Bu gün: 25 İyun 2017, Bazar
ADPU-nun Tarix fakültəsinin «Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası» kafedrası
ADPU-nun Tarix fakültəsinin «Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

Telefon: (99412) 432 01 56

Faks:

WEB: http://adpu.edu.az/gen/html/azl/fakulte/Tarix_fakultesi/kafedra/Turk_ve_sherqi_avropa_xalqlari/index.htm

Əməkdaşlar

Rəcəb Əhməd oğlu Əliyev
(kafedra müdiri)
Oqtay Balaqadəş oğlu Sultanov
(t.e.d, professor)
Tahir Fərzalı oğlu İskəndərov
(p.e.f.d, dosent)
Sevinc Məmməd qızı Seyidova
(t.e.f.d, dosent)
Afaq Yusif qızı Piriyeva
(t.e.f.d, dosent)
 
Elmira Canəhməd qızı Qasımova
(t.e.f.d, baş müəllim)
Ofeliya Hüseyn qızı Sadıqzadə
(baş müəllim)
Təranə Murad qızı İsayeva
(baş müəllim)
Dəyanət Musa oğlu Musayev
(p.e.f.d, müəllim)
Mübariz Mirəziz oğlu Əmirov
(p.e.d.d, professor)
 

Tarixi

1930-cu ildə Azərbaycan Pedaqoji İnstitutu yenidən təşkil ediləndə fəaliyyət göstərən kafedralardan biri SSRİ tarixi kafedrası idi. Kafedraya müxtəlif illərdə prof. B.N.Tixomirov (1930-1937), dos. Ə.B.Şükürzadə (1938-1941), dos. C.Ə.Rəhimov (1941-1945), prof. C.M.İbrahimov (1945-1974), prof. İ.M.Həsənov (1975-1981), prof. Ş.Ə.Sadıxov (1981-1994), prof. D.H.Qüdrətov (1994-1999), prof. O.B.Sultanov (1999-2011) rəhbərlik etmişdir. 2011-ci ildən kafedraya dos. Rəcəb Əliyev rəhbərlik edir.

SSRİ-nin dağılması ilə əlaqədar kafedranın strukturunda və adında əsaslı dəyişiklik edilmiş, «Türk, Qafqaz və Şərqi Avropa xalqları tarixi» müstəqil fənn, eləcə də əvvəllər kafedrada tədris olunan «Tarixşünaslıq», «Mənbəşünaslıq», «Tarixin tədrisi metodikası» fənləri yenidən tədris planına daxil edilmişdir.

Prof. Ş.Ə.Sadıxov Zaqafqaziya respublikalarının iqtisadi və mədəni əlaqələri tarixini, prof. Ə.Ş.Şahmirov Azərbaycanda kimya sənayesi tarixini tədqiq edən ilk tarixçi-alim kimi yadda qalmışlar.

On ildən artıq kafedraya rəhbərlik etmiş prof. O.B.Sultanovun «XX əsrin 80-ci illərinin sonu -90-cı illərin əvvəllərində Azərbaycanda siyasi mübarizə» (1995) adlı monoqrafiyasında Azərbaycan xalqının suverenlik və milli müstəqillik uğrunda mübarizə tarixi hərtərəfli tədqiq olunınuşdur. Onun «Xocalı soyqırımı əsrin faciəsidir» (1998) adlı əsərində Azərbaycan xalqının başına gətirilən müsibətlərdən bəhs olunur. O həm də BDU-nun Siyasi tarix kafedrası əməkdaşlarının hazırladıqları «Siyasi tarix» (1998) dərsliyinin müəlliflərindən biridir. O, dəfələrlə Türkiyə və Gürcüstanda keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak etmiş, Kütahiyyə Universitetində isə «Müasir dünyanın inkişaf meyilləri» mövzusunda məruzə etmiş və həmin məruzə ingilis dilində çap olunınuşdur. Prof. O.Sultanov A.Bakıxanov adına Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının üzvü olmuşdur. Hazırda o, Ali Attestasiya Komissiyasında ekspert şurasının və Naxçıvanda fəaliyyət göstərən dissertasiya şurasının üzvü kimi fəaliyyət göstərir. Tarixçi kadrların hazırlanınasında onun xüsusi xidmətləri vardır.

