Bu gün: 22 Yanvar 2017, Bazar
ADPU-nun İbtidai təhsil fakültəsinin «İbtidai təhsilin pedaqogikası və metodikası» kafedrası
ADPU-nun İbtidai təhsil fakültəsinin «İbtidai təhsilin pedaqogikası və metodikası» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Tarix
Əməkdaşlar
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: Bakı ş., Nəsimi r., Nəsibbəy Yusifbəyli küç. 41a

Telefon: (99412) 440 51 49

Faks:

Əməkdaşlar

Gunel_Nureddin_Memmedova
Yaqut Tosif qızı Rzayeva
(kaf.m., dos., p.f.d)
Rərrux Abbas oğlu Rüstəmov
( prof., p.e.d.)
Sərdar Musa oğlu Quliyev
(dos., p.e.d.)
Tamilla Ehmed Vahabova
(dos., p.f.d.)
Səfurə Ağagul qızı İbrahimova
(dos., p.f.d.)
Allahyar Süleyman oğlu İmanov (dos., p.f.d.) Teyyubə Məmmədkazım qızı Hüseynova
(dos., p.f.d.)
İsmət Məmməd qızı Məmmədova
(dos., p.f.d.)
Təranə  Səttar qızı Əliyeva
(dos., p.f.d.)
Gülşən Fəxrəddin qızı Novruzova
(dos., p.f.d.)
Şahrza Ogul oğlu Ağayev
(dos.)
Aybəniz Şirin qızı Haşimova
(dos.)
Ayşə Musa qızı Məmmədova
(b/m, p.f.d)
Ramiz Cəlal oğlu Əliyev
(p.f.d.)
Mələk Əliislam qızı Zamanova
(p.f.d.)
Hüseyn Cavad oğlu Hüseynov
(p.f.d.)
Çiçək Bəhram qızı Hümmətova
(b/m)
Flora Bayram qızı Qasımova
(b/m)
Nigar Abdinova
(b/m, p.f.d)
Firəngiz Yəhya qızı Kərimova
(b/m, p.f.d)
Mənsurə Qardaşxan qızı İsmayılova
(p.f.d.)
Leyla Xudadat qızı Əliyeva
(p.f.d.)
Təranə Əsgər qızı Tağıyeva
(m.)
Yeganə Allahverdi qızı Qənbərova
(m.)
İranə Oqtay qızı Məmmədova
(m.)
 
Günel Nurəddin qızı Məmmədova
(m.)
Gülşən Tahir qızı Eminova
(b/m.)
Xəyalə Arif qızı Məmmədova
(m.)
Reyhan Tapdıq qızı Hacızadə
(m.)
 

Tarixi

İbtidai  təhsilin   pedaqogikası və metodikası kafedrası 1959-cu ildə yaradılmışdır. Kafedranın ilk müdiri  görkəmli pedaqoq-alim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, pedaqoji elmlər doktoru, prof. Mehdi Mehdizadə (1903- 1984) olmuşdur. 1960-1979-cu illərdə kafedraya prof. Mərdan Muradxanov rəhbərlik etmişdir. Onun bu kafedranın təşəkkülü və inkişafında, elmi potensialının formalaşmasında  xidmətləri əvəzsizdir. Kafedraya 1979-1992-ci illərdə dos. Əyyub Tağıyev, 1993-1997-ci illərdə prof. Sərdar Quliyev, 1996-2006-cı illərdə  dos. Həmzə Əliyev,  2006-2011-ci illərdə prof. Fərrux Rüstəmov rəhbərlik etmişdir. Bu illərdə kafedrada  elmi dərəcəlilərin sayı artmış, tədris və tədqiqat işlərinin səviyyəsi xeyli yüksəlmişdir. Hazırda kafedraya dos. Yaqut Rzayeva rəhbərlik edir. Kafedra yarandığı gündən pedaqoji bilikləri təbliğ edən mərkəzə çevrilmişdir. Bu təbliğat , əsasən mühazirələr, televiziya və radio verilişlərində çıxışlar, kitablar və məqalələr, elmi seminarlar, pedaqoq alimlərlə görüşlər vasitəsilə həyata keçirilmişdir. Kafedranın inkişafında M.Mehdizadə, M.Muradxanov, Ə.Tağıyev, S.Quliyev, H.Əliyev, F.Rüstəmov  və başqalarının səmərəli xidmətləri olmuşdur.

