Bu gün: 29 Aprel 2017, Şənbə
ADPU-nun Fizika və Texnalogiya fakültəsinin «Fizikanın tədrisi metodikası» kafedrası
ADPU-nun Fizika və Texnalogiya fakültəsinin «Fizikanın tədrisi metodikası» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Stuktur
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
Kafedra pasportu
• Elmi məqalələr

Əlaqə

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

Telefon: (99412) 498 19 63

Faks:

Əməkdaşlar

Rasim Rəşid oğlu Abdurazaqov
(k.m.ped.ü.f.d.,dos.)
Şükür Həmid oğlu Əlizadə
(ped.üz.elm.dok, prof.)
İsa Namaz oğlu İsmayılov
(ped.üz.elm.dok, dos.)
Natiq Ağarza oğlu Əliyev
(f.ü.f.dok., dos.)
Tacəddin Siracəddin oğlu Vahidov
(ped.ü.f.dok. , dos.)
Fikrət Movsüm oğlu Rəştiyev
(ped.ü.f.dok. , dos.)
Xəlil İsa oğlu Padarov
(ped.ü.f.dok. , dos.)
Dilbər Zirək qızı Əliyeva
(ped.ü.f.dok. , dos.)
Əfqan Məmmədalı oğlu Kərimov
(ped.ü.f.dok. , dos.)
Cəlal Miralı oğlu Səfərov
(f.ü.f.dok. , dos.)
Sevinc Xasay qızı Cəlilova
(ped.ü.f.dok. , dos.)
Ağaxəlil Ələsgər oğlu Əliyev
(f.ü.f.dok. , b.m )
Gülşən Əli qızı Musayeva
(b.m )
Tofiq Mirabdulla oğlu Hacıyev
(b.m )
Gülbəniz Seyfulla qızı Vəlibəyova
(lab.m )
   

Rəna Kamil  qızı Həsanova
(lab.m)

Zəminə Mirzə qızı Kərimli
(b.lab)

Nurlana Məhəmmədəli qızı Hüseynova
(b/lab.)

   

Tarixi

Fizikanın tədrisi metodikası bir elm kimi Azərbaycanda XX əsrin iyirminci illərində təşəkkül tapmağa başlamışdır. Bu elmin yaranması və inkişafında Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Təhsil Problemlər İnstitutu böyük rol oynamışdır. Həmin illərdən görkəmli alimlər R.Məlikov, B.Mirzəyev, A.Abbaszadə, M.Abdullayev, Y.Dorfman, E.Lopuxin və başqaları fizikanın ali və orta məktəblərdə tədrisi metodikasına dair əvvəlcə rus dilində, otuzuncu illərdən isə Azərbaycan dilində dərslik, dərs vəsaiti, metodik tövsiyyələr, elmi - metodik məqalələr yazıb nəşr etdirdilər. ADPU-nun Fizika fakultəsinin Fizikanın tədrisi metodikası kafedrası 1946-cı ildə yaradılmış və Fizika - riyaziyyat fakultəsinin nəzdində "Fizika və riyaziyyatın tədrisi metodikası" adı ilə fəaliyyətə başlamışdır. 1955 - ci ildə fizikanın tədrisi metodikası müstəqil fəaliyyətə başlayır. Həmin dövrlərdə kafedrada iki tədris və iki təlimin texniki vasitələri laboratoriyaları yaradılır. Kafedraya ilk müdiri professor A.A.Abbaszadə olmuşdur. 1960-1975-ci illər ərzində dos.B.A.Şərifzadə, dos. T.Q.Xasməmmədov rəhbərlik etmişdir. 1975-2003 - cü illərdə kafedraya profesor S.İmanov rəhbərlik etmişdir. Bu dövrdə Ş.Əlizadə doktorluq, İ.İsmayılov, K.Həsənov, X.Padarov, R.Abdurazaqov, N.Məsimov, D.Əliyeva, Ə.Kərimov, Ş.Əhmədov, S.Cəlilova isə namizədlik dissertasiyaları müdafiə etmişlər.

 

Strukturu

Kafedranın nəzdində aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:

Məktəb eksperimenti laboratoriyası

Bu laboratoriyada nümayiş təcrübələri və məktəblərdə keçirilən frontal laboratoriya işləri icra olunur

Fizika praktikum

Fizika praktikumu laboratoriyasında məktəb-fizika praktikumuna aid laboratoriya işləri icra edilir

Yeni İnformasiyalar texnologiyası laboratoriyası

Bu laboratoriyada tələbələr fizika tədrisində fəal interaktiv təlim texnologiyasınının tətbiqində Yeni İnformasiyalar texnologiyası vasitələrindən istifadə etmək metodikasına yiyələnir

Static göstəricilər

  • Professor-müəllim heyəti:
    • 1 nəfər professor, elmlər doktoru
    • 1 nəfər dosent, elmlər doktoru
    • 9 nəfər ped.üz.fəls.dok., dosent
    • 1 nəfər ped.üz.fəls.dok., b.m
  • Tədris köməkçi heyəti:
    • 2 nəfər laboratoriya müdiri
    • 2 nəfər böyük laborant

Fizikanın tədrisi metodikası kafedrasında elmləır doktorluğu üzrə ciddi araşdırmalar aparılır:

  • fəlsəfə doktorluğu  üzrə yeddi doktorant,
  • elmlər doktoru üzrə bir doktorantı var.

