Bu gün: 23 Oktyabr 2017, Bazar ertəsi
ADPU-nun Kimya və Biologiya fakültəsinin «Ümumi kimya və kimyanın tədrisi metodikası» kafedrası
ADPU-nun Kimya və Biologiya fakültəsinin «Ümumi kimya və kimyanın tədrisi metodikası» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Stuktur
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

Telefon: (99412)

E-mail: umumikimya@adpu.edu.az

Əməkdaşlar

Reyhan Mirhüseyn qızı Ağayeva
(kaf.m.)

Ələkbər Nemət oğlu Qurbanov
(prof.)

Mədət Heydər oğlu Şahbazov
(dos., k.f.d.)

Aysəba Zakir qızı Məmmədova
(dos., k.f.d.)

Gülputa Gülbaba qızı Şəfaqətova
(dos., k.f.d.)

Vəsilə Ələkbər qızı Qurbanova
(dos., k.f.d.)

Gülnarə Nizami qızı İsmayılova
(b/m., k.f.d.)

İbrahimova Rumiyyə
(b/m.)

Gülzar Vəsət qızı Şadlinskaya
(b/m., k.f.d.)

Simuzər Əziz qızı Qəhrəmanova
(m.)

Firuzə İsmayıl qızı Salahova
(m., k.f.d.)

Zemfira Cəmil qızı Tağıyeva
(dos.)

Şükufə İsa qızı Hacıyeva
(lab.m.)

Emelya Muxtar qızı Mustafayeva
(lab.m.)

Nuranə Nazim qızı Fətiyeva
(b/lab.)

Gülbacı Əli qızı Bəkirova
(b/lab.)

Aynurə Akif qızı Qarayeva
(b/lab., mag.)

Aypara Cəbrayıl qızı Mahmudova
(b/lab.)

Tağıyeva Aynurə Aynure_Semil_Tomuyeva
(lab.)

Cəmilə Zahid qızı Səfərova
(lab.)

 

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi kimya və KTM kafedrası 1930-cu ildən müstəqil fəaliyyət göstərir. Kafedradan 1966-cı ildə “Üzvi kimya və kimya texnologiyası” kafedrası, 1969-cu ildə isə “Analitik və fiziki kimya” kafedraları ayrılaraq müstəqil fəaliyyət göstərir. Kafedraya 1983-cü ilə qədər prof.R.Əliyev, 2000-ci ilə qədər prof.İ.Nəsibov, 2000-ci ildən prof.Ə.N.Qurbanov rəhbərlik edir.

Kafedranın inkişafında prof.R.Əliyev, prof.İ.Nəsibov, dos.B.Mardaxayev, dos.B.Həsənov, dos.Ə.Xəlilov, dos.M.Hüseynov, dos.A.Quliyev, dos.A.Məmmədova, dos.S.Quliyeva və kafedranın digər üzvlərinin səmərəli xidmətləri olmuşdur.

 

Strukturu

Kafedranın nəzdində aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:

Ümumi kimya laboratoriyası

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Həlletmə, süzmə və areometrlə işləmək.
  2. Maddələrin təmizlənməsi.
  3. Maddələrin ekvivalentinin təyini.
  4. Qazların molekul kütləsinin təyini. CO2-nin molekul kütləsinin təyini.
  5. Kimyəvi reaksiyanın tipləri.
  6. Mis sulfatdan (II)  misin alınması.
  7. Oksidlər, əsaslar və turşuların alınması və xassələri.
  8. Duzların alınmasına aid təcrübələr.
  9. Kimyəvi reaksiyanın sürəti və kimyəvi tarazlığa aid təcrübə.
  10. Məhlullar. Duzların həllolmasına aid təcrübələr.
  11. Müxtəlif qatılıqlı məhlulların hazırlanması.
  12. Titrləmə metodu ilə qələvilərin qatılığının təyini.
  13. Qazların suda həll olmasına aid təcrübələr.
  14. Qazların molekul kütləsinin krioskopik üsulla təyini.
  15. Duzların hidrolizinə aid təcrübələr.
  16. Həll olma. Duzların həllolmasına aid təcrübələr.
  17. İndikator vasitəsilə məhlulun PH-nın təyini.
  18. Bufer məhlulların hazırlanması.
  19. Elektrolizə aid təcrübələr.
  20. Oksidləşmə-reduksiya reaksiyasına aid təcrübələr.
  21. Kompleks birləşmələrə aid təcrübələr.

