Bu gün: 22 Yanvar 2017, Bazar
ADPU-nun Pedaqogika və psixologiya fakültəsinin “Yaş və pedaqoji psixologiya” kafedrası
ADPU-nun Pedaqogika və psixologiya fakültəsinin “Yaş və pedaqoji psixologiya” kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Stuktur
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: Bakı, Ənvər Qasımzadə 58

Telefon: (99412)

Faks:

Əməkdaşlar

Ərəstun Təriş oğlu Baxşəliyev (kaf.m.,prof. p.e.d) Edison Məmməd oğlu Quliyev
(dos., p.f.d)
Zərifə İbrahim qızı Əliyeva
(dos., p.f.d)
Qəribə Vahid
qızı Rəhimova
(m., p.f.d)
Simnarə Nadir qızı Heydərova
(m., p.f.d)
Solmaz Məmmədəli qızı Tağıyeva
(b/m.)
Zenfira İlyas qızı Səlimova
(m.)
Aynur Yaqub qızı Mahmudova
(m.)
Könül Ənvər qızı Həsənquliyeva
(m.)
Kubra Nazim qızı Mehdiyeva
(m.)
Olqa Viktorovna qızı Vəlimədova
(dos., p.f.d)
Qulam Qəribəli oğlu Əzizov
(dos.)
Mehriban Cəlal qızı İsmayılova
(dos.)
Münəvvər İsmayıl qızı Məmmədova
(b/m.)
Könül Ələddin qızı Məmmədova
(dos.)
   
Məmmədova Nigar Məhəmmədəli qızı
(b/m)
Yaqut Tahir qızı Ağasıyeva
()
Sveta Nuru qızı Nuruyeva
()
   

Tarixi

Psixologiya kafedrası uzun müddət pedaqogika kafedrası ilə birgə fəaliyyət göstərmişdir. 1941-ci ilin iyul ayında (Ə.K.Zəkuyev, S.Hacıyev) fəaliyyətə başlayan psixologiya kafedrası həm institutda, eləcə də Azərbaycanda bu elmin inkişafına təkan vermişdi. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq kafedra müvəqqəti olaraq fəaliyyətini indiki ADU-da davam etdirir. 1942/43 - cü tədris ilindən başlayaraq kafedra yenidən V. İ. Lenin adına APİ-də fəaliyyət göstərməyə başlayır. Bu dövrdə R.M.Məhərrəmov, M.Hacıyev, M.Mustafayeva həmin kafedranın əməkdaşları olmuşlar. 1946–1947-ci tədris ilindən başlayaraq ümumtəhsil məktəblərdə məntiq – psixologiyanın tədrisi haqqında dövlətin xüsusi qərarı olur.

1921-ci ildə fəaliyyətə başlayan indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində ilk illərdəpsixologiya ixtisası üzrə milli kadrlar olmadığına görə instituta xarici ölkələrdən (Türkiyədən, Rusiyadan, Belarusiyadan və s.) mütəxəssislər dəvət olunurdu. A.O.Makovelski, B.B.Komorovski, D.Q.Qulyayev, Ə.K.Zəkuyev, Muhiddin, M.Tofiq və başqalarını buna misal göstərmək olar.

Yaş və pedaqoji psixologiya kafedrasının inkişaf tarixindən danışarkən A.O.Makiovelski, Ə.K.Zəkuyevin adlarını xüsusilə qeyd etmək lazımdır.

XX əsrin 50–ci illərinə qədər Azərbaycanda yetişən milli psixoloji kadrlar məhz bu alimlərin adı ilə bağlıdır. Sonralar Azərbaycanda görkəmli mütəxəssis alim kimi fəaliyyət göstərən M.Məhərrəmov, Ş.Ağayev, Ə.Bayramov, Ə.Əlizadə, M.Həmzəyev və başqaları bu alimlərin köməyi ilə psixoloq kimi formalaşmışlar.