Statistik göstəricilər(2013)

  • 29 nəfər professor-müəllim heyəti,
    • 2 nəfər elmlər doktoru, professor,
    • 10 nəfər fəlsəfə doktoru, dosent,
    • 3 nəfər fəlsəfə doktoru, baş müəllim,
    • 5 baş müəllim, 
    • 3 nəfər fəlsəfə doktoru, müəllim, 
    • 6 müəllim, 
  • 4 nəfər böyük laborant.

Elmi fəaliyyət

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrası fəaliyyətini iki istiqamətdə (elmi-tədqiqat və tədris işləri) aparır, pedaqoji və elmi-pedaqoji kadr hazırlığında fəal iştirak edir.Kafedrada 5 problem üzrə elmi tədqiqat işi aparılır: ali məktəb pedaqogikası, tərbiyə nəzəriyyəsi, təlim və təhsil nəzəriyyəsi, Azərbaycan məktəb və pedaqoji fikir tarixi, xarici ölkələrin pedaqoji fikir tarixi.

Aliməktəbpedaqogikası. Bu istiqamətli tədqiqatlardha ali məktəblərdə təhsil-tərbiyə prosesinin təşkili, tələbə-müəllim münasiblətləri, tələbə nailiyyətlərinin qiymətləndirilməsi kimi məsələlər araşdırılmışdır. Prof.F.Rüstəmovun bu problemlə bağlı «Ali məktəb pedaqogikası» (2007) dərsliyi nəşr edilmişdir.

Tərbiyənəzəriyyəsi. Bu istiqamətli tədqiqatlarda kiçikyaşlı məktəblilərlə aparılan tərbiyə prosesinin mahiyyəti və xüsusiyyətləri araşdırılmış, şəxsiyyətin formalaşmasında təlim prosesinin və sinifdənkənar tədbirlərin rolu üzə çıxarılmış, tərbiyəliliyin diaqnostikası, kriteriyası və texnologiyası müəyyənləşdirilmiş, tərbiyənin ümumi qanunauyğunluqları, prinsipləri, metodlarının səciyyəvi xüsusiyyətləri məktəb təcrübəsi əsasında şərh edilmiş, məktəblilərin dünyagörüşünün formalaşmasına təsir gxöstərən amillər üzə çıxarılmış, şagirdlərin əqli, əxlaqi, etik, estetik, fiziki, əmək, hüquq tərbiyəsi ilə bağlı məktəb təcrübəsi ümumiləşdirilmiş, praktiklərə dəyərli tövsiyələr verilmişdir (prof.S.Quliyev, dos.Y.Rzayeva, dos.S.İbrahimova, dos.T.Hüseynova, dos.A.İmanov, dos.T.Vahabova, b/m.F.Qasımova,b/m Ç.Hümmətova).

Didaktika.  Bu istiqamətli tədqiqatlarda  ibtidai siniflərdə pedaqoji prosesin təşkili xüsusiyyətləri araşdırılmış, ibtidai təhsilin didaktikasının funksiyaları, əsas anlayışları   üzə çıxarılmış, təlim prosesinin komponentləri, qanun və qanunauyğunluqlarının səciyyəvi xüsusiyyətləri, təhsilin məzmunu, forma, vasitə və prinsipləri, təlim metodları və təşkili formaları, yeni təlim texnologiyaları, müasir dərsin strukturu kimi problemlər araşdırılmışdır (dos.İ.Məmmədova, dos.T.Əliyeva, dos.G.Novruzova, p.f.d.O.Qafarova, A.Məmmədova).

Azərbaycanməktəbvə pedaqojifikirtarixi. Bu istiqamətli tədqiqatlarda X1X əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda pedaqoji hərəkatın spesifik xüsusiyyətləri araşdırılmış, görkəmli Azərbaycan maarifçilərinin təhsil-tərbiyə ilə bağlı fikirləri tədqiq və təhlil olunmuş, pedaqoji elmin inkişafının əsas istiqamətləri müəyyənləşdirilmişdir (prof.F.Rüstəmov, dos.B.Nəsirov, p.f.d. R.Əliyev, p.f.d.M.Zamanova). Bu istiqamətli araşdırmalarda prof.S.Quliyevin Azərbaycan maarifçilərinin ailədə valideyn-övlad münasibətləri ilə bağlı araşdırmaları xüsusi yer tutur.

