Bu gün: 23 Fevral 2017, Cümə axşamı
ADPU-nun Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin «Musiqi alətləri fənlərinin tədrisi metodikası» kafedrası
ADPU-nun Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin «Musiqi alətləri fənlərinin tədrisi metodikası» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Stuktur
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: Bakı, Ə.Qasımzadə 58

Telefon: (99412)

Faks:

WEB: http://adpu.edu.az/gen/html/azl/fakulte/Musiqi_fakultesi/kafedra/Musiqi_alet/index.htm

Əməkdaşlar

Minarə Rəhim qızı Dadaşova
(kafedra müdiri, ped.elm.dok., prof.)
Tamilla Əli qızı Bağırova
(ped.elm.dok., prof.)
Zemfira Kəlpəli qızı Abdullayeva
(sənətşün.fəl.dok., prof.)
Nelli Nikolayevna Abutidze
(ped. fəl.dok.,dos.)
Aida Əli-Səttar qızı Hüseynova
(ped. fəl.dok.,dos.)
Firəngiz  İmamverdi  qızı Rzayeva
(ped. fəl.dok.,dos.)
Zemfira Teymur qızı Seyidova
(ped. fəl.dok.)
Gülarə Çingiz qızı Aslanova
b/m
Camal Qəzənfər oğlu Osmanov
b/m
Kamilla Əlixan qızı Qarabağlı
b/m
Gülgün Cərgiz qızı Novruzova
b/m
Zemfira Səlim qızı Sultanova
b/m
Lalə Məmməd qızı İskəndərova
b/m
Lalə Oqtay qızı Məlikova
Lalə Məhəmməd qızı Abbasova
b/m
Aygün Asəf qızı Əhədova
b/m
İradə  Əhməd qızı Əhmədova
b/m
Adil Boran oglu Vəliyev
b/m
Vəfa Məhyəddin qızı Əliyeva
konsertmeystr
Elmira Təmleyxa qızı Həsənova
konsertmeystr
 
Mehri Əhməd qızı Əliyeva
konsertmeystr
Cəmilə Fuad qızı Cəfərova
konsertmeystr
Mədinə Ənvər qızı Məmmədova
konsertmeystr
Rəna Yusif qızı İsmayılova
konsertmeystr
 

Tarixi

1973-cü ildə  Pedaqoji fakültənin nəzdində musiqi və onun tədrisi metodikası kafedrası təşkil olunmuşdu. Həmin kafedranın açılışı professor Sabir Quliyevin adı ilə bağlıdır. O, tanınmış nəzəriyyəçi-alim, bacarıqlı və səriştəli musiqi rəhbəri, teatr rejissoru və müəllim olmuşdur. Fakültənin nəzdində musiqi şöbəsinin açılmasında onun böyük xidmətləri olmuşdur. Onun səyi nəticəsində  kafedranın elmi potensialı və maddi-texniki bazası ildən ilə güclənmiş , digər musiqi təhsili verən ali və orta ixtisas müəssisələri ilə əlaqələr genişlənmiş, 28 pianino və royal alınaraq tələbələrin istifadəsinə verilmişdir. Fakültənin musiqi şöbəsinə tələbə qəbulunun ildən ilə artırılması təbii ki,  tədris yükünün çoxalmasına və beləliklə də yeni kafedranın təşkilinə zərurət yaratdı. Musiqi və onun tədrisi metodikası kafedrasının bazasında iki müstəqil kafedra yarandı: 1) musiqi alətləri kafedrası; 2) musiqi fənləri və onun tədrisi metodikası kafedrası.

Musiqi alətləri kafedrasına təşkil edildiyi ilk gündən ömrünün sonuna qədər professor Sabir Quliyev rəhbərlik etmişdir. Kafedranın əməkdaşlarından Gülarə Əsgərniyyənin (hal-hazırda ABŞ-da müəllim işləyir), prof. Minarə Dadaşovanın, dosent Nelli Abutidzenin, baş müəllim Zemfira Seyidovanın, konsertmeyster Vəfa Əliyevanın formalaşmasında və yetişməsində onun böyük rolu olmuşdur.

