Bu gün: 29 Mart 2017, Çərşənbə
ADPU-nun Fizika və Texnalogiya fakültəsinin «Mexanika və molekulyar fizika» kafedrası
ADPU-nun Fizika və Texnalogiya fakültəsinin «Mexanika və molekulyar fizika» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Stuktur
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

Telefon: (99412) 493 14 48

Faks:

WEB: http://adpu.edu.az/gen/html/azl/fakulte/Fizika_fakultesi/kafedra/Mexanika_ve_molekulyar_fizika/index.htm

Əməkdaşlar

Edil Əli oğlu Eyvazov
(kaf. m., prof., f.e.d)

Namiq Nadir oğlu Niftiyev
(dos., f.f.d.)

Şakir Xəlil oğlu Xəlilov
(dos., t.f.d.)

Azər Mustafakamal oğlu Allahverdiyev
(dos., f.f.d.)

Sultanəli Şükür  oğlu Qurbanov
(dos., f.f.d.)

Elman Hüseynəli oğlu Məmmədov
(dos., t.f.d.)

Hüseyn Aslan oğlu Aslanov
(b/m., t.f.d.)

Vidadi İnqilab oğlu Hüseynov
(m., f.f.d.)

Aygün Balayaz qızı İbrahimli
(b/lab., mag.)

İlahə Müslüm qızı Əlimərdanova
(b/lab., mag.)

       

Elnarə Akif qızı Dadaşzadə
(lab., mag.)

       

Tarixi

Kafedra “Ümumi fizika” adı ilə institut yarandığı ildən fəaliyyətə başlamışdır. Onun ilk müdiri dos. R.Məlikov olmuşdur. O, 1921-ci ildən etibarən 15 il fizika kafedrasına rəhbərlik etmişdir. Bu müddətdə dos. R.Məlikov fizika  sahəsində ali məktəb tələbələri üçün Azərbaycan dilində dərslik və dərs vəsaitlərinin hazırlanmasında böyük xidmətlər göstərmişdir.

Fizika kafedrasında rus alimlərindən prof. Y.B.Lopuxin, prof.V.İ.Tixamirov və dos. A.Q.Alfimov fəaliyyət göstərmişlər. Bu alimlərin köməyi ilə kafedranın tədris və elmi-tədqiqat işləri tədricən kifayət qədər yüksək səviyyəyə çatdırılmışdır.
Hazırda Fizika fakültəsində fəaliyyət göstərən 4 kafedra R.Məlikovun yaratdığı  Fizika kafedrasının bazası əsasında formalaşmışdır.

Dos. R.Məlikovun vəfatından sonra Fizika kafedrasına prof. A.Abbaszadə rəhbərlik etmişdir. 30 ildən artıq müddət ərzində prof. A.Abbaszadənin rəhbərliyi ilə Fizika kafedrasında 2 istiqamətdə (fizikanın tədrisi metodikası; maddələrin istilik-fiziki xassələrinin tədqiqi) böyük işlər görülmüşdür. Bu işlərin nəticəsində 40 nəfərə yaxın tədqiqatçı fizika-riyaziyyat elmlər namizədi (hazırda fizika üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi adı almişdir. Prof. A.Abbaszadə uzun müddət (20 ildən çox) fizika fakültəsinin dekanı işləmişdir. O, bu gün də elmi əhəmiyyətini itirməyən “İstilikkeçirmə”, “Termodinamika” və “Molekulyar fizika və İstilik” kitablarının müəllifidir.

A.Abbaszadənin vəfatından sonra kafedraya dos. A.Ə.Qılmanov, prof. Ə.M.Kərimov, prof. Ə.İ.Rüstəmov, prof. A.B.Bəşirov və dos. Ə.H.Əhmədov rəhbərlik etmişlər.

2011-ci ildən  Mexanika və molekulyar fizika kafedrasına f.r.e.d. prof. E.Ə.Eyvazov rəhbərlik edir.