Xariciölkəməktəbpedaqojifikirtarixinintədqiqi. Bu istiqamətli tədqiqatlarda ən qədim dövrdən bu günədək xarici ölkələrdə, xüsusilə Şərq ölkələrində, Qərbi Avropa və ABŞ-da məktəb və pedaqoji fikrin əsas istiqamətləri araşdırılmışdır. Bu problemlərə bağlı prof.F.Rüstəmovun 5 kitabı: «Pedaqoji (təlim –tərbiyə) tarixi Şərqdə» (Tehran, “Xorşidafərin”, 1389 (2010), 317 s.  ), Qərb pedaqogika tarixi.  (Bakı, “Nasir”,2003. 256 s.), Yeni dövrün pedaqogika tarixi (XVII əsrin II yarısı-XIX əsr).  (Bakı, “ Nurlan“, 2004, 319 s. ), Ən yeni dövrün pedaqogika tarixi (XX əsr-XXI əsrin əvvəlləri). (Bakı, “Nurlan”, 2005, 203 s.), “Şərqdə pedaqogika tarixi”(2002) onlarla elmi məqaləsi nəşr olunmuşdur.

Kafedranın professoru, p.e.d. F.Rüstəmov əməkdar elm xadimi, 2 əməkdaşı- p.e.d., prof.S.Quliyev və p.f.d., dos.T.Vahabova əməkdar müəllim fəxri adını almışdır. On illərdə kafedranın doktorantlarından 5 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişlər.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Pedaqogika
  2. İbtidai təhsilin pedaqogikası
  3. Təhsilin əsasları
  4. Təlim nəticələrinin qiymətləndirilməsi
    • İbtidai sinif müəllimliyi ixtisası
  5. Texnologiya və onun tədrisi metodikası
  6. Həyat bilgisi və onun tədrisi metodikası
  7. SF:Azərbaycan məktəb və pedaqoji fikir tarixi
    • İbtidai sinif müəllimliyi ixtisası
  8. Təlim nəticələrinin qiymətləndirilməsi
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  9. İbtidai təhsilin kurikulumu
    • İbtidai sinif müəllimliyi ixtisası
  10. SF:Müasir pedaqoji texnologiyalar
    • İbtidai sinif müəllimliyi ixtisası
  11. Təhsilin idarə olunması
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  12. Təhsilin kurikulum konsepsiyası
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  13. Sosial pedaqogika
    • Təhsildə sosial-psixoloji xidmət ixtisası
  14. Xüsusi pedaqogika
    • Korreksiyaedici təlim
  15. Müəllim ixtisasına giriş
    • İbtidai sinif müəllimliyi ixtisası

Magistratura pilləsi üzrə

  1. İbtidai təhsil pedaqogikasının müasir problemləri
    • İbtidai sinifdə tədrisin metodikası və metodologiyası ixtisası
  2. İbtidai təhsil pedaqogikasının tarixi və metodologiyası
    • İbtidai sinifdə tədrisin metodikası və metodologiyası ixtisası
  3. Elmi tədqiqat işlərinin metod və metodologiyası
  4. Sosial pedaqogika
    • İbtidai sinifdə tədrisin metodikası və metodologiyası ixtisası
  5. Tərbiyə işinin metodikası
    • İbtidai sinifdə tədrisin metodikası və metodologiyası ixtisası
  6. SF: Azərbaycanda pedaqoji elmin inkişafının problemləri
    • İbtidai sinifdə tədrisin metodikası və metodologiyası ixtisası
  7. SF: Azərbaycan təhsil tarixi
    • İbtidai sinifdə tədrisin metodikası və metodologiyası ixtisası
  8. SF:Təhsil fəlsəfəsi
    • İbtidai sinifdə tədrisin metodikası və metodologiyası ixtisası
  9. SF:Müasir pedaqoji texnologiyalar
    • İbtidai sinifdə tədrisin metodikası və metodologiyası ixtisası
  10. Pedaqogikanın müasir problemləri
    • Təhsildə qiymətləndirmə və monitoring ixtisası
  11. Pedaqogikanın tarixi və metodologiyası
    • Təhsildə qiymətləndirmə və monitoring ixtisası
  12. Elmi tədqiqat işlərinin metodot və metodologiyası
    • Təhsildə qiymətləndirmə və monitoring ixtisası
  13. Təhsil fəlsəfəsi
    • Təhsildə qiymətləndirmə və monitoring ixtisası
  14. Qiymətləndirmə, monitoring və dəyərləndirmə
    • Təhsildə qiymətləndirmə və monitoring ixtisası
  15. Təhsildə tədqiqatlar və keyfiyyətin idarə olunması
  16. Məktəbdaxili qiymətləndirmə
    • Təhsildə qiymətləndirmə və monitoring ixtisası
  17. Qiymətləndirmədə ölçmə nəzəriyyələri və statistik metodlar
  18. Qiymətləndirmənin nəticələrindən istifadə və hesabatvermə
    • Təhsildə qiymətləndirmə və monitoring ixtisası
  19. SF: Kurikulumun idarə olunması
    • Təhsildə qiymətləndirmə və monitoring ixtisası
  20. SF: Təhsildə statistika
    • Təhsildə qiymətləndirmə və monitoring ixtisası
  21. SF: Təhsil tarixi
    • Təhsildə qiymətləndirmə və monitoring ixtisası
  22. SF: Təhsil və cəmiyyət
    • Təhsildə qiymətləndirmə və monitoring ixtisası
  23. SF: Təhsil sisteminin idarə olunması
    • Təhsildə qiymətləndirmə və monitoring ixtisası
  24. SF: Müqayisəli pedaqogika və beynəlxalq təhsil
    • Təhsildə qiymətləndirmə və monitoring ixtisası
  25. SF: Təhsil siyasəti
    • Təhsildə qiymətləndirmə və monitoring ixtisası
  26. SF: Sosial pedaqogika
    • Təhsildə qiymətləndirmə və monitoring ixtisası

