənovun yetişdirməsidir.  M.M.Əsgərova 1986-cı ildə fakültəmizi  fərqlənmə diplomu ilə bitirərək, Fakültə Elmi Şurasının qərarı ilə birbaşa əyani aspiranturaya göndərilmiş və müvəffəqiyyətlə AMEA-nın Torpaqşünaslıq və aqrokimya institutunda aspiranturaya daxil olmuş, 24 yaşında “Qarabağ düzü dağətəyi torpaqlarının kompleks aqronomik səciyyəsi və münbitlik modeli” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək k/t elmləri namizədi adı almışdır. Hazırda “Kür-Araz ovalığı pambıqaltı torpaqlarının ekoloji qiymətləndirilməsi ” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.

Kafedra müdiri c.e.n., dos. F.A.Həsənli 1984-cü ildə “Dağlıq Talışın torpaqlarından səmərəli istifadə yolları” mövzusunda dissertasiya işi  müdafiə etmişdir. Onun 50-yə qədər elmi məqaləsi ayrı – ayrı məcmuələrdə çapdan çıxmışdır. O bir sıra xəritələrin tərtibatçısıdır. Onun dosent M.C.Əliyevlə birlikdə “Coğrafiyanın inkişaf tarixi və səyyahlar”(ADPU – nun nəşri, I nəşr, Bakı 2009. 243 səh), “Coğrafiyanın inkişaf tarixi və səyyahlar” (ADPU – nun nəşri, II nəşr, Bakı 2009),  “Meliorativ coğrafiya”(Pedaqoji universitet və BDU – də. Bakı, ADPU 2010) dərs vəsaitləri çapdan çıxmışdır.

Aspiranturanı bitirdikdən sonra AMEA-nın Torpaqşünaslıq və aqrokimya institutunda torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasında elmi fəaliyyətini davam etdirmiş, 1992-ci ildən isə ümumi coğrafiya kafedrasında fəaliyyət göstərir.

Onun “Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə ” (Ş.G.Həsənovla birgə)  adlı iki cilddən ibarət dərs vəsaiti 1996 (I hissə) və 2001-ci ildə (II hissə) çapdan çıxmışdır.  2010-cu ildə həmin kitab hər iki cild birlikdə əlavələrlə yenidən işlənmiş və təkrar nəşr olunmuşdur.  M.M.Əsgərova “Geodeziyanın əsasları və kartoqrafiya fənlərinin öyrənilməsinə dair metodik göstərişlər”in və bir sıra fənlər üzrə proqramların müəllifidir. Onun respublikamızda və xaricdə müxtəlif jurnal və məcmuələrdə bir çox məqalələri  nəşr olunmuşdur.
2003-ci ildə “Vektor” Beynəlxalq  Elm Mərkəzinin “XXI Əsrin Gənc Alimi” diplomuna layiq görülmüşdür.

Kafedra AMEA-nın Coğrafiya institutunun torpaq coğrafiyası və Torpaqşünaslıq və aqrokimya institutunun torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının banisi professor Ş.G.Həsənov 1978-1991-ci illərdə ümumi coğrafiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Ş.G.Həsənov üzun müddət fakültənin dekanı vəzifəsini də icra etmişdir.

Torpaqşünaslıq sahəsində çalışan coğrafiyaçılarımızdan prof. Ş.G.Həsənov Universitetdə işlədiyi 35 ilə yaxın müddətdə “Torpaq coğrafiyası”, “Ümumi yerşünaslıq”, “Yerşünaslıq və diyarşünaslıq”, “Təbiətin mühafizəsi” fənlərindən yüksək səviyyədə mühazirələr oxumuş, hazırda magistrların hazırlanmasında, çöl təcrübələri və laboratoriya məşğələlərinin cihazlar üzrə canlı tədrisində və səmərəli aparılmasında xeyli əzmkarlıqla çalışır.

Prof. Ş.G.Həsənov təkcə Respublikamızda deyil, onun hüdudlarından kənarda, yüksək ixtisaslı xarici ölkə mütəxəssislərinin yetişdirilməsində də xeyli əmək sərf etmişdir. O, xaricdə - Birmada işlədiyi zaman onun təşəbbüsü ilə Birma İttifaqından keçmiş SSRİ-yə, Moskva şəhərinə - Patris Lumumba adına “Xalqlar Dostluğu Universitetinə“ 10 nəfər birmalı gənc mütəxəssis cəlb edilmiş, onlardan iki nəfəri prof. Ş.G.Həsənovun rəhbərliyi altında aspiranturada təhsilini davam etdirmiş, namizədlik dissertasiyası müdafiə edərək vətənə qayıtmışdır.

