Bu gün: 17 Avqust 2017, Cümə axşamı
ADPU-nun Məktəbəqədər təhsil, Psixoloji xidmət və Korreksiyaedici təlim fakültəsinin “Ümumi psixologiya” kafedrası
ADPU-nun Məktəbəqədər təhsil, Psixoloji xidmət və Korreksiyaedici təlim fakültəsinin “Ümumi psixologiya” kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Stuktur
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: Bakı, Ənvər Qasımzadə 58. II korpus

Telefon: (99412)

Faks:

WEB: http://adpu.edu.az/gen/html/azl/fakulte/Pedaqogika_fakultesi/kafedra/Umimi/index.htm

Əməkdaşlar

Ramiz İbrahim oğlu Əliyev
(prof.kaf. m.)
Ülviyyə Akif qızı Əfəndiyeva
(b/m., p.f.d.)
Səxavət Nəsrəddin qızı Əliyeva
(b/m., p.f.d.)
Məhərrəm Sabir oğlu Əliyev
(b/m.)
Lamiyə Mehdi qızı Qurbanova
(b/m., p.f.d.)
Nurəngiz Tofiq qızı Rzayeva
(dos.)
Gülnarə Ağamməd qızı Məmmədova
(m.)
Sədaqət Raci qızı Ələkbərova
(m.)
Günəş Əli qızı Əfəndiyeva
(m.)
Səbinə Hikmət qızı Əlizadə
(m., p.f.d.)
Rəna Nurəddin qızı Qasımova
(m.)
Çimnaz Qafar qızı Verdiyeva
(b/m.)
Gülər Akif qızı Məmmədova
(m.)
Nigar Hadi qızı Muradova
(m.)
Könül Allahverdi qızı Məmmədova
(m.)

Tarixi

Psixologiya kafedrası uzun müddət pedaqogika kafedrası ilə birgə fəaliyyət göstərmişdir. 1941-ci ilin iyul ayında (Ə.K.Zəkuyev, S.Hacıyev) fəaliyyətə başlayan psixologiya kafedrası həm institutda, eləcə də Azərbaycanda bu elmin inkişafına təkan vermişdi. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq kafedra müvəqqəti olaraq fəaliyyətini indiki ADU- da davam etdimişdir. 1942/43 - cü tədris ilindən başlayaraq kafedra yenidən V. İ. Lenin adına APİ- də fəaliyyət göstərməyə başlayır. Bu dövrdə R.M.Məhərrəmov, M.Hacıyev, M.Mustafayeva həmin kafedranın əməkdaşları olmuşlar. 1946-1947-ci tədris ilindən başlayaraq ümumtəhsil məktəblərdə məntiq - psixologiyanın tədrisi haqqında dövlətin xüsusi qərarı olur.

1921-ci ildə fəaliyyətə başlayan indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində ilk illərdə psixologiya ixtisası üzrə milli kadrlar olmadığına görə instituta xarici ölkələrdən (Türkiyədən, Rusiyadan, Belarusiyadan və s.) mütəxəssislər dəvət olunurdu. A.O.Makovelski, B.B.Komorovski, D.Q.Qulyayev, Ə.K.Zəkuyev, Muhiddin, M.Tofıq və başqalarını buna misal göstərmək olar.

Yaş və pedaqoji psixologiya kafedrasının inkişaf tarixindən danışarkən A.O.Makiovelski, Ə.K.Zəküyevin adlarını xüsusilə qeyd etmək lazımdır.

XX əsrin 50-ci illərinə qədər Azərbaycanda yetişən milli psixoloji kadrların yetişməsi məhz bu alimlərin adı ilə bağlıdır. Sonralar Azərbaycanda görkəmli mütəxəssis alim kimi fəaliyyət göstərən M.Məhərrəmov, Ş.Ağayev, Ə.Bayramov, Ə.Əlizadə, M.Həmzəyev və başqaları bu alimlərin köməyi ilə psixoloq kimi formalaşmışlar.

1947/48 - ci tədris ilində indiki ADPU-da Azərbaycan dili, məntiq - psixologiya şöbəsi açılır. Bu şöbənin açılması psixologiya sahəsində əlamətdar hadisə oldu. Bir çox görkəmli alimlər (M.Həmzəyev, A.Məmmədov, Ə.Abdullayev) həmin şöbənin məzunları olmuşlar.