 

Bakalavr pilləsində aşağıdakı fənlər tədris olunur:

  • Müəllimlik ixtisasına giriş. Akademik bacarıqlara, pedaqoji qabiliyyətlərə, xüsusi konsepsiyalara yiyələnmiş müəllim kadrlarının hazırlanmasında pedaqoji təhsil müəssisələrində tədris olunan fənlərin özünəməxsus payı vardır. Bu baxımdan ali pedaqoji təhsil müəssisələrində tədris olunan «Müəllimlik ixtisasına giriş» fəninin öyrənilməsində məqsəd tələbələrdə ibtidai sinif müəlliminin pedaqoji əməyinə müsbət motivasiyası formalaşdırmaqdan ibəartdir.
  • Pedaqogika. Ali pedaqoji təhsil müəssisələrində pedaqogika fənni gələcək müəllimlərin peşə hazırlığına yiyələnmələrində xüsusi yer tutur. Təhsili sistem, proses, nəticə və dəyər kimi öyrənən pedaqogika ali pedaqoji məktəblərdə aparıcı fənn hesab edilməklə, pedaqoji psixoloji və metodik hazırlığın təməlini təşkil edir. Fənnin tədrisi keyfiyyətli və səriştəli müəllim kadrları hazırlığında böyük əhəmiyyətə malikdir. Fənnin məqsədiqni pedaqoji prosesin ən zəruri anlayış və qanunauyğunluqları haqqında ümumi biliyə, peşə fəaliyyəti bacarığına və təhsil sahəsindəki yenilikləri, innovasiyaları, texnologiyaları təlim prosesində səmərəli tətbiqinə həm nəzəri, həm də praktik cəhətdən hazır olan, dünya pedaqoji fikrinin dəyər statusu qazanmış nümunələrini, təhsil-tərbiyə təcrübəsini öyrənən və təbliğ edən yüksək ixtisaslı müəllim kadrları hazırlanması təşkil edir.
  • İbtidai təhsilin pedaqogikası. İbtidai təhsilin pedaqogikası ümumi təhsil sisteminin çox mühüm bir həlqəsi olub, onun olduqca vacib bir mərhələsini təşkil edir. Uşaqların yaş dövrlərinin özünəməxsusluğu və çevikliyi nəzərə alınmaqla ibtidai məktəbin qarşısında duran vəzifələrin – yeni dövrün sosial – iqtisadi və siyasi tələblərinə uyğun mütəxəssis yetişdirilməsi, yəni mükəmməl hazırlığı, hərtərəfli bilik və bacarıqlara malik kadrların hazırlanmasının müvəffəqiyyətlə həyata keçirilməsi xüsusi diqqət mərkəzindədir.
  • İbtidai təhsilin kurikulumu. İbtidai təhsilin kurikulumunun öyrənilməsi və tətbiq məqsədləri təkcə şagirdlərin deyil, eyni zamanda sinif müəllimlərinin hazırlığında əhəmiyyət kəsb edir. 
  • Müasir pedaqoji texnologiylar.  Fənnin tədrisində məqsəd gələcək müəllim kadrlarının müasir pedaqoji texnologiyaların növləri və tətbiqi zəruriliyinin öyrədilməsidir.
  • Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Xalqımızın maddi və mənəvi mədəniyyət tarixinin öyrənilməsi, məktəbin və pedaqoji fikrin yaranma tarixi və inkişafı prosesinin izlənilməsi, pedaqogikanın tarix ilə qarşılıqlı şəkildə əlaqəli mənimsənilməsinin tədqiqi və tətbiqi çox vacib məsələlərdəndir. Bu baxımdan bu kurs tələbələri Azərbaycan xalqının zəngin pedaqoji irsi, tərbiyə, təlim və təhsil nəzəriyyəsi və təcrübəsilə tanış edir.
  • Həyat bilgisi və  onun tədrisi metodikası.  Fənnin tədrisi ilə tələbələrə təbiət, insan, onun mənəvi – əxlaqi dəyərləri, təbiətlə qarşılıqlı əlaqəsi, cəmiyyət və onun inkişafı, dövlət atributları, ölkənin iqtisadi inkişafı, sərvətləri, muzey və abidələri, təbiəti, ekoloji durumu və onların ibtidai sinif şagirdlərinə öyrədilməsi metodikası, bununla bağlı tətbiq olunan  müasir təlim metodları barədə bilik və bacarıqlar öyrədilir.
  • Texnologiya və onun tədrisi metodikası. Bu fənn vasitəsilə tələbələr tərəfindən müxtəlif materiallar, onların xassələri, emal formaları və tətbiq sahələri, alətlər, tərtibatlar, emal vasitələrinin quruluşu, iş prinsipləri və istifadə priyomları, texnoloji əməliyyatlar, qrafik savad elementləri, müxtəlif materiallarla işin təşkili, xalq sənətkarlığı üzrə materialların emalı, bacarıq və vərdişləri şagirdlərə aşılamaq yollarının mənimsənilməsi təmin olunur.
  • Təlim nəticələrinin qiymətləndirilməsi. Kursun tədrisi gələcək sinif müəllimlərində təlim nəticələrinin qiymətləndirilməsi tendensiyaları ilə bağlı bitkin təsəvvür, bilik  və vərdişlər  yaratmaq məqsədi daşıyır.
  • Təhsilin idarəolunması. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında 5 əsas istiqamətdən biri təhsildə nəticələrə görə cavabdeh , şəffaf və səmərəli idəarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Bu istiqmətdə təhsil sistemindjə tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönümlü idarəetmə modelini, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir. Bir fənni dərindən bilməklə yanaşı tələbələr, məktəbin idəarə edilməsinin  praktik məsələlərinin həlli sahəsində də lazımi hazılığa malik olacaqlar.

