Bu gün: 25 İyun 2017, Bazar
ADPU-nun Kimya və Biologiya fakültəsinin «Üzvi kimya və kimya texnologiyası» kafedrası
ADPU-nun Kimya və Biologiya fakültəsinin «Üzvi kimya və kimya texnologiyası» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Stuktur
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

Telefon: (99412) 498 13 50

Əməkdaşlar

Rəfiqə Kazım qızı Məmmədova
(kaf.m., dos., k.f.d.)

Vaqif Səməd oğlu Həsənov
(dos., k.f.d.)

Nəzirə Tofiq qızı Mehmandarova
(dos., k.f.d.)

Yavər Cəfər qızı Qasımova
(dos., k.f.d.)

Ədilə Əliyoldas qızı Mahmudova
(dos., k.f.d.)

Nizami Əlisahib oğlu Əkbərov
(dos., k.f.d.)

Rəhimə Salman qızı Məmmədova
(ETL lab.dos., k.f.d.)

Məhsəti Əbil qızı Mirzəyeva
(dos., k.f.d.)

Gülnarə Vəli qızı Babayeva
(b/m. k.f.d)

İsa Ağa oğlu Cəfərov
(b/m., k.f.d.)

Kəmalə Osman qızı İsgəndərova
(b/m. k.f.d)

Səadət Zülfüqar qızı Abdullayeva
(m.)

Ülviyyə Şaəddin qızı Baxşıyeva
(m.)

Səliqə Novruz qızı Qəhrəmanova
(m.)

Lamiyə Səadət qızı İsayeva
(lab.m.)

Samirə Kamil qızı Cahangirova
(lab.m.)

Kəmalə Ələkbər qızı Mehdiyeva
(lab.m.)

Leyla Əfqan qızı Abdullayeva
(lab.m.)

Vüsalə Firudin qızı Rəcəbova
(lab.m.)

Xatirə Qabil qızı Mikayılova
(b.lab.)
 
Gülnar Oqtay qızı Rüstəmli
(b.lab)

Gülnar Hacıməmməd qızı Ramazanova
(lab.)

Sevda İntiqam qızı Bayramova
(lab.)
Ceyran Mahmud qızı Əsgərova
(lab.)
 

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ”Üzvi kimya və kimya texnologiyası” kafedrası1966-cı ildən müstəqil fəaliyyət göstərir. Kafedraya 1972-ci ilə qədər dosent Ə.S.Rzayev, 1972-ci ildən 1979-cu ilə qədər prof.İ.İ.Hüseynov, 1979-cu ildən 2004-cü ilə qədər prof.R.Q.Ələkbərov, 2004-cü ildən 2011-ci ilə qədər dos.V.S.Həsənov rəhbərlik etmişlər. Hal-hazırda kafedra müdiri dos. Rəfiqə Kazım qızı Məmmədovadır.

Kafedranın inkişafında prof.İ.İ.Hüseynov, prof.R.Q.Ələkbərov, dos.Ə.S.Rzayev, dos X.X.Şamilov, dos.N.T.Mehmandarova, dos.R.K.Məmmədova, dos.V.S.Həsənov, dos.T.T.Rəsulbəyova, dos.M.M.Nəsirova, dos.Y.C.Qasımova, b/m G.V.Babayeva, dos.Ə.Ə.Mahmudova və başqalarının səmərəli xidmətləri olmuşdur.

Strukturu

Kafedranın nəzdində aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:

Üzvi kimya laboratoriyası

Tədris prosesinda aşağdakı laboratoriya işləri icra olunur:
I Hissə:

