Xəbər. /gen/html/azl/fakulte/Muhendis_fakultesi/NTB_index.htm: fayl mövcud deyil və ya yaradılma mərhələsindədir.
 Bu gün: 25 İyun 2017, Bazar
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
rəsmi saytına xoş gəlmisiniz!
Universitetimizi sizə ADPU-nun rektoru,
tarix elmləri doktoru, professor
Cəfər Məmməd oğlu Cəfərov
təqdim edir
ADPU-Xəbər
ADPU-nun nəzdində ADPK-də İctimai Şuranın üzvlərinin iştirakı ilə monitorinq keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) iyunun 22-də ADPU-nun İctimai Şurasının üzvlərinin iştirakı ilə 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı monitorinq keçirilib. Qeyd edək ki, İctimai Şuranın tərkibinə ölkədə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatlarının və media qurumlarının rəhbərləri, həmçinin tanınmış təhsil ekspertləri daxildirlər.
Filologiya fakültəsi Elmi Şurasının iclası
20 iyun 2017-ci il tarixdə saat 14:00-da Filologiya fakültəsində elmi şuranın növbəti iclası keçirilmişdir. Fakültənin dekanı, şura sədri, professor Buludxan Xəlilov ADPU-nun Filologiya fakültəsinin dosenti, şair-ədəbiyyatşünas Təranə Turan Rəhimlinin növbəti uğurundan danışdı, onun İtaliyada Beynəlxalq Ədəbiyyat və Kinomatoqrafiya müsabiqəsinin qalibi olduğunu qeyd etdi və əməkdaşa böyük yaradıcılıq uğurları arzuladı. Şura üzvlərinin nəzərinə çatdırıldı ki, 26 aprel 2017-ci il tarixində İtaliyanın cənub bölgəsində böyük Kalabriya inzibati ərazisinin Torre Melissa şəhərində keçirilən “VELİERO” Beynəlxalq Ədəbiyyat və Kinomatoqrafiya Müsabiqəsində Azərbaycanı təmsil edən Təranə Turan Rəhimli “Sənə yazmadığım şeir” adlı şeiri ilə Poeziya bölməsi üzrə müsabiqə qalibi olmuşdur.
ADPU-da “Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirilib
İyunun 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirilib. Konfransda öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.
ADPU-da “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəblərinin təşkili” ilə bağlı seminar keçirilib
İyunun 20-də 2017-ci ilin ölkəmizdə “İnkişaf naminə beynəlxalq turizm ili” elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərovun 30 may 2017-ci il tarixli 3/84 nömrəli əmrini əsas tutaraq hazırlanmış tədbirlər planına müvafiq olaraq Elm və innovasiyalar şöbəsi ADPU-nun və filialların fakültələri üçün “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəblərinin təşkili” ilə bağlı təlimati seminar təşkil edib. Seminarı şöbənin baş mütəxəssisi Dilguşə Süleymanova aparıb.
ADPU-da "Təhsil müəssisələrinin və icmaların fəlakət riskinə davamlılığı" mövzusunda təlim keçirilir
İyunun 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Birləşmış Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNİCEF) təşkilatçılığı, Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Avropa Komissiyasının Humanitar Yardım və Mülki Müdafiə Departamentinin dəstəyi ilə "Təhsil müəssisələrinin və icmaların fəlakət riskinə davamlılığı" mövzusunda təlimin keçirilməsinə başlanılıb.
ADPU-nun Cəlilabad Filialında yaz semestrinin imtahan sessiyası davam edir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad Filialı dövlət təhsil siyasətinin həyata keçirilməsində ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq uğurlu addımlar atır. Filialda müasir dövrün tələbləri səviyyəsində mütəxəssislərin hazırlanması, təhsil alan tələbələrin elmi-nəzəri və praktik hazırlığının yüksəldilməsi üçün əlverişli şərait yaradılıb. Filialda “İbtidai sinif müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə 335 nəfər tələbə təhsil alır, onlardan 22 nəfəri “İbtidai sinif müəllimliyi” ixtisasi üzrə qiyabi şöbənin tələbəsidir.
ADPU-nun Şəki Filialında 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir
İyunun 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
ADPU-da yaz semestrinin imtahan sessiyasının monitorinqi keçirilib
İyun ayının 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən İctimai Şura 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının monitorinqini keçirib. Monitorinqdə İctimai Şuranın üzvləri: Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, “Cəmiyyət və Vətəndaş Münasibətləri” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, Şəmsi Əsədullayev Xeyriyyə İctimai Birliyinin icraçı direktoru Cəsarət Hüseynzadə, Dövlət Quruculuğu Araşdırmaları Mərkəzinin rəhbəri İslam Məmmədov, ADPU-dan İctimai Şuranın üzvü, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, Təhsil İnstitutunun Təhsil Resursları Mərkəzinin Metodiki təhlil sektorunun müdiri, dosent Rasim Abdulrazaqov və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
ADPU-nun Ağcabədi Filialında yaz semestrinin imtahan sessiyası davam edir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialı dövlətin diqqət və qayğısı sayəsində yüksəkixtisaslı müəllim kadrları hazırlayan ali təhsil müəssisəsidir. Geniş maddi-texniki bazaya, elmi-pedaqoji potensiala malik bu ali təhsil müəsssisəsi pedaqoji kadrların hazırlanması sahəsində mühüm addımlar atır. Təhsil Nazirliyinin və ADPU-nun rəhbərliyinin tövsiyələrini, əmr və sərəncamını əldə rəhbər tutaraq vətənpərvər, bilikli və savadlı müəllim kadrlarının hazırlanmasında elmini, qüvvə və bacarığını əsirgəmir. Son illərdə filialın fəaliyyətində dönüş yaranıb, kollektivdə nizam-intizam güclənib, tədris prosesində tələbkarlıq xeyli artıb. Filialda tələbələrin bilik səviyyəsinin yüksəldilməsi, ixtisaslara dərindən yiyələnməsi daim diqqət mərkəzində saxlanılır. Tədris məşğələlərində, imtahan sessiyalarında tələbələrin biliklərinin şəffaf və obyektiv qiymətləndirilməsi başlıca meyar hesab edilir.
ADPU-Elan
Yaz semestrinin imtahan sessiyasının monitorinqi
Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən İctimai Şura 2017-ci il iyun ayının 14-də saat 10:00-da 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının monitorinqini keçirəcək. Monitorinqdə təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.
Elan
Varşava Universitetinin Şərqi Avropaşünaslıq Mərkəzi 10-13 iyul 2017-ci il tarixdə Şərqi Avropa Konfransını təşkil edir. “Mərkəzi-Şərqi Avropa Qlobal Problemlərlə qarşı-qarşıya” adlanan konfrans 14-cü buraxılışını həyata keçirir.
Gənclər Forumu
Ən böyük beynəlxalq tədbirlərdən biri olan 12-ci Gənclər Forumu 6-10 dekabr 2017-ci ildə Dubayda baş tutacaqdır.
Elan
Lebedev və Gluşkov adına Proqramlaşdırma üzrə 12-ci Açıq Beynəlxalq Tələbə Olimpiadası Ali Təhsil Müəssisələrinin tələbələrini olimpiadada iştirak etməyə dəvət edir.
Portal-Xəbər
"İbtidai təhsil" fakültəsinin səhvəsi yeniləndi
18.11.2016 tarixində universitetin "İbtidai təhsil" fakültəsinin portal üzrə ilkin məlumatlarının yenilənərək yerləşdirilməsi başa çatdı.
"Gənc müəllim" qəzeti
"Gənc müəllim" qəzeti №09(1079), 2016
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı... V Bakı Beynəlxalq Humanitar Forumu keçirildi... ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib... ADPU-da I kurs tələbələri ilə tanışlıq görüşü keçirilib
"Gənc müəllim" qəzeti №04(1077), 2016
"Gənc müəllim" qəzeti №03(1076), 2016
"Gənc müəllim" qəzeti №02(1075), 2016