 

Magistr pilləsində aşağıdakı fənlər tədris olunur:

  • `İbtidai təhsil pedaqogikasının müasir problemləri. İbtidai təhsil ümumi təhsil sisteminin olduqca vacib bir mərhələsini əhatə edir. Uşaqların yaş dövrlərinin özünəməxsusluğu və çevikliyini nəzərə alsaq, ibtidai təhsil pedaqogikasının qarşısında duran vəzifələrin nə dərəcədə vacib və aktual olduğunu bir daha anlayarıq. İbtidai təhsil pedaqogikasının bazar iqtisadiyyatı şəraitində yeni dövrün sosial – iqtisadi və siyasi tələblərinə uyğun vətəndaşlar yetişdirnmək baxımından üzərinə çox böyük vəzifələr düşür. İbtidai təhsil sahəsində müxtəlif layihələrin, qərar və sərəncamların həyata keçirildiyi indiki şəraitdə magistratura pilləsində uyğun ixtisas alan magistrlərin bu kursu dövrün tələbləri baxımından öyrənilməsi olduqca vacibdir.
  • İbtidai təhsil pedaqogikasının tarixi və metodologiyası. İbtidai təhsil pedaqogikasının tarixi və metodologiyası kursu ibtidai təhsil pedaqogikasının yaranması, inkişafı, eyni zamanda tarixi inkişafının müxtəlif dövrlərində sosial-iqtisadi və siyasi rejimlərin, cəmiyyətin və dövlətlərin maraqlarından irəli gələn təhsil və tərbiyə tarixinin metodologiyasının öyrənilməsinə xidmət edir.
  • Sosial pedaqogika. Sosial pedaqogika bilik sahəsi kimi insanın həyatı boyu labüd və qaçılmaz olan bu və ya digər yaş həddində, bu və ya digər şəraitlərdə baş verən və verə biləcək sosial-ictimai hadisələr haqqında məlumat verə bilir.  Sosial pedaqogikanın tədris fənni kimi vəzifəsi sosial-pedaqoji gerçəkliyin mənzərəsini açmaqdır.
  • Tərbiyə işinin metodikası. İctimai inkişaf tələb edir ki, indiki müəllim kadrları yalnız ixtisas və elmi cəhətdən məlumatlı olmaqla kifayətlənməməli, həm də ictimai münasibətlərə və əmək fəaliyyətinə, elmi yaradıcılığa hazır olmalı, milli mədəniyyətin nailiyyətlərindən, klassik pedaqoji və metodik irsin qaynaqlarından istifadə etmək bacarığına, yüksək mənəvi və əqli keyfiyyətlərə yiyələnməlidir.
  • Azərbaycanda pedaqoji elmin inkişafının problemləri. Bu kursun öyrənilməsi tələbələrin magistratura pilləsində pedaqoji bilik dairələrinin genişlənməsinə, keçmişin pedaqoji irsinə və təcrübəsinə düzgün münasibət bəsləmək bacarığı qazanmasına xidmət edir. Xarici ölkələrin məktəb və pedaqogikasının önəmli pedaqoji nəzəriyyələri, konsepsiyaları və təhsil sistemləri ilə tanış olmuş magistrantlar Azərbaycan xalqının zəngin pedaqoji irsi, tərbiyə, təlim və təhsil nəzəriyyəsi və təcrübəsilə də tanış olurlar. Bu zaman XX əsrdə Azərbaycanda pedaqoji elmin inkişaf istiqamətlərinin öyrənilməsi də nəzərdə tutulur. Bu da milli məktəb və pedaqogikanın hərtərəfli öyrənilməsinə imkan verir.
  • Pedaqogikanın müasir problemləri. Ali təhsil pedaqogikası pedaqogika elminin bir qolu kimi ümumi qanunauyğunluqlara əsaslanır: ali təhsilin məqsəd və vəzifələrinə, gənclik yaşının xüsusiyyətlərini, ali məktəb müəlliminin elmi – pedaqoji fəaliyyətinin özünəmxsus cəhətlərinə müvafiq olaraq ümumi pedaqoji qanunauyğunluqların təzahürlərini müəyyən edir.
  • Pedaqogikanın tarixi və metodologiyası. Pedaqogikanın tarixi və metodologiyası kursu təhsil və tərbiyə tarixinin öyrənilməsi, eyni zamanda bəşəri inkişafın müxtəlif dövrlərində sosial – iqtisadi və siyasi rejimlərin, dövlətlərin, cəmiyyətin ümumi maraqlarından doğan tarixi metodologiyaların tətbiqi ilə məşğuldur.
  • Elmi – tədqiqat işlərinin metod və metodologiyası. Elmi tədqiqat metodu varlığın, hadisələrin obyektiv dərk olunmasının əlverişli yolu olduğundan metod məzmun ilə nticə arasında bir həlqədir. Magistr pilləsində elmi tədqiqatların müvəffəqiyyətlə aparılması və faydalı nəticələrin alınması üçün magistrantların tədqiqat metodlarından düzgün istifadə etməsi vacib və əhəmiyyətlidir.
  • Qiymətləndirmə, monitorinq və dəyərləndirmə.  Qiymətləndirmə təlim və tədris prosesinin ayrılmaz tərkib hissəsidir. Yeni qiymətləndirmə sisteminin fəaliyyət mexanizmini başa düşmək, qiymətləndirmə və monitorinq anlayışlarının mahiyyətini dərk etmək vacib məsələlərdəndir.