  1. Üzvi maddələrin təmizlənmə üsulları (kristallaşma, sublimasiya, distillə)
  2. Sadə və fraksiyalı distillə, xromotoqrafiya üsulu ilə təmizlənmə. Üzvi maddələrin vəsfi analizi, karbon və hidrogenin vəsfi təyini.
  3. Hallogenlərin, azotun və kükürdün vəsfi təyini. Üzvi maddələrin qaynama temperaturlarının təyini.
  4. Şua sındırma və nisbi sıxlığın təyini, molekulyar refraksiyanın hesablanması. Empirik formulların çıxarılması.
  5. Metanın alınması, maye doymuş karbohidrogenlərin bromlaşması.
  6. Etilenin alınması və xassələri. Etilen sırası karbohidrogenlərin bromlaşması, sulfolaşması, nitrolaşması.
  7. Asetilenin alınması və xassələri. Etilbromidin, 1,2-dibrometilen, bromfrom və yodoformun alınması, xassələri.
  8. Spirtlərin xassələri və dietil efirinin alınması.
  9. Nitrometanın alınması, metilamin və metilamn duzunun alınması, xassələri və reaksiyası.
  10. Etil spirtindən sirkə aldehidinin alınması və aldehidlərin gümüş güzgü reaksiyası.
  11. Urotropinin alınması və xassələri. Sirkə aldehidinin qələvi ilə sıxlaşması və natrium-nitrosulfidlə reaksiyası.
  12. Asetonun, aseton oksiminin alınması və asetonun bromlaşması.
  13. Karbon turşularının suda və üzvi həll edicilərdə həll olması, qarışqa turşusunun alınması və xassələri.
  14. Sirkə turşusunun alınması və xassələri.Sirkə turşusunun natrium karbonat, Mg, ZnO-lə reaksiyası, etilsirkə  efirinin alınması.
  15. Oksalat turşusunun alınması, termiki parçalanması, oksalat turşusunun duzunun alınması oksalat turşusunun KMnO4-lə oksidləşməsi.
  16. Süd turşusunun  FeCl3 , H2SO4 –lə reaksiyası, süd turşusunun turş mühitdə KMnO4 –lə oksidləşməsi.
  17. Çoxatomlu spirtlərin oksidləşməsindən şəkərin (karbohidratların) alınması.
  18. Nişastanın rəng reaksiyaları.
  19. Sellülozaya qələvinin misammonyak reaktivi ilə təsiri.
  20. Nitrat və triasetat sellülozanın alınması və xassələri.

II Hissə:

  1. Tsikloheksanoldan tsikloheksenın alınması.
  2. Benzoy turşusundan benzolun alınması.Benzol və toluolun katalizatorsuz və FeCl3- in iştirakı ilə bromlaşması.
  3. Salisil turşusundan fenolun, fenolyatın alınması, hidrolizi. Fenolun hallogenləşməsi.
  4. Fenolun FeCl3-lə reaksiyası, nitrolaşması, sulfolaşması. İki və üç atomlu fenolların alınması.
  5. Pikrin turşusunun alınması və xassələri.
  6. Anilinin alınması, HCl –lə təsiri, bromlaşması.
  7. Diazobirləşmələrdən fenol və yodbenzolun alınması, Heliantinin alınması.
  8. Benzoy aldehid və asetofenonun oksidləşməsi.
  9. Toluoldan benzoy turşusunun alınması.
  10. Fatl və darçın turşularının alınması.
  11. Benzoy, salisil, darçın turşularının bromlaşması.
  12. Benzoy və salisil turşularının FeCl3-in təsiri, efirlərin alınması.
  13. Fenolftaleinin alınması.
  14. Naftalinin nitrolaşması, sulfolaşması.
  15. Naftolların alınması, oksidləşməsi, FeCl3 –lə təsiri, asilləşməsi.
  16. Furan, tiofen, pirrolun alınması və xassələri.
  17. Furfurolun alınması, xassələri, oksidləşməsi.
  18. Piridinin xassələri, indiqonun alınması.