1947/48 - ci tədris ilində indiki ADPU-da Azərbaycan dili, məntiq - psixologiya şöbəsi açılır. Bu şöbənin açılması psixologiya sahəsində əlamətdar hadisə oldu. Bir çox görkəmli alimlər (M.Həmzəyev, A.Məmmədov, Ə.Abdullayev) həmin şöbənin məzunları olmuşlar. 

Sonrakı illərdə universitetdə pixologiyanın tədrisində, həm də bu sahə üzrə kadr hazırlığına A.Makiovelskinin, 1921-ci ildə Türkiyənin İstanbul Universitetinin psixologiya - fəlsəfə şöbəsini bitirib Bakıya gələn A.K.Zəkuyevin  böyük təsiri olmuşdur.

1950-ci ildən başlayaraq aspirantura yolu ilə kadr hazlrlığına ciddi fikir verilmişdir. S.S.Ağayev, Ə.S.Bayramov, M.Ə.Həmzəyev, Ə.Ə.Əlizadə, A.U.Məmmədov, İ.A.Fərəcov və başqaları 1950-ci ildən sonrakı dövrlərdə APİ-nin psixologiya kafedrasında aspirantura yolu ilə təhsil almış, əməkdar elm xadimi, professor Ə.K.Zəkuyevin rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilmişdir.

1959-cu ildən psixologiya kafedrası yenidən pedaqogika kafedrası ilə birləşir. Ə.K.Zəkuyev isə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə şöbəsinə işə təyin olunur. Bu vəziyyət 1963-cü ilə qədər davam edir.

1963/64-cü tədris ilindən kafedra yenidən müstəqil fəaliyyətə başlayır.  Kafedraya 1963-cü ildən 1975-ci ilə qədər Ş.Ağayev rəhbərlik etmişdir.

M.Əbdülov, İ.Məmmədov, Ə.Baxşəliyev, Z.Orucov və başqaları həmin kafedrada Ş.Ağayevin rəhbərliyi ilə elmi-tədqiqat işi aparmışlar.

1974 - cü ildə həmin kafedra əsasında iki - (1 saylı və 2 saylı) psixologiya kafedrası təşkil edilmişdir. Kafedralar 1996-cı ilə qədər bu adda fəaliyyət göstərmişdir. 1996-cı ildə Universitetin elmi şurasının qərarı ilə kafedranın adları dəyişdirilərək ümumi psixologiya, yaş və pedaqoji psixologiya adlandırılmışdır. 1975-ci ildən bu günə qədər ümumi psixologiya kafedrasına prof. Ə.Ə.Əlizadə rəhbərlik edir. Yaş və pedaqoji psixologiya kafedrasına 1974-cü ildən 1988-ci ilə qədər dos. Z.Mehdizadə, 1988-ci ildən 1992-ci ilə qədər isə prof. Q.Əzimli rəhbərlik etmişdir. 1992-ci ildən kafedraya prof. Ə.T.Baxşəliyev rəhbərlik edir.

Kafedranın əməkdaşlarından Ə.T.Baxşəliyev, Q.E.Əzimli Bakı Dövlət Uniersitetində psixologiya üzrə ixtisaslaşdırılmış dissertasiya şurasının üzvüdürlər

Statistik göstəricilər 

  • 14 nəfər professor - müəllim heyəti
    • 1 nəfər elmlər doktoru, professor
    • 1 nəfər fəlsəfə doktoru, professor
    • 2 nəfər fəlsəfə doktoru, dosent
    • 3 nəfər fəlsəfə doktoru, müəllim
    • 1 nəfər baş müəllim
    • 6 nəfər müəllim
  • 4 nəfər tədris köməkçi heyət çalışır.
    • 2  nəfər büyük laborant
    • 2  nəfər laborant

Elmi fəaliyyət

Yaş və pedaqoji psixologiya kafedrasının elmi işlərinin istiqaməti əsasən təlim - tərbiyə prosesində şagird şəxsiyyətinin formalaşması, Azərbaycanda  psixoloji  fikrin inkişaf problemləri, psixikanın anomal inkişaf məsələləri, Azərbaycanda güzəran psixologiyası tədqiqindən ibarətdir.