  • Təhsildə tədqiqatlar və keyfiyyətin idarə olunması. Milli qiymətləndirmə mövcud təhsil proqramlarının real təlabata uyğunluğunu araşdırmaq, onların keyfiyyətini müəyyənləşdirmək məqsədilə aparılan təhsil tədqiqatıdır. Bu tədqiqatın məqsədi ayrı – ayrı şagirdlərin imtahan nəticələrini öyrənmək deyil, ümumilikdə təhsilə  qiymət verməkdir  və bu tədqiqatların həyata keçirilməsi təhsil siyasətində önəmli yer tutur. Beynəlxalq qiymətləndirmə də təhsilin keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi funksiyalarını yerinə yetirir, müqayisəetmə tədqiqatları, monitorinqlər vasitəsiə hər üç ildən bir aparılır, ölkədə təhsilin vəziyyəti haqqında məlumat əldə etməyə, daha əhəmiyyətli problemləri üzə çıxarmağa, araşdırmağa  imkan yaradır. Azərbaycan üç beynəlxalq tədqiqata – PİSA, PİRLS və TİMSS tədqiqatlarında iştirak etməsi də öyrənilir.
  • Təhsil fəlsəfəsi. Hazırki dövrdə respublikamızda təhsil sahəsində uğurla aparılan islahatlar təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Təhsilin strukturu, məzmunu, kadr təminatı, informasiya tədris və elmi –metodiki təminatı, idarə olunması maddi-texniki bazası və iqtisadiyyatında həyata keçirilən köklü dəyişikliklər öz ilk bəhrəsini verməkdədir.
  • Kurikulumun idarə olunması. Cəmiyyətdə baş verən ictimai münasibətlərin dəyişməsi (totalitar rejimin demokratik quruluşla əvəz olunması) planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, dünya təhsil sisteminə inteqrasiya, informasiya bolluğu, təhsilin məzmununun dəyişməsi, mövcud təhsil proqramının müasir tələblərə cavab verməməsi kurikulumun yaranması zəruri edən səbəblərdən oldu.
  • Məktəbdaxili qiymətləndirmə. Proqramda qiymətləndirmənin mahiyyəti, məqsədi, məzmunu müəyyən edilmiş, məktəbdaxili qiymətləndirmənin növləri, üsul və vasitələri, təhsil alanların attestasiyası və digər məsələlər müəyyən edilmişdir. Kursun tədrisi «Azərbaycan Respublikasının təhsil sistemində Qiymətləndirmə Konsepsiyası»ndan irəli gələn məktəbdaxili qiymətləndirmə məsələlərini öyrənmək və tətbiq etmək məqsədi daşıyır.
  • Qiymətləndirmədə ölçmə nəzəriyyəsi və statistik metodlar.  Kurs klassik və müasir test nəzəriyyəsini, pedaqoji testləşdirməni, test materiallarının hazırlanması və keçirilməsi mərhələlərini, test tapşırıqlarının hazırlanmasını və əsas xüsusiyyətlərini, keyfiyyət göstəricilərini, kompyuter vasitəsilə testləşməni, qiymətləndirmədə tətbiq olunan ölçmə şkalalarını, kəmiyyət metodlarını, təlim materiallarının mənimsəmə keyfiyyətinin reytinq sistemi ilə qiymətləndirilməsini və statistik metodları əhatə edir.
  • Qiymətləndirmə nəticələrindən istifadə və hesabatvermə. Fənn hesabatvermə mexanizmi, dövlət orqanlarına hesabat, tctimaiyyətə hesabat, keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsində hesabatların rolu məsələləri fənnin tədrisində nəzərdə tutulur.
  • Təhsil tarixi. Müasir pedaqoji nəzəriyyə tarixi inkişafın nəticəsidir. Tərbiyə və təhsilin müasir nəzəriyyəsi «bükülüb örtülmüş» tarixdir, zəngin xəzinədir. Tarixsiz nəzəriyyə, nəzəriyyəsiz səmərəli təcrübə yoxdur. Fənn ayrı- ayrı ölkələrin milli pedaqogika tarixlərinin bir-birindən necə fərqləndiyini, eyni zamanda onlar arasında çoxlu ümumi tərəflərin (məqsədlərinin, vəzifələrinin eyniliyi, gənc nəslin əməksevər, humanist, vicdanlı tərbiyə olunması, bu gün ümumbəşəri adlandırdığımız bir çox müsbət keyfiyyətlərə yiyələnmələrinə səy göstərməsi) olması haqda tam təsəvvür yaradılır.
  • Təhsil sisteminin idarə edilməsi. Fənn təhsilin idarəedilməsi  nəzəriyyəsi və tətbiqi məsələlərini, idarəetmənin nəzəri – metodoloji əsasları, qanun və prinsipləri, funksiyaları, metod və üslübları, sistem və strukturu, təhsil idarəetməsinin dövlət orqanları, məktəbdaxili idarəetmə, habelə məktəbdə idarəetmə prosesi – pedaqoji təhlil, prqrnozlaşdırma, məqsəd qoyuluşu, planlaşdırma, nəzarət, üçot və qiymətləndirmə, sinifdənxaric və məktəbdənkənar işlərə rəhbərlik, idarəetmənin təşkilati – metodiki məsələləri sistemli şərh olunur