Qeyri-üzvi kimya laboratoriyası

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Hidrogenin alınması və xassələrinə aid təcrübələr.
  2. Hidrogen-peroksidin alınması və xassələri.
  3. Xlorun alınması və xassələrinə aid təcrübələr.
  4. Xlorun birləşmələrinə aid təcrübələr.
  5. Xlorid turşusunun alınması və xassələri.
  6. Bromun alınması xassələri. Bromun birləşmələrinə aid təcrübələr.
  7. Yodun alınması, xassələri və birləşmələrinə aid təcrübələr.
  8. Flüora aid bəzi təcrübələr.
  9. Oksigenin alınması və xasələrinə aid təcrübələr.
  10.  Kükürdün allotropik şəkildəyişmələrinin alınması. H2S alınması və xassələri.
  11.  Kükürdün oksigenli birləşmələrinin alınması və xassələrinə aid təcrübələr.
  12.  Sulfat və tiosulfat turşularına aid təcrübələr.
  13.  Azotun alınması və xassələri. Ammonyaka aid təcrübələr.
  14.  Azot oksidlərinin alınması və xassələrinə aid təcrübələr.
  15.  Nitrat turşusunun xassələrinə aid təcrübələr.
  16.  Fosforun alınması və xassələri. Fosforun oksigenli birləşmələri.
  17.  Bismuta aid təcrübələr.
  18.  Stibiuma aid təcrübələr.
  19.  Karbon monoksid və karbon dioksidin alınması və xassələri.
  20.  Etilenin alınması və xassələri.
  21.  Karbon monoksid və karbondioksidin alınması və xassələri.
  22.  Silisium və silikatlara aid təcrübələr.
  23.  Qalayın və qurğuşunun birləşmələrinə aid təcrübələr.
  24.  Qələvi metallara aid təcrübə.
  25.  Qələvi torpaq elementlərinə aid təcrübələr.
  26.  Bora aid təcrübələr.
  27.  Alüminiuma aid təcrübə.
  28.  Bəzi lantanoidlərə (gil, Pr, Nd, Sm) aid təcrübələr.
  29.  Titan, sirkonium və  hafmiuma aid təcrübələr.
  30.  Vanadium və niobiumun birləşmələrinə aid təcrübələr.
  31.  Xrom və manqanın birləşmələrinə aid təcrübələr.
  32.  Molibden və volframın birləşmələrinə aid təcrübələr.
  33.  Dəmirə aid təcrübələr.
  34.  Kobalt və nikelə aid təcrübə.
  35.  Misə və gümüşə aid təcrübələr.
  36.  Sink, kadmiuma aid təcrübələr.

Kompleks birləşmələr kimyası laboratoriyası

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Kompleks birləşmələrin alınmasına aid təcrübələr.
  2. Sulu məhlullarda ammonyak, hidrazin, rodanid və digər liqandlarla komplekslərinin tədqiqi.
  3. Həlledicinin iştirakı olmadan kompleks birləşmələrin alınması.
  4. Oksidləşmə və reduksiya reaksiyaları vasitəsilə kompleks birləşmələrin alınması və xassələri.
  5. Metalların oksigenli üzvi liqandlarla komplekslərinin alınması və xassələri.
  6. Sis və trans izomerlərin alınması və xassələri.
  7. Optiki aktiv komplekslərin alınması.
  8. Kompleks birləşmələrin xassələrinin fiziki-kimyəvi üsullarla tədqiqi.
  9. Krioskopik və ebulioskopik üsulla kompleks birləşmələrin molekul kütləsinin təyini.
  10.  Termoqrafik üsulla kompleksin tədqiqi.
  11.  Komplekslərin udma spektirlərinin sintezi və öyrənilməsi.
  12.  Misin (II) bəzi komplekslərinin sintezi.
  13.  Gümüş, sink, kadmiumun komplekslərinin sintezi.
  14.  Xrom kompleks birləşmələrinin sintezi və öyrənilməsi.
  15.  Dəmirin (II, III) komplekslərinin sintezi və öyrənilməsi.
  16.  Kobalt və nikelin komplekslərinin sintezi və öyrənilməsi.

Kimyanın tədrisi metodikası laboratoriyası

 

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. İlk kimyəvi anlayışlara və qanunlara aid təcrübələrin qoyuluşu üsulu.
  2. Oksidlərin alınması və xassələrinə aid təcrübələrin qoyuluşu.
  3. Hidrogenin öyrədilməsi zamanı kimya eksprimenti.
  4. Turşuların alınması və xassələrinə aid təcrübələrin qoyuluşu.
  5. Duzların alınması və xassələrinə aid kimya eksperimenti.
  6. Su məhlullar və əsasların öyrədilməsi zamanı kimya eksperimenti.
  7. Halogenlərin öyrədilməsi zamanı kimya eksperimenti.
  8. Elektrofizik dissosiasiya nəzəriyyəsinin öyrədilməsi zamanı kimya eksperimenti.
  9. Kükürd və onun birləşmələrinin öyrədilməsinə aid təcrübələrin qoyuluşu.
  10.  Azot və onun birləşmələrinin öyrədilməsi zamanı kimya eksperimenti.
  11.  Fosfor və onun birləşmələrinə aid təcrübələrin qoyuluşu.
  12.  Karbon və onun birləşmələrinə aid təcrübələrin qoyuluşu.
  13.  Metalların öyrədilməsi zamanı kimya eksperimenti.
  14.  Karbohidrogenlərə aid təcrübələrin qoyuluşu.
  15.  Oksigenli üzvi birləşmələrə aid təcrübələrin qoyuluşu üsulu.
  16.  Azotlu üzvi birləşmələrin öyrədilməsi zamanı kimya eksperimenti.
  17. Polimerlərə aid təcrübələrin qoyuluşu üsulu

Qeyri-üzvi sintez laboratoriyası

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Alüminutermiya üsulu ilə Fe, Mn və bəzi digər metalların alınması.
  2. Xlor, brom və yodun  alınması.
  3. Hidridlərin sintezi.
  4. Oksidlərin sintezi.
  5. Peroksidlərin və peroksid duzların sintezi.
  6. Hidroksidlərin sintezi.
  7. Oksigenli turşular və onların sintezinə aid təcrübələr.
  8. Halogenidlərin sintezi.
  9. Sulfid və polisulfidlərin sintezi.
  10.  Nitridlərin sintezi.
  11.  Karbidlərin sintezi.
  12.  İkiqat duzların sintezi.
  13.  Bəzi kompleks birləşmələrin sintezi.
  14. Neytral liqandlı komplekslərin sintezi.
  15. Fe3+, Co2+ və Ni2+  - in rodanid komplekslərinin sintezi. 

Statistik göstəricilər

  • 14 nəfər professor-müəllim heyəti
    • 1 nəfər elmlər doktoru, professor
    • 8 nəfər fəlsəfə doktoru, dosent
    • 2 nəfər fəlsəfə doktoru, baş müəllim
    • 2 nəfər fəlsəfə doktoru, müəllim
    • 1 nəfər müəllim
  • 10 nəfər tədris köməkçi heyət çalışır
    • 5 nəfər laboratoriya müdiri
    • 5 nəfər böyük laborantdan ibarətdir.

Elmi fəaliyyət

Kafedra 3 problem: koordinasion birləşmələr kimyası, yarımkeçirici materialşünaslıq və təlim-tərbiyə işlərinin təkmilləşdirilməsi üzrə elmi-tədqiqat işləri aparılır.

Elmi-tədqiqat işləri AMEA-nın koordinasiya planına daxil olub, tətbiq sahəsi olan işlərdir. Kafedranın professoru Ə.N.Qurbanovun rəhbərliyi ilə  aparılan tədqiqat işləri “Metalların aromatik hidroksi turşular və hidrofob aminlərlə müxtəlifliqandlı komplekslərini fiziki-kimyəvi metodlarla tədqiqi və ekstraksiya metodu ilə bir-birinə yaxın olan elementlərin ayrılması və təyininə həsr olunmuşdur. Bu komplekslər antiseptik xassəli olub tibbdə, ətraf mühit çirkləndiricilərinin tərkibinin müəyyən edilməsində, metalların ən az miqdarının təyinində geniş istifadə oluna bilər. Alınan birləşmələrdən boyaqçılıq və kənd  təsərrüfatında mikrogübrə kimi heyvan və quşların yeminə qatıla bilər.

Kafedranın dosentləri M.N.Hüseynov, C.B.Musayevin “Metalların hidrazin kompleksləri” sahəsində apardıqları elmi-tədqiqat işləri əsasında alınan birləşmələr partlayıcı maddələrin istehsalında, yanacaq kimi kosmos texnikasında tətbiq olunur. Kafedranın dosenti A.C.Quliyev “Metalların aminturşuları və üzvi liqandlarla kompleksləri” fiziki-kimyəvi metodlarla tətbiq edilir.

Bu tip komplekslər bioloji aktiv olub, tibbidə tətbiq oluna bilər. Bu işlər Tibb Universitetinin “Mikrobiologiya” laboratoriyasında sınaqdan keçmiş və “şiş”  xəstəliklərinə qarşı effektlidir.

Əməkdaşların dos.M.H.Şahbazov, dos.G.G.Şəfaqətova, dos.A.Z.Məmmədova, b/m G.N.İsmayılovanın “Yarımkeçirici materiallar”ına həsr olunmuş işləri çoxdan texnikada tətbiq olunmaqdadır.

