Bu gün: 23 Oktyabr 2017, Bazar ertəsi
ADPU-nun nun Riyaziyyat və İnformatika fakültəsinin «Riyaziyyat və onun tədrisi metodikası» kafedrası
ADPU-nun nun Riyaziyyat və İnformatika fakültəsinin «Riyaziyyat və onun tədrisi metodikası» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
Kafedra pasportu
• Elmi məqalələr

Əlaqə

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

Telefon: (99412)

Faks:

WEB: http://adpu.edu.az/gen/html/azl/fakulte/Riyaziyyat_fakultesi/kafedra/Riyaziyyat_ve_onun_tedrisi_metodikasi/index.htm

Əməkdaşlar

Azadxan Səfərxan oğlu Adıgözəlov
(kaf.m., dos., r.f.d.)
İlham Cumail oğlu Mərdanov
(prof.)
Tinatin Məmməd qızı Əliyeva
(dos.)
Akif Ənvər oğlu Sadıqov
(dos.)
Novruz Baba oğlu Nəsirov
(dos.)
Allahverdi Qədir oğlu Cəfərov
(dos.)
Səxavət Xankişi oğlu Abbasov
(b/m.)
Cəmilə Novruz qızı Abdullayeva
(b/m.)
Solmaz Hüseyn qızı Həsənova
(b/m.)
Akif İsmayıl oğlu Quliyev
(b/m.)
İradə Əkrəm qızı Zeynalova
(m.)
Məlahət Vərəhməd qızı Abdullayeva
(m.)
Yeganə Baxış qızı Əskərova
(b/lab.)
Zalxa Şaban qızı Qardaşova
(b/lab.)
Sevda İntiqam qızı Bayramova
(lab.)
   
Musa Tapdıq oğlu Rzayev
b/m
Aidə Sabir qızı Səfərova
(m)
Valeh Mahmud oğlu Məmmədov
(b/m)
   

Tarixi

Riyaziyyatın tədrisi metodikası kafedrası 1930-1931-ci tədris ilində yaradılarkən ona rəhbərlik professor A.M.Ammosova tapşırılmışdır. Sonradan kafedraya Bəylər Əbdurrəhim oğlu Ağayev seçilmişdir. 1959-1960-cı illərdə “Elementar riyaziyyat və riyaziyyatın tədrisi metodikası” kafedrası ayrılaraq müstəqil kafedra kimi fəaliyyətə başlamış və kafedraya pedaqoji elmlər namizədi, dosent Əsəd Yusif oğlu İbrahimov rəhbərlik etmişdir. 1975-ci ilə kimi həmin kafedranın müdiri işləmiş dos. Ə.Y.İbrahimov elementar riyaziyyatdan və riyaziyyatın tədrisi metodikasından mühazirələr oxumuş, tədris-metodik vəsaitlərin hazırlanması və çapı üzrə faydalı iş aparmışdır. 1975-1987-ci illərdə kafedraya pedaqoji elmlər namizədi dosent Sadıq Nəcəfalı oğlu Sadıqov müdir seçilmişdir.  1987-2003-cü illərdə “Riyaziyyat və onun tədrisi metodikası” kafedrasına pedaqoji elmlər namizədi, dosent Tinatin Məmməd qızı Əliyeva rəhbərlik etmişdir. “Riyaziyyat və onun tədrisi metodikası” kafedrasına 2003-cü ildə pedaqoji elmlər doktoru, professor Azadxan Səfərxan oğlu Adıgözəlov müdir seçilmişdir.

Static göstəricilər

Hazırda (2016)

  • 19 nəfər professor-müəllim heyəti;
    • 2 nəfər elmlər doktoru, professor,
    • 6 nəfər fəlsəfə doktoru, dosent,
    • 8 nəfər baş müəllim,
    • 3 nəfər müəllimdən.
  • 2 nəfər 0,5 ştat əvəzçiliklə professor, dosent
  • 6 nəfər tədris köməkçi heyət çalışır.
    • 1 nəfər laborant
    • 5 nəfər böyük laborantdan ibarətdir.