Son illərdə kafedra əməkdaşları tərəfindən dərslik və tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq  prof. F.Rüstəmovun «Şərqdə pedaqogika tarixi» (2002)“ Pedaqogika”(2007, 2010), «Pedaqogika tarixi» (2006), «Ali məktəb pedaqogikası», (2007) dərsliyini, Y.Rzayevanın «Texnologiya» (2006), Ə.Ağayev, Y.Rzayeva, T.Hüseynova və T.Vahabovanın «Sosial pedaqogika» (2008) dərsliyi, O.Qafarova, H.Hacıyevanın «Həyat bilgisi» (2013) dərsliyi, S.Quliyevin «Ailə pedaqogikasının mühüm problemləri» (2005),  F.Rüstəmov, Y.Rzayeva, T.Hüseynova, Ə.Vahabova və M.Zamanovanın «Pedaqogikadan kurs və buraxılış işlərinə dair» (2007), F.Rüstəmov, Y.Rzayeva, T.Hüseynova, T.Vahabova, O.Qafarova və M.Zamanovanın birgə tərtib etdikləri «Методические указание по курсовым и выпускным работам по педагогике» (2008), T.Əliyevanın «Müəllimlik peşəsi və müəllim-şagird münasibətləri» (2010), A.İmanovun «Məktəblilərin vətənpərvərlik tərbiyəsi» (2012) adlı metodik vəsaitlərini misal göstərmək olar.