Prof. D.H.Qüdrətovun hazırladığı «Türk xalqlarının tarixi» (2000) dərs vəsaiti bu sahədə respublikamızda mövcud boşluğu doldurmağa xidmət edən ilk dərs vəsaitidir. Dos. S.X.Məmmədovanın «Krım xanlığı», «Qasım xanlığı» (1993), dos. P.Ş.Səfərovun «90-cı illərdə Azərbaycanın beynəlxalq vəziyyəti və xarici siyasəti» (1993), «Şərqi və Qərbi hunlar» (1997), Q.Bəşirovun «Osınanlı imperiyasının yaranınası, onun daxili və xarici siyasəti» (2000), dos. S.M.Seyidovanın «Türk xalqlarının etnik mənşəyi» (1997) adlı əsərləri türk xalqlarının tarixinin ətraflı öyrənilməsinə xidmət edir. Dos. S.M.Seyidova 3 ay müddətində ABŞ-da ixtisasartırına təcrübəsində olmuş, 2010-cu ildə Moskvada keçirilən beynəlxalq elmi konfransda iştirak etmişdir.

Kafedranın «Tarixin tədrisi metodikası» fənnini tədris edən əməkdaşları insan və cəmiyyət fənlərinin tədrisi ilə əlaqədar da bir sıra dərs vəsaiti, tədris-metodik ədəbiyyat nəşr etdirınişlər. Pedaqoji elmlər doktoru M.Əmirovun «Azərbaycan Respublikası Konstitusiyasının əsasları» (1996), «İnsan və cəmiyyət» (VIII-XI siniflər üçün, 1996), «Tarixin tədrisində şagirdlərin müstəqil işlərinin təşkili» (2000), «Tarix təliminin metodikası» (2000), «Orta məktəbdə tarixin fəal interaktiv təlimi metodikası» (2011), dos. T.F.İsgəndərovun «Ümumtəhsil məktəblərində «Azərbaycan Xalq Cümhuriyyəti» mövzusunun tədrisinə dair» (1995) və s. əsərləri bu qəbildəndir.
Kafedra əməkdaşları «İnteraktiv təlim Resurs-mərkəzi» vasitəsi ilə yeni təlim texnologiyasının tədqiqi, tətbiqi və təbliği sahəsində uğurlu işlərini davam etdirirlər. Mərkəz Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun respublikada keçirdiyi beynəlxalq konfrans və seminarlarda yaxından iştirak edir.

Prof. M.İ.Əmrahov 2010-cu ildən kafedrada professor vəzifəsində çalışır. O, «Azərbaycanda ali məktəb quruculuğu, ali pedaqoji təhsilin təşkili və inkişafı tarixinin oçerkləri» (1917-1941) (2007), «Qarabağ xanlığı» (2008), «XX əsrdə Azərbaycanda milli-azadlıq hərəkatı» (2009), «Azərbaycan İkinci Dünya müharibəsi dövründə» (2010), «Böyük İpək yolu» (2011), «Şərqi Avropada türk tayfaları birliyi» (2010) adlı dərslik və dərs vəsaitlərinin, 30-dan artıq elmi-metodiki məqalənin müəllifıdir. 2010-cu ildə ADPU-da keçirilən «İlin müəllimi» müsabiqəsinin qaliblərindən biri olmuşdur.

Dos. P.Ş.Səfərovun «90-cı illərdə Azərbaycanın beynəlxalq vəziyyəti və xarici siyasəti» (1999), «Müstəqil Azərbaycan Rusiya, İran və Türkiyənin geosiyasi maraqlarında» (2011) monoqrafiyaları və 15 elmi məqaləsi çap etdirilmişdir. Dos. S.M.Seyidova «Azərbaycanın beynəlxalq əlaqələri (1920-1930-cu illər)» (1988), «Osınanlı imperiyasında milli münasibətlər məsəələri, erınəni məsələsi (XIX əsrin II yarısı -XX əsrin I rübündə)» (2002), «Türk xalqlarının etnogenezi» (Orta Asiya, Qazaxıstan, Volqaboyu, Ukrayna və Sibirdə yaşayan türk xalqları) (2002) kitablarının, 30-dan artıq elmi-metodiki məqalənin müəllifıdir.

Dos. Q.İ.Bəşirovun «Türk xalqları tarixi və Azərbaycan» (2000), dos. A.Y.Piriyevanın «Teymurilər dövlətində mədəniyyət» (2006), «Türk xalqlarının sovet dövrü tarixi» (şərikli, 2009), baş müəllim E.C.Qasımovanın «1920-30-cu illərdə Azərbaycanda ali pedaqoji təhsil» (2000), dos. E.Ə.Məmmədovun «Türk dünyasının görkəmli şəxsiyyətləri» (2010) adlı dərslik və dərs vəsaitləri, İ.S.Mahmudov, T.M.İsayeva, O.H.Sadıqzadənin Türk xalqları və tarixin tədrisi metodikasına dair elmi-metodiki məqalələri xüsusi maraq doğurur.

