Bu gün: 12 Dekabr 2017, Çərşənbə axşamı
ADPU-nun Tarix fakültəsinin «Azərbaycan tarixi» kafedrası
AADPU-nun Tarix və coğrafiya fakültəsinin «Azərbaycan tarixi» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: AZ. 1072,Bakı şəh., Nərimanov rayonu, Akademik .Həsən Əliyev küç. 104

Telefon: (99412) 4650318

Faks:

WEB: azerbaydjan_tarixi@mail.ru

Əməkdaşlar

Naibə Əhmədağa qızı Əhmədova
(kaf.müd., dos.,t.ü.f.d.)
Cəfər Məmməd oğlu Cəfərov
(prof.t.e.d.)
Xaqani Məmməd oğlu Məmmədov
(prof.t.e.d.)
Zakir Hafiz oğlu
Kərimov
(t.e.n,dosent)

İradə İsmayıl qızı Qasımova
(dos.,t.ü.f.d.)

Elmira Kazım qızı Süleymanova
(dos.,t.ü.f.d.)
Firudin Həsən
oğlu Cümşüdlü

(dos.,t.ü.f.d.)

Müzeffer Əmirxan oğlu İsayev
(t.e.n,dosent)

Məhərrəm Paşa oğlu Zülfiqarlı
(t.ü.f.d.,dosent)

Habil İsmiyəli oğlu Həsənov
(b/m.,t.ü.f.d.)

Vurğun Rəhim oğlu Məmmədov
(b/m.,t.ü.f.d.)

Eldar Əli oğlu Hacıyev
(b/m.,t.ü.f.d.)

Elman Mikayıl oğlu Mirzəyev
(b/m.,t.ü.f.d.)
Namiq Həsən oğlu Əliyev
(dos.əvəzi,t.ü.f.d.)
Samir Fazil oğlu Baxşəliyev
(b/m.,t.ü.f.d.)
Mübariz Zahid oğlu Ağalarov
(b/m.,t.ü.f.d.)
Bəşir Şükür oğlu Quliyev
(b/müəl.)

Nəbi Nazir oğlu Əsədov
(müəl.)

Saba Ramiz qızı Hüseynova
(müəl.)

Samirə Nail qızı Ramazanova
(müəl.)

Cəfər Vidadi oğlu Xanəliyev
(müəl)
Arif Məmməd oğlu Əlizadə
(dos.)
Həsən Qərib oğlu Qəniyev
(b/müəl.)

Gülşən Kamil qızı Xalıqova
(b/lab.)

Tarixi

1931-ci il sentyabrın 29-da ADPİ-də  fəaliyyət göstərən 28 kafedra sırasında Azərbaycan tarixi kafedrası da var idi. Kafedraya  prof.V.Xuluflu rəhbərlik edirdi. Vətən müharibəsi illərində kafedra ADU birləşdirilmişdir.

Kafedra 1943-cü ilin oktyabrında – ADU tərkibindən ayrılıb yenidən müstəqil fəaliyyətə başlayanda müstəqil tarix fakültəsinin yaradılması kafedraların, o sıradan Azərbaycan tarixi kafedrasının da fəaliyyətinə təkan vermişdir.  Sonrakı illərdə kafedraya dosent İsmayıl Hüseynov (O, 1947-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir) rəhbərlik etmişdir. 1950-ci ilin əvvəllərində milli respublikaların tarixinin öyrənilməsinə Moskvanın mənfi münasibəti nəticəsində respublikamızın bütün ali məktəblərində Azərbaycan tarixi kafedralarının fəaliyyəti dayandırılmışdır. APİ-də Azərbaycan tarixinin tədrisi əvvəlcə SSRİ tarixi kafedrasının tərkibinə verilmiş, az sonra isə ümumiyyətlə, dayandırılmışdır. Yalnız ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra, 1971-ci ildə APİ-də Azərbaycan tarixi kafedrası bərpa edilmişdir.

Kafedra yenidən təşkil ediləndə müdir vəzifəsinə professor N.A.Paşayev (1971-1987) seçilmişdir. 1989-2016-cı illərdə Azərbaycan tarixi kafedrasına əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, prof.Süleyman Məmmədov rəhbərlik etmiş, 6 oktyabr 2016-cı il tarixdən isə  kafedra müdiri vəzifəsinə dos. Naibə Əhmədova təyin edilmişdir. 

Static göstəricilər(2017)

    • Professor- 3 nəfər 
    • Fəlsəfə doktoru,dosent – 8 nəfər 
    • Fəlsəfə doktoru, baş müəllim – 5 nəfər 
    • baş müəllim – 1 nəfər
    • müəllim – 3 nəfər

Elmi fəaliyyət

Kafedrada (ümumi kurs), Azərbaycanın arxeologiyası, etnoqrafiyası, diyarşünaslığı, mənbəşünaslığı, tarixşünaslığı, Azərbaycan tarixi coğrafiyası, tarixi demoqrafiya kimi fənlər tədris olunur. Son illərdə Azərbaycanın Avropa və Asiya ölkələri ilə əlaqələri tarixi, Azərbaycanın XIX-XX əsr tarixinin aktual problemləri (bakalavr) də tədris planına daxil edilmişdir.

Prof.S.A.Məmmədov 15 ildən çoxdur ki, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən “Elmi Metodik” şuranın, Ali Attestasiya Komissiyası “Tarix üzrə”Ekspert Şurasının üzvüdür. 10 il (1976-1986) APİ-də, ixtisaslaşdırılmış müdafiə şurasının elmi katibi, 5 il BDU tarix fakültəsinin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının həmsədri, Respublika elmi-tədqiqat Pedaqogika elmləri İnstitutu (indiki Təhsil Problemləri İnstitutu) və 8 il Tarix İnstitutunun nəzdindəki dissertasiya Şuralarının üzvü olmuşdur.
Prof.S.A.Məmmədovun rəhbərliyi dövründə kafedra elmi axtarışları tədris pedaqoji fəaliyyətlə məharətlə uzlaşdıra bilmişdir. Bu müddətdə kafedrada 98 məqalə, 5 monoqrafiya, 19 dərslik, 15 dərs vəsaiti, 32 proqram çap olunmuşdur.

Təkcə o, özü irili-xırdalı 400-ə qədər əsərin, o sıradan 5 monoqrafiya, 15 ümumtəhsil məktəbləri, 5 ali məktəb dərsliyinin 20 fənn proqramının müəllifidir.

S.A.Məmmədov və kafedra MEA Tarix, şərqşünaslıq, arxeologiya, etnoqrafiya institutları, BDU, Gürcüstanın tarix, etnoqrafiya və arxeologiya institutları, H.Sadası ad.Maxaçqala tarix, dil və ədəbiyyat institutu, Ankara Türk Tarix qurumu, İstanbul Universiteti tarix və ədəbiyyat bölümü ilə əlaqə saxlayır.

S.A.Məmmədovun–iki iri həcmli əsəri “XVII əsrin II yarısı-XVIII əsrin I otuzilliyində Azərbaycanın sosial-iqtisadi və siyasi həyatı” (Bakı, Elm, 1977) və “Azərbaycan XV–XVIII əsrin I yarısı mənbələrində” (Bakı, Elm, 1993) Nyu-York konqres kitabxanasının kataloquna düşmüşdür. Onu da əlavə edək ki, prof.S.A.Məmmədov Azərbaycanda qədim erməni dili üzrə yeganə mütəxəssisdir.

Professor S.A.Məmmədov fəaliyyətini uğurla davam etdirir. Elmi-pedaqoji fəaliyyətinə görə o, Pedaqoji Universitetin Elmi Şurasının qərarı ilə 2007 və 2011-ci illərdə “İlin alimi” adına layiq görülmüşdür. 2011-ci ildə “Kredo” qəzetində və 2012-ci ildə “Xalq qəzeti”ndə onun elmi-pedaqoji fəaliyyətindən bəhs edilən portret-oçerk dərc olunmuşdur.

Universitetin 85 illik yubileyi ərəfəsində, 2006-cı il dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə uzun illər səmərəli elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq professor Süleyman Məmmədova “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. 2012-ci ildə isə ölkə Prezidentinin sərəncamı ilə “İrəvan xanlığı tarixi”nin yazılmasına görə professor Süleyman Məmmədov bir qrup müəlliflə birgə Dövlət Mükafatına layiq görülmüşdür.

Süleyman Məmmədov 2005-2006-cı tədris ilindən etibarən ADPU-da “Qaynar xətt” xidmətinin rəhbəri kimi vaxtaşırı imtahan sessiyalarının müsbət nəticələrini dövri mətbuatda işıqlandırmış, əldə edilmiş nailiyyətlər barədə kütləvi informasiya vasitələrinin əməkdaşlarına  müsahibələr vermişdir.

Professor Süleyman Məmmədovun ötən illərdə respublikada baş vermiş ictimai-siyasi hadisələrlə əlaqədar mətbuatdakı çıxışları diqqəti cəlb etmişdir.

