Bu gün: 25 İyun 2017, Bazar
ADPU-nun İbtidai təhsil fakültəsinin «Riyaziyyat və onun ibtidai kursunun nəzəri əsasları» kafedrası
ADPU-nun İbtidai təhsil fakültəsinin «Riyaziyyat və onun ibtidai kursunun nəzəri əsasları» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Tarix
Əməkdaşlar
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: Bakı ş., Nəsimi r., Nəsibbəy Yusifbəyli küç. 41a

Telefon: (99412)

Faks:

Əməkdaşlar

<
Seyidağa Sail oğlu Həmidov
(kaf.m., prof., p.e.d.)
Bəyməmməd Saday oğlu Cəbrayılov
(dos., p.f.e.d.)
Sərxan Aslan oğlu Feyziyev
(p.e.d.)
Qulaməli Qurbanəli oğlu Balaşov
(dos., f.r.f.e.d.)
Nazim Ramiz oğlu Abbasov
(dos., f.r.f.e.d.)
Samirə Cəmil-Cahid  qızı Tağıyeva
(dos., p.f.e.d.)
Mübariz Xasay oğlu Əsədov
(dos.,f.r.f.e.d.)
Zahir Fərhad oğlu Kazımov
(dos.,f.r.f.e.d.)
Fəxrəddin Qurban oğlu Alıyev
(dos.,f.r.f.e.d.)
Rafiq  Balaqardaş oğlu Alıyev
(dos., f.r.f.e.d.)
 
Gülnarə Yaşar qızı Xaspoladova
( b/m)
Gülnar Ağabala qızı Abıyeva
( m.)
Natiq Dadaş oğlu Hacızadə
(b/m.)
Oqtay Qulu oğlu Nəbiyev
(b/m.)
 

Tarixi

Kafedra 1966-cı ildə «Elementar  rıyaziyyat və  riyaziyyatın tədrisi metodikası» kafedrasının  bazası əsasında yaradılmışdır. Bu kafedranın ilk üzvlərı  dos. Nüsrət Sadıxov, baş müəllim  Abdulla Təmrazlı, baş müəllim  Nəriman Kazımov, baş müəllim  Seyidağa Həmidov və başqaları olmuşdur. Kafedraya 1966-1993-cü illərdə  prof. Nüsrət Sadıxov rəhbərlik etmişdir.

1994-cü ildə kafedranın müdiri vəzifəsinə prof. Seyidağa Həmidov seçilmişdir.

Kafedranın üzvləri tədris fəaliyyəti ilə yanaşı, tələbələrin elmi-pedaqoji ədəbiyyatla təmin едилмясиндя дя fəal iştirak edirlər.  Ayrı-ayrı vaxtlarda  prof. N.Sadıxov, prof. S.Həmidov, dos. N.Kazımov , dos. Q.Qasımov, dos.  S.Süleymanov, dos. A.Əliyev,  dos. Q.Balaşov, dos. B.Cəbrayılov, dos. Z.Kazımov, dos. N.Hacıyev, dos. M.Əsədov, b/m N.Abbasov  və b. dərs vəsaitləri, metodik işləri çap olunaraq müəllim və tələbələrin istifadəsinə verilmişdir. Kafedra həm Azərbaycanın, həm də Rusiyanın ali pedaqoji məktəbləri ilə elmi əlaqələr saxlayır, təcrübə mübadiləsi aparır. Kafedrada  riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası ilə bağlı xeyli namizədlik dissertasiyası hazırlanmış və müdafiəyə təqdim olunmuşdur. Kafedranın 4 nəfər dissertantı riyaziyyatın ibtidai kursunun bu və ya digər problemləri ilə bağlı elmi axtarışlar aparırlar. 

Statistik göstəricilər(2013)

  • 15 nəfər professor – müəllim heyəti
    • 2 nəfər elmlər doktoru, professor,
    • 8 nəfər fəlsəfə doktoru,dosent
    • 3 nəfər baş müəllim
    • 2 nəfər müəllim
    • 7 nəfər böyük laborantdan ibarətdir

Elmi fəaliyyət

Kafedranın əməkdaşlarından prof.S.S.Həmidov mütəxəssislərin hazırlanmasında fəal iştirak edir. Hazırda o, 4 nəfər aspiranta rəhbərlik edir. Rəhbərlik etdiyi üç nəfərin (D.Vəliyeva, E.Əliyeva, A.Abbasova) fəlsəfə doktorluğu dissertasiyaları müzakirəyə hazırlığ səviyyəsindədir.

