Bu gün: 22 Yanvar 2017, Bazar
ADPU-nun nun Riyaziyyat və İnformatika fakültəsinin «Cəbr və həndəsə» kafedrası
ADPU-nun nun Riyaziyyat və İnformatika fakültəsinin «Cəbr və həndəsə» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
Kafedra pasportu
• Elmi məqalələr

Əlaqə

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

Telefon: (99412)

Faks:

WEB: http://adpu.edu.az/gen/html/azl/fakulte/Riyaziyyat_fakultesi/kafedra/Cebr_ve_hendese/index.htm

Əməkdaşlar

Zahirəli Qafar oğlu Sadıxov
(kaf.m., dos., r.f.d.)
Maqsud Ağaqulu oğlu Nəcəfov
(dos., r.e.d.)

Naidə Andam qızı Acalova
(dos., r.f.d.)

Loğman Şəfaqət oğlu Əbdülkərimli
(dos, r.f.d..)

Güləndam Abdulla qızı Xudaverdiyeva
(dos., r.f.d.)

Hökümə Ağakazım qızı Əkbərova
(dos, r.f.d..)
Şəmsəddin Söhbət oğlu Abdullayev
(dos., p.f.d.)

Aydın İsrafil oğlu Şahbazov
(dos., r.f.d.)

Vaqif Mustafa oğlu Cabbarzadə
(dos., r.f.d.)
Aslan Şirin oğlu Şeləmənov
(b/m., r.f.d.)
Hafiz Əkbər oğlu Veyisov
(b/m)
Sadəddin Seydi oğlu Haxıyev
(m., r.f.d.)
Zümrüd Atarbəy qızı  Pənahova
(m.)
Yeganə Fəzail qızı Səlimova
(b/lab.)
Şəbnəm Şakir qızı Süleymanova
(b/lab.)
 
Nərmin Nizami qızı Qənbərova
(b/lab.)
Fəridə Eldar qızı Bəkirova
(b/lab.)
Nailə Rəşid qızı İmranova
(lab.)
Leyla Zəfər qızı Süleymanova
(lab.)
 

Tarixi

Kafedra 1936-ci ildə “ Ali cəbr, analitik həndəsə və astronomiya” adı ilə fəaliyyətə başlamışdır. Onun ilk müdiri Bəhram Yusifzadə olmuşdur. 1969-cu ildə Ali cəbr və analitik həndəsə kafedrasının bazası əsasında iki müstəqil kafedra yaradılmışdır: ”Cəbr və ədədlər nəzəriyyəsi” və “Həndəsə”. ”Cəbr və ədədlər nəzəriyyəsi” kafedrasına AMEA-nın müxbir üzvi, əməkdar elm xadimi, prof. Mais Cavadov, “Həndəsə” kafedrasına isə B. Yusifzadə müdir seçilmişdir. 1974-1985 ci illərdə “Həndəsə” kafedrasına Q.Qasımovbaşçılıq etmişdir. 1992-ci ildə ”Cəbr və ədədlər nəzəriyyəsi” kafedrasına dos. L.Ş.Əbdülkərimli rəhbərlik etməyə başlad. 1998-ci ildə ”Cəbr və ədədlər nəzəriyyəsi” və “Həndəsə” kafedraları yenidən birləşərək “Cəbr və həndəsə” kafedrası adlandırılmışdır. Həmin ildən kafedraya pedaqoji elmlər doktoru Y.R.Baxşəliye rəhbərlik etmişdir. 2012-ci ildən kafedraya dos. Z.Q.Sadıxov rəhbərlik edir.

Static göstəricilər

Hazırda (2016)

    • 13 nəfər professor-müəllim heyəti,
      • 8 nəfər fəlsəfə doktoru, dosent,
      • 1 nəfər elmlər doktoru dosent,
      • 3 nəfər baş müəllim,
      • 1 nəfər müəllimdən,
    • 4 nəfər 0,5 ştat əvəzçiliklə dosent, müəllim
    • 6 nəfər tədris köməkçi heyət çalışır.
      • 4 nəfər böyük laborant
      • 2 nəfər laborantdan ibarətdir.