Strukturu

Kafedranın nəzdində aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:

Mexanika

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Atvud maşını vasitəsilə irəliləmə hərəkətinin kinematika qanunlarının yoxlanılması.
  2. Atvud maşınında dinamikanın əsas tənliyinin yoxlanılması.
  3. Fiziki rəqqasın rəqslərinin öyrənilməsi
  4. Sərbəstdüşmə təcilinin çevirmə rəqqası vasitəsi ilə təyini (Bessel metodu).
  5. Sərbəstdüşmə təcilinin riyazi rəqqas vasitəsi ilə təyini.
  6. Yaylı rəqqasın rəqsinin öyrənilməsi.
  7. Oberbeq cihazında fırlanma hərəkəti qanunlarının öyrənilməsi.
  8. Bərk cismin ətalət momentinin burulma rəqqası vasitəsi ilə təyini.
  9. Nazim çarxın ətalət momentinin və dayağın sürtünmə qüvvəsinin təyini.
  10. Burulma ballastik rəqqas vasitəsilə güllə sürətinin təyini.
  11. Ballastik rəqqas vasitəsi ilə güllə sürətinin təyini.
  12. Burulma rəqqası vasitəsi ilə loqarifmik dekrementin və rəqsin sönmə əmsalının təyini.
  13. Burulma rəqqasının köməyi ilə burulma və sürüşmə modulunun təcrübi təyini.
  14. Meyl rəqqası vasitəsi ilə diyirlənmə sürtünmə əmsalının təyini.
  15. Uzununa deformasiyaya əsasən Yunq modulunun təyini.
  16. Kamertonun rəqs tezliyinin təyini.
  17. Səsin havada yayılma sürətinin təyini.
  18. Piknometrlə bərk  cisimlərin xüsusi çəkisinin təyini.
  19. Hidrostatik tərəzi vasitəsi ilə mayelərin xüsusiçəkisinin (sıxlığının) təyini.
  20. Boruda mayenin stasionar axınının öyrənilməsi.

Molekulyar fizika

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Qaz təzyiqinin termik əmsalının təyini.
  2. Qazların istilik tutumları nisbətinin Kleman- Dezorm üsulu ilə təyini.
  3. Bərk cisimlərin uzununa genişlənmə əmsalının təyini.
  4. Mayelərin həcmi genişlənmə əmsalının təyini.
  5. Mayelərin xüsusi istilik tutumunın elektrik kalorimetri vasitəsilə təyini.
  6. Bərk cisimlərin xüsusi istilik tutumlarının kalorimetr vasitəsilə təyini.
  7. Buzun xüsusi ərimə istiliyinin təyini və entropiya dəyişməsinin hesablanması.
  8. Suyun xüsusi buxarlanma istiliyinin təyini və buxarın entropiya dəyişməsinin hesablanması.
  9. Havada daxili sürtünmə əmsalının və molekulun sərbəst yolunun orta uzunluğunun təyini.
  10. Mayelərin daxili sürtünmə əmsalının Stoks üsulu ilə təyini.
  11. Mayelərin daxili sürtünmə əmsalinın Ostvald viskozimetri vasitəsi ilə təyini.
  12. Mayelərin dinamik özlülüyünün temperatur asılılığının tədqiqi.
  13. Mayelərin səthi gərilmə əmsalının Rebinder üsulu ilə təyini.
  14. Səthi gərilmə əmsalının təzyiqlər fərqinin kompensasiya üsulu ilə təyini.
  15. Mayelərin səthi gərilmə əmsalının temperatur asılılığının tədqiqi.

Mayelərin istilik-fiziki xassəsinin tədqiqi

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Havanın daxili sürtünmə əmsalının təyini.
  2. Molekulun sərbəst yolunun orta uzunluğunun təyini.
  3. Hava molekulunun effektiv diametrinin və orta sərbəst uçuş yolunun uzunluğunun təyini.
  4. Mayelərin dinamik özlülüyünün temperaturdan asılılığının təyini.
  5. Mayelərin istilikkeçirmə əmsalının təyini.
  6. Hidrostatik çəki üsulu ilə P-ρ-T-nin təyini.

Bərk cisimlərin fizikası

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Xüsusi elektrikkeçiriciliyin zondlar metodu ilə tədiqi.
  2. Kompensasiya metodu ilə τ=τ(T)-nin tədqiqi.
  3. Kontaktsız metodla τ-nın tədqiqi.
  4. Dəyişən cərəyan körpüsü vasitəsi ilə τ=τ(ω,T)-nin tədqiqi.
  5. Termoelektrik hərəkət qüvvəsinin tədqiqi və səpilmə mexanizmlərinin araşdırılması.
  6. Xoll effektinin təcrübi tədqiqi.
  7. Dia və paramaqnetiklərin maqnit qavrayıcılığının Qui və Faradey metodunun tədqiqi.