Ş.G.Həsənov 300-dən çox elmi, elmi – kütləvi əsər, o cümlədən 10 monoqrafiya, 100-dən çox xəritənin, onlarla metodik göstəriş və təlimatın, dərs proqramlarının, 6 dildə “İzahlı ensiklopedik coğrafiya terminləri lüğətinin” müəllifidir. 20-yə qədər elmlər namizədi və magistr hazırlamışdır.

Ş.G.Həsənovun rəhbərliyi altında yüksək elmi dərəcə almış kadrlar hal – hazırda Respublikanın məsul vəzifələrində (Torpaq Komitəsinin sədri, Milli Məclisinin deputatı, İcra Hakimi və s.) müvəffəqiyyətlə çalışırlar. O, 70-ə qədər avtoreferata rəy yazmışdır. 50-dən artıq namizədlik və doktorluq dissertasiyalarına apponentlik etmişdir.

Ş.G.Həsənov Azərbaycan EA Torpaqşünaslıq Cəmiyyətinin fəxri üzvü, Azərbaycan EA Coğrafiya Cəmiyyətinin üzvü H.Ə.Əliyev adına Coğrafiya İnstitutu ixtisaslaşmış müdafiə şurasının üzvüdür . 1997-ci ildə İranın Ərdəbil Azad İslam Universitetinin elmi konfransında çıxış etdiyi məruzəsinə görə “Fəxri Fərmana” layiq görülmüşdür.
Onun çoxillik yaradıcılığında torpaqların bonitirovkası, təbiətin mühafizəsi, ekoloji problemlər və onun tarazlığının  pozulmasında antropogen amillərin rolu, təbii ehtiyatlardan səmərəli istifadə olunması yolları kompleks şəkildə tədqiq edilmişdir.

H.Ə.Əliyev və R.Ə.Əliyeva ilə birlikdə yazıb – nəşr etdirdikləri “Azərbaycanın torpaq ehtiyatları və onların səmərəli istifadə olunması və qorunması” adlı monoqrafiyasında ayrı – ayrı bölmələrdə Azərbaycanın təbii şəraiti, torpaq fondunun tərkibi, strukturu, Azərbaycanın təbii – iqtisadi rayonları üzrə torpaq sərvətlərinin istifadəsi və qorunması yolları ətraflı şərh edilmişdir.

Ş.G.Həsənov yüksək ixtisaslı elmi kadrların hazırlanmasındakı müvəffəqiyyətlərinə görə, elmi – pedaqoji fəaliyyətinin 40 illiyi və anadan olmasının 60 illiyi münasibəti ilə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin kollekgiyasının 1980-cı il 28 may tarixli qərarı ilə “Fəxri Fərman”la təltif olunmuş, 1985-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət heyəti tərəfindən “Əmək veteranı” medalını almışdır. 2006-cı ildə  “əməkdar müəllim” adına layiq görülmüşdür.

Ş.G.Həsənova xas olan və yaradıcılığında aydın nəzərə çarpan xüsusiyyətlərdən biri də onun mahir elmi – populyarlaşdırıcılıq qabiliyyətinə malik olması, geniş oxucu kütləsi üçün elmi – kütləvi, bədii üslubda maraqlı kitablar və yazılarla çıxış etməsi  onun “Torpaq nədir?”, “731 gün Birmada”, “Yol xatirələri”, “Torpaq fədaisi, təbiət vurğunu”, “Azərbaycan SSRİ-nin üzümçülüyə yararlı torpaqları”, “” adlı kitabları, “Elm və həyat”, “Azərbaycan təbiəti” jurnallarda və qəzetlərdən dərc olunmuşdur.

O.M.Rzalı ADPU-nun «Ümumi coğrafiya» kafedrasının dosenti, geologiya – mineralogiya elmləri namizədi, Dədə Qorqud elmi – tədqiqat laboratoriyasının böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, 1974-cü ildən «Qızıl qələm» sahibidir. Universitetimizin 90 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə dos.Oqtay Rzaya Əməkdar müəllim adı verilmişdir.

1956-cı ildə indiki Neft Akademiyasının geoloji – kəşfiyyat fakültəsini bitirib, Stalin təqaüdünə və fərqlənmə diplomuna layiq görülübdür. 1956 – 1961-ci illərdə çağdaş «Bibiheybətdə» neftçıxarma ustası, 1961 – 1965-ci illərdə AMEA-nın Geologiya institutunda mühəndis və elmi işçi vəzifələrində çalışıb. 1965-ci ildə «Bibiheybət yatağında XIB lay dəstəsinin geoloji quruluşu və qalıq neft ehtiyatlarından səmərəli istifadə üsulları» mövzusunda namizədlik dissertasiyası  müdafiə edib.  1966-cı ilin oktyabrından indiyədək ADPU-nun əməkdaşıdır (müəllim, baş müəllim, dosent, böyük elmi işçi). «Geoloji proseslər» dərs vəsaitinin müəllifidir.

O.Rza ədəbi yaradıcılıqla çoxdan məşğuldur. 5-ci  sinifdə oxuyarkən, rayon qəzetində  ilk şeiri dərc olunub. Onuncu sinifdə oxuyarkən Bakıya – gənc yazarların müşavirəsinə göndərilib (S.Burğunun, S.Rüstəmin, M.Rahimin, R.Rzanın məsləhətlərini eşidib). Bütün ötən illər ərzində imzası mətbuat səhifələrində yer alıb. 20 kitabın müəllifidir: «Torpağı dinləyirəm», «Ürəyimi oxuyun», «Rübai karvanı…» (I və II hissələr), Moskvada şeirlər kitabı işıq üzü görüb.İki uşaq atası, iki nəvə babasıdır.

AMEA – nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda B.Ə.Budaqovun rəhbərliyi ilə A.Z.İsmayılova “Dağlıq Qarabağın toponimləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Türkdilli xalqların yaşadıqları və keçmişdə yaşamış olduqları ərazilərin, toponimlərini öyrənmək sahəsində hazırda da c.e.n., dos. A.Z.İsmayılova öz gərgin əməyini əsirgəmir.

Geomorfologiya məktəbinin görkəmli nümayəndəsi N.Ş.Şirinovun yetirməsi, hazırda Ekologiya kafedrasının müdiri, dosent Y.Q.Əliyevin Kiçik Qafqazda apardığı morfostrukturların inkişaf tarixi mənşəyi məkanca yerləşmə xüsusiyyətləri və nəticələri iri miqyaslı xəritələrdə və nəşr olunmuş elmi əsərlərdə öz əksini tapmışdır. Əliyev Yavər Qaçay oğlu  1972-ci ildə fakültəmizi fərqlənmə diplomu ilə bitirib.1973-cü ildən Azərbaycan SSR EA-nın Coğrafiya institutunda kiçik elmi kimi fəaliyyətə başlamış və “Acınohur ön dağlıq hissəsinin morfoskulpturlarının quruluşu və inkişaf xüsusiyyətləri” mövzusunda elmi işinin həmmüəllifi olmuşdur.  “ Kiçik Qafqazın cənub-şərq hissəsinin morfostruktur­ları və onların inkişaf xüsusiyyətləri “ mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş 1980-cı ildən  ADPİ-nin Ümumi coğrafiya kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.  1990-cı ildən 1996-cı ilədək Coğrafiya fakültəsində tədris işləri üzrə dekan müavini, 1996-cı ildən 2002-ci ilin sentyabr ayına kimi dekan vəzifəsində işləmişdir.  “Kiçik Qafqazın konstruktiv geomorfologiyası (Azərbaycan ərazisində)” adlı doktorluq dissertasiya işi üzərində işləyir.    

“Ali məktəblərə daxil olan abituriyentlər üçün coğrafiyadan vəsait”, “Xəzərin, onun sahillərinin təbiəti və ekologiyası” dərs vəsaitlərinin, “Altı dilli izahlı ensiklopedik coğrafiya terminləri lüğəti”nın həmmüəllifidir.

Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrləri ilə 3 il Gəncə Dövlət Pedaqoji Universitetində bakalavr üzrə buraxılış işlərinin, 1 il isə magistr dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuralarının sədri olub. Təhsil Nazirinin akkreditasiya komissiyasının üzvü kimi fəaliyyət göstərir. Hazırda, ümumi coğrafiya kafedrasının dosenti, həmçinin ekologiya kafedrasının müdiridir.

H.H.Əsgərova  1971-ci ildə fakültəmizi  fərqlənmə diplomu ilə bitirib  1971-ci ildən təyinatla Xirdalandaki 2 saylı orta məktəbda müəllim, 1979-cu ildən ümumi coğrafiya kafedrasında baş laborant , müəllim, baş müəllim, hazırda dosent vəzifəsində çalışır. l999-cu ildə Azərbaycan Elmlər Akademiyasi, akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun "Fiziki coğrafiya" şöbəsinin "landşaftşünaslıq" bölməsində "Landşaftların sahralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi Kiçik Qafqazın şimal-şarq yamacı və Ceyrançöl alçaq dağliği timsalında" mövzusunda namizədlik dissertasiyasıni müvəffəqiyyətlə  müdafia edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi almişdir.

H.H. Əsgərova ilk dəfə olaraq Kiçik Qafqazın şimal-şərq yamacı, Gəncə -Qazax maili düzənliyi va Ceyrançöl alçaq dağlığında müasir ekoloji poblemin ən aktual sahasi olan sahralaşma ocaqlarının yaranma səbəblərini, ayrı - ayrı landşaft komplekslərində tazahür formalarını, inkişaf intensivliyini aşkar etmiş, tədqiq olunan arazinin sahralaşma dərəcəsinə görə xəritə - sxemini tərtib etmişdir. Səhralaşma prosesinin əmələ gəlməsində təbii va antropogen amillərin rolu və bu prosesin inkişaf təmayülünü müəyyənləşdirmişdir.

H.H. Əsgərova coğrafiya sahəsində dərin biliyi və marağı olan bir çox tələbələri Tələbə Elmi Cəmiyyəti xətti ilə hazırlamışdır. 25 məqalə, 4 tezis çap etdirmiş,4 tədris proqramı, 2 metodik göstərişin müəllifidir.

N.D.Uluxanlı1972-ci ildə fakültəmizin məzunu olduqdan sonra AMEA–nın akademik H.Ə.Əliyev adına Coğrafiya Institutuna kiçik elmi işçi, baş elmi işçi , aqroiqlim bölməsinin rəhbəri, vəzifəsində çalışmışdır. 1998-ci ildən ADPU–nun Ümumi coğrafiya kafedrasının baş müəllimi, dosenti , 2005-ci ildən həmçinin əcnəbi tələbələrin işi üzrə fakültənin dekanıdır. 47 adda elmi  əsərin, “Azərbaycanda üzümün  becərilməsinin  aqroiqlim ehtiyatları” adlı    1 monoqrafiyanın, Azərbaycanın aqroiqlim atlasında 12 orta miqyaslı xəritənin müəllifidir. “Azərbaycanda əncir bitkisinin becərilməsinin aqroiqlim şəraiti və ehtiyatları” mövzusunda namizədlik dissetasiyası müdafiə etmişdir. 2006-cı ildə Türkiyə Respublikası Bakı Böyük Elçiliyinin təhsil müşavirliyinin 2 fəxri fərmanı ilə , 5 oktyabr 2008-ci ildə Benəlxalq Müəllimlər günü münasibəti ilə fəxri fərmanla, 16–18 may 2010-cu ildə Hacettepe universiteti ilə ADPU-nun birgə beynəlxalq müəllim hazırlığının siyasəti və problemlərinə həsr olunmuş beynəlxalq konfransda iştirakına görə fəxri fərmanla təltif olunmuşdur.

Dos. A.Məmmədov 1971-ci ildə  B.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutun Coğrafiya fakültəsini  bitirmişdir.  1973-cü ildə AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun Təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə şöbəsinə işə qəbul olunub.

«Azərbaycan Respublikası üzrə təbii radioaktiv elementlərin (U, Th, K-40) yayılma qanunauyğunluqları»,  Naxçıvan Muxtar Respublikasında,  Böyük Qafqaz, Kiçik Qafqaz, Kür dağarası çökəkliyi və Cənub Talış zonası ərazilərində təbii radioaktiv elementlərinin (U, Th, K-40) aşkar edilməsinə aid tədqiqat işləri , Kiçik Qafqazın şimal-şərqində ekoloji cəhətdən gərgin olan rayonların torpaqlarında ağır metalların (Hg, Pb, Cu) paylanması vəziyyətinin izahlı xəritəsinin müəllifi olmuşdur.

Kiçik Qafqazın cənub-şərq yamacında biogeokimyəvi elementləri aşkar etmək məqsədilə təbii radioaktiv elementlərin  (U, Th, K-40) paylanması (Cəbrayıl, Füzuli rayonları) üzrə, «Azərbaycanın müxtəlif zonalarında radioaktiv elementlərin (U, Th, K-40) torpaqda, bitkidə, suda yayılma qanunauyğunluğu» mövzularında aparıcı elmi işçi kimi iştirak etmişdir.
1998-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır, kafedranın dosentidir.

Akademik B.Budaqovun rəhbərliyi altında «Tərtərçay hövzəsi landşaftlarında ağır metalların (Hg, Pb, Cu) yayılma qanunauyğunluqları» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

2007-ci ildə «Tərtərçay hövzəsi landşaftlarında ağır metalların (Hg, Pb, Cu) yayılma qanunauyğunluqları» adlı 200 səhifəlik monoqrpafiyanı, metereologiya və iqlimşünaslıq və ümumi hidrologiya üzrə metodik vəsaitləri çap edilmişdir. 47 elmi məqalənin müəllifidir.

K/t.e.n., dos. Ə.B.İmaməliyev “Azərbaycanda eroziya və onunla mübarizə ” mövzusunda dissertasiya müdafiə etmiş, onlarla məqalənin müəllifidir. Onun 2009-cu ildə k/t.e.n., dos. M.M.Əsgərova ilə birlikdə “Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları fənnindən çöl – təcrübə işlərinin aparılmasına dair” metodik vəsait və 2010-cu ildə “Torpaq xəritələrinin oxunması və torpaq tiplərinin coğrafiyası mövzusuna aid laboratoriya – praktiki işləri üzrə” metodik vəsaiti nəşr olunmuşdur.

Müəllim T.C.Həbiobov 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsini bitirdikdən sonra  AMEA-nın Geologiya institutunda baş laborant, kiçik elmi işçi vəzifəsində işləyib.

1973-cü ilin oktyabrından ADRU-nun ÜTF fakültəsində dispetçer, 1976-cı ilin iyun ayından bu günə kimi Coğrafiya fakültəsində laboratoriya müdiri, 2008-ci ilin sentyabrından etibarən müəllim vəzifəsində çalışır.

Elmi fəaliyyətlə, AMEA istisna olmaqla, yalnız müəllim vəzifəsinə keçəndən sonra məşğul olub,  üç elmi məqalə və bir dərs vəsaiti nəşr etdirib.
Müəllimə İ.Ə.Qəribova BDU-nun coğrafiya fakültəsinin kartoqrafiya ixtisası üzrə bitirib. Coğrafiya fakültəsinin magistri olmuşdur. 2009-cu ildən kafedramızda fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq Geodeziya və Topoqrafiyanın əsasları, Kartoqrafiya fənləri üzrə yüksək səviyyədə seminar dərsləri aparır, testlərin hazırlanmasında yaxından iştirak edir.

Müəllimə L.İ.Əliyeva 2010-cu ildə BDU-nun coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra magistr təhsilini APDU-nun Umumi coğrafiya kafedrasında Landşaftşünaslıq ixtisası üzrə almışdır. Magistratura piləsini də fərqlənmə diplomu ilə bitirmisdir. 2013-cu ildən Ümumi coğrafiya kafedrasında müəllim işləyir və “Ümumi yerşünaslığa giriş”, “Melirativ coğrafiya”, “Azərbaycan coğrafiyası” fənləri üzrə seminar məşğələləri aparır.

 

Statistik göstəricilər

  • 16  müəllim heyəti:
    • 1 nəfər elmlər doktoru
    • 10 nəfər fəlsəfə doktoru, dosent
    • 1 nəfər baş müəllim
    • 4 nəfər müəllim,
  • 7 nəfər tədris köməkçi heyəti:
    • 5 nəfər laboratoriya müdri
    • 5 nəfər böyük laborant

Elmi fəaliyyət

2013-ci ildə 11 nəfərdən ibarət kafedra əməkdaşları 3 mövzu üzərində elmi tədqiqat işləri aparmışdır:

1. Elmi tədqiqat işlərinə 5 dosent, elmlər namizədi, 1müəllim, 2 laborant cəlb olunmuşdur.

2. 2012-2013-ci illər üçün 3 mövzu nəzərdə tutulmuşdur və yerinə yetirilmişdir.