Elmi fəaliyyət

“Cəbr və həndəsə” kafedrası ilk dəfə 1936-cı ildən “Ali cəbr, analitik həndəsə və astanomiya” adlı kafedra kimi fəaliyyətə başlanmışdır. Onun ilk müdiri Bəhram Yusifzadə (Qara Bəhram) ömrünün axırınadək, yəni 1974-cü ilədək həmin vəzifədə çalışmışdır.
Kafedrada müxtəlif dövrlərdə Aqil Salayev (o həm də 1935-1936-cı illərdə İnistitun direktoru olmuşdur), Saleh Axundov, Qulam Şahrza oğlu, Müzəffər Hacıyev, prof. Karlen Xudaverdiyev, Firudin Abdullayev, kimi bacarıqlı və peşakar müəllimlər fəaliyyət göstərmişlər.
1969-cu ildə “Ali cəbr və analitik həndəsə” kafedrası iki kafedraya ayrılmışdır: Bunlar “Cəbr və ədədlər nəzəriyyəsi”və “Həndəsə”kafedraları idi.
“Cəbr və ədədlər nəzəriyyəsi“ kafedrasına M.E.A müxbir üzvü, əməkdar elm xadimi, prof. Mais Cavadov müdir seçilmiş,”həndəsə” kafedrasında isə B.Yusifzadə işləmişdir.
1974-cü ildən 1985-ci ilədək “həndəsə ”kafedrasına Q. Qasımov başcılıq etmişdir.
“Cəbr və ədədlər nəzəriyyəsi” kafedrasında M.Cavadov, Y.Baxşəliyev, T.Zamanov, İ.Əliyev, F.Abdullayev, F.Əfəndiyev, Ş.Abdullayev, H.Əkbərova, L.Əbdülkərimli, R.Eyyubov, A.Soltanov, A.Mütəlibov, H.Həşimov, V.Rüstəmov, S.Haxıyev, “Həndəsə” kafedrasında Q.Qasımov ,G.Xudaverdiyeva, P.Göyüşov, R.Abbasov, M.Nəcəfov, Ü.İsmayılova, B.Quliyeva, N.Acalova, X.Paşayev, A.Şələmənov, B.Əsgərov, H.Hüseynov, kimi bacarıqlı müəllimlər fəaliyyət göstərmiş və çoxları indi də fəaliyyət göstərirlər.
1998-ci ildə “Cəbr və ədədlər nəzəriyyəsi” və “Həndəsə ” kafedraları yenidən birləşərək “Cəbr və  həndəsə”kafedrası adlandırıldı. O vaxtdan kafedraya elmlər doktoru Y. Baxşəliyev rəhbərlik edir.
Kafedranın fəaliyyəti dövründə ondan çox namizədlik, bir doktorluq dissertasiyası müdafiə olunmuş, yüzlərlə elmi məqalələr həm ölkə daxilində, həm də xaricdə çap olunmuşdur.Bundan başqa çox saylı monoqrafiyalar, dərs vəsaitləri, dərsliklər çap olunmuşdur.
İndi “Cəbr və həndəsə” kafedrasında bakalavr üzrə səkkiz fənn maqistr pilləsi üzrə 10-dan çox fənndən mühazirə və seminarlar aparılır.
Kafedranın başda D.Mehdiyeva olmaqla bütün tədris-köməkçi heyəti, N. İmranova ,Z.Pənahova, Ş.Süleymanova ,K.Soltanova, H.Abbasov elmi- pedoqoji fəaliytət göstərməklə yanaşı, öz öhdələrinə düşən vəzifələri vicdanla yerinə yetirirlər.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Cəbr
  2. Həndəsə
  3. Diferensial həndəsə və topologiya
  4. Riyazi məntiq
  5. Analtik həndəsə və cəbr
    • Fizika müəllimliyi ixtisası
  6. SF: Orta məktəbdə ədədi sistemlərin əsasları
  7. SF: Çoxölçülü həndəsənin elementləri
    • Riyaziyyat-informatika müəllimliyi ixtisası

Magistratura pilləsi üzrə

  1. Cəbr və topologiyanın müasir problemləri
    • Cəbr və topologiya ixtisası
  2. Riyaziyyatın tarixi və metadologiyası
    • Cəbr və topologiya ixtisası
  3. Ümumi cəbr
  4. Qruplar nəzəriyyəsi
  5. Təsvirlər nəzəriyyəsi
  6. Kommutatorlar nəzəriyyəsinin elementləri
  7. C* -cəbrləri üzərində Hilbert modulları
  8. C*- cəbrləri
  9. SF: Cəbri topologiya
    • Cəbr və topologiya ixtisası
  10. SF: Yarımqruplar nəzəriyyəsi
  11. SF: Strukturlar nəzəriyyəsi
  12. Həndəsənın  müasir problemləri
    • Həndəsə ixtisası
  13. Riyaziyyatın tarixi və metadologiyası
    • Həndəsə ixtisası
  14. Yüklənmiş çoxobrazlilar həndəsəsi
    • Həndəsə ixtisası
  15. Ümumi topologiya
  16. Cəbrlər üzərində fəzalar
  17. Laylanmış fəzalar nəzəriyyəsi
  18. Kartanın xarici formalar metodu
    • Həndəsə ixtisası
  19. Qrassmanın diferensial cəbri
    • Həndəsə ixtisası
  20. Tenzor hesabı
  21. SF: Riman həndəsəsi
  22. SF: Hərəkətli reperə nəzərən diferensial həndəsənin bəzi məsələləri
    • Həndəsə ixtisası

Kafedranın müəllim heyəti bakalavr pilləsi üzrə fizika və riyaziyyat fakültələrində cəbr və həndəsə kursu üzrə yüksək səviyyədə mühazirələr oxuyur, məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada TEM 01.01.06 -riyazi məntiq və ədədlər nəzəriyyəsi və TEM 01.01.04 –həndəsə və topologiya istiqamətləri üzrə magistr hazırlığı həyata keçirilir.
Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazirlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq Y.R.Baxşəliyev, L.Ş.Əbdülkərimli “cəbr kurs” (2011), dərsliyini, X.X.Paşayev, M.A.Nəcəfov  “Analitik həndəsədən mühazirələr” (2002) dərs vəsaiti, Z.Q.Sadıxov, G.A.Xudaverdiyeva “Həndəsi qurmalardan və proyektiv həndəsədən mühazirələr” (2010)dərs və saitini misal göstərmək olar.

Xarici əlaqələr

Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsinin Cəbr və Həndəsə kafedrasının pasportu

 

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007093

Powered by TusiSoft©. 2004-2016. TSW (TuSi Web) Version 5.4.68 (beta)