Static göstəricilər

  • 8 nəfər professor – müəllim heyyəti,
    • 1 nəfər fizika üzrə elmlər doktoru, professor,
    • 5 nəfər fizika üzrə fəlsəfə doktoru, dosent,
    • 1 nəfər texnika üzrə fəlsəfə doktoru, baş müəllim,
    • 1 nəfər fizika üzrə fəlsəfə doktoru, müəllim,
  • 3 nəfər tədris köməkçi heyəti:
    • 2 nəfər böyük laborant,
    • 1 nəfər laborant.

Elmi fəaliyyət

Mexanika və molekulyar fizika kafedrasında son on illiklərdə aparılan elmi-tədqiqat işləri, əsasən, iki istiqamətdə olmuşdur: Mayelər fizikası və Bərk cisimlərin kinetik, maqnit və optik xassələrinin tədqiqi.
Birinci istiqamət kafedra üçün ən-ənəvi olub assosiasiya olunmuş mayelərin və onların məhlullarının hal tənliklərinin və eləcə də termik və kolorik xassələrrinin təcrübi araşdıılması ilə bağlıdır. Son illərdə mayelərin molekulyar quruluşu və onlarda baş verən köçürmə hadisələrin tədqiqinə daha geniş yer verilir. Xüsusi halda, müəyyən olunmuşdur ki, hal paarametrlərinin geniş qiymətlər intervalında mayelərin dinamik özlülüyü aktivasiya xarakterli proses olmayıb, molekullar toplumunun birgə iştirakı ilə yaranan kollektiv prosesdir. Bu prosesin yarımfenomenoloji mənzərəsi təklif olunmuş və çoxsaylı, müxtəlif təbiətli mayelərdə təklif olunan mexanizmin təcrübi nəticələrlə kafi dərəcədə uyğunluğu müəyyən edilmişdir.

İkinci istiqamətdə aparılan tədqiqatlar özlüyündə çoxşaxəlidir: kafedra əməkdaşlarının müəyyən hissəsinin tədqiqatları maqnit nizamlı xrom halkoşpinellərinin alınması, onlarda kinetik və maqnitorezonans hadisələrin təcrübi tədqiqinə həsr olunmuşdur. Bu istiqamətdə alınan nəticələrdən oktaedrik və tetraedrik kationların t2g və lg-hallarının elektronlarla dolma qaydasını tənzim etməklə maqnit faza keçid temperaturu otaq temperaturuna yaxın maqnit yarımkeçiricilərinin alınması qaydasının müəyyənləşdirilməsi, oktaedrik kation əvəzləməsi (3d-4f tipli) yolu ilə yeni maqnit materiallarının alınması, onlarda konsentrasion maqnit faza keçidinin müəyyən edilməsi və  dielektrik xassələrinin geniş temperatur və tezlik intervalında təcrübii tədqiqi xüsusilə əhəmiiyyətlidir.

İkinci istiqamətdə aparılan digər tədqiqatlar AB2X4(A-Mn, Fe; B-Ga, İn; X-S; Se) tipli birləşmələrin alınması, onlarda yükdaşınma və polyarizasiya mexanizimlərinin tədqiqi ilə bağlıdır.

Elmi və praktiki baxımdan ciddi əhəmiyyət kəsb edən məsələlərdən olan günəş fotoelementlətinin alınması və onların tədqiqi kafedrada aparılan elmi tədqiqatlardandır. Xüsusi halda, Al-Ga-As və Ga-İn-As-P sistemlərində heterokeçid əsaslı günəş elementləri alınmış, onlara sürətli elektron dəstəsinin və γ-şüalarının təsiri tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, GaAs-AlGaAs əsaslı fotoelementlərin FİƏ-li~24%-dir və bu fotoelementlər ΔT=173-373K temperatur intervalında yararlıdırlar.