Sonrakı illərdə universitetdə pixologiyanın tədrisində, həm də bu sahə üzrə kadr hazırlığına A.Makiovelskinin, 1921-ci ildə Türkiyənin İstanbul Universitetinin psixologiya - fəlsəfə şöbəsini bitirib Bakıya gələn A.K.Zəkuyevin böyük təsiri olmuşdur.

1950-ci ildən başlayaraq aspirantura yolu ilə kadr hazlrlığına ciddi fıkir verilmişdir. S.S.Ağayev, Ə.S.Bayramov, M.Ə.Həmzəyev, Ə.Ə.Əlizadə, A.U.Məmmədov, İ.A.Fərəcov və başqaları 1950-ci ildən sonrakı dövrlərdə APİ-nin psixologiya kafedrasında aspirantura yolu ilə təhsil almış, əməkdar elm xadimi, professor Ə.K.Zəkuyevin rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilmişdir.

1959-cu ildən psixologiya kafedrası yenidən pedaqogika kafedrası ilə birləşir. Ə.K.Zəkuyev isə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə şöbəsinə işə təyin olunur. Bu vəziyyət 1963-cü ilə qədər davam edir.

1963/64-cü tədris ilindən kafedra yenidən müstəqil fəaliyyətə başlayır. Kafedraya 1963-cü ildən 1975-ci ilə qədər Ş.Ağayev rəhbərlik etmişdir.

M.Əbdülov, İ.Məmmədov, Ə.Baxşəliyev, Z.Orucov və başqaları həmin kafedrada Ş.Ağayevin rəhbərliyi ilə elmi-tədqiqat işi aparmışlar.

1974 - cü ildə həmin kafedra əsasında iki - (1 saylı və 2 saylı) psixologiya kafedrası təşkil edilmişdir. Kafedralar 1996-cı ilə qədər bu adda fəaliyyət göstərmişdir. 1996-cı ildə Universitetin elmi şurasının qərarı ilə kafedranm adları dəyişdirilərək ümumi psixologiya, yaş və pedaqoji psixologiya adlandırılmışdır. 1976-ci ildən 2013-cü ilin sentyabr ayınadək  ümumi psixologiya kafedrasına prezident təqaüdçüsü, şöhrət ordeni ilə  təltif olunmuş, əməkdar elm xadimi, prof. Ə.Ə.Əlizadə rəhbərlik etmişdir.  Hal-hazırda kafedraya müvəqqəti olaraq b/m. M.S.Əliyev rəhbərlik edir.

Statistik göstəricilər

  • 15 nəfər professor - müəllim heyəti
    • 1 nəfər elmlər doktoru, professor
    • 2 nəfər fəlsəfə doktoru, dosent
    • 3 nəfər fəlsəfə doktoru, b/müəllim
    • 1 nəfər fəlsəfə doktoru, müəllim
    • 4 nəfər baş müəllim
    • 4 nəfər müəllim
  • 3 nəfər tədris köməkçi heyət çalışır
    • 3 nəfər baş laborant

Elmi fəaliyyət

Ümumi psixologiya kafedrasının elmi işlərinin istiqamətini XXI əsrin psixoloji pöroblemlərindən olan   müasir psixologiyanın aktual problemləri, fəaliyyətin psixoloji xüsusiyyətləri, kar uşaqların psixi inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyə proseslərinin təşkili məsələləri, serebral iflicli uşaqlarda nitq patologiyaları, müasir dövrdə müəllim şəxsiyyətinə verilən psixoloji tələblər, проблемы психологии в медицине, müasir təhsildə psixoloji xidmətin təşkili, müasir dövrdə yeniyetmələrin bir şəxsiyyət kimi formalaşması problemləri, psixologiyada özünənəzarət problemi, ibtidai sinif şagirdlərində nitqin inkişafı prosesində  baş verən nöqsanlrın aradan qaldırılması yolları, azərbaycan şifahi xalq ədəbiyyatında uşaq şəxsiyyətinin formalaşması məsələlərinin tədqiqindən ibarətdir.