Tədris işi

Tədris olunan fənnlər

Bakalavr pilləsi üzrə

  1. Azərbaycan tarixi
  2. Qafqaz Albaniyası tarixinin problemləri
    • Tarix müəllimliyi ixtisası
  3. Tarixi coğrafiya
    • Tarix müəllimliyi ixtisası
  4. SF: Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı
  5. SF: XX əsr Azərbaycanda milli azadlıq hərəkatı
    • Tarix müəllimliyi ixtisası
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
  6. SF: Azərbaycan beynəlxalq əlaqələri
    • Tarix müəllimliyi ixtisası
    • Tarix-coğrafiya müəllimliyi ixtisası

Magistratura pilləsi üzrə

  1. Azərbaycanda tarix elminin müasir problemləri
    • Azərbaycanın yeni və ən yeni tarixi ixtisası
  2. Azərbaycan tarix elminin metodologiyası
    •  Azərbaycanın yeni və ən yeni tarixi ixtisası
  3. Azərbaycanda epiqrafik abidələr mənbə kimi
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  4. Atabəylər dövləti
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  5. Şirvanşahlar dövləti
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  6. Ağqoyunlu Səfəvi dövlətləri ilə Avropa əlaqələri
    •  Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  7. Orta əsr Azərbaycan dövlətinin dövlətçiliyi
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  8. Xanlıqlar, sultanlıqlar
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  9. Azərbaycanın qədim və orta əsr tarixinin mənbəşünaslığı
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  10. Azərbaycanın farsdilli qaynaqları
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  11. X-XII yüzilliklərdə Azərbaycan Gürcüstan əlaqələri
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  12. Azərbaycanın orta əsr şəhərinin  tarixi
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  13. SF: ADR-in mədəni sahədə tədbirləri
    • Azərbaycanın yeni və ən yeni tarixi ixtisası
  14. SF: Kənd təsərrüfatında kapitalizmin inkişafı
    • Azərbaycanın yeni və ən yeni tarixi ixtisası
  15. SF: Sənayedə kapitalizmin inkişafı
    • Azərbaycanın yeni və ən yeni tarixi ixtisası

Azərbaycan tarixi kafedrasının professor-müəllim heyəti bakalavr pilləsi üzrə bütün fakültələrdə mühazirə və seminar dərsləri aparır. Eyni zamanda, “Azərbaycanın yeni və ən yeni tarixi” HSM–070013, «Azərbaycanın qədim və orta əsrlər tarixi»-HSM 070001 istiqamələri üzrə magistir hazırlayır.
Kafedra üzrə tədris planında nəzərdə tutulmuş bütün fənnlər üzrə tədris proqramları hazırlanmış və Elmi Şurada təsdiq edilmişdir. Fənnlər üzrə tədris təqvim-tematik planı hazırlanıb müəllimlərin istifadəsinə verilir. Kafedra əməkdaşları tərəfindən dərslik, dərs vəsaiti və proqramlar hazırlanıb tələbələrin istifadəsinə verilmişdir.
Məsələn, “Azərbaycan tarixi” bakalavr təhsili üzrə, (ixtisas və qeyri-ixtisas fakültələri), Dövlət imtahan proqramı, magistratura təhsili pilləsi üzrə - Azərbaycan xanlıqları, sultanlıqları və Rusiya müstəmləkəçiliyi dövründə aqrar münasibətlər, Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa dövlətləri ilə əlaqəsi fənnləri üzrə proqram hazırlanmış və istifadəyə verilmişdir.

Xarici əlaqələr

 

Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə Rusiya, Qazaxıstan,Türkiyə və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, elmi sahədə əməkdaşlıq etmişlər.

Kafedra əməkdaşları bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada,  Türkiyədə, İngiltərədə və başqa xarici ölkələrdə keçirilən beynəlxəlq elmi konfraslarda məruzə etmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Dos. Naibə Əhmədova   2016-cı il 11-13 oktyabrda keçirilən Özünütəhlil Potensialının Təkmilləşdirilməsi üzrə Təlimdə iştirak etmiş və sertifikatla təltif olunmuşdur. Kafedra əməkdaşlarından Təhsil Nazirliyinin təşkil etdiyi UNİCEF və digər qeyri-dövlət təşkilatları xətti ilə və universitetin nəzdindəki «Fəal təlim» üzrə  keçirilən müxtəlif istqamətli kurslarında iştirak edərək uyğun sertifikatlar almışlar.

 

 

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.018892

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)