Son illərdə kafedrada yüksək ixtisaslı psixoloji kadr hazırlığına xüsusi diqqət yetirilmişdir. Belə ki, 5 nəfər psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Kafedrada hal – hazırda 7 nəfər dissertant fəaliyyət göstərir. Bu sahədə 300 – dən çox məqalə və tezis, elmi kütləvi əsərlər nəşr olunmuşdur. Bir sıra beynəlxalq konfranslarda məruzələr edilmişdir.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Ümumi psixologiya
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
    • Məktəbəqədər təlim və tərbiyə ixtisası
    • Korreksiyaedici təlim ixtisası
    • Coğrafiya müəllimliyi ixtisası
    • Menecment ixtisası
    • İbtidai sinif müəllimliyi ixtisası
    • Musiqi müəllimliyi ixtisası
    • Texnologiya müəllimliyi ixtisası
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  2. Psixologiya tarixi
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  3. Etnopsixologiya
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  4. Təhsildə psixoloji xidmət və praktikum
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  5. Ümumi, yaş, pedaqoji psixologiya
    • Korreksiyaedici təlim ixtisası
    • Coğrafiya müəllimliyi ixtisası
    • Menecment ixtisası
    • İbtidai sinif müəllimliyi ixtisası
    • Musiqi müəllimliyi ixtisası
    • Texnologiya müəllimliyi ixtisası
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  6. İnkişaf və yaş psixologiyası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  7. Eksperimental psixologiya
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  8. Xüsusi psixologiya
    • Korreksiyaedici  təlim ixtisası
  9. Psixodiaqnostikanın  əsasları
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
    • Korreksiyaedici  təlim ixtisası
  10. Psixodiaqnostika və psixokonsultasiya
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  11. Klinik psixologiya
    • Korreksiyaedici  təlim ixtisası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  12. Psixofiziologiya və psixopedaqogika
    • Korreksiyaedici  təlim ixtisası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  13. Psixoterapiya və psixokorreksiya
    • Korreksiyaedici  təlim ixtisası
  14. Defektologiya  və  loqopediyanın əsasları
    • Məktəbəqədər təlim və tərbiyə ixtisası
  15. Psixologiyanın tədrisi metodikası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  16. Uşaq psixologiyası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
    • Məktəbəqədər təlim və tərbiyə ixtisası
  17. Pedaqoji  psixologiya
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
    • Məktəbəqədər təlim və tərbiyə ixtisası
  18. Təlim psixologiyası
    • Korreksiyaedici  təlim ixtisası
  19. Fəaliyyət və şəxsiyyət psixologiyası
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  20. Azərbaycan elmi psixologiyasının qaynaqları
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  21. İstedadlı uşaqların psixologiyası
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  22. İnklüziv təhsilin aktual  problemləri
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası

Magistratura  pilləsi üzrə

  1. Sosial psixoloji xidmətin tarixi
    • Təhsildə sosial-psixoloji xidmət ixisası
  2. Pedaqoji psixologiya və psixopedaqogika
    •  Təhsildə sosial-psixoloji xidmət ixtisası
  3. Psixodiaqnostika və psixokorreksiya
    •  Təhsildə sosial-psixoloji xidmət ixtisası
  4. Məktəbdə psixoloji xidmətin xüsusiyyətləri
    •  Təhsildə sosial psixoloji  xidmət
  5. Müasir psixologiyada şəxsiyyətin inkişafı problemi
    •  Təhsildə sosial-psixoloji xidmət ixtisası
  6. SF: Etnopsixologiya
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  7. SF: Azərbaycanda psixologiyanın inkişaf tarixi
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  8. Psixologiya elminin müasir  problemləri
    • Pedaqoji  psixologiya ixtisası
  9. Psixologiya elminin tarixi və metodologiyası
    • Pedaqoji  psixologiya ixtisası
  10. Ali məktəb psixologiysının müasir problemləri
    • Pedaqoji  psixologiya ixtisası
  11. Psixologiyaya giriş
    • Pedaqoji  psixologiya ixtisası
  12. Uşaq şagird qruplarında qarşılıqlı münasibətlər
    • Pedaqoji  psixologiya ixtisası
  13. Ünsiyyət psixologiyasının müasir problemləri
    • Pedaqoji  psixologiya ixtisası
  14. Tərbiyə və özünütərbiyənin psixopedaqoji problemləri
    • Pedaqoji  psixologiya ixtisası
  15. Psixodiaqnostikanın əsasları
    • Pedaqoji  psixologiya ixtisası
  16. Psixoloji  xidmətin əsasları
    • Pedaqoji  psixologiya ixtisası
  17. Pedaqoji psixologiyanın əsasları
    • Pedaqoji  psixologiya ixtisası
  18. Təlimin psixoloji problemləri
    • Pedaqoji  psixologiya ixtisası
  19. SF: Kiçik məktəb yaşlı uşaqların psixologiyası
    • Pedaqoji  psixologiya ixtisası
  20. SF: Etnopsixologiya
    • Pedaqoji  psixologiya ixtisası
  21. SF: Azərbaycanda psixoloji fikrin inkişafı
    • Pedaqoji  psixologiya ixtisası
  22. SF: Pedaqoj fəaliyyətin psixloji əsasları
    • Pedaqoji  psixologiya ixtisası

Kafedranın professor - müəllim heyəti bakalavr pilləsi üzrə psixologiya, pedaqoji, coğrafiya, pedaqoji musiqi, texnologiya müəllimliyi, bədii qrafika fakültələrində ümumi, yaş və pedaqoji psixologiya, uşaq psixologiyası, etnopsixologiya, psixologiya tarixi, psixodiaqnostika və s. üzrə yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada təhsildə-sosial psixoloji xidmət, pedaqoji psixologiya istiqaməti üzrə magistr hazırlığı həyata keçirilir.

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmışdır. Bütün fənlər üzrə tədris mövcud təqvim - tematik planlara uyğun aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır.Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir.

Azərbaycanda psixoloji fikrin inkişafı” (Ə.T.Baxşəliyev, 1997), “Azərbaycanda psixoloji fikrin təşəkkülü, inkişafı və müasir vəziyyəti” (Ə.T.Baxşəliyev, 2007), “Azərbaycan milli mənəvi dəyərlərinin sosial psixoloji mahiyyəti” (Ə.T.Baxşəliyev, 2011), “Yaş və pedaqoji psixologiyanın müasir problemləri” (Q.Əzimli, 2006) adlı əsərləri buna misal göstərmək olar.

“Uşaq şəxsiyyətyinin formalaşmasında Azərbaycan xalq nağılları və atalar sözlərinin rolu” (S.Heydərova), “Azərbaycan psixoloqlarının tədqiqatlarında milli-mənəvi dəyərlərimiz problemi və onun müasir vəziyyəti” (Q.Rəhimova) adlı dissertasiyalar məhz bu kafedrada hazırlanmışdır. Kafedranın dosenti Z.Əliyeva elmlər doktoru, dissertantlardan K.Həsənquliyeva, A.Mahmudova isə fəlsəfə doktoru dissertasiyaları üzərində çalışırlar.

Xarici əlaqələr

Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları  və elmi mərkəzləri ilə, habelə İran, Türkiyə və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birgə elmi – tədqiqat işləri aparmışlar.

Kafedra əməkdaşları əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Gürcüstanda, İranda, Türkiyədə və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.036545

Powered by TusiSoft©. 2004-2016. TSW (TuSi Web) Version 5.4.68 (beta)