Son illərdə kafedra əməkdaşları tərəfindən 12 monoqrafiya, 13 dərs vəsaiti, 15 proqram çap edilmişdir. 2006-2011-ci illərdə kafedrada 1 doktorluq, 2 namizədlik dissertasiyası müdafıə edilmişdir. Prof. O.B.Sultanov, dos. M.Əmirov, dos.Q.Bəşirov Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Elmi Metodik şuranın üzvüdürlər.

Hazırda kafedrada 20 nəfər -2 nəfər elmlər doktoru, professor (Oqtay Sultanov, Mais Əmrahov), 1 pedaqoji elmlər doktoru, dosent (Mübariz Əmirov), 12 nəfər fəlsəfə doktoru, dosent (Rəcəb Əliyev (kafedra müdiri), Səidə Məmmədova, Tahir İsgəndərov, Sevinc Seyidova, Pərviz Səfərov, Qabil Bəşirov, Afaq Piriyeva, Elmira Qasımova, İsınayıl Mahmudov, Eldəniz Məmmədov, Dəyanət Musayev, Səbinə Həziyeva), 3 nəfər baş müəllim (Ofelya Sadıqzadə, Təranə İsayeva, Musayev Əfqan), 2 nəfər müəllim (İsa Quliyev, Taleh Cəfərov) çalışır.

Static göstəricilər(2013)

  • 20 nəfər professor–müəllim heyəti

    • 2 nəfər elmlər doktoru, professor;
    • 1 nəfər pedaqoji elmlər doktoru, dosent;
    • 7 nəfər fəlsəfə doktoru, dosent;
    • 4 nəfər fəlsəfə doktoru, baş müəllim;
    • 1 nəfər fəlsəfə doktoru müəllimi;
    • 3 nəfər baş müəllim;
    • 2 nəfər müəllim;
    • 1 nəfər 0,5 ştat əvəzçiliklə dosent;
    • 2 nəfər laborant heyəti çalışır.

Elmi fəaliyyət

«Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası» kafedrasının elmi-tədqiqat işlərinin istiqamətləri əsasən Türk dünyası xalqları, Qafqaz xalqları tarixi və tarixin tədrisi metodikası və onun metodologiyası üzrə üç istiqamətdə aparılır.

Türk dünyası xalqları problemi üzrə IX–XX əsrlərdə türk xalqlarının iqtisadi-siyasi və sosial–mədəni həyatı tədqiq edilməsi məsələlrindən ibarətdir.
Kafedranın professoru O.B.Sultanov bu istiqamətdə XX əsrin 80-ci illərinin 90-cı illərinin əvvəllərində «Azərbaycanın siyasi mübarizəsi» istiqamətində  tədqiqat aparmış və səmərəli nəticələr əldə etmişdir. Kafedrada türk xalqları tarixi problemi istiqamətində IX-XX əsrlərdə türk xalqlarının iqtisadi-siyasi və sosial-mədəni həyatı problemi işlənmişdir. Kafedranın əsas istiqamətlərindən olan «Qafqazda ictimai, siyasi, iqtisadi həyat və Qafqazda münaqişələr» problemi öyrənib tədqiq etmək yaranmış ictimai-siyasi həyatın qanunauyğunluqlarını müəyyən etməkdir.

Kafedranın əsas elmi-tədqiqat istiqamətlərindən olan Tarixin tədrisi metodikası üzrə «Orta ümumtəhsil məktəblərində tarixin tədrisinin təkmilləşdirilməsi  üsulları və vəzifələri» problemi üzrə tədqiqat aparmaqla tarixin tədrisində tələbələrdə vətəndaşlıq tərbiyəsinin formalaşması istiqamətlərini müəyyən etməkdir.

Kafedranın əməkdaşları Türkiyə, Rusiya, Gürcüstanın bir sıra Universitetlərlə əməkdaşlıq edir. Novosibirsk, Ukrayna, Moskva, Volqaqrad Universitetlərində kafedranın əməkdaşlarının elmi əsərləri çap edilmişdir. Kafedra Azərbaycan EA-nın A.Bakıxanov adına Tarix İnstitutu ilə elmi problemlərin işlənilməsində əməkdaşlıq edir. Kafedra BDU-nun «Türk xalqları tarixi», «Qafqaz xalqları tarixi»və «Tarixin tədrisi metodikası» kafedraları ilə əməkdaşlıq edir. Kafedra magistratura üçün metodika sahəsində yeni standartlar tələbində proqram işləyib hazırlamış və Respublika Universitet və İnstitutların magistrlərinin istifadəsinə verilmişdir.