Kafedranın müəllimləri prof.Ə.N.Qurbanov və dos.A.Z.Məmmədovanın kimyanın tədrisi metodikası sahəsində metodik işləri “Fəal təlim üsulu” metodik göstərişində və dos.A.Z.Məmmədovanın “Kimyanın tədrisində müasir təlim texnologiyaları” dərsliyində (2012) öz əksini tapmışdır.
Bu müddət ərzində 3 nəfər kimya ixtisası üzrə fəlsəfə doktoru adını almış, 2 nəfər baş müəllim, 1 nəfər dosent keçmişdir.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Ümumi kimya
  2. Qeyri-üzvi kimya
  3. Kompleks birləşmələr kimyası
  4. Fiziki tədqiqat üsulları
  5. Kimyanın tədrisi metodikası
  6. SF: Qeyri-üzvi sintez
  7. SF: Qeyri-üzvi kimyanın nəzəri əsasları

Magistratura  pilləsi üzrə

  1. Qeyri – üzvi kimyanın müasir problemləri
  2. Kimyanın tarixi və metodologiyası
  3. Qeyri – üzvi kimyanın nəzəri əsasları
  4. Fiziki-kimyəvi analiz
  5. Yarımkeçiricilər kimyası
  6. Bərk cisimlər kimyası
  7. Qeyri-üzvi təbii birləşmələr
  8. Qeyri – üzvi materialşünaslıq
  9. Ətraf mühitin kimyası
  10. Azərbaycanın mineral resursları
  11. SF: Keçid elementlər kimyası
  12. SF: Nadir torpaq elementlərinin kimyası
  13. SF: Radiokiomya və geokimyanın əsasları
  14. Kimyanın tədrisi metodikasının müasir problemləri
  15. Kimyanın tədrisi metodikası
  16. Müasir pedaqoqji texnologiyalar
  17. Kimya təliminin kurikulumu
  18. Kimyanın tədrisi metodikası üzrə nəzəri və eksperiment tədqiqatların texnologiyası
  19. Kimyanın tədrisi metodikasının tarixi və metodologiyası
  20. Kimyanın tədrisində ekoloji tərbiyə
  21. Kimyanın tədrisində fundamental anlayışlar
  22. İstedadlı şagirdlərlə işin təşkili
  23. SF: Məktəb kimya kursunun elmi əsasları
  24. SF: Məktəb kimya eksperimentinin müasir sistemi
  25. SF: Kimya tədrisində interaktiv metodlar

Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə kimya, kimya-biologiya, biologiya şöbələrində ümumi və qeyri-üzvi kimyadan mühazirə və laboratoriya məşğələləri aparırlar. Bununla yanaşı kimya və kimya-biologiya şöbələrində "fiziki tədqiqat" üsulları, qeyri-üzvi sintez, kompleks birləşmələr kimyası üzrə proqram əsasında mühazirə və laboratoriya dərsləri aparırlar. Kafedrada TEM-060504 qeyri-üzvi kimya, TEM-060110 kimyanın tədrisi metodikası ixtisasları üzrə magistr hazırlığı həyata keçirilir.

Kafedrada tədris olunan fənlər üzrə tədris proqramları hazırlanmış və elmi şurada təsdiq edilmiş, Nazirliyin qrifi alınmışdır. Dərslər təqvim planları əsasında aparılır.

Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaiti ilə təmin olunmasında xeyli işlər görülmüşdür. Kafedra əməkdaşları lazımi miqdarda dərslik və dərs vəsaiti hazırlamış, tələbələrin istifadəsinə vermişlər. Bunlardan Ə.N.Qurbanov, H.İ.İbrahimov, V.Ə.Qurbanovanın “Maddənin quruluşu və kimyəvi rabitə” (2008), Ə.N.Qurbanov, V.Ə.Qurbanovanın “Ümumi kimyaya giriş” (2007). Ümumi kimya fənnindən Pedaqoji Universitet proqramına uyğun Ə.N.Qurbanov, M.H.Şahbazov, A.Z.Məmmədova və G.G.Şəfaqətovanın yazdıqları “Ümumi kimya praktikumu” (2010) dərsliyi tələbələrin istifadəsinə verilmişdir. Bununla yanaşı prof. Ö.M.Əliyevin “Qeyri-üzvi kimya” 1 və 2 hissə (2009, 2010) dərsliyi, dos.A.C.Quliyevin “Qeyri-üzvi kimyanın nəzəri əsasları” (2005), “Kompleks birləşmələr kimyası” (2010), kafedranın dosenti C.B.Musayevin “Qeyri-üzvi sintez” (2009), G.G.Şəfaqətovanın “Kompleks birləşmələr kimyası” (2009), “Ümumi və qeyri-üzvi kimyadan çalışmalar” (2011), dos.A.Z.Məmmədovanın “Kimyanın tədrisində müasir təlim texnologiyaları” (2012) dərslikləri ali məktəb tələbələri, magistr və gənc müəllimlər üçün Azərbaycan dilində yazılmış dərsliklərdir.

Xarici əlaqələr

 

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007175

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)