Son illərdə kafedrada yüksək ixtisaslı psixoloji kadr hazırlığına xüsusi diqqət yetirilmişdir. Belə ki, kafedrada hal - hazırda 3 nəfər dissertant, 1 doktorant fəaliyyət göstərir. Bu sahədə 100 - dən çox məqalə və tezis, elmi kütləvi əsərlər nəşr olunmuşdur. Bir sıra beynəlxalq konfranslarda məruzələr edilmişdir.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Ümumi, yaş və pedaqoji  psixologiya
    • Tarix müəllimliyi ixtisası
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
    • İngilis dili müəllimliyi ixtisası
    • Fransız dili müəllimliyi ixtisası
    • Riyaziyyat müəllimliyi ixtisası
    • Riyaziyyat-informatika müəllimliyi ixtisası
    • İnformatika müəllimliyi ixtisası
    • Biologiya müəllimliyi ixtisası
    • Fizika müəllimliyi ixtisası
    • Kimya  müəllimliyi ixtisası
    • Kimya-biologiya  müəllimliyi ixtisı
  2. Psixologiyanın əsasları
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  3. Sosial psixologiya
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
    • Korreksiyaedici təlim ixtisası
  4. Ailə və gender psixologiyası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  5. Koqnitiv, humanist və geştalt psixologiya
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  6. Ünsiyyət və münasibətlərin psixologiyası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  7. Psixoloji konsiliumlar və treninq
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  8. Məhdud imkanlı uşaqların psixologiyası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  9. İdarəetmə və menecment psixologiyası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  10. Biheviorizm, psixoanaliz nəzəriyyəsi və metodikası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  11. Psixologiyada riyazi metodlar
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  12. İmkanları məhdud olan uşaqların fiziki tərbiyəsinin psixoloji əsasları
    • Korreksiyaedici təlim ixtisası
  13. Defektologiyanın əsasları
    • Korreksiyaedici təlim ixtisası
  14. Eşitmə və nitq orqanlarının anatomiyası, fiziologiyası və patofiziologiyası
    • Korreksiyaedici təlim ixtisası
  15. Əqli gerilik və onun psixokorreksiyası
    • Korreksiyaedici təlim ixtisası
  16. Eşitmə pozğunluqlarının psixokorreksiyası
    • Korreksiyaedici təlim ixtisası
  17. Loqopediya
    • Korreksiyaedici təlim ixtisası
  18. Görmə funksiyasının pozulması və onun psixokorreksiyası
    • Korreksiyaedici təlim ixtisası
  19. İnkişafdan geri qalan uşaqların psixologiyası
    • Korreksiyaedici təlim ixtisası
  20. SF: Biheviorizm, psixoanaliz nəzəriyyəsi və metodikası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  21. SF: Azərbaycan psixologiyasında psixoloji xidmət problemi
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  22. SF: Psixoloji maarifləndirmə və psixoprofilaktika
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  23. SF: Defektologiyanın müasir problemləri
    • Korreksiyaedici təlim ixtisası
  24. SF: Xüsusi məktəblərdə təlim-tərbiyənin psixoloji problemləri
    • Korreksiyaedici təlim ixtisası