Elmi fəaliyyət

“Riyaziyyat və onun tədrisi metodikası” kafedrasının müdiri professor Azadxan Səfərxan oğlu Adıgözəlov, 1979-cu ildə “Orta məktəbdə həndəsənin rəsmxətlə əlaqəli təlimi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dos. A.S.Adıgözəlov Moskva, Peterburq, Yaroslavl, Minsk pedaqoji institutlarında çalışan riyaziyyatın tədrisi metodikası üzrə yüksək ixtisaslı mütəxəssislər prof. Y.M.Kolyagin, prof. V.A.Qusev, prof. Q.D.Qleyzer, prof. R.A.Xabib, prof. Z.A.Skopets, prof. A.A.Stolyar və b. tövsiyəsi ilə 1992-ci ildə “Fasiləsizl təhsil şəraitində məktəb riyaziyyat kursunun tətbiqi funksiyasının fənlərarası əlaqə əsasında reallaşdırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək. Prof. B.Ə.Ağayevdən sonra bu sahədə yeganə elmlər doktoru və professor (1993-cü ildə) olmuşdur. Bundan sonra respublikada riyaziyyatın tədrisi metodikası üzrə tədqiqatlar geniş vüsət almışdır.
Dos. Mahmudovun M.C. (Texniki Universitetdən), dos. Baxşəliyevin Y.R. (ADPU, Cəbr və həndəsə kafedrasının müdiri), dos. Feyzeliyevin S.A. (Müəllimlər instutundan), dos. Alışovun M.M. (Bakı şəhəri Müəllimlərin İxtisasartırma və Yenidən hazırlanma İnstitutundan) və dos. R.A.Abbasovun (Neft Akademiyasından) doktorluq dissertasiyaları “Riyaziyyatın tədrisi metodikası” kafedrasında hazırlanmışdır. Nəbiyev Asif (e.r., prof. Adıgözəlov A.S.), Səfərli İlqar (e.r., prof. Adıgözəlov A.S.), Həsənova Xalidə (e.ə., prof. Adıgözəlov A.S.), Seyid Nüşabə (e.ə., prof. Adıgözəlov A.S.), Novruzova Xumar (e.ə., prof. Cəbrayılov M.S.), Akif Quliyev (e.r., dos. Quliyev Ə.A.) və Abdullayeva Məlahətin (e.ə. prof. Adıgözəlov A.S.) fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaları ADPU-nun həmin kafedrasında yerinə yetirilmişdir. Prof. A.S.Adıgözəlovun rəhbərliyi ilə 20-dən artıq dissertant və doktorant riyaziyyat tədrisinin aktual problemlərinə aid tədqiqat aparılar. Onun ali pedaqoji məktəb tələbələri üçün “Stereometriya kursunda müstəvi kəsiklərin qurulması”, “Həndəsədən məsələ həlli praktikumu”, “İbtidai siniflərdə riyaziyyat təliminin xüsusi metoidkası”, “Orta məktəbdə həndəsənin rəsmxətlə əlaqəli öyrənilməsi”, “Orta məktəbdə riyaziyyatın tədrisi metodikası”, “Həndəsi qurmalar” adlı dərs vəsaitləri çap olunmuşdur.

1995-ci ildə kafedranın dosenti Beykəs Həbibulla oğlu İmranov doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsini almışdır. Kafedranın dosenti Sədi Məhəmməd oğlu Nəsibov riyaziyyat təlimində tarixi elementlərdən istifadənin yollarını araşdırmış və pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Onun müəllimlər və tələbələr üçün bir sıra elmi-metodik jurnal məqalələri ilə yanaşı “Funksiyanın araşdırılması” adlı metodik vəsaiti çap olunmuşdur.

Kafedranın əməkdaşları dos. H.Ə.Sadıqov “Koordinat və vektor metodlarının”, baş müəllim M.B.Kərimxanov “Məktəb riyaziyyat kursunda məntiq elementlərinin”, b/m Ş.Ş.Şahbəzova “Sinifdənxaric işlərin”, b/m S.M.Alışova “Həndəsi çevirmələrin”, b/m S.H.Həsənova “Təlimin texniki vasitələrinin”, b/m M.S.Vəliyeva “Cəbrin və həndəsənin bəzi aktual problemlərinin”, b/m K.Əliyeva “Məktəb riyaziyyat kursunda analiz elementlərinin” öyrənilməsi ilə məşğul olmuşlar.

Kafedranın əməkdaşları dos. Akif Ənvər oğlu Sadıxov (e.r., prof. Ə.Həbibzadə), dos. Allahverdi Qədir oğlu Cəfərov (elmi rəhbəri prof. Yaqub Əliyev) namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışlar. Dos. A.Ə.Sadıxov riyaziyyat təmayüllü məktəblərdə “kompleks ədədlərin təlimi” mövzusunda tədqiqatları aparmışdır. Dos. A.Q.Cəfərov “Riyaziyyatdan test tapşırıqları” və “Həndəsə” vəsaitlərini çap etdirmişdir. Hazırda o, riyaziyyat fakültəsində qiyabi şöbə üzrə dekan müavini işləyir.

Riyaziyyat və onun tədrisi metodikası kafedrasının dosenti N.B.Nəsirov riyaziyyat təliminin estetik funksiyasını araşdırmışdır. Onun bir sıra nüfuzlu jurnallarda çap olunan məqalələri ilə yanaşı “elementar funksiya qrafiklərinin çevrilməsi” “Riyaziyyatın tədrisi prosesində estetik tərbiyə” vəsaitləri vardır. Baş müəllim S.X.Abbasov “Riyaziyyat təlimində varislik problemini tədqiq etmiş, Triqonometriyadan məsələ həlli praktikumu“, “Kompleks ədədlər” tədris vəsaitlərini hazırlamışdır. Kafedranın baş müəllimi A.İ.Quliyev riyaziyyat təlimində stoxlastika elementlərinin öyrənilməsinə aid dissertasiyasını müdafiə şurasına təqdim etmişdir. Onun “Riyaziyyatdan test çalışmalarını necə həll etməli” və b. metodik vəsaitləri çap olunmuşdur. Kafedranın müəllimi T.A.Həsənova riyaziyyat təlimində intuisiyanın inkişaf etdirilməsi problemini araşdıraraq təqdim olunan dissertasiyasına görə ona fəlsəfə doktoru alimlik dərəcəsi verilmişdir. Kafedranın müəllimi C.N.Abdullayeva fizika-riyaziyyat elmləri namizədidir, o, orta məktəb müəllimləri üçün bir sıra faydalı metodik işlərin müəllifidir.

Kafedra Bakı Dövlət Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Qafqaz Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Dövlət Kooperasiya Universiteti ilə yaxından əlaqə saxlayır, birlikdə elmi praktik konfranslar keçirirlər.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Elementar riyaziyyat
    • Riyaziyyat, riyaziyyat-informatika müəllimliyi ixtisası
  2. Riyaziyyatın tədrisi metodikası (RTM)
    • Riyaziyyat, riyaziyyat-informatika müəllimliyi ixtisı
  3. İnformatikanın tədrisi metodikası (İTM)
    • Riyaziyyat-informatika, informatika müəllimliyi ixtisası
  4. SF: Triqonometrik funksiyalar, tənliklər və bərabərsizliklər
    • Riyaziyyat müəllimliyi ixtisası
  5. SF: Triqonometrik çevrilmələr, tənliklər, bərabərsizliklər
    • İnformatika müəllimliyi ixtisası
  6. SF: Transendent funksiyalar və onların tətbiqləri
    • Riyaziyyat-informatika  müəllimliyi ixtisası

Magistratura pilləsi üzrə

  1. RTM–in bəzi müasir problemləri
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  2. RTM–in tarixi və metadologiyası
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  3. AMMEF (məktəb riyaz. kursunun elmi əsasları)
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  4. Riyaziyyat təliminin pedoqoji və psixoloji əsəsları
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  5. Riyazi tədrisində yaradıcı təfəkkürün formalaşdırılması
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  6. Məktəb riyaziyyat kursunda riyazi struktur elementlərinin tədrisi metodikası
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  7. Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin tədrisi metodikası
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  8. Riyaziyyat terminləri və anlayışların formalaşması
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  9. SF: Məktəb həndəsə kursunun aksiomatik qurulması yolları
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  10. SF: Məktəb riyaziyyat kursunda tənlik və bərabərsizliklərin öyrənilməsi
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  11. SF: Kəmiyyətlərin öyrənilməsinin ümumi məsələləri
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazirlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq:

  • T.M.Əliyeva, T.E.Mütəllimov, A.S.Adıgözəlov “Orta məktəbdə riyaziyyatın tədrisi metodikası” Bakı-1993.
  • A.S.Adıgözəlov, A.Ə.Sadıxov, A.Q.Cəfərov  “Riyaziyyat fakültəsində tələbələrin pedaqoji təcrübəsinin təşkili və aparılması Bakı-2006.
  • A.S.Adıgözəlov “Orta məktəbdə riyaziyyatın tədrisi metodikası” Bakı-2012.
  • N.Nəsirov “Riyaziyyatın tədrisi prosesində estetik tərbiyə” Bakı-1991.
  • N.Nəsirov, A.Cəfərov  “Əsas elementar funksiyaların qrafiklərinin çevrilməsinin öyrədilməsi metodikası” Bakı-1994.
  • A.Cəfərov  “Həndəsə  (Planimetriya)” Bakı-2008.

Xarici əlaqələr

Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsinin Riyaziyyat və onun tədrisi metodikası kafedrasının pasportu

 

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.026207

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)