Kafedranın 34 magistri var

Elmi fəaliyyət

Fizikanın tədrtisi metodikası “Ali və orta ümumtəhsil məktəblərində fizika kursunun quruluşu, məzmunu və tədrisi metodikasının təkmilləşdirilməsi” problemi üzrə “Fizikanın tədrisi metodikası və metodologiyası” istiqamətində uzun illərdiki elmi araşdırma aparır. Həmin araşdırmalar aşağıdakı mövzuları əhatə edir:

  1. Ümumtəhsil məktəblərinin IX və X sinif fizika kursunun məzmunu və tədrisi metodikasının təkmilləşdirilməsi (icraçılar dosent R.R.Abdurazaqov, dosent T.S.Vahidov, dosent F.M.Rəştiyev, dosent B.M.Mirzəyev, dosent Ə.M.Kərimov, dosent S.X.Cəlilova, baş müəllim M.S.Muradova).
  2. IX sinifdə “Məktəb fizika eksperimentinin aparılma metodikasının təkmilləşdirilməsi (icraçı professor Ş.H.Əlizadə)
  3. Ümumtəhsil orta məktəblərində fizika tədrisinin optimallaşdırılmasında Yeni informasiyalar texnologiyasından istifadə metodikasının təkmilləşdirilməsi (icraçı dosent İ.N.İsmayılov).
  4. Ümumtəhsil məktəblərində fizikanın tədrisində ekoloji təhsil və tərbiyyə (icraçı dosent N.M. Məsimov, müəllim T.M.Hacıyev, müəllim G.Ə.Musayeva).
  5. Ümumtəhsil məktəblərində XI sinif fizika kursunun məzmunu və tədrisi metodikasının təkmilləşdirilməsi (icraçı dosent  X.Padarov, dosent D.Z.Əliyeva, baş müəllim Z.F.Hacıyeva).

Kafedra əməkdaşlarından dosent R.R.Abdurazaqov, dosent X.Padarov, dosent D.Z.Əliyeva ümumtəhsil məktəblərinə 7-11-ci siniflər üçün fizika və XI siflər üçün Astronomiya fənn proqrmları dərslik və dərs vəsaitlərinin tərtibində bilavasitə iştirak edirlər.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Fizikanın tədrisi metodikası
  2. Məktəb fizika kursunda məsələ həlli
  3. Məktəb fizika kursunun elmi əsasları
  4. SF: Tədrisdə Yeni İnformasiyalar texnologiyası
  5. SF: Fundamental fiziki anlayışların formalaşması

Magistratura pilləsi üzrə

  1. Fizika təliminin müasir problemləri və texnologiyaları
  2. Fizikanın tədrisi metodikasının tarixi və metodologiyası
  3. Məktəb fizika kursunda fundamental fiziki nəzəriyyələrin tədrisi metodikası
  4. Fizikanın tədrisində ölçmə, dəyərləndirmə və qiymətləndirmə
  5. Fizika fənn kurikulumu, təhlil, dəyərləndirmə və təlim
  6. Məktəb fizika eksperimentinin müasir sistemi
  7. Fundamental fiziki anlayışların forşalaşdırılması
  8. Müxtəlif təhsil müəsisələrində fizikanın tədrisi metodikası
  9. SF: Fizikanın tədrisində ekoloji məsələlər
  10. SF: Fizika tarixi
  11. Fizikanın Tədrisində testologiya

Kaedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış və Elmi şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir.Bunlara misal olaraq:
Murquzov М.İ., Abdurazaqov R.R. “Fizika. Optika. Kvant fizikası”.  Elektron dərslik, Abdurazaqov R.R., Məsimov N.M., Padarov X.İ. “Fizika”  Dərslik. II his., Əlizadə Ş.H. “Fizikadan  laboratoriya işləri. 7-9 siniflər üçün”, “Pedaqoji institudlarda məktəb fizika eksperimentinin aparılması metodikası və texnikası” 3 hissəli. F.M.Rəştiyev, B.Ş.Sultanov, Ş.H.Əliyev, “Təlimin texniki vasitələri  və yeni informasiya texnologiyaları”  İsmayılov İ.N., Abdullayev C.S.  Tədrisdə onlardan istifadə metodikası. Dərs vəsaiti, “Fizika tarixinə dair xronoloji məlumatlar “  T.S.Vahıdov, ” Məktəb fizika kursunda məsələlərin həlli metodikası” B.M.Mirzəyev, S.Cəlilova. I–II hissə, Fizikadan məsələlər.7-8-9 siniflər üçün Murquzov M., Abdurazaqov R,R, Əliyeva D.Z. dərslik və metodik vəsaitləri misal göstərmək olar.

Xarici əlaqələr

Uzun illər ərzində kafedranın əməkdaşları  keçmiş Sovetlər ittifaqının bir çox respublikalarının elmi mərkəzləri ilə əlqə saxlamışdırlar, elmi tədqiqat işləri aparmışdırlar. O cümlədən Türkiyə ilə sıx elmi əmədaşlıq əlaqələri qurmuşlar.

Əməkdaşlarımız Ankara Hacı Təpə Universitetində elmi simpozimunda məruzələr etmiş və elmi ictimayyət tərəfindən maraqla qarşılanmışdır.

Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika və Texnalogiya fakültəsinin Fizikanın tədrisi metodikası kafedrasının pasportu

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.02615

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)