Kafedranın əməkdaşları dos. M.X.Əsədov, dos. N.R.Abbasov, A.Ə.Məcidova riyaziyyatın tədrisi metodikasından elmlər doktorluğu üzrə dissertantdırlar.
Kafedranın 14 əməkdaşından yalnız iki nəfəri elmi dərəcəsi olmayandır.

Kafedranın üzvləri tədris işləri ilə paralel elmi fəaliyyətlərini davam etdirirlır. Onlar respublikadaxili və xarici ölkələrdə keçirilən konfranslarda və təhsil islahatı ilə əlaqədar elmi-metodik tədbirlərdə fəal iştirak edirlər.
Kafedra əmakdaşlarının elmi tədqiqatlarını iki istiqamətə ayırmaq olar;

  1. Riyaziyyatdan aparılan elmi-tədqiqatlar
  2. Riyaziyyatın tədrisi metodikasına aid tədqiqatlar

Birinci qrupa kafedranın dosentləri M.X.Əsədovun və S.P.Süleymanovun tədqiqatlarını aid etmək olar.Həmin tədqiqatlar ali riyaziyyatın mücərrəd məsələlərinə həsr olunmuşdur. M.Əsədovun S.Süleymanovun kafedrada elmi fəaliyyətləri riyaziyyat tədris məsələləri ilə əlaqədardır. M.Əsədovun elmlər doktoru üzrə tədqiqatı-orta məktəbdə məsələ həlli təlimi problemlərinə həsr olunmuşdur.

İkinci qrupa - prof.S.S.Həmidovu, dos. S.C.Tağıyevanı , dos. B.S.Cəbrayılovu, dos. Z.F.Kazımovu, dos. N.R.Abbasovu, dos.N.M.Hacıyevi, b/m. fəlsəfə doktoru M.M.Aşurovu, b/m.G.Y.Xaspoladovanı, müəl. G.A.Abıyevanı aid etmək olar.
Riyaziyyatın tədrisi metodikasının tədqiq olunan problemlərinidə 4 istiqamətə ayırmaq olar:

  1. Riyaziyyatın bağçada təliminə aid tədqiqatlar (G.Xaspoladova, G.Abıyeva)
  2. İbtidai siniflərdə riyaziyyatın tədrisi problemləri
  3. Orta məktəbdə riyaziyyatın tədrisi problemləri;
    • prof.S.Həmidovun namizədlik dissertasiyası məktəbin VII-VIII siniflərində nəzəri hesab elementlərinin tədrisi probleminə həsr olunmuşdur.
    • dos.B.Cəbrayılovun namizədlik dissertasiyası-orta məktəbdə riyaziyyat təlimində evristik metodların tətbiqi məsələlərinə həsr olunmuşdur
    • fəlsəfə doktoru b/m. M.Aşurovun tədqiqatı – orta məktəbdə riyaziyyatdan  tətbiq məsələləri təliminə həsr olunmuşdur.
    • dos.N.Abbasovun namizədlik dissertasiyası ibtidai sinif şagirdlərinin riyaziyyat təlimi prosesində ümumi inkişafının təmin edilməsi probleminə həsr olunmuşdur.
  4. Ali məktəbdə riyaziyyat təlimi probleminə həsr olunmuşdur.

Prof. S.Həmidovun doktorluq dissertasiyası pedaqoji fakültədə gələcək ibtidai sinif müəllimlərinin riyaziyyatdan peşə-pedaqoji istiqamətinə həsr olunmuşdur. Dos. N.R.Abbasovun elmlər doktorluğu dissertasiyası – pedaqoji fakültənin riyaziyyat kursunun elmi-metodiki problemləri və onların həlli yollarına həsr olunmuşdur. Tədqiqat-Təhsil islahatında qeyd olunanəsas istiqamətləri riyazi təhsilə aid mühüm müddəaların reallaşdırılması məqsədi ni daşıyır.

