Bu gün: 19 Yanvar 2017, Cümə axşamı
ADPU-nun nun Riyaziyyat və İnformatika fakültəsinin «Riyazi analiz» kafedrası
ADPU-nun nun Riyaziyyat və İnformatika fakültəsinin «Riyazi analiz» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
Kafedra pasportu
• Elmi məqalələr

Əlaqə

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

Telefon: (99412)

Faks:

WEB: http://adpu.edu.az/gen/html/azl/fakulte/Riyaziyyat_fakultesi/kafedra/Riyazi_analiz/index.htm

Əməkdaşlar

Bəhram Əli oğlu Əliyev
(kaf.m. prof, f.r.e.d.)
Məlikməmməd Saday oğlu Cəbrayılov
(prof.)
Rəhim Mikayıl oğlu Rzayev
(f-r.e.d.,prof)
İlham Vəliyullah
oğlu Əliyev
(r.e.d.,dos.)
Sürayyə Maqsud
qızı İsayeva
(r.f.d.,b/m.)
Vəli Məhərrəm oğlu Qurbanov
(prof)
Kamandar Molla oğlu Cəfərov
(dos.)
Azad Məmməd oğlu Bayramov
(dos.)
Rahib Zeynal oğlu Abasov
(dos.)
Ağakərim Canəli oğlu Adıgözəlov
(f.-r.e.n.,dos.)
Elmira Məzahir qızı Cəbrayılova
(dos.)
Vaqif Yusif oğlu Məstəliyev
(dos.)
Səbinə Himalay qızı Ağayeva
(dos.)
Elçin Camal oğlu İbadov
(b/m.)
Rafiq Mahmud oğlu Qəmərli
(b/m.)
Əhməd Nüsrət oğlu Məmmədov
(b/m.)
Səbinə Baba qızı Kərimova
(m.)
Sevinc Zaid qızı Xalıqova
(r.u.n m)
Səbinə Tapdıq qızı
Ələsgərova
(m)

Ülviyyə Malik qızı İskəndərova
(m.)

Taliyə Varaşil qızı İbrahimova
(lab.)
Günel Razim qızı Hacıyeva
(b/lab.)

Xədicə Rafael qızı Mehdizadə
(b/lab.)

Qumru Rəfail qızı Rəhimova
(b/lab.)
Məlahət Yaşar qızı Abdullayeva
(b/lab.)

   

Leyla Zakir qızı Buksayeva
(b/lab.)

Sevinc Nizami qızı Əliyeva
(b/lab.)

Zibeydə Varaşil qızı Həşimova
(lab.)

   
 

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrası  1921-ci ildə yaranmışdır. Riyazi analiz kafedrası müasir riyaziyyatın aktual problemlərinə həsr olunmuş tədqiqat işi aparılan mərkəzlərdən biri kimi tanınmışdır.

Kafedranın elmi istiqamətinin müəyyənləşməsində uzun illər kafedranın müdiri olmuş , əməkdar elm xadimi Azərbaycan MEA-nın akademiki, fizika-riyaziyyat elmləri doktoru , prof. İ.İ.İbrahimov , onun tələbəsi prof. Ə.S.Cəfərovun xüsusi rolu olmuşdur. 1998-ci ildən kafedraya fizika riyaziyyat elmləri doktoru, professor M.S.Cəbrayılov, 2011-ci ildən isə professor V.M.Qurbanov rəhbərlik edir.  Prof. Y.Salmanovun, Prof. V.Musayevin kafedranın nailliyətlərinin artmasında xüsusi əməyi olmuşdur.

Static göstəricilər

Hazırda (2016)

    • 21 nəfər professor-müəllim heyəti;
      • 5 nəfər professor,
      • 2 nəfər elmlər doktoru, dosent,
      • 6 nəfər fəlsəfə doktoru, dosent,
      • 4 nəfər baş müəllim,
      • 4 nəfər müəllimdən.
    • 4 nəfər 0,5 ştat əvəzçiliklə professor, dosent, müəllim
    • 1 nəfər 0,25 ştat əvəzçiliklə müəllim
    • 8 nəfər tədris köməkçi heyət çalışır;
      • 2 nəfər laborant,
      • 6 nəfər baş laborantdan ibarətdir