2001-ci ildən «Musiqi alətləri» kafedrasına pedaqoji elmlər dok­to­ru, prof. Minarə Dadaşova rəhbərlik edir. 2009-cu ildə musiqi alətləri kafedrasının adı dəyişdirilərək «Musiqi alət­lə­ri fənlərinin tədrisi metodikası» kimi adlandırılmışdır.

Strukturu

Kafedranın nəzdindəkilər:

  • 14 sinif otaqı
  • Arxiv
  • Konsert zalı
  • Emalatxana

Statistik göstəricilər

29 professor – müəllim heyəti, tədris köməkçi heyəti:

  • elmlər doktoru, professor - 2
  • fəlsəfə doktoru, professor - 1
  • fəlsəfə doktoru, dosent - 3
  • fəlsəfə doktoru, baş müəllim - 1
  • fəlsəfə doktoru, konsertmeyster - 1
  • baş müəllim - 14
  • konsertmeyster - 7
  • laborant - 3
  • fortepiano alətlərinin kökləməçisindən ibarətdir - 1

Elmi fəaliyyət

Musiqi alətləri fənlərinin tədrisi metodikası kafedrasının elmi-tədqiqat işlərinin istiqaməti tədris-tərbiyə müəssisələri üçün pedaqoji kadr hazırlanmasının elmi əsaslarının tədqiq olunmasından ibarətdir. Əsas istiqamət üç problem ətrafında açıqlanır:

  • Problem I – Ümumtəhsil məktəbləri üçün musiqi müəllimi hazırlığının
    təkmilləşdirilməsi.
  • Problem II – Pedaqoji kadrlar hazırlayan tədris müəssisələri üçün musiqi 
    fənninin tədrisinə dair vəsaitin hazırlanması.
  • Problem III – Musiqi-pedaqoji fakültə tələbələrinin musiqi professional
    keyfiyyətinin artırılması.

Kafedrada hər tədris ilində aparılan elmi-tədqiqat işləri gələcək musiqi müəlliminin professional hazırlığı səviyyəsini təkmilləşdirən, ümumtəhsil məktəblərinin musiqi dərslərində fortepiano, tar, kamança alətlərindən sərbəst istifadə etmək üçün müxtəlif ifaçılıq bacarıq və vərdişlərinin inkişafı ilə əlaqəli olan metodik tövsiyələrin, tədris repertuarını zənginləşdirən, geniş istifadə olunan müntəxabatların məsələlərini əhatə edir.

Kafedra Bakı Musiqi Akademiyası, Milli Konservatoriya, Mədəniyyət və İncəsənət Universiteti, Bülbül adına orta ixtisas musiqi məktəbi və s. tədris müəssisələri ilə sıx əlaqə saxlayır və birlikdə müxtəlif elmi konfranslar keçirirlər. 1998-ci ildə “Musiqi təlimi və musqi tərbiyəsi”, 2004-cü ildə “Musiqi fənlərinin tədrisində fortepiano alətinin rolu” mövzuları ətrafında Respublika səviyyəli konfranslarda elmi məruzələr dinlənilmiş və tezis şəklində çap olunmuşdur.

Kafedranın professor- müəllim heyəti tələbələrin musiqi savadı ilə yanaşı, onların elmi-tədqiqat işinə cəlb olunmalarına da xüsusi diqqət yetirirlər.
Musiqi alətləri kafedrası təşkil olunan ilk gündən ömrünün sonuna qədər professor Sabir Quliyev rəhbərlik etmişdir. Professor  S.Quliyevin kafedranın elmi potensialının formalaşmasında və yetişməsində böyük rolu olmuşdur.

2001-ci ildən “Musiqi alətləri fənlərinin tədrisi metodikası” kafedrasına pedaqoji elmlər doktoru, professor Minarə Dadaşova rəhbərlik edir. Bu müddət ərzində kafedranın elmi potensialı daha da yüksəlmişdir.