Dos.Z.F.Kazımovun tədqiqatı – İnformasiya texnologiyaları şəraitində ali pedaqoji məktəb tələbələrinin (pedaqoji fakültə üzrə) idrak fəallığının gücləndirilməsi probleminə  həsr olunmuşdur.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları
  2. İbtidai siniflərdə riyaziyyatın tədrisi metodikası
  3. Həndəsi fiqurlar və onların xassələri
    • İbtidai sinif müəllimliyi ixtisası
  4. SF: Əsas həndəsi anlayışlar və təkliflər
  5. SF: İbtidai siniflərdə ədəd anlayışının formalaşdırılması
  6. SF: Riyazi anlayışların formalaşdırılması (I-IV siniflər)
    • İbtidai sinif müəllimliyi ixtisası
  7. SF: Məsələ həlli təliminin actual problemləri (I-IV siniflər)
    • İbtidai sinif müəllimliyi ixtisası
  8. Sadə riyazi təsəvvürlərin formalaşdırılması
    • Məktəbəqədər təlim və tərbiyə ixtisası
  9. Xüsusi məktəblərdə riyaziyyat və tədrisi metodikası
    • Məktəbəqədər təlim və tərbiyə ixtisası
  10. Sosial psixoloji xidmət şöbəsində “Ali riyaziyyat elementləri”
    • Məktəbəqədər təlim və tərbiyə ixtisası
  11. Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası
    • Məktəbəqədər təlim və tərbiyə ixtisası
  12. Xüsusi məktəblərdə riyaziyyatın tədrisi metodikası
    • Korreksiyaedici təlim ixtisası
  13. Riyaziyyat
    • Təhsildə sosial və psixoloji xidmət ixtisası

Magistratura pilləsi üzrə

  1. Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları ixtisas
  2. Müqayisə nəzəriyyəsi elementləri və onların tətbiqi
  3. Məsələ həlli təliminin nəzəri – metodik problemləri
  4. Riyaziyyatın tədrisi metodikasının aktual problemləri
  5. Sadə riyazi təsəvvürlərin formalaşdırılması
    • İbtidai siniflərdə tədrisin metodikası və metodologiyası ixtisası

Kafedranın professor müəllim heyəti bakalavr və magistratura şöbələrində mühazirə və seminar məşğələləri aparırlar.

Tədris işində mühüm meyar tələbələrin gələcək ibtidai sinif müəllimi kimi yüksək səviyyədə hazırlanması ilə müəyyən edilir. Kafedrada, Riyaziyyat  və riyaziyyatın tədrisi metodikası kursları üzrə tədris materiallarının məzmunu yeniləşdirilmişdir. Son illərdə Prof.S.S.Həmidovun “Riyaziyyatın tədrisi metodikası” (2012), B.S.Cəbrayılovun “Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları”  (2011), S.C.Tağıyeva “Həndəsə” (2012) , dos.Z.F.Kazımovun “Riyaziyyatdan məsələlər” (həlli ilə) (2012) və “Riyaziyyatdan standart olmayan çalışmalar” (2013) , dos.F.Q.Alıyev və dos.S.P.Süleymanovun  “Riyaziyyat” (2013), dos.Q.Q.Balaşov və dos.N.M.Hacıyevin  “Riyaziyyatdan məsələ və misallar”(2012), Q.Q.Balaşovun “Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları” (2010) adlı dərslik və dərs vəsaitləri çap olunmuşdur.

Kurikuluma uyğun olaraq, kafedrada tədris olunan fənlərin yeni proqramları və silliabusları hazırlanmışdır. Müəlliflər: prof.S.S.Həmidov, dos.Z.F.Kazımov, dos. M.X.Əsədov, dos. B.S.Cəbrayılov, b/m.fəl.doktoru M.M.Aşurov, b/m.fəl.doktoru R.B.Alıyev, dos.F.Q.Alıyev.

Kafedranın əməkdaşları orta məktəb üçün riyaziyyat dərsliklərinin moritorinqində də fəal iştirak edirlər. Prof.S.S.Həmidov Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi komissiyasının üzvüdür.

Xarici əlaqələr

Kafedranın Respublikamızda fəaliyyət göstərən universitet və institutlarının müvafiq kafedraları ilə sıx əlaqəsi var.

 

 

 

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.01486

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)