Bu gün: 29 Aprel 2017, Şənbə
ADPU-nun Kimya və Biologiya fakültəsinin «Analitik və fiziki kimya» kafedrası
ADPU-nun Kimya və Biologiya fakültəsinin «Analitik və fiziki kimya» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Stuktur
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

Telefon: (99412) 498 18 05

Əməkdaşlar

Nailə Allahverdi qızı Verdizadə (kaf.m., prof., k.e.d.) Telman Əhməd oğlu Ağdamski (prof., k.e.d.) Sevil Mustafa qızı Şirəliyeva
(dos., k.f.d.)
Əli Zal oğlu Zalov
(dos., k.f.d.)
Hüsü İsa oğlu İbrahimov
(dos., k.f.d.)
Kərim Əvəz oğlu Quliyev
(dos., k.f.d.)
Azər Mədət oğlu Sərdarlı
(dos., k.f.d.)
Şəfa Ağa qızı Məmmədova
(b/m., k.f.d.)
Ülviyyə Balabəy qızı Abasquliyeva
(k.f.d.,m.)
Naibə Nəsrəddin qızı Əfəndiyeva
(m.)
   
Lyudmila İvanovna Babayeva
(lab.m.)
Elmira Məmmədəli qızı Şəfiyeva
(b/lab.)
Münəvvər Seyfəddin qızı Əliyeva
(b/lab.)
   

 

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və fiziki kimya kafedrası 1969-cu uldən müstəqil fəaliyyət göstərir.1969-1973-cü illərdə kafedraya görkəmli alim, professor Allahverdi Verdizadə rəhbərlik etmişdir. O, vəfat etdikdən sonra 1976-cı ilə qədər baş müəllim Məmmədxan Mehdiyev və 1976-cı ildən bu günə qədər professor Nailə Verdizadə rəhbərlik edir.

Kafedranın inkişafında prof.A.Verdizadə, N.Verdizadə, prof.T.Ağdamski, dos.T.Əmrahov, dos.S.Şirəiyeva, dos.N.Xəlilova, dos.H.İbrahimov, dos.M.İsgəndərov, dos.Ə.Zalov, dos.K.Quliyev və başqalarının səmərəli xidmətləri olmuşdur.

Strukturu

Kafedranın nəzdində aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:

Vəsfi analiz laboratoriyası

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. I qr. kationlarının xarakterik reaksiyaları
  2. I qr. kationlarının qarışığının analizi
  3. I qr. kationlarının qarışığına aid yoxlama işi
  4. II qr. kationlarının xarakterik reaksiyaları və qarışığının analizi
  5. II qr. kationları qarışığına aid yoxlama işi
  6. I – II qr. kationlarının qarışığına aid yoxlama işi
  7. III qr. kationlarının xarakterik reaksiyaları
  8. III qr. kationları qarışığının analizi
  9. III qr. kationlarının qarışığına aid yoxlama işi
  10. I - III qr. kationlarının qarışığına aid yoxlama işi
  11. IV qr. kationlarının xarakterik reaksiyaları
  12. IV qr. kationları qarışığının analizi
  13. IV qr. kationları qarışığına aid yoxlama işi
  14. III – IV qr. kationlarının qarışığına aid yoxlama işi
  15. V qr. kationlarının xarakterik reaksiyaları
  16. V qr. kationları qarışığının analizi
  17. V qr. kationlarının qarışığına aid yoxlama işi
  18. VI qr. kationlarının xarakterik reaksiyaları və qarışığının analizi
  19. I-IV qr. kationları qarışığının analizi
  20. I qr. kationlarının ayrılması və təyini
  21. II qr. kationlarının ayrılması və təyini
  22. III - IV qr. kationlarının ayrılması
  23. III qr. kationlarının   təyini
  24. IV qr. kationlarının   təyini
  25. V qr. kationlarının   təyini
  26. VI qr. kationlarının   təyini
  27. I, II, III qr. anionlarının xarakterik reaksiyaları
  28. I, II, III qr. anionları qarışığının analizi
  29. I, II, III qr. anionları qarışığına aid yoxlama işi
  30. Quru maddənin analizi