Aparılan tədqiqat işləri üç problem istiqamətində olmuşdur. Həmin istiqamətlərdə «Türk dünyası», «Qafqaz xalqları» və «Tarixin tədrisi metodikası» məsələləri qoyulmuş tədqiqat mövzuları üzrə işlənilib və nəticələr dərs vəsaiti, metodik vəsait və elmi məqalələr formasında nəşr edilmişdir.

Bu müddət ərzində kafedrada 1 nəfər pedaqoji elmlər doktoru, 3 nəfər tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 8 nəfər Respublika Təhsil Nazirliyinin «Müasir Təlim Texnologiyaları təlim və Resurs mərkəzinin» sertifikatlarını almışdır. Aparılan tədqiqatların nəticələri olaraq son 5 ildə kafedra üzrə 14 monoqrafiya, 13 dərs vəsaiti və 20-dən artıq proqram buraxılmışdır.

Tədris işi

Tədris olunan fənnlər

Bakalavr pilləsi üzrə

  1. Türk xalqları tarixi
    • Tarix müəllimliyi, Tarix-Coğrafiya müəllimliyi ixtisası
  2. Qafqaz xalqları tarix
    • Tarix müəllimliyi, Tarix-Coğrafiya müəllimliyi ixtisası
  3. Tarixin tədrisi metodikası
    • Tarix müəllimliyi, Tarix-Coğrafiya müəllimliyi ixtisası
  4. Türk xalqlarının sovet dövrü
    • Tarix müəllimliyi, Tarix-Coğrafiya müəllimliyi ixtisası
  5. Türk xalqlarının mədəniyyəti
    • Tarix müəllimliyi, Tarix-Coğrafiya müəllimliyi ixtisası
  6. SF: XVIII-XIX əsrlərdə Rusiya-Qafqaz münasibətləri
    • Tarix müəlliliyi ixtisası
  7. SF: Türk xalqlarının tarixşünaslığı
    • Tarix müəlliliyi ixtisası
  8. SF: Tarixin interaktiv təlimi
    • Tarix müəlliliyi ixtisası
  9. SF: Azərbaycanın türkdilli ölkələrlə əlaqələri
    • Tarix müəlliliyi ixtisası

Magistratura pilləsi üzrə

  1. Türk xalqları tarixinin aktual problemləri
    • Türk dünyası ixtisası
  2. Ümumtürk mədəniyyəti problemləri
    • Türk dünyası ixtisası
  3. Ümumtürk mili-ictimai fikir tarixi
    • Türk dünyası ixtisası
  4. Ümumtürk dövlətçilik tarixi
    • Türk dünyası ixtisası
  5. Azərbaycanın ümumtürk  tarixində yeri və rolu
    • Türk dünyası ixtisası
  6. Türk xalqlarının etnogenezi
    • Türk dünyası ixtisası
  7. Qafqaz xalqları tarixinin aktual problemləri
    • Türk dünyası ixtisası
  8. Məktəbdə tarixin təlimi prosesi
    • Tarixin tədrisi metodikası ixtisası
  9. Sosial-iqtisadi materialların tədrisi üsulları
    • Tarixin tədrisi metodikası ixtisası
  10. Hərbi-siyasi tarixi materialların tədrisi üsulları
    • Tarixin tədrisi metodikası ixtisası
  11. Mədəni-tarixi materialların tədrisi üsulları
    • Tarixin tədrisi metodikası ixtisası
  12. Tarix təlimində müəllim və şagirdlərin fəaliyyət
    • Tarixin tədrisi metodikası ixtisası
  13. Tarix təlimində yeni texnologiyalardan istifadə 
    • Tarixin tədrisi metodikası ixtisası
  14. Tarix üzrə sinifdənkənar işlər
    • Tarixin tədrisi metodikası ixtisası
  15. SF: Ümumtürk xalqları ərazisində iötidai icma quruluşu və qədim dövr
    • Türk dünyası ixtisası
  16. SF: Türk–erməni münasibətləri (XIX əsrin II yarısı – XXI əsrin əvvəlləri)
    • Türk dünyası ixtisası
  17. SF: Osmanlı dövlətinin tarixi
    • Türk dünyası ixtisası
  18. SF: Türk dövlətlərində ordu quruculuğu
    • Türk dünyası ixtisası
  19. SF: H.Əliyev türk dünyvsının böyük oğludur
    • Türk xalqlarının tarixi coğrafiyası ixtisası
  20. SF: Türk dünyası ixtisası üzrə
    • Türk dünyası ixtisası
  21. SF: Şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması
    • Tarixin tədrisi metodikası ixtisası
  22. SF: Tarix dərslərində şagirdlərin təfəkkürünün inkişaf etdirilməsi yolları
    • Tarixin tədrisi metodikası ixtisası
  23. SF: