Bu gün: 17 Avqust 2017, Cümə axşamı
ADPU-nun Fizika və Texnalogiya fakültəsinin «Ümumi fizika» kafedrası
ADPU-nun Fizika və Texnalogiya fakültəsinin «Ümumi fizika» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Stuktur
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

Telefon: (99412) 598 18 20

Faks:

Əməkdaşlar

<
Cahangir İslam oğlu Hüseynov
(kaf.m., dos., f.f.d.)

Mirzəli İsmayıl oğlu Murğuzov
(prof., f.e.d.)

Edil Əli oğlu Eyvazov
(prof., f.e.d.)

Vaqif  İbad oğlu  Nəsirov
(prof., f.e.d.)

Həmzə Səməd oğlu Seyidli
(prof., f.e.d.)

İltifat Şabanəli oğlu Dadaşov
(dos., f.f.d.)

Rəna Feyzulla qızı Məmmədova
(dos., f.f.d.)

Əliqulu Nağı oğlu Quliyev
(dos., f.f.d.)

Aydın Səfərbəy oğlu Ələkbərov
(dos., f.f.d.)

Xatirə  Ağakərim qızı  Adıgözəlova
(dos., f.f.d.)

Sultanəli Şükür  oğlu Qurbanov
(dos., f.f.d.)

Firudin Qurban oğlu Zeynalov
(dos.)

Namiq Nadir oğlu Niftiyev
(dos., f.e.d.)

Şakir Xəlil oğlu Xəlilov
(dos., t.f.d.)

Yaşar Hüseynəli oğlu Hüseynəliyev
(dos.)

Azər Mustafakamal oğlu Allahverdiyev
(dos., f.f.d.)

Asəf Ənvər oğlu Nəbiyev
(dos.)

Oktay Mayıl oğlu Həsənov
(dos., f.f.d.)

Vidadi İnqilab oğlu Hüseynov
(dos., f.f.d.)

Nərminə Əli qızı Əliyeva
(b/m.)

Tapdıq Aslan oğlu Cəfərov
(m.)

Hüseyn Aslan oğlu Aslanov
(b/m.)

Əziz Hümbət oğlu Babayev
(b/m.)

Böyükxanım Həsən qızı Həsənova
(lab.m.)

Lyudmila Kərim qızı Vahabova
(lab.m.)

İlahə Müslüm qızı Əlimərdanova
(b/lab.)

Gözəl Ulduz qızı Hacıyeva
(b/lab.)

Cəmilə Hasanpaşa qızı Məhərrəmova
(b/lab.)

Aygün Balayaz qızı İbrahimli
(b/lab.)

Tura Mixayılovna Aydınova
(lab.m.)

Aybəniz Güloğlan qızı Rzayeva
(b/lab.)

Elnarə Akif qızı Dadaşzadə
(lab.)

Sevda Adil qızı Məmmədova
(lab. )
       
       

Tarixi

Kafedra “Ümumi fizika” adı ilə institut yarandığı ildən fəaliyyətə başlamışdır. Onun ilk müdiri dos. R.Məlikov olmuşdur. O, 1921-ci ildən etibarən 15 il fizika kafedrasına rəhbərlik etmişdir. Bu müddətdə dos. R.Məlikov fizika  sahəsində ali məktəb tələbələri üçün Azərbaycan dilində dərslik və dərs vəsaitlərinin hazırlanmasında böyük xidmətlər göstərmişdir.

Fizika kafedrasında rus alimlərindən prof. Y.B.Lopuxin, prof.V.İ.Tixamirov və dos. A.Q.Alfimov fəaliyyət göstərmişlər. Bu alimlərin köməyi ilə kafedranın tədris və elmi-tədqiqat işləri tədricən kifayət qədər yüksək səviyyəyə çatdırılmışdır.
Dos. R.Məlikovun vəfatından sonra Fizika kafedrasına prof. A.Abbaszadə rəhbərlik etmişdir. 30 ildən artıq müddət ərzində prof. A.Abbaszadənin rəhbərliyi ilə Fizika kafedrasında 2 istiqamətdə (fizikanın tədrisi metodikası; maddələrin istilik-fiziki xassələrinin tədqiqi) böyük işlər görülmüşdür. Bu işlərin nəticəsində 40 nəfərə yaxın tədqiqatçı fizika-riyaziyyat elmlər namizədi (hazırda fizika üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi adı almişdir. Prof. A.Abbaszadə uzun müddət (20 ildən çox) fizika fakültəsinin dekanı işləmişdir. O, bu gün də elmi əhəmiyyətini itirməyən “İstilikkeçirmə”, “Termodinamika” və “Molekulyar fizika və İstilik” kitablarının müəllifidir. A.Abbaszadənin vəfatından sonra kafedraya dos. A.Ə.Qılmanov, prof. Ə.M.Kərimov, prof. Ə.İ.Rüstəmov, prof. A.B.Bəşirov və dos. Ə.H.Əhmədov rəhbərlik etmişlər. 2011-ci ildən 2016-cı ilədək Mexanika və molekulyar fizika kafedrasına f.r.e.d. prof. E.Ə.Eyvazov rəhbərlik etmişdir.

         Azərbaycan Dövlət Pedaqoji Universtetinin Elektrik və optika kafedrası 1976-cı ildən dosent A.Məmmədov  rəhbərliyi altında müstəqil fəaliyyətə başlamışdır.   Kafedraya 1982-ci ilə qədər professor K. Məmmədov rəhbərlik etmişdir.  1982-ci ilin oktyabr ayında prof. M.İ.Murquzov Elektik və optika kafedrasına müdir seçilir, kafedrada tədris və elmi tədqiqat laboratoriyalarının yenidən qurulmasının və laboratoriyaların yeni cihaz və avadanlıqlarla təchiz olunmasını təşkil edir. Yeni elmi tədqiqat laboratoriyaları yaradılır və kafedranın bütün əməkdaşları elmi-tədqiqat işinə cəlb edilir. Bütün bunların nəticəsi olaraq prof. M.İ.Murquzov kafedra müdiri olduğu dövrdə 4 nəfər elmlər doktoru, 15 nəfər elmlər namizədi alimlik dərəcəsi almışdır. Prof. M.İ.Murquzovun özü 11 nəfər aspirant və dissertanta rəhbərlik etmiş,  2 doktorluq işinin elmi məsləhətçisi olmuşdur. Kafedranın inkişafında prof. K.Məmmədov, prof. Ə.Rüstəmov, prof.B.Quliyev, prof. Q.Səfərəliyev, prof. B.Haqverdiyev, prof. M.Əliyev, dos. M.Xəlilov, dos.X.Xəlilov, dos.V. Nağıyev, dos.V.Yusifov, Y.Yusifov və başqalarının səmərəli xidmətləri olmuşdur.2012-ci ilin may ayından dos C.İ.Hüseynov kafedra müdiri seçilmişdir.

Strukturu

Kafedranın nəzdində aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:

Mexanika

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Atvud maşını vasitəsilə irəliləmə hərəkətinin kinematika qanunlarının yoxlanılması.
  2. Atvud maşınında dinamikanın əsas tənliyinin yoxlanılması.
  3. Fiziki rəqqasın rəqslərinin öyrənilməsi
  4. Sərbəstdüşmə təcilinin çevirmə rəqqası vasitəsi ilə təyini (Bessel metodu).
  5. Sərbəstdüşmə təcilinin riyazi rəqqas vasitəsi ilə təyini.
  6. Yaylı rəqqasın rəqsinin öyrənilməsi.
  7. Oberbeq cihazında fırlanma hərəkəti qanunlarının öyrənilməsi.
  8. Bərk cismin ətalət momentinin burulma rəqqası vasitəsi ilə təyini.
  9. Nazim çarxın ətalət momentinin və dayağın sürtünmə qüvvəsinin təyini.
  10. Burulma ballastik rəqqas vasitəsilə güllə sürətinin təyini.
  11. Ballastik rəqqas vasitəsi ilə güllə sürətinin təyini.
  12. Burulma rəqqası vasitəsi ilə loqarifmik dekrementin və rəqsin sönmə əmsalının təyini.
  13. Burulma rəqqasının köməyi ilə burulma və sürüşmə modulunun təcrübi təyini.
  14. Meyl rəqqası vasitəsi ilə diyirlənmə sürtünmə əmsalının təyini.
  15. Uzununa deformasiyaya əsasən Yunq modulunun təyini.
  16. Kamertonun rəqs tezliyinin təyini.
  17. Səsin havada yayılma sürətinin təyini.
  18. Piknometrlə bərk  cisimlərin xüsusi çəkisinin təyini.
  19. Hidrostatik tərəzi vasitəsi ilə mayelərin xüsusiçəkisinin (sıxlığının) təyini.
  20. Boruda mayenin stasionar axınının öyrənilməsi.

Molekulyar fizika

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Qaz təzyiqinin termik əmsalının təyini.
  2. Qazların istilik tutumları nisbətinin Kleman- Dezorm üsulu ilə təyini.
  3. Bərk cisimlərin uzununa genişlənmə əmsalının təyini.
  4. Mayelərin həcmi genişlənmə əmsalının təyini.
  5. Mayelərin xüsusi istilik tutumunın elektrik kalorimetri vasitəsilə təyini.
  6. Bərk cisimlərin xüsusi istilik tutumlarının kalorimetr vasitəsilə təyini.
  7. Buzun xüsusi ərimə istiliyinin təyini və entropiya dəyişməsinin hesablanması.
  8. Suyun xüsusi buxarlanma istiliyinin təyini və buxarın entropiya dəyişməsinin hesablanması.
  9. Havada daxili sürtünmə əmsalının və molekulun sərbəst yolunun orta uzunluğunun təyini.
  10. Mayelərin daxili sürtünmə əmsalının Stoks üsulu ilə təyini.
  11. Mayelərin daxili sürtünmə əmsalinın Ostvald viskozimetri vasitəsi ilə təyini.
  12. Mayelərin dinamik özlülüyünün temperatur asılılığının tədqiqi.
  13. Mayelərin səthi gərilmə əmsalının Rebinder üsulu ilə təyini.
  14. Səthi gərilmə əmsalının təzyiqlər fərqinin kompensasiya üsulu ilə təyini.
  15. Mayelərin səthi gərilmə əmsalının temperatur asılılığının tədqiqi.

Mayelərdə molekulyar hadisələr

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Havanın daxili sürtünmə əmsalının təyini.
  2. Molekulun sərbəst yolunun orta uzunluğunun təyini.
  3. Hava molekulunun effektiv diametrinin və orta sərbəst uçuş yolunun uzunluğunun təyini.
  4. Mayelərin dinamik özlülüyünün temperaturdan asılılığının təyini.
  5. Mayelərin istilikkeçirmə əmsalının təyini.
  6. Hidrostatik çəki üsulu ilə P-ρ-T-nin təyini.

Bərk cisimlərin fizikası

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Xüsusi elektrikkeçiriciliyin zondlar metodu ilə tədiqi.
  2. Kompensasiya metodu ilə τ=τ(T)-nin tədqiqi.
  3. Kontaktsız metodla τ-nın tədqiqi.
  4. Dəyişən cərəyan körpüsü vasitəsi ilə τ=τ(ω,T)-nin tədqiqi.
  5. Termoelektrik hərəkət qüvvəsinin tədqiqi və səpilmə mexanizmlərinin araşdırılması.
  6. Xoll effektinin təcrübi tədqiqi.
  7. Dia və paramaqnetiklərin maqnit qavrayıcılığının Qui və Faradey metodunun tədqiqi.

Elektrik və maqnetizm laboratoriyası

Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  1. Ampermetrin dərəcələnməsi
  2. Voltmetrin dərəcələnməsi
  3. Mənbəyin e.h.q.-si və daxili müqavimətinin məlum müqavimətə görə təyini
  4. Xarici müqavimətdən asılı olaraq mənbəyin gücünün və f.i.ə.-nın təyini
  5. Potensial düşküsünə görə müqavimətin təyini
  6. Uitson körpüsü vasitəsilə müqavimətin təyini
  7. Metalların müqavimətinin temperatur asılılığının təyini
  8. Misin elektrokimyəvi ekvivalentinin və Faradey ədədinin təyini
  9. Yarimkeçiricilərin müqavimətinin temperatur asılılığının təyini
  10. Termoelektron emissiya qanunlarının yoxlanılması və elektronunn çıxış işinin təyini
  11. Termocütün dərəcələnməsi və termo e.h.q.-nin təyini
  12. Elektrik enerjisinin istilik ekvivalentinin təyini
  13. Yerin maqnit sahəsinin üfüqi toplananının tangens qalvanometri vasitəsilə təyini
  14. Solenoidin oxu boyunca maqnit sahəsi intensivliyinin təyini
  15. Dəyişən cərəyan dövrəsində kondensatorun tutumunun təyini
  16. Özü-özünə induksiya əmsalının təyini
  17. Dəyişən cərəyan dövrəsi üçün Om qanununun yoxlanılması
  18. Dəyişən cərəyan dövrəsində ayrilan gücün və gərginliklə cərəyan arasındakı faza sürüşməsinin təyini
  19. Transformatorun trasformasiya və f.i.ə.-nın təyini
  20. Sönən elektromaqnit rəqslərinin öyrənilməsi 
  21. Dia- və paramaqnetiklərin maqnit nüfuzluğunun təyini
  22. Sarğacın induktivliyinin təyini 
  23. Elektron osilloqrafının işinin öyrənilməsi 
  24. Elektronun xüsusi yükünün maqnetron üsulu ilə təyini

Optika laboratoriyası

Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  1. Lampanın işiq şiddətinin fotometrlə təyini
  2. Elektrik lampasının xüsusi gücünün təyini
  3. Fotoelementin həssaslığının təyini
  4. Tərs kvadratlar qanununun yoxlanılması
  5. Çökük güzgünün baş fokus məsafəsinin təyini
  6. Toplayıci linzanin baş fokus məsafəsinin təyini
  7. Səpici linzanın baş fokus məsafəsinin təyini
  8. Linzalarda xromatik aberrasiyanın tədqiqi
  9. Sferometr vasitəsilə linzanın əyrilik radiusunun təyini
  10. Baxış borusunun böyütməsinin təyini
  11. Mikroskopun böyütməsinin təyini
  12. Mikroskop vasitəsilə şüşənin sındırma əmsalının təyini
  13. Mayelərin sındırma əmsalının Abbe refraktometri vasitəsilə təyini
  14. Molekulların xətti  refraktometr vasitəsilə   təyini
  15. Şüşənin, prizmanın sındırma əmsalının spektrometr vasitəsilə təyini
  16. Nyuton halqaları vasitəsilə işığın dalğa uzunluğunun təyini
  17. Dfraksiya qəfəsi vasitəsilə işığın dalğa uzunluğunun təyini
  18. Malyus qanununun yoxlanılması
  19. Dairəvi polyarimetrlə optik aktiv məhlulların dönmə bucağının təyini
  20. Polyarimetrlə şəkər məhlullarının konsentrasiyasının təyini
  21. Şüşənin prizmanın dispersiyasının spektrometr vasitəsilə təyini
  22. Fotoelektrik kolorimetri vasitəsilə məhlullarının konsentrasiyasının təyini

Атом və nüvə fizikası laboratoriyası

Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  • Xarici fotoeffektin öyrənilməsi
    • Fotoelementin volt-amper xarakteristikasınin çıxarılması
    • Fotoelementin lüks-amper xarakteristikasınin çıxarılması
    • Fotoelementin spektral xarakteristikasınin çıxarılması
    • Plank sabiti və çıxış işinin təyini
  • Mütləq qara cismin şüalanma qanunlarının öyrənilməsi
    • Optik pirometrin iş prinsipinin öyrənilməsi
    • Stefan-Bolsman qanununun yoxlanılması
    • Vinin yerdəyişmə qanununun yoxlanılması
  • Hidrogen atomu spektrində spektral qanunauyğunluqların öyrənilməsi
    • УМ-2monoxromatorunun dərəcələnməsi
    • Hidrogenin şüalanma spektrinin tədqiqi
    • Ridberq sabitinin təyini
    • Hidrogen atomunun enerji səviyyəsinin hesablanması
  • Frank və Hers təcrübəsi
    • ЛМ-2 lampasının statik tor xarakteristikasınin çıxarılması
    • ЛМ-2 lampasının dinamik tor xarakteristikasınin çıxarılması
  • Elektronun xüsusi yükünün maqnetron üsulu ilə təyini
  • Lazer şüalarının fiziki xassələrinin öyrənilməsi
    • Lazer işığının dalğa uzunluğunun difraksiya qəfəsi vasitəsi ilə təyini
    • Lazer şüalarının enerjisinin təyini
    • Lazer şüalarının dağılma dərəcəsinin təyini
  • Kristallarda işığın udulmasının öyrənilməsi

Yarımkeçiricilər fizikası və fiziki elektronika laboratoriyası

Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

Yaımkeçiricilər fizikası

  • Yarımkeçirici materiallarda köcürmə hadisələrinin tədqiqi
    • Yarımkeçirici materialların xüsusi elektrikkeçiriciliyinin temperatur asılılığının tədqiqi
    • Yarımkeçirici materialların Holl əmsalının temperatur asılılığının tədqiqi
    • Yarımkeçiricilərdə yükdaşıyıcıların səpilmə mexanizminin araşdırılması
    • Yarımkeçirici materialların termo e.h.q-nin temperatur asılılığının tədqiqi
    • Yarımkeçiricilərdə istilikkeçiriciliyin təyini
  • Yarımkeçirici diodun volt-amper xarakteristikasının öyrənilməsi
    • Yarımkeçirici diodun VAX-nın çıxarılması
    • Yarımkeçirici diodun düzləndirmə qabiliyyətinin müşahidə edilməsi
    • Diod maddəsinin (məsələn Ge və ya Si) DE aktivləşmə enerjisinin təyini
  • Yarımkeçirici triodun-tranzistorun giriş və cıxış  xarakteristikasının öyrənilməsi
    • Ümumi baza sxemində p-n-p tip tranzistorun giriş xarakteristikasının cıxarılması
    • Ümumi baza sxemində p-n-p tip tranzistorun cıxış xarakteristikasının cıxarılması
    • Tranzistorun h-parametrlərinin hesablanması
  • Termorezistorun volt-amper xarakteristikasının və aktivləşmə enerjisinin təyini
    • Temperaturun həssaslıq əmsalının təyini
    • Termorezistorun müqavimətinin temperature asılılığının təyini
    • Termorezistorun statik volt-amper xarakteristikasının cıxarılması
  • Fotorezistorun fotokeciriciliyinin öyrənilməsi və yükdaşıyıcıların relaksasiya müddətinin təyini
    • Fotorezistorun volt-amper xarakteristikasının cıxarılması
    • Fotorezistorun lüks-amper xarakteristikasının cıxarılması
    • Yükdaşıyıcıların relaksasiya müddətinin təyini
  • Fotodiodun fotoelektrik xassələrinin öyrənilməsi
    • Fotodiodun volt-amper xarakteristikasının cıxarılması
    • Fotodiodun işıq xarakteristikasının cıxarılması
    • Fotodiodun ətalətliliyinin relaksasiya müddətinin təyini
  • İşıq diodunun volt-amper xarakteristikasının cıxarılması və Plank sabitinin təyini
    • İşıq diodunun volt-amper xarakteristikasının cıxarılması
    • Plank sabitinin işıq diodu vasitəsi ilə təyini

Fiziki elektronika

  • Laboratoriya işi  №1. Elektron osilloqrafinin işinin öyrənilməsi
    • Elektron osilloqrafının quruluşu və iş prinsipi ilə tanışlıq.
    • Sadə elektrik siqnallarının müşahidə edilməsi.
    • Lıssaji fiqurlarının osilloqrafda müşahidə edilməsi.
    • Bəzi xətti və qeyri-xətti elementlərin VAX-nın müşahidə edilməsi.
    • Dəyişən cərəyanın düzlənməsinin müşahidə edilməsi.
  • Laboratoriya işi  №2. İkielektrodlu elektron lampasının diodun-anod xarakteristikasının çıxarılması və elektronun metaldan çıxış işinin təyini
    • Vakuum diodunun anod xarakteristikasının cıxarılması.
    • Optik pirometr vasitəsi ilə katodun temperaturunun təyini.
    • Diodun anod xarakteristikasının dikliyinin və daxili müqavimətinin hesablanması.
    • Elektronun metaldan cıxış işinin təyini.
  • Laboratoriya işi  №3. Üçelektrodlu elektron lampasinin-triodun anod və tor  arakteristikalarinin öyrənilməsi
    • 6C2C triodunun anod xarakteristikasının cıxarılması.
    • 6C2C triodunun tor xarakteristikasının cıxarılması.
    • Triodun anod və tor xarakteristikalarının xətti hissəsinə görə m-gücləndirmə əmsalını, S-dikliyini və Ri-daxili müqavimətini hesablamalı.
    • Torun xarakteristikasının osilloqrafın ekranında müşahidə edilməsi.
  • Laboratoriya işi  №4. Vakuum fotoelementinin volt-amper və spektral xarakteristikalarının öyrənilməsi
    • Vakuum fotoelementinin volt-amper xarakteristikasının çıxarılması.
    • Fotoelementin lüks-amper  xarakteristikasının çıxarılması.
    • Fotoelementin spektral  xarakteristikasının çıxarılması.
  • Laboratoriya işi  №5. Neon lampasinin volt-amper xarak-teristikasinin çıxarılması və relaksasiya rəqslərinin  öyrənilməsi
    • Qaz (neon) lampasının volt-amper xarakteristikasının öyrənilməsi.
    • Relaksasiya rəqslərinin müşahidə edilməsi və relaksasiyamüddətinin hesablanması

Radiofizika laboratoriyası

Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  • Alcaq tezlikli generator
  • Standart siqnal generatorunun işi
  • Diferensiallayıcı RC dövrəsinin tədqiqi
  • Sadə xətti dövrələr-inteqrallayıcı RC dövrəsi
  • Paralel qoşulmuş rəks konturunun tədqiqi
  • Ardıcıl qoşulmuş rəqs konturunun tədqiqi
  • Birbaşa gücləndirməli sadə dedektorlu radioqəbuledici
  • Birbaşa gücləndirməli və tranzistorlu radioqəbuledici
  • Birbaşa gücləndirməli iki kaskadlı tranzistorlu qəbuledicinin tədqiqi
  • Alcaq tezlikli elektrik filtirlərinin tədqiqi
  • Yüksək tezlikli elektrik filtirlərinin tədqiq
  • Pentod lampasının tədqiqi

Rentgenquruluş təhlil laboratoriyası

Rentgenquruluş təhlili
Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  • ИРИС-М markalı rentgen qurğusunun iş prinsipi
  • Laueqramın alınması və tədqiqi
    • Laue metodu
    • Laueqramın alınması
    • Stereoqrafik proyeksiyalar
    • Laueqrama görə qnomostereoqrafik proyeksiyanın qurulması
  • Ovuntunun rentgenqramının alınması və onun kubik qəfəsli kristallar üçün hesablanması
    • Debay-Şerrer metodu
    • Ovuntunun rentgenqramının alınması və kub  kristal üçün hesablanması
  • İki komponentli sistemin rentgen faza təhlili

Statistik göstəricilər

  • 14 nəfər professor-müəllim heyəti,
    • 2 nəfər elmlər doktoru, professor,
    • 7 nəfər fəlsəfə doktoru, dosent,
    • 2 nəfər fəlsəfə doktoru, baş müəllim,
    • 1 nəfər fəlsəfə doktoru müəllim,
    • 2 nəfər müəllimdən,
  • 1 nəfər 0,5 ştat əvəzçiliklə dosent
  • 7 nəfər tədris köməkçi heyət çalışır.
    • 2 nəfər laboratoriya müdri
    • 5 nəfər böyük laborantdan ibarətdir.