Kafedrada bu müddət ərzində 2 elmlər doktoru, 6 fəlsəfə doktoru elmi dərəcə almışdır. Kafedranın elmi - tədqiqat fəaliyyəti istiqamətində 14 monoqrafiya və dərslik, 200-dən çox məqalə və tezis nəşr olunmuşdur. Kafedra əməkdaşları bir sıra beynəlxalq konfranslarda elmi məruzələr ilə çıxış etmişdir.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Musiqi və onun tədrisi  metodikası
  2. Əsas musiqi aləti və onun tədrisi metodikası
  3. Əlavə musiqi aləti
  4. Konsertmeyster sinfi və ansambl
  5. SF: Musiqi alətləri, onların qrup və növləri
  6. SF: Fortepiano ifaçılığının tarixi

Magistratura pilləsi üzrə

  1. Ali məktəblərdə musiqi ifaçılığının pedaqoji əsasları
  2. Konsertmeyster fənninin nəzəri və təcrübü əsasları
  3. SF: Fortepiano aləti vasitəsilə musiqi qabiliyyətlərinin inkişafı
  4. SF: Azərbaycan ifaçılıq sənətinin tarixi
    • Musiqinin tədrisi metodikası və metodologiyası ixtisası
  5. SF: Musiqi müəlliminin pedaqoji hazırlığına fərdi məşqələlər
  6. SF: Yaradıcı  prosesdə bilik, bacarıq və vərdişlər
    • Musiqinin tədrisi metodikası və metodologiyası ixtisası
  7. SF: Bəstəkar yaradıcılığına uşaq musiqisi
  8. SF: Ümümtəhsil məktəblərində musiqi müəlliminin pedaqoji fəaliyyətində konsertmeyster ifaçılığı

Kafedranın professor- müəllim bakalavr pilləsi üzrə əsas musiqi aləti və onun tədrsi metodikası, əlavə musiqi aləti, konsertmeyster sinfi və ansambl, pedaqoji fakültədə musiqi aləti kursu üzrə yüksək səviyyədə fərdi dərslər, musqi alətləri, onların qrup və növləri, fortepiano ifaçılığının tarixi kursu üzrə yüksək səviyyədə mühazirələr oxunur və məşğələ dərsləri aparılır. Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada ixtisas: 060108- “Musiqi müəllimliyi”, Musiqinin tədrisi metodikası və metodologiyası üzrə magistr hazırlığı həyat keçirilir. Ali məktəbdə musiqi ifaçılığının pedaqoji əsasları, bəstəkarların yaradıcılığında uşaq musiqisi, fortepiano aləti vasitəsilə musiqi qabiliyyətlərinin inkişafı, konsertmeyster fənninin nəzəri və təcrübü əsasları, musiqi müəllimin pedaqoji hazırlığında fərdi məşğələlər kursu üzrə mühazirələr yüksək səviyyədə keçirilir.

Kafedrada tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurllu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çox sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq M.Dadaşova “Fortepiano tədrisinin metodikası” (2007), “Fortepiano çalmaq üçün” (2007), “Konsertmeyster sinfi üzrə seçilmiş repertuar toplusu” (2010), T.Bağırova “Синтез музыки и слова в истории педагогической мысли” (2008), “Aşıq sənətinin yaranma tarixi və inkişafı”(2009), “Etnomusiqişünaslıq” (2009), Z.Abdullayeva “Musqi alətləri” (2008), “Azərbaycan musqi ədəbiyyatı” (2009), “Музыкалная литература Азербацджана” (2010), “Azərbycan musiqi ədəbiyyatı” (II  hissə) (2011), “Azərbaycan xalq musiqi yaradıcılığı” (2011) göstərə bilərik.

Xarici əlaqələr

Kafedranın əməkdaşları  sovet vaxtlarından   Lenin adına Moskva dovlət pedaqoji institutu ilə sıx əlaqələr saxlayırdılar. Baş müəllim Cəfərova Nərgiz və baş müəllim Dadaşova Minarə Moskvada keçirilən konfranslarda iştirak ediblər və təkmillləşdirmə  kurslarını  keçiblər. Həmin  institutun professoru V.İ.Mutsmaxer kafedra ilə sıx əlaqələr saxlayıb və burada mühazirələrlə çıxış etmişdir. Gülarə Əsnəriyə və Nelli Abutidze Moskvada Pedaqoji Elmlər Akademiyasının Bədii tərbiyə elmi tədqiqat institutunun aspirantları olmuşlar.Nelli Abutidze Ukraynada keçirilən “Kiyevskaya vesna” festifalında iştirak edib və diploma layiq görülüb.

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.026167

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)