Xarici əlaqələr

Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə Rusiya, Qazaxıstan,Türkiyə və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, elmi sahədə əməkdaşlıq etmişlər.

Kafedra əməkdaşları əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Finlandiya, Rusiyada,  Türkiyədə, Qazaxıstanda və başqa xarici ölkələrdə keçirilən beynəlxəlq elmi konfraslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Kafedra əməkdaşları Respublika Təhsil Nazirliyinin təşkil etdiyi Dünya bankı, YUNİSEF və digər qeyri-dövlət təşkilatları xətti ilə və universitetin nəzdindəki «Fəal təlim» üzrə  keçirilən müxtəlif istqamətli kurslarında iştirak edərək uyğun sertifikatlar almışlar.

Prof.F.Rüstəmov və kafedra müdiri dos.Y.Rzayeva 2013-cü ildə Yunanıstan, Albaniya və İtaliyada (mart), Skandinaviya ölkələri - Finlandiya, Danimarka, Norveç və Estoniyada (avqust)  YUNESKO xətti ilə  təşkil edlmiş «Ömür boyu təhsildə ənənələr və innovasiyalar» beynəlxalq seminarın iştirakçısı olmuş, müvafiq sertifikat və vəsiqələr almışlar.

Kafedra müdiri dos. Y.Rzayeva 2013-cü ilin noybrın 13-15-də Qazaxstanda «Yüksək keyfiyyət və liderlik» mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak  etmiş və «Azərbaycanın ali məktəblərinin orta məktəblərlə əməkdaşlığı təcrübəsindən» mövzusunda məruzə etmişdir. 2014- cü ildə Finlandiyanın Yonsuu şəhərində keçirilmiş Beynəlxalq konfransda «Gənclik və miqrasiya» mövzusunda çıxış etmiş, məqaləsi çap edilmişdir.

2015-2016-cı illərdə kafedra müdiri dos. Y.T.Rzayeva və kafedranın əməkdaşları dos. T.Vahabova, dos. İ.Məmmədova, p.i.f.d., b/m M.Zamanova Finlandiyanın Saymen Tətbiqi Elmlər Universitetində «ustad-dərs»lərdə iştirak etmiş, dərslər dinləmiş və «ustad-dərs» nümayiş etdirərək müvafiq sertifikatlar almışlar. 2016-cı ildə oktyabrın 10-14-də keçirilən «Saymen şagird» həftəsində kafedra müdiri dos. Y.T.Rzayeva «Müasir dərsdə təlim texnologiyalarının rolu» mövzusunda çıxış etmiş, məqaləsi çap edilmişdir.

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.022296

Powered by TusiSoft©. 2004-2016. TSW (TuSi Web) Version 5.4.68 (beta)