Miqdari analiz laboratoriyası

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. 0,1n HCI məhlulunun hazırlanması və titrinin  Na2CO3 vasitəsilə təyini
  2. Texniki sodada Na2CO3-ın miqdarının təyini
  3. Na2CO3 və NaOH qarışığının titrimetrik təyini
  4. 0,1n KMnO4 məhlulunun hazırlanması və titrinin təyini
  5. Mor duzunda dəmirin permanqanatometrik təyini
  6. 0,1n Na2S2O3∙5H 2O məhlulunun hazırlanması və titrinin təyini
  7. Misin (II) yodometrik təyini
  8. MgSO4 ∙7H2O ilə trilon B-nin titrinin təyini
  9. Suyun codluğunun kompleksonometrik təyini
  10. Mor üsulu ilə AgNO3 -ın titrinin təyini
  11. Mor üsulu ilə texniki NaCI-da xlor ionunun təyini
  12. NH4SCN məhlulunun titrinin təyini  və Folqard üsulu ilə NaBr-də Br- ionunun təyini
  13. Merkurimetrik üsulla suda CI- ionunun təyini
  14. Potensiometrik üsulla məhlulun pH-nın təyini
  15. Titanın (IV) durulaşdırma üsulu ilə təyini
  16. Cu (II)-nin kolorimetrik şkala üsulu ilə təyini
  17. Ni (II)-nin dimetilqlioksimlə fotometrik təyini
  18. Dəmirin (III) sulfosalisilat turşusu ilə fotometrik  təyini
  19. Alovlu fotometrik üsulla qələvi metalların təyini
  20. Emission spektral analiz üsulu ilə tanışlıq

Fiziki kimya laboratoriyası

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Kolorimetrik sistemin istilik tutumunun təyini
  2. Duzların həllolma istiliyinin təyini
  3. Hidratlaşma istiliyinin təyini
  4. Heytrallaşma istiliyinin təyini
  5. Mayelərin ebulioskopiya sabitinin təyini
  6. Naftolinfenol sisteminin termiki analizi
  7. Dissosiasiya dərəcəsinin təyini
  8. Paylanma qanunu. Su və benzol arasında  asetat turşusunun paylanması
  9. Məhlulların elektrik keçiriciliyinin təyini
  10. Zəif elektrolitlərin dissosiasiya dərəcəsinin təyini.
  11. Butil spirtinin suda məhlulu. Hava bölgüsündə səthi gərilmənin təyini və adsorbsiyanın hesablanması.
  12. Mayelərin doymuş buxar təzyiqinin təyini
  13. Krioskopiya üsulu ilə həllolan maddənin molekul kütləsinin təyini
  14. Ebulioskopiya üsulu ilə həllolan maddənin molekul kütləsinin təyini
  15. Asetat turşusunun kömürlə adsorbsiyası
  16. Adsorbentin səthində bir maddənin başqa maddə ilə mübadiləsi
  17. İon mübadiləli adsorbsiya
  18. Korroziya və və metalların qorunması
  19. Korroziya sürətinin təyini
  20. Kulonometriya
  21. Şüşə elektrodu vasitəsilə pH ölçülməsi
  22. Mənbəyin EHQ məlum  müqavimətə görə  təyini
  23. Aktivləşdirilmiş kömürlə butil spirtinin adsorbsiyası
  24. Aktivləşdirilmiş kömürlə karbonat turşusunun adsorbsiyası
  25. Qazometrik üsulla H2O2-in parçalanma reaksiyasının sürət sabitinin təyini
  26. Etilasetat efirinin sabunlaşma reaksiyasının sürət sabitinin təyini
  27. Asetonun yodlaşması reaksiyasının sürət sabitinin təyini
  28. HJ turşusunun H2O2-lə oksidləşməsi reaksiyasının sürət sabitinin təyini
  29. Kimyəvi reaksiyaların  sürətinin katalizatorların iştirakı ilə dəyişilməsi
  30. Şəkərin inversiyası reaksiyasının sürət sabitinin təyini.