Hal-hazırda kafedrada  yuxarıda göstərdiyimiz elmi istiqamətlərdə intensiv tədqiqat işləri aparılır.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Mexanika
  2. Molekulyar fizika
  3. Ümumi fizika
  4. SF: Molekuyar köçürmə hadisələri
  5. SF: Bərk cisimlər fizikası
  6. SF: Mayelərin istilik-fiziki xassələri

Magistr pilləsi üzrə

  1. İstilik fizikası və molekulyar fizikanın müasir problemləri
  2. Molekulun quruluşu və molekulyar qüvvələrin təbiəti
  3. Müxtəlif aqreqat hallarının istilikkeçirmə mexanizmləri
  4. İstilik fizikası və molekulyar fizikanın tarixi və  metodologiyası
  5. Mayelərin özlülüyünün təcrübi tədqiqat metodları
  6. Makromolekulların (polimerlərin) quruluşu və istilik- fiziki xassələri
  7. Molekulyar akustika
  8. Çoxatomlu molekulların rəqs spektri və onların hesablama üsulları
  9. Molekulyar sistemlərin spektroskopik üsullarla tədqiqi
  10. SF: Maddələrin termik və kalorik xassələri və onların tədqiqat üsulları
  11. SF: Mayelərin özlülük mexanizmləri
  12. SF: Termoelektrik və termomaqnit hadisələr

Kafedranın professor- müəllim heyəti bakalavr pilləsi üzrə Fizika, Riyaziyyat, Mühəndis- pedaqoji və Bədii qrafika, Biologiya fakültələrində kondensə olunmuş hallar fizikası və ümumi fizika kursu üzrə yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparırlar.
Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada Fizika- 060503 - “İstilik fizikası və molekulyar fizika” istiqaməti üzrə magistr hazırlığı da həyata keçirilir.

Kafedrada Bakalavr və Magistr üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu işlər görülmüşdür. Belə ki, kafedra əməkdaşlarının “Mexanika” (prof. K.D.Hüseynov, 2001), “Bərk cisimlər fizikasının məsələlərlə şərhi” (prof. E.Ə.Eyvazov, prof. V.İ.Nəsirov, dos. Y.A.Abbasov, 2006), “Ümumi fizika praktikumu” (dos.Y.M.Abbasov, 2006), “Molekulyar fizikadan məsələlər” (dos. Ə.H.Əhmədov, dos. N.N.Niftiyev, dos. A.M.Allahverdiyev, 2007), “Mexanikadan məsələlər” (dos. Ə.H.Əhmədov, dos. N.N.Niftiyev, dos. A.M.Allahverdiyev, 2009), “Yarımkeçiricilər  fizikasına giriş” (prof. Ə.E.Eyvazov, dos.V.C.Fərəcov, dos. S.Ş.Qurbanov, 2009), “Molekulyar fizika və termodinamikaya giriş” (prof. E.Ə.Eyvazov, dos. S.Ş.Qurbanov, dos. Ş.X.Xəlilov, 2010), “Bərk cisimlər fizikasından səciyyəvi testlər” (prof. E.Ə.Eyvazov, dos.S.A.Zeynalov, f.r.e.n. V.İ.Hüseynov, 2010) “Bərk cisimlər fizikası” (prof. E.Ə.Eyvazov, 2012), “Molekulyar köçürmə hadisələri” (prof. E.Ə.Eyvazov, 2013) adlı dərslik və dərs vəsaitləri nəşr olunmuşdur.

Kafedrada bakalavr və magistr pillələrində tədris olunan fizikanın bütün bölmələri demək olar ki, dərs vəsaitləri, yaxud dərsliklə təmin edilmişdir.

Xarici əlaqələr

Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikalarının və elmi mərkəzləri ilə məs. Moskva, Kiev, Xarkov, Sverdlovsk, Odessa, Sankt-Peterburq, habelə İran, Türkiyə, Almaniya, ABŞ, Fransa və başqa ölkələrin universitetləri və elmi-tədqiqat mərkəzləri ilə əlaqə saxlamış, birgə elmi-tədqiqat işləri aparmışlar. Bu gündə həmin əlaqələr əsasən davam edir.

Kafedra əməkdaşlarının əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Ukraynada, Belarusiyada, Gercüstanda, Almaniyada, İngiltərədə, Fransada, İranda, Türkiyədə və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.016923

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)