“Kimya texnologiyası” və “Neft kimyası və neft karbohidrogenlərinin termokatalitik çevrilmələri” laboratoriyaları

Tədris prosesinda aşağdakı laboratoriya işləri icra olunur :

  1. Suyun codluğunun təyini.Suyun iondəyişmə üsulu ilə dussuzlaşdırılması.
  2. Suyun elektrolizi.
  3. Flotasiya üsulu ilə xammallarınzənginləşdirilməsi.
  4. Nitroza üsulu ilə sulfat turşusunun alınması.
  5. Metal oksidlərindən metalların alınması.Asan əriyən şüşənin hazırlanması.
  6. Ağacın quru distilləsi.
  7. Neftin distilləsi.Neftin tərkibində aromatik və doymamış karbohidrogenlərin təyini.
  8. Neft məhsullarının alışma,alovlanma temperaturunun və özlüyünün təyini.
  9. Neft və neft məhsullarında suyun miqdari təyini.
  10. Neft və neft məhsullarının sıxlığının və şüasındırma əmsalının təyini.
  11. Neftin element tərkibinin təyini.
  12. Anilin nöqtəsi üsulu ilə benzinlərdə aromatik k\h-nin təyini.
  13. Neft məhsullarında doymamış k/h-in yod ədədi üsulu ilə təyini.
  14. Neft məhsullarında turşuluğun təyini.
  15. Spirtlərin dehidratasiyası.Polistirolun sintezi.

Üzvi sintez laboratoriyası

Tədris prosesinda aşağdakı laboratoriya işləri icra olunur:

  1. Üzvi maddələrin təmizlənməsi və tədqiqat üsulları. Etil spirtinin mütləqləşdirilməsi.
  2. Tetraedrik karbon atomunda (SP3) nukleofil əvəzetmə (SN) reaksiyaları. Etil bromidin sintezi.
  3. Triqonal konfiqurasiyalı karbon atomunda(SP2) əvəzlənmə (SN) reaksiyaları. Etilasetat efirinin sintezi.
  4. Aromatik nüvədə SE2 reaksiyaları. Metiloranjın alınması.
  5. Üzvi maddələrdə oksidləşmə-reduksiya reaksiyaları. Toluolun kalium permanqanat məhlulu ilə oksidləşməsi
  6. Spirtlərin asilləşdirilməsi: Butilasetat efirinin sintezi.
  7. Aspirinin sintezi.
  8. Sulfolaşma reaksiyaları: Sulfanil turşusunun sintezi.

Həyat fəaliyyətinin kimyəvi əsasları laboratoriyası

Tədris prosesinda aşağdakı laboratoriya işləri icra olunur:

  1. Zülalların çökdürmə reaksiyaları. Albüminlə qlobuminlərin duzlaşdırılması.
  2. Zülalların rəngli reaksiyaları və dializi.
  3. Fermentlərin fəaliyyətinə temperaturun və PH-ın təsiri. Nişastanın amilaza ilə hidrolizi.
  4. Amilazanın və saxarazanın təsirinin spesefikliyi
  5. Karbohidratların keyfiyyət reaksiyaları.
  6. Nuklein turşularına aid reaksiyalar.
  7. Lipidlərin keyfiyyət reaksiyaları. Yağların emulsiyalaşması və sabunlaşması.
  8. Yağlarda qliserinin təyini. Yağların turşuluq, sabunlaşma və yod ədədlərinin təyini.
  9. Yumurta sarısından lesitinin əldə edilməsi. Hidrolizi və hidroliz  məhsullarının təyini.
  10. Yağlarda həll olan vitaminlərin keyfiyyət reaksiyaları.
  11. Suda həll olan vitaminlərin keyfiyyət reaksiyalrı.
  12. Hormonların keyfiyyət reaksiyaları.

Yüksək molekullu birləşmələr kimyası laboratoriyası

Tədris prosesinda aşağdakı laboratoriya işləri icra olunur:

  1. Polimerin üzvi həlledicilərdə həll olma qabiliyyətinin və yumşalma  temperaturunun təyini.
  2. Polimerdə karbonun, hidrogenin, azotun və hallogenin vəsfi təyini.
  3. Benzoil peroksidin  alınması və metilmetakrilatın məhlulda polimerləşdirilməsi.
  4. Metakril turşusunun müxtəlif inisiatorların iştirakı ilə polimerləşməsi.
  5. Stirolun polimerləşməsi.
  6. Fenol-formaldehid qatranının alınması.
  7. Ftal turşusunun çoxatomlu spirtlərlə qarşılıqlı təsiri.  