Kolloid kimya laboratoriyası

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Gümüşyodid, berlin abısıs, dəmir(III)-hidroksid zolunun alınması
  2. Həlledicinin dəyişilməsi metodu ilə zolların hazırlanması
  3. Emulsiyaların alınması və xassələrinin öyrənilm\si
  4. Kolloid sistemlərin dializi, ultrafiltrasiyası və fraksiyalaşdırılması
  5. Dəmir (III)-hidroksid zolunun koaqulyasiya həddinin təyini
  6. Kolloid məhlulların özlülüyünün təyini
  7. Şişmə hadisəsi və şişmə sürətinin təyini
  8. Benzolun suda emulsiyasının hazırlanması
  9. Jod-su və su-yağ növlü emulsiyaların alınması və tədqiqi
  10. Dispersləşmiş hissəciklərin diffuziya sürətinin təsiri.

Fiziki-kimyəvi analiz üsulları laboratoriyasında üç fənn – “Fiziki kimyəvi analiz üsulları”, “Kompleks birləşmələrin fotometrik tədqiqi” və “Üzvi reagentlərin analitik kimyada tətbiqi” fənləri tədris olunur.

Fiziki-kimyəvi analiz üsulları laboratoriyası

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Misin kolorimetrik şkala üsulu ilə təyini
  2. Dəmirin durulaşdırma üsulu ilə təyini
  3. Udma spektrlərinin çıxarılması
  4. Alüminiumun 8-oksixinolinlə təyini
  5. Dəmirin sulfosalisil turşusu ilə təyini
  6. Misin komplekson III ilə spektrofotometrik titrləmə üsulu ilə təyini
  7. Nikelin oksidləşdiricilər iştirakı ilə dimetilqlioksimlə təyini
  8. Dəmirin tayronla təyini
  9. Titanın xromotrop turşusu ilə təyini
  10. Manqanın ammonium-persulfatla təyini
  11. Xromun difenilkarbazidlə təyini
  12. Vanadiumun pirokatexin və anilinlə təyini
  13. Misin ammonyakat kompleksi şəklində təyini
  14. Molibdenin salisilfluoronla fotometrik təyini
  15. Alov fotometriyası ilə natrium və kaliumun təyini
  16. Süddə zülalların təyini
  17. Kolbasa məmulatlarında fenolun fotometrik təyini
  18. Süddə laktozanın refraktometrik təyini
  19. Kərə yağında natrium-xloridin xromatoqrafik üsulla təyini
  20. Suda məhlulda saxarozanın polyarimetrik təyini

Statistik göstəricilər

  • 10 nəfər professor-müəllim heyəti
    • 2 nəfər elmlər doktoru, professor
    • 5 nəfər fəlsəfə doktoru, dosent
    • 1 nəfər fəlsəfə doktoru, b/müəllim
    • 2 nəfər müəllim
  • 4 nəfər tədris köməkçi heyəti çalışır
    • 1 nəfər laboratoriya müdiri
    • 3 nəfər böyük laborant

Elmi fəaliyyət

Analitik və fiziki kimya kafedra əməkdaşlarının elmi işlərinin analitik kimya istiqaməti prof. N.A.Verdizadənin rəhbərliyi altında aparılır və əsasən d-keçid elementlərin tərkibində kükürd, azot və oksigen olan liqandlarla və üzvi aminlərlə (səthi fəal maddələr) yeni sinif müxtəlifliqandlı komplekslərinin spektrofotometrik tədqiqindən və onların kimyəvi analizdə tətbiqindən ibarətdir. Müəyyən edilmişdir ki,  Ti (III, IV), V (II,IV,V), Nb (V), Ta (V), Mo (V), W (V), UO2+2 , Fe (III), Ni (II), Co (II), Bi (III), Cu (II) rodanid (və ya 2,7-di (rodanometil)-benzo-1,4-dioksan), 2-oksi-5-halogentiofenol, 2,6-ditiol-4-üçlübutilfenol və hidrofob aminlərlə yaxşı ekstraksiya olunan, həssaslığına və seçiciliyinə görə eyni liqandlı komplekslərdən üstün olan müxtəlifliqandlı komplekslər əəmələ gətirir. Yeni işlənmiş qeyd olunan ionların kiçik miqdarlarının  təyini və qatılaşdırılması metodikaları müxtəlif obyektlərin (alunit, torpaq,  polad, ərinti, yeyinti məhsulları, neft və neft məhsullsrı) analizinə tətbiq edilmişdir. Nəticədə işlənmiş metodikalar Sumqayıt superfosfatr zavoduna, Gəncə alüminium zavoduna, Aztrubzavoda, “Qiprotsvetmetobrabotka” institutun Moskva eksperimental keyfiyyətli ərintilər zavodunun standart nümunələr laboratoriyasına, Dimitrov adına Aviasiya zavodunun Mərkəzi laboratoriyasına (Tbilisi şəhəri), REA İGEM (Moskva), Azneftyağ, Keşlə Maşınqayırma zavoduna tətbiq edilmişdir.

Apardıqları elmi-tədqiqat işlərinin nəticələrini keçmiş SSRİ-də keçirilmiş ümumittifaq və respublika konfrans və simpoziumlarda (Moskva, Kiyev, Tallin, Sank-Peterburq, Voronej, Qroznı, Nalçik, Maxaçkala və s.) ümumi və tətbiqi kimya üzrə XII Mendeleyev qurultayında (1981), ekologiya üzrə Rusiya-Amerika Beynəlxalq konqresdə (1996), lşada keçirilən qurultayda, Avstriyanın Vyana şəhərində (1990), Evroanaliz VII konqresində, Voronejdə (2003, 2005, 2010) beynəlxalq forumlarda məruzələrlə çıxış etmişlər. Kafedra əməkdaşlarının işləri mütəmadi olaraq respublika və beynəlxalq səviyyəli jurnallarda çap olunur. Ekologiya sahəsində gördükləri işləri “Ekological conqress”adlə RUSİYA-ABŞ beynəlxalq jurnallarda ingilis dilində mütəmadi olaraq çap olunur.

Bu müddət ərzində bu sahədə 2 nəfər elmlər doktoru və 7 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 11 ədəd tətbiq aktları alınmışdır. Bu sahədə 500-d\n çox məqalə və tezis nəşr olunmuşdur.

Kafedrada aparılan elmi-tədqiqat işlərinin ikinci istiqaməti.Kataliz problemidir.

Prof.T.Ə.Ağdamski tərəfindən metalsilikat katalizatorlarının sintezi və tədqiqi bir neçə istiqamətdə aparılır. Müxtəlif metalsilikat katalizatorlarının sintez şəraiti öyrənilmiş, onların adsorbsiya üsulu ilə səth xassələri tədqiq olunaraq, katalitik fəallıqları  neftin krekinq reaksiyasında öyrənilmişdir. Tərkibində d və f elementləri olan iki valentli samarium, yevropium, itterbiumun tsiklopentadieni l arenil birləşmələrinin tədqiqini əhatə edən yeni elmi istiqamət müəyyən edilərək onların seolitlər üzərinə çökdürülməklə yeni növ katalizatorlar sintez edilmişdir. Ferrosenil və simantrenil karbonil metal komplekslərinin sintezi və fazalararası katalizdə  tətbiqi öyrənilməkdədir.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Analitik kimya
  2. Fiziki və kolloid kimya
  3. Analitik kimya və fiziki kolloid
  4. SF: Fiziki-kimyəvi analiz metodları
  5. SF: Üzvi reagentlərin analitik kimyada tətbiqi
  6. SF: Kompleks birləşmələrin fotometrik tədqiqi

Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə kimya və biologiya fakültələrində analitik, fiziki və kolloid kimya kursları üzrə yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya dərsləri aparırlar. Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış, fakültənin elmi şurasında, sonra da Təhsil nazirliyinin elmi-metodik şurasının Kimya bölməsinin qərarı ilə təsdiq edilmiş və nəşr edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində kafedra əməkdaşları tərəfindən xeyli iş görülmüşdür. Məsələn, A.Verdizadə, N.Verdizadə “Analitik kimya” (2002), T.Ağdamski “Kolloid kimya” (2011), N.Verdizadə, Ə.Zalov, K.Quliyev, H.İbrahimov “Üzvi reagentl\rin analitik kimyada tətbiqi” (2010) dərsliklərini; A.Verdizadə, T.Əlizadə, N.Verdizadə “Kimyadan vəsait” (1983), N.Verdizadə “Spektrofotometrik və fotokolorimetrik analiz üsuluna dair praktikum”, N.Verdizadə, K.Quliyev, Ə.Zalov “Kimya” (2002),T.Ağdamski, N.Xəlilova “Fiziki və kolloid kimyanın əsasları (1984), N.Verdizadə, M.Mehdiyev “Kimyəvi analizin əsasları” (1992), N.Verdizadə, K.Quliyev, Ə.Zalov, T.Əmrahov “Kimyadan məsələ və çalışmalar” (1998). N.Verdizadə, K.Quliyev, Ə.Zalov, T.Əmrahov “Qısa kimya kursu” (2003), N.Verdizadə, M.İsgəndərov “Ekologiyanın əsasları və təbiətin mühafizəsi” (2008),N.Verdizadə, M.İsgəndərov “Xromatoqrafik analiz metodları” (2009), N.Verdizadə, H.İbrahimov “Oksidimetriya”(2009) dərs və saitləri; N.Verdizadə, M.İsgəndərov “Anakitik kimyadan kurs işlərinə dair metodik göstəriş” (1986), N.Xəlilova, T.Ağdamski, N.Verdizadə,A.Babazadə “Fizkol kimyadan yoxlama işl\rinə dair metodik göstəriş” (1989), N.Verdizadə, M.İsgəndərov, S.Şirəliyeva “İondəyişdirici xromatoqrafik analiz üsuluna dair metodik vəsait” (1997), T.Ağdamski, N.Xəlilova “Fiziki kimyadan məsələ həlllinə dair metodik göstəriş” (1990),T.Ağdamski, N.Xəlilova “Fiziki kimyadan praktikum” (1993), N.Verdizadə, K.Quliyev, Ə.Zalov “Kompleks birləşmələr və onların analizdə tətbiqi” (2005), ), N.Verdizadə, Ə.Zalov, K.Quliyev, A.Sərdarlı “Oksidləşmə-reduksiya reaksiyaları” (2007) ,N.Verdizadə, Ə.Zalov, H.İbrahimov,K.Quliyev “Üzvi reagentlərin analitik kimyada” tətbiqi(2010), N.Verdizadə, K.Quliyev, Ə.Zalov, Ş.Quliyev “Kimya kursu” (2010), N.Verdizadə, K.Quliyev, Ə.Zalov, N.Novruzova, N.Məmmədova “Qravimetrik analiz”(2014), N.Verdizadə, Ə.Zalov, K.Quliyev, A.Ələkbərov “Optik atom spektroskopiya üsulları” (2014) və s. misal göstərmək olar.

Xarici əlaqələr

Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının elmi mərkəzləri ilə : M.V.Lomonosov adına MDU, Daşkənd, Kiyev, Tallin, Sankt-Peterburq, Voronej, Qroznı, Nalçik, Mahaçqala və s. Dövlət Universitetləri ilə əlaqə saxlamışdır. Kafedra əməkdaşları  əldə etdiyi elmi nəticələri bir sıra xarici ölkələrdə, o cümlədən Rusiya, Ukraina, Özbəkistan, Estoniya, Polşa, Amerika, Avstriya, İsveç, Yunanıstan, Portuqaliya, Almaniya, Yaponiya, İtaliya, Kanada və s. xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlarda məruzə etmişlər.

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007045

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)