3. Tədqiqat işi iqlimşünaslıq, geomorfologiya, torpaq coğrafiyası, ekologiya, geologiya istiqamətlərində yerinə yetirilib.

İş Azərbaycanın müasir ekocoğrafi şəraitinin və təbii ehtiyatlarının tədqiqi, təbii ehtiyatlarının səmərəli istifadəsi, onların mühafizəsi və bərpası problemlərinəhəsr olunub.

Kompleks mövzu: Kür–Araz ovalığının müasir ekocoğrafi şəraitinin kompleks tədqiqi və təbii ehtiyatlarının qiymətləndirilməsi.

Mövzu 1. “Kür–Araz ovalığının torpaq örtüyünün ekoloji qiymətləndirilməsi” mövzusunun bu ilki  mərhələsi “Kür – Araz ovalığının torpaqlarının monitorinqi” işinin yerinə yetirilməsində k/t e.n., dos. M.M.Əsgərova,  k/t.e.n. dos. Ə.B.İmaməliyev iştirak etmişlər.

Mövzu 2. “Kür–Araz ovalığının iqlim ehtiyatları və onlardan səmərəli istifadə” mövzusunun bu ilki mərhələsi “Kür – Araz ovalığınin istilik ehtiyatları və onlardan istifadə” işinin yerinə yetirilməsində c.e.n, dos. N.D.Uluxanlı, c.e.n, dos. A.Z.İsmayılova, c.e.n, dos. A.P.Məmmədov, b/l N.M.Hüseynov iştirak etmişlər.

Mövzu 3. “Kür – Araz ovalığının geomorfoloji səciyyəsi” mövzusunun bu ilki mərhələsi “Kür – Araz düzənliyində müasir ekzogen proseslərin mənfi nəticələri, onlara qarşı mübarizə tədbirləri və relyef əmələgətirici proseslərin rayonlaşdırılması” işinin yerinə yetirilməsində c.e.n, dos. Y.Q.Əliyev, müəl. T.C.Həbibov,  l/m  Q.Q.Cabbarova  iştirak etmişlər.

4. Yerinə yetirilmiş mövzuların bu ilki mərhələsində Kür – Araz ovalığının torpaqlarının monitorinqi məsələləri, istilik ehtiyatları və onlardan aqrometeorologiya və aqroiqlimşünaslıqda istifadə məsələləri, Kür-Araz düzənliyində müasir ekzogen proseslərin mənfi nəticələri, onlara qarşı mübarizə tədbirləri və relyef əmələgətirici proseslərin rayonlaşdırılması aparılmış və bu proseslərin yaratdığı relyef formaları qısa şərh olunub .

5. Mövzulara aid bir sıra məqalə və tezislər çap olunub.

Dos. M.M.Əsgərova 2012-ci ilin 15-16 noyabrında Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən beynəlxalq konfransının materiallarında  “ Методы орошения и обработки почв под хлопковые севообороты” məqaləsi çap olunmuşdur. 28-29 iyun 2013-cü il tarixdə görkəmli aqrokimyaçı alim akademik Cəbrayıl Muxtar oğlu Hüseynovun 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Milli Elmlər Akademiyası AMEA Aqrar Elmlər Bölməsi AMEA AEB Torpaqşünaslıq və Aqrokimya İnstitutunun  “Azərbaycanda ərzaq təhlükəsizliyinin həllində torpaq-aqrokimyəvi tədqiqatlarin rolu” adlı Respublika elmi konfransında “Muğan və salyan düzlərinin təbii şəraiti və təsərrüfat əhəmiyyəti”,  “Qarabağ düzünün suvarilan torpaqlarinin ekoloji qiymətləndirilməsi”,  “Pedosferə antropogen təsirlər və onlarin nəticələri” adlı məqalələri çap olunmuşdur.

Dos. N.D.Uluxanlının və dos. A.P.Məmmədovun ADPU-nun “Xəbərlər”ində hər birinin bir məqaləsi, dos. H.H.Əsgərovanın BDU-da “Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90 – cı ildönümünə həsr olunmuş elmi konfransın materialları”nda bir məqaləsi, müəllim İ.Ə.Qəribovanın 2 məqaləsi çapdan çıxmışdır. Dos. M.M.Əsgərova, dos.F.A.Həsənli bir sıra yeni proqramlara  rəy vermiş,  proqram və metodik vəsaitlərə elmi redaktor olmuşdur.

Dos. M.M.Əsgərova “Torpaqşünaslığın əsasları və torpaq coğrafiyası”, “Geodeziya və topoqrafiyanın əsasları”, “Kartoqrafiya” fənləri üzrə ayrı – ayrılıqda testləri yeniləmişdir. 4 magistr tələbəyə rəhbərlik edir.

Dos. Y.Q.Əliyev AMEA-nın təşkil etdiyi Beynəlxalq elmi-praktik konfransda “Qlobal dəyişkənliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi” mövzusunda məqaləsi çapdan çıxış etmişdır. 2012-2013- ci tədris ilində Təhsil Nazirliyinin müvafiq əmri ilə Gəncə Dövlət Universitetində Ekologiya və Coğrafiya ixtisasları üzrə buraxılış imtahan komissiyasının sədri olmuşdur.  TEÇ xətti ilə 9 tələbəyə rəhbərlik etmişdir. BDU-da akademik H.Ə.Əliyevin 90 illiyi ilə əlaqədar keçirilən  Beynəlxalq Elmi Konfransda iştirak etmişdir, Geomorfologiya və Geomorfologiyanın əsasları fənnlərindən fənlərindən testləri hazırlayıb. 1 magistr tələbəyə rəhbərlik edir.

Dos. F.A Həsənli Ümumi yerşünaslıq, Coğrafiya tarixi, Meliorativ coğrafiya fənlərindən ayrı-ayrılıqda testləri hazırlayıb, TEC xətti ilə  3 tələbəyə rəhbərlik edib. 2 magistr tələbəyə rəhbərlik edir. 

Dos. A.Z.İsmayılova  “Toponimika” fənnindən  testləri hazırlayıb. 2 magistr tələbəyə rəhbərlik edir.
Dos. N.D.Uluxanlının “Meteorologiya və iqlimşünaslıq” (coğrafiya ixtisası üçün), “Meteorologiya, iqlimşünaslıq və hidrologiya ” (Tarix – coğrafiya ixtisası üçün) testləri hazırlayıb. 3 magistr tələbəyə rəhbərlik edir.

Dos. A.P.Məmmədov  “Azərbaycan coğrafiyası yerşünaslığın əsasları ilə”,” Azərbaycan coğrafiyası”, testləri hazırlayıb. 2 magistr tələbəyə rəhbərlik edir.
K/t.e.n., dos. Ə.B.İmaməliyevin “Torpaq coğrafiyası” və “Azərbaycan coğrafiyası” fənləri üzrə testlərin hazırlanmasında iştirak etmişdir.

TEC xətti ilə dos. H.H.Əsgərova “Landşaftşünaslıq” və Seçmə fənn (Səhralaşma) üzrə testlərin hazırlanmasında iştirak etmiş, TEC xətti üzrə 3 məqaləyə,1 magistr tələbəyə rəhbərlik etmişdir.

T.C.Həbibov 2012-ci ildə “Ümumi geologiya” adlı 20 ç/v dərs vəsaiti, “Geologiya”  fənni üzrə testləri hazırlamışdır.

İ.Ə.Qəribovanın 2012-ci ildə ADPU-nun Xəbərlərində “Ekoloji xəritələrin təsnifatı” adlı  tezisi  çapdan çıxmışdır.

6. Kafedra əməkdaşları dos. M.M.Əsgərova, dos. Y.Q.Əliyev, elmi konfranslarda iştirak etmişlər.

Kafedranın müəllimi Qəribova İlhamə Əhməd qızı 2012-2013-cü tədris ilində BDU-nə, “Kartoqrafik geoinformatika” ixtisası üzrə doktorantura şöbəsinə daxil olmuş, “Azərbaycanın təbiəti mühafizə xəritələrinin kosmik şəkillər və CİS texnologiyası ilə tərtibi metodikasının təkmilləşdirilməsi” mövzusunda dissertasiya işini yerinə yetirir.

Magistraturada Landşaftşünaslıq ixtisası üzrə I kurs əyani şöbədə 3 nəfər, qiyabi şöbədə 4 nəfər, 2012-2013-cü tədris ilindən qalan 2 nəfər həqiqi hərbi xidmətini bitirdiyi üçün akademik məzuniyyətdən qayıtmışdır. Beləliklə qiyabi şöbədə 6 nəfər magistr olmuşdur. II kurs üzrə əyani şöbədə 2, qiyabi şöbədə 4 tələbə, III kursda isə qiyabi şöbədə 3 magistr tələbə təhsil alır.

7. Elmi seminarda 2 mövzu dinlənilmişdir.

8. Kafedranınprofessoru Ş.G.Həsənov hesabat ilində səhhəti ilə əlaqədar olaraq təqaüdə cıxmışdır.

9. Respublikanın ictimai və elmi həyatında dos. M.M.Əsgərova, dos. N.D.Uluxanlı, dos. Y.Q.Əliyev yaxından iştirak edirlər.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Ümumi yerşünaslığa giriş
  2. Coğrafiyanın tarixi
  3. Meteorologiya və iqlimşünaslıq
  4. Hidrologiya
  5. Geomorfologiya
    • Coğrafiya müəllimliyi ixtisası
    • Tarix - Coğrafiya müəllimliyi ixtisası
  6. Torpaq coğrafıyası torpaqşünaslığın əsasları ilə
  7. Geologiya
  8. Geodeziya və topoqrafiyanın əsasları
    • Coğrafiya müəllimliyi ixtisası
    • Tarix - Coğrafiya müəllimliyi ixtisası
  9. Kartoqrafiya ?
  10. Landşaftşünaslıq ?
  11. Azərbaycan coğrafiyası
  12. Toponimika
  13. Torpaqşünaslıq
    • Tarix - Coğrafiya müəllimliyi ixtisası
  14. SF: Meliorativ coğrafiyavə səhralaşma
    • Coğrafiya müəllimliyi ixtisası

Magistratura pilləsi üzrə

  1. Ümumi coğrafiya elmininn müasir problemləri
    • Landşaftşünaslıq ixtisası
  2. Landşaftın geofizikası
    • Landşaftşünaslıq ixtisası
  3. AMMEF (Yer kürəsinin əsas qanunauyğunluqları)
    • Landşaftşünaslıq ixtisası
  4. Landşaftın geokimyası
    • Landşaftşünaslıq ixtisası
  5. Kosmik şəkillərin landşaft deşifrələnməsi
    • Landşaftşünaslıq ixtisası
  6. Fiziki-coğrafi rayonlaşma
    • Landşaftşünaslıq ixtisası
  7. Tətbiqi landşaftşünaslıq
    • Landşaftşünaslıq ixtisası
  8. Coğrafiya elminin tarixi və metodologiyası
    • Landşaftşünaslıq ixtisası
  9. Landşaft diferensasiya amil təhlili
    • Landşaftşünaslıq ixtisası
  10. Azərbaycan landşaftı və landşaft proqnozu
    • Landşaftşünaslıq ixtisası
  11. Landşaft tədqiqatı və landşaft xəritələşməsi
    • Landşaftşünaslıq ixtisası
  12. Antropogen və təbii-antropogen landşaftlar
    • Landşaftşünaslıq ixtisası
  13. SF: Dünyanın iqlimləri
    • Landşaftşünaslıq ixtisası
  14. SF: Dünyanın torpaq örtüyü
    • Landşaftşünaslıq ixtisası
  15. SF: Meliorativ coğrafiya
    • Landşaftşünaslıq ixtisası

Xarici əlaqələr

  • Qazaxistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin U.U.Uspanov adına Torpaqşünaslıq və Aqrokimya İnstitutu
  • Rusiya Elmlər Akademiyasının Puşina Elmi Mərkəzi
  • Rusiya Elmlər Akademiyasının Torpaqşünaslığın Fiziki-kimyəvi və bioloji problemlər İnstitutu
  • V.V.Dokucayev adına Rusiya Torpaqşünaslar Cəmiyyəti
  • V.V.Dokuçayev adına Rusiya Elmlər Akademiyasının Torpaqşünaslıq İnstitutu

 

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.029146

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)