Tələbələrin nəzərinə!
Dövlət imtahanlarının qarışdırılmış test variantları portalda aşağıdakı cədvəl üzrə yerləşdiriləcəkdir

Elan
2017-2018-ci tədris ilində ADPU-nun magistraturasına daxil olmuş magistrantların təqdim edəcəkləri sənədlərin siyahısı

Elan
2016/2017-ci tədris ilində əyani və qiyabi formada təhsil alan magistrantların dissertasiya işlərinin müdafiə cədvəli

Yoxlama
ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsinin yoxlanılmasının gedişi
Daha ətraflı

Müsabiqə
ADPU-nun professor-müəllim heyətinin müsabiqəsinin gedişi
Daha ətraflı

QAYDALAR
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNDƏ PROFESSOR, DOSENT, BAŞ MÜƏLLİM, MÜƏLLİM VƏZİFƏLƏRİNİN TUTULMASI QAYDALARI

Daxili fəaliyyət qaydaları
Azərbaycan Dövlət Pedaqoji Universitetinin daxili fəaliyyət qaydaları

Tədris vəsaitləri

Kimya və Biologiya fakültəsi
Musiqi, Tİ, FT və ÇQH fakültəsi
Fizika və Texnologiya fakültəsi
Filologiya fakültəsi
İbtidai təhsil fakültəsi
Riyaziyyat və İnformatika f-si
Tarix və Coğrafiya fakültəsi
Məktəbəqədər təhsil, PX və KT f-si

ADPU - Azərbaycan Dövlət Pedaqoji Universiteti

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007622

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)