Statistik göstəricilər

  • 14 nəfər professor-müəllim heyəti
    • 6 nəfər fəlsəfə doktoru, dosent
    • 2 nəfər fəlsəfə doktoru, müəllim
    • 1 nəfər baş müəllim
    • 4 nəfər müəllim
  • 7 nəfər tədris köməkçi heyəti çalışır
    • 5 nəfər laboratoriya müdiri
    • 1 nəfər baş laborant
    • 1 nəfər laborant

Elmi fəaliyyət

Kafedranın və elmi-tədqiqat laboratoriyasının əməkdaşları Rusiya EA-nın akademik A.N.Nesmeyanov adına Element Üzvi Birləşmələr Elmi-Təqqiqat İnstitutu, Azərbaycan MEA-nın Kimya problemləri, Neft kimya Prosesləri İstitutu, BDU, ATU, ADNA, ADİU, Qafqaz univertiteti, Türkiyənin Hacettepe Universiteti, Maltepe Universiteti və s. təşkilatları ilə sıx əməkdaşlıq edir.

Aparılan tədqiqat işlərində alınan yeni bioloji aktiv maddələrin bir sıra ümumi qanunauyğunluqları müəyyən olunmuşdur. Aparılan təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, alınan yeni bioloji  aktiv maddələri fiziki-kimyəvi xassələri arasında müəyyən bir asıllıq vardır. Eyni zamanda onların bakterisid, fungisid, mikrob əleyhinə və digər xassələrinin olduğu təsdiq edilmişdir. Kimya elminin yeni sahəsi kimi dəyərləndirilən bioloji polimer kompozisiyalarının alınması və tədqiqi, eyni zamanda nəzəri və praktiki əsaslarının tədqiqi aparılır.

Bu müddət ərzində 1 nəfər elmlər doktoru və 12 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 30 müəlliflik şəhadətnaməsi alınmışdır. 150 bioloji aktiv maddələr alınmış onların fiziki-kimyəvi və tətbiq sahələri öyrənilmişdir. 300-dən çox məqalə və tezis dərc olunmuşdur. Bir sıra beynəlxalq konfranslarda məruzələr edilmişdir.

Tədris işi

Tədris olunan fənnlər

Bakalavr pilləsi üzrə

  1. Yüksək molekullu birləşmələr kimyası
  2. Üzvi kimya
  3. Kimya texnologiyası
  4. Neft kimyası və neft karbohidrogenlərinin termokatalitik çevrilmələri
  5. Həyat fəaliyyətinin kimyəvi əsasları
  6. Üzvi sintez
  7. Müasir təlim texnologiyaları (Kimya elmi üzrə)
  8. Biokimya və molekulyar biologiya
  9. SF: Dərman maddələrinin sintezi
  10. SF: Aşqarlar kimyası

Magistratura pilləsi üzrə

  1. Üzvi kimyanın  tarixi və metodologiyası
  2. Üzvi kimyanın aktual problemləri
  3. Fiziki tədqiqat üsulları
  4. Element üzvi birləşmələr kimyası
  5. Zərif üzvi sintez
  6. Üzvi kimyanın nəzəri əsasları
  7. Dərman maddələrinin sintezi
  8. SF: Stereokimyanın əsasları
  9. SF: Konformasiya analizi
  10. SF: Dərinləşmiş üzvi  kimya kursu
  11. SF: Aşqarlar kimyası
  12. SF: Yüksək molekullu birləşmələr kimyası
  13. SF: Zülallar, nuklein turşuları və karbohidratlar  kimyası

Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə tədris olunan fənlərdən yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı kafedrada 060504 kimya istiqaməti, üzvi kimya ixtisası üzrə magistr hazırlığı həyata keçirilir.