Elmi fəaliyyət

Riyazi analiz kafedrasının elmi işləri əsasən diferensial operatorların spektral nəzəriyyəsi və müxtəlif funksional fəzalarda daxilolma teoremləri istiqamətindədir.
Adi diferensial operatorların spektral nəzəriyyəsi istiqamətində kafedra müdiri professor V.M.Qurbanov və onun tələbələri elmi tədqiqat aparır. 1989-cu ildən başlayaraq bu istiqamətdə müham nəticələr alınmışdır. İxtiyari tərtib adi diferensail operatorun doğurduğu məxsusi və qoşulmuş funksiyalar sistemi üzrə biortoqonal ayrılışların kompaktda triqonometrik ayrılışla müntəzəm və  Lp metrika­sında birgəyığılması və onun sürəti tədqiq olunmuşdur. Bu sürətə operatorun əmsallarının cəmlənmə dərəcəsinin ayrılış tədqiq olunan funksiyanın hamarlığının, Furye əmsallarının azalma sürətinin , birgəyığılmanın tədqiq olunduğu metrikanın göstəricisinin təsirləri araşdırılmışdır. Diferensial operatorun doğurduğu məxsusi və qoşulmuş funksiyalar sisteminin Bessel və Riss bərabərsizliklərini ödəməsi üçün meyarlar isbat olunmuş və bu sistemlərin  fəzalarında bazislik məsələləri tədqiq olunmuşdur. Biortoqonal ayrılışların mütləq yığılması üçün Bernşteyn , Steçkin teoremlərinin ümumiləşmələri alınmışdır.
Dirak sisteminə uyğun biortoqonal ayrılışların kompaktda komponent üzrə müntəzəm birgəyığılma məsələləri, bütün parçada mütləq və müntəzəm yığılması və ona təsir edən amillər tədqiq olunmuşdur.
Elliptik tip diferensial-operator tənliklər üçün sərhəd məsələlərinin həllolunma problemləri öyrənilmiş və onların bəzi spektral xassələri tədqiq olunmuşdur. Baxılan sərhəd məsələlərində , sərhəd şərtlərində qeyri-məhdud operator iştirak edir.
Kafedrada çoxdəyişənli diferensiallanan funksiyaların bəzi siniflərinin struktur xassələrinin öyrənilməsi və bu struktur xassələrin tətbiqi ilə fəzaları təyin edən parametrlərdən asılı daxilolma teoremlərinin tədqiqi ilə məşğul olunub. S.L.Sobolevin , S,N.Nikolskinin , O.V.Bessovun  fəzalarının çəkili  analoqları qurulmuş və bəzi hallarda alınan nəticələr cırlaşan diferensial tənliklərə tətbiq edilmişdir. Alınmış daxilolma teoremlərinin dəqiqliyi isbat olunmuşdur.
Vektorqiymətli funksiyalar üçün Besov fəzaları qurulmuş bu fəzalarda qarışıq diferensiallama operatorunun təsiri öyrənilmiş, müxtəlif daxilolma teoremləri isbat olunmuş və alınan nəticələr operator əmsallı diferensial tənliklərə tətbiq edilmişdir.
Kafedranın əməkdaşları Moskva Dövlət Universitetinin “Ümumi riyaziyyat” kafedrası, İsrailin Təl-Əviv Universiteti, AMEA-nın “Riyaziyyat və Mexanika” institutu, BDU-nun “Riyazi analiz”, “Funksional analiz”, “Riyazi fizika tənlikləri” kafedrası ilə əməkdaşlıq edirlər.
Son 20 il ərsizndə 5 nəfər elmlər doktoru və 3 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 3 monoqrafiya və 200-dən çox məqalə və tezis nəşr olunmuş dur. Bir sıra beynəlxlaq konfranslarda məruzələr edilmişdir.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Riyazi analiz
  2. Funksional analiz
  3. Diferrensial tənliklər
  4. Variasiya hesabı və optimallaşdırma
  5. Riyazi fizika tənlikləri
  6. Funksiyalar nəzəriyyəsi və funksional analizin əlavə fəsilləri
  7. Seçmə fənlər
  8. Optimal idarəetmənin riyazi nəzəriyyəsinin müasir problemləri
  9. Diferensial tənliklərin nəzəri müasir problemləri 

Magistratura pilləsi üzrə

  1. Riyazi analizin müasir problemləri
    • Riyazi analiz ixtisası
  2. Riyazi analizin tarixi və metodologiyası
    • Riyazi analiz ixtisası
  3. Harmonik analiz
    • Riyazi analiz ixtisası
  4. Qeyri-xətti analiz
    • Riyazi analiz ixtisası
  5. Xətti inteqral tənliklər nəzəriyyəsinin elementləri
    • Riyazi analiz ixtisası
  6. Funksiyaların konstruktiv nəzəriyyəsi
    • Riyazi analiz ixtisası
  7. Analitik funksiyaların sərhəd məsələləri və sinqulyar  inteqral tənliklər
    • Riyazi analiz ixtisası
  8. Sinqulyar operatorun struktur xassələri
    • Riyazi analiz ixtisası
  9. Riyazi analizin seçilmiş məsələləri
    • Riyazi analiz ixtisası
  10. Seçmə fənlər
    • Riyazi analiz ixtisası

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanır. Son illər kafedrada tədris olunan fənlər üçün dərslik, dərs vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir: M.S.Cəbrayılov, B.Ə.Əliyev “Riyazi anliz”, “Birdəyişənli funksiyanın diferensial hesabı” 2010, Y.Salmanov, Ş.Y.Salmanova “Riyazi fizika tənliklərinə aid məsələlər” 2005, Y.Salmanov “Riyazi fizika tənlikləri” 2005; V.M.Qurbanov  “Ədədi və funksional sıralar“ 2005;  V.M.Musayev , S,Qasımova “Coxdəyişənli funksiyaların diferensial və inteqral hesabı” 2007; S.Qasımova “Adi diferensial tənliklər” (Metodik vəsait) 2008; V.M.Musayev “Adi diferensial tənliklər” 2009; V.Məstəliyev, C.N.Süleymanov, S.E. Süleymanov “Riyazi analiz kursuna giriş,Həqiqi ədədlər və ədədi ardıcıllıqlar” 2010; V.Məstəliyev,  K.Cəlilov, S.Z.Əhmədov “İnteqral tənliklər” 2013 ; V.Məstəliyev “Inteqral  çevirmələri və onun tətbiqləri” 2013;  Ə. Məmmədov  “Riyazi analizdən praktikum”, 2009; N.A.Davidov, P.P.Kopovkin. V.N. Nikolski “Riyazi analizdən məsələlər” (IV nəşr. ruscadan tərcümə) 2010; V.A.Sadovmiçiy, A.S.Podkoezin “Riyaziyyatdn tələbə olimpiadalarının məsələləri” 2013. (ruscadan tərcümə)

Xarici əlaqələr

Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsinin Riyazi analiz kafedrasının pasportu

 

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.032265

Powered by TusiSoft©. 2004-2016. TSW (TuSi Web) Version 5.4.68 (beta)