Elmi fəaliyyət

Elektrik və optika kafedrasının elmi işlərinin istiqaməti əsasən nadir torpaq metallarının iştirakı ilə AIVBVI(AIV=Ge, Sn, Pb; BVI=Se, Te, S) qrup birləşmələri əsasında yeni yarımkeçirici materialların alınması, optimal texnologiyanın işlənilməsi, onların fiziki-kimyəvi analizi və elektrofiziki xassələrinin tədqiqindən ibarətdir. 1980-1990-cı illərdə nadir torpaq metalları NTM aşqar kimi müxtəlif metalların möhkəmliyini, ərimə temperaturunun artırılması və s. məqsədlər üçün istifadə olunurdu. İlk dəfə prof.M.İ.Murquzov hələ Kiyevdə olarkən öz elmi işlərini NTM-nın iştirakı ilə olan yarımkeçirici materialların alınması, tədqiqi məsələsinə həsr etmişdir. O elmi işlərini NTM-nın elektron konfiqurasiyası modeli əsasında qurmuş və AIVBVI-qrup yarımkeçirici birləşmələrinin bu model əsasında bir sıra xassələrini izahını vermişdir. Azərbaycana bu sahədə olan tədqiqat işlərini ilk dəfə prof.M.İ.Murquzov gətirmiş və bu baza əsasında 1989-cu ildə Elektrik və optika kafedrası nəzdində “NTMM-nin fizikası” elmi tədqiqat laboratoriyası yaradılmışdır. Laboratoriyanın əsas elmi istiqaməti NTM-nın iştirakı ilə AIVBVI –qrup yarımkeçirici birləşmə və onların bərk məhlullarının alınması, kinetik xassələrinin və elektron quruluşunun “Elektron konfiqurasiyası modeli” əsasında elmi izahını verməklə bərabər praktik əhəmiyyət kəsb edən tərkibləri müəyyən etmək, tətbiqini tövsiyə etməkdir.

Kafedranın və elmi tədqiqat laboratoriyasının əməkdaşları Rusiya EA-nın “Radiotexnika və Elektronika”, Ukrayna EA-nın “Metalşünaslıq Problemləri” , Azərbaycan MEA-nın Fizika, Radiasiya Problemləri, Kimya Problemləri, Neft - Kimya Prosesləri İnstitutları, BDU, AzTU, ADNA və s. təşkilatlarla sıx əməkdaşlıq edir. Laboratoriyanın texniki bazası alınan yarımkeçirici matıerialların T=77-900K temperatur intervalında kinetik xassələrinin kompleks şəkildə tədqiq olunmasına imkan verir. Təcrübədən alınmış bu makroskopik parametrlər əsasında analiz aparılmış və maddələrin elektron təbiətinin formalaşmasında, istilik, qalvanomaqnit və optik xassələrinin araşdırılması əsasında praktik əhəmiyyət kəsb edən tərkiblər müəyyən olunmuşdur.

Aparılan tədqiqat işlərində üç və dördkomponentli, mürəkkəb yarımkeçirici maddələrin fiziki xassələrinin formalaşmasında bir sıra ümumi qanunauyğunluqlar müəyyən olunmuşdur. NTM-atomlarının elektron konfiqurasiyasının formalaşmasında dərində yerləşən 4f orbitasının mühüm rolu araşdırılmışdır. Aparılan təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, NTM atomları ilə daha kiçik dozalarda aşqarlanmış yarımkeçirici tərkiblərin həssaslığı daha yüksəkdir və tərkiblərə daxil edilən dozanın miqdarından asılı olaraq maddələrin fiziki xassələrini tənzimləmək mümkündür. Həmçinin 4f orbitin dolması ilə fiziki-kimyəvi xassələr arasında funksional asılılıq müəyyənləşdirilmişdir.

Bu müddət ərzində 5 nəfər elmlər doktoru və 15 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 15-müəlliflik şəhadətnaməsi alınmışdır. 120-dən çox yeni yarımkeçirici materiallar alınmış və onların kompleks: fiziki-kimyəvi və fiziki xassələri öyrənilmişdir. Bu sahədə 5 monoqrafiya və 250-dən çox məqalə və tezis nəşr olunmuşdur. Bir sıra beynəlxalq konfranslarda məruzələr edilmişdir.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Elektrik və maqnetizm
  2. Optika
  3. Atom və nüvə fizikası
  4. Müasir təbiətşünaslığın konsepsiyalar
  5. Radiofizika
  6. Yarımkeçiricilər fizikası
  7. Fiziki elektronika
  8. Yarımkeçirici materiallar və cihazların texnologiyası
  9. Ümumi fizika

Magistratura pilləsi üzrə

  1. Yarımkeçiricilərin optik və fotoelektrik xassələri
  2. Yarımkeçiricilərdə kimyəvi rabitənin növləri
  3. Yarımkeçiricilər fizikasının müasir problemləri
  4. Yarımkeçirici materialların texnologiyası
  5. Yarımkeçirici cihazların texnologiyası
  6. Yarımkeçirici çeviricilər
  7. Yarımkeçirici materialların və cihazların parametrlərinin təyini üsulları
  8. Yarımkeçiricilərdə kinetik hadisələr
  9. Kristalloqrafiya və yarımkeçiricilərin zona quruluşu
  10. Fizikanın tarixi və metodologiyası
  11. SF: Maddə quruluşu
  12. SF: Kvant kimyası
  13. SF: Yarımkeçiricilər nəzəriyyəsi
  14. SF: İfratkeçiricilər fizikası
  15. SF: Nanotexnologiya
  16. SF: Yarımkeçirici materialların tədqiqt üsulları
Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə fizika, riyaziyyat, kimya, mühəndis pedaqoji və bədii qrafika, biologiya  fakültələrində ümumi fizika kursu  üzrə yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada TEM 03.00.06-Yarımkeçiricilər fizikası istiqaməti üzrə magistr hazırlığı həyata keçirilir.

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazirlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq M.Murquzov “Atom fizikası” (2011), dərsliyini, M.Murquzov, C.Hüseynov, T.Cəfərov “Atom və nüvə fizikası: qısa nəzəri məlumat, suallar,məsələlər,testlər” (2010), M.Murquzov, C.Hüseynov, T.Cəfərov “Ümumi fizika kursundan məsələlər (atom və nüvə fizikası) (2005),  M,Murquzov, V.Nəsirov, C.Hüseynov ”Fizika kursundan laboratoriya praktikumu (elektrik, maqnetizm, optika)” (2010), V.Yusifov “Optika” (2008),  M.Murquzov, A.Ələkbərov “Atom fizikasından laboratoriya praktikumu” (2001), M.Murquzov, A.Ələkbərov, C C.Səfərov “Fiziki elektonikadan laboratoriya praktikumu” (2004), V.Nəsirov, G.Aslanlı “Elektrik və maqnetizm” (2008) dərs vəsaitlərini,  V.Nəsirov “Optika” (2010), Ş.İsmayılov “Fotoelektrik effekti” (2010) və “İstilik şüalanması” (2010), V.Nəsirov,X.Adıgözəlova, O.Həsənov “Elektrik və maqnetizmdə məsələlər” (2011),  M.Murquzov, A.Ələkbərov, O.Həsənov “Ümumi fizika kursu” (2012), M.Murquzov, C.Hüseynov X.Adıgözəlova  “Ümumi fizikadan  referat  və kurs  işlərinin  mövzuları” (2012) metodik vəsaitlərini misal göstərmək olar.

Xarici əlaqələr

Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə İran, Türkiyə, Almaniya, ABŞ, Fransa, Əlcazair və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birgə elmi-tədqiqat işləri aparmışlar.

Kafedra əməkdaşları əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Ukraynada, Belorusiyada, Litvada, Özbəkistanda, Gürcüstanda, Amerikada, Almaniyada, İngiltərədə, Fransada, Polşada, İranda, Türkiyəda və başqa xarici ölkələrdə keçirilən beynəlxəlq elmi konfraslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.957711

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)