Magistratura pilləsi üzrə

  1. Psixologiya
    • Ümumi psixologiya ixtisası
  2. Təhsildə sosial-psixoloji xidmət ixtisası
    • Korreksiyaedici təlim ixtisası
  3. Psixologiya elminin müasir problemləri
    • Ümumi psixologiya ixtisası
  4. Psixologiya elminin tarixi və metodologiyası
    • Ümumi psixologiya ixtisası
  5. Hüquq psixologiyası
    • Ümumi psixologiya ixtisası
  6. Pedaqoji psixologiya və psixopedaqogika
    • Ümumi psixologiya ixtisası
  7. Psixi proses və hallar
    • Ümumi psixologiya ixtisası
  8. Ünsiyyət və qrup
    • Ümumi psixologiya ixtisası
  9. Şəxsiyyət psixologiyası
    • Ümumi psixologiya ixtisası
  10. Eksperimental psixologiyanın əsasları
    • Ümumi psixologiya ixtisası
  11. Motiv və motivasiya
    • Ümumi psixologiya ixtisası
  12. Psixologiyanın tədrisi metodikası
    • Ümumi psixologiya ixtisası
  13. SF: Ailə psixologiyası
    • Ümumi psixologiya ixtisası
  14. SF: Psixoloji xidmətin əsasları
    • Ümumi psixologiya ixtisası
  15. SF: İnkişaf psixologiyası
    • Ümumi psixologiya ixtisası
  16. SF: Cinsi tərbiyə psixologiyası
    • Ümumi psixologiya ixtisası
  17. SF: Etnopsixologiya
    • Ümumi psixologiya ixtisası
  18. SF: Koqnitiv psixologiya
    • Ümumi psixologiya ixtisası
  19. Sosial-psixoloji xidmətin müasir problemləri
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  20. Eksperimental psixologiya
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  21. Test nəzəriyyəsi
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  22. İstedadlı uşaqlara psixoloji xidmət konsepsiyası
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  23. Psixologiyanın müasir problemləri
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  24. Pedaqoji psixologiyanm əsasları
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  25. Təlimin psixoloji problemləri
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  26. SF: Əsrin gender konsepsiyası
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  27. SF: Müasir məktəbin “təfəkkür-intellekt-təxəyyül” problemi
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  28. SF: Seksual inkişafın xüsusiyyətləri
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  29. SF: Ünsiyyət və qarşılıqlı münasibətlər
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  30. SF: Kurikulum dərslərinin texnologiyası
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  31. SF: Koqnitiv psixologiya
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  32. Korreksiaedici xidmətin müasir problemləri
    • Korreksiyaedici təlim ixtisası
  33. Korreksiaedici xidmətin tarixi və metodologiyası
    • Korreksiyaedici təlim ixtisası
  34. Psixodiaqnostika və psixokorreksiya
    • Korreksiyaedici təlim ixtisası
  35. İlkin uşaq autizminin xüsusiyyətləri
    • Korreksiyaedici təlim ixtisası
  36. Dayaq-hərəkət aparatı pozulmuş uşaqların xüsusi təlimi
    • Korreksiyaedici təlim ixtisası
  37. Mürəkkəb qüsurlu uşaqların pedaqoji-psixoloji xüsusiyyətləri
    • Korreksiyaedici təlim ixtisası
  38. Sağlamlıq imkanları məhdud olan uşaqların fiziki tərbiyəsinin pedaqoji əsasları
    • Korreksiyaedici təlim ixtisası
  39. Əqli cəhətdən geri qalan uşaqların xüsusi müəssisələrə seçilməsi
    • Korreksiyaedici təlim ixtisası
  40. Psixi inkişafında pozulması olan uşaqların xüsusiyyətləri
    • Korreksiyaedici təlim ixtisası
  41. Problemli uşaqların diaqnostikası və korreksiyası
    • Korreksiyaedici təlim ixtisası
  42. Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyası
    • Korreksiyaedici təlim ixtisası
  43. SF: İnklüziv təhsilin qrup səviyyəsində təşkili
    • Korreksiyaedici təlim ixtisası
  44. SF: İnklüziv məktəblərdə müəllimlərin professional keyfiyyətlərinin xüsusiyyətləri
    • Korreksiyaedici təlim ixtisası
  45. SF: Xüsusi qayğıya ehtiyacı olan uşaqların effektiv ünsiyyət strategiyaları
    • Korreksiyaedici təlim ixtisası
  46. SF: Geridə qalan inkişafın inteqrativ diaqnostikası
    • Korreksiyaedici təlim ixtisası
  47. SF: Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan xidmətin sosial-pedaqoji məsələləri
    • Korreksiyaedici təlim ixtisası
  48. SF: Azərbaycanda korreksiyaedici təlimin inkişaf tarixi
    • Korreksiyaedici təlim ixtisası