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları Təhsil Nazirliyinin qrifi əsasında çap edilmişdir. Bütün fənlər üzrə tədris mövcud sillabuslara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris və metodik vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq R.Q.Ələkbərov, M.M.Nəsirova, V.S.Həsənov “Üzvi sintez praktikumu” (1989), R.Q.Ələkbərov, R.K.Məmmədova, N.T.Mehmandarova, V.S.Həsənov “Bioloji kimyadan təcrübə  məşğələləri“ (1990), İ.A.Cəfərov, V.S.Həsənov, Ş.Ə.Mustafayev “Dərsdənkənar kimya vəsaiti” (1992), V.S.Həsənov, Y.C.Qasımova, B.B.Rəhimov “Kimya həvəskarları üçün yaddaş“ (1998), V.S.Həsənov, R.K.Məmmədova, N.T.Mehmandarova, Y.C.Qasımova, Ə.Ə.Mahmudova “Həyat fəaliyyətinin kimyəvi əsaslarından praktikum“ (2008),   V.S.Həsənov, N.Ə.Əkbərov, Ə.Ə.Mahmudova “Üzvi kimyadan yoxlama variantları“ (2008)  V.S.Həsənov, Y.C.Qasımova, R.K.Məmmədova, G.V.Babayeva “Yüksək molekullu birləşmələr kimyasından testlər“ (2009), V.S.Həsənov, Y.C.Qasımova, R.K.Məmmədova, G.V.Babayeva “Üzvi kimya praktikumu” (2010), V.S.Həsənov, Y.C.Qasımova, R.K.Məmmədova, Ə.Ə.Mahmudova, G.V.Babayeva “Üzvi kimyadan testlər“ I hissə (2010), V.S.Həsənov, Y.C.Qasımova, R.K.Məmmədova, Ə.Ə.Mahmudova, G.V.Babayeva “Üzvi kimyadan testlər“ II hissə (2010), V.S.Həsənov, Ə.Ə.Mahmudova, R.K.Məmmədova, N.T.Mehmandarova, G.V.Babayeva “Dərman maddələrinin sintezindən yoxlama teslər“ (2010), V.S.Həsənov, R.K.Məmmədova, N.T.Mehmandarova, Y.C.Qasımova, Ə.Ə.Mahmudova, G.V.Babayeva “Həyat fəaliyyətinin kimyəvi əsasları və bioloji kimyadan yoxlama testlər” (2010), V.S.Həsənov, Ə.Ə.Mahmudova, Ə.S.Rzayev, M.M.Nəsirova “Üzvi kimyanın nəzəri əsaslari və üzvi sintezdən testlər“ (2010)V.S.Həsənov, Y.C.Qasımova, R.K.Məmmədova, Ə.Ə.Mahmudova, G.V.Babayeva        “Üzvi sintez praktikumu” (2011),  V.S.Həsənov, Y.C.Qasımova, R.K.Məmmədova, G.V.Babayeva Üzvi sintezdən testlər. Bakı-2011,V.S.Həsənov, N.Ə.Əkbərov, Ə.S.Rzayev, M.Ə.Mirzəyeva, G.V.Babayeva “Element üzvi birləşmələr testlərdə  testlərdə“ (2011), V.S.Həsənov, Y.C.Qasımova, R.K.Məmmədova, G.V.Babayeva “Üzvi kimya praktikumu“ Bakı-2012, V.S.Həsənov, N.Ə.Əkbərov, Ə.S.Rzayev, M.Ə.Mirzəyeva, G.V.Babayeva “ Neft-kimyəvi sintezdən 707 yoxlama testlər “ (2012), V.S.Həsənov, Y.C.Qasımova, R.K.Məmmədova, G.V.Babayeva, K.O.İsgəndərova “Yüksək molekullu birləşmələr kimyası 1551 testdə “ (2013), V.S.Həsənov, Y.C.Qasımova, R.K.Məmmədova, G.V.Babayeva, A.M.Umudova “Kimya həvəskarları üçün“ (2013), V.S.Həsənov, M.C.İbrahimova, Y.C.Qasımova, R.K.Məmmədova “Üzvi kimya terminləri“ (2013)  metodik vəsaitlərini misal göstərmək olar.

Xarici əlaqələr

Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə Türkiyə Respublikasının Hacettepe və Maltəpə universitetləri və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birgə elmi-tədqiqat işləri aparmışlar.Kafedra əməkdaşları əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Gürcüstanda, Türkiyədə və başqa xarici ölkələrdə keçirilən beynəlxəlq elmi konfraslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.023649

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)