Kafedranın professor - müəllim heyəti bakalavr pilləsi üzrə tarix, filologiya, biologiya, riyaziyyat, kimya, kimya-biologiya, fizika fakültələrində ümumi, yaş və pedaqoji psixologiya, pedaqogika və psixologiya fakültəsində təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə psixologiyanin əsasları, sosial psixologiya, ailə və gender psixologiyası, koqnitiv, humanist və geştalt psixologiya, ünsiyyət və münasibətlərin psixologiyası, psixoloji konsiliumlar və treninq, məhdud imkanlı uşaqların psixologiyası, idarəetmə və menecment psixologiyası, biheviorizm, psixoanaliz nəzəriyyəsi və metodikası və s., korreksiyaedici təlim ixtisası üzrə imkanları məhdud olan uşaqların fiziki tərbiyəsinin psixoloji əsasları, defektologiyanin əsasları,  eşitmə və nitq orqanlarının anatomiyası, fiziologiyası və patofiziologiyası, əqli gerilik və onun psixokorreksiyası, eşitmə pozgunluqlarının psixokorreksiyası, loqopediya, görmə funksiyasının pozulması və onun psixokorreksiyası, inkişafdan geri qalan uşaqların psixologiyası və s. fənləri üzrə yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada ümumi psixologiya, təhsildə-sosial psixoloji xidmət və korreksiyaedici təlim istiqamətləri üzrə magistr hazırlığı həyata keçirilir.
Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmışdır. Bütün fənlər üzrə tədris mövcud təqvim - tematik planlara uyğun aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir.

““Xəmsə”də yaş və pedaqoji psixologiya məsələləri” (Ə.Əlizadə, 2002), “Azərbaycan etnopsixologiyasına giriş: problemlər, ilkin araşdırmalar” (Ə.Əlizadə, 2003), “Sosial psixologiya” (Ə.Əlizadə, Ə.Bayramov, 2003), "Müasir Azərbaycan məktəbinin psixoloji problemləri" (Ə.Əlizadə, 2004), "İstedadlı uşaqlar. Psixopedaqoji məsələlər" (Ə.Əlizadə, 2005), "İdrak prosesləri və hisslər" (Ə.Əlizadə, 2006), “Psixologiya” (Ə.Əlizadə, Ə.Bayramov, 2006), "Fantaziya binomu" (Ə.Əlizadə, 2008),  "Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş" (Ə.Əlizadə, H.Əlizadə, 2008), “Uşaqlar və yeniyetmələr: seksual inkişafın psixopedaqogikası” (Ə.Əlizadə, 2008), “Pedaqoji psixologiya” (Ə.Əlizadə, H.Əlizadə, 2010), “İdraki proseslər” (A.Məmmədov, 2000), “Motivlər psixologiyası” (A.Məmmədov, 2005), “Şəxsiyyətin fəaliyyətinin hissi-iradi cəhətləri” (A.Məmmədov, 2006),  “Psixi proseslər” (A.Məmmədov, 2008), “Yuxu və yuxugörmənin (röyanın) psixoloji əsasları” (A.Məmmədov, 2010), “Pedaqoji lətifələr” (A.Məmmədov, 2011), “Ümumi psixologiya” (A.Məmmədov, 2012), “Loqopediyanın nəzəri-praktik məsələləri” (T.Ağayeva, S.Əliyeva, 2000), “İnklüziv təhsil” (T.Ağayeva, I kitab-2008, II kitab-2009),  “Xüsusi pedaqogika” (N.Hüseynova, 2008),  “Oliqofrenopsixologiya” (N.Hüseynova, 2010), “Psixologiya atlası” (M.Əliyev, 2009), “Ünsiyyət və qarşılıqlı münasibətlər məktəbə psixoloji hazırlığın əsası kimi” (Ü.Əfəndiyeva, 2007), «Проблемы неплавности речи у детей дошкольного возраста» (S.Aslanova, 2007) adlı əsərləri buna misal göstərmək olar.

“Tələbələrdə özünənəzarətin formalaşmasının psixoloji xüsusiyyətləri” (M.Əliyev) adlı dissertasiya məhz bu kafedrada hazırlanmışdır. Dissertantlardan R.Mirzəyev, V.Kərimova, Y.Əsgərova, H.Xəlilov isə fəlsəfə doktoru dissertasiyaları üzərində çalışırlar.

Xarici əlaqələr

Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə İran, Türkiyə və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birgə elmi - tədqiqat işləri aparmışlar.

Kafedra əməkdaşlarının əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Gürcüstanda, Qazaxıstanda, İranda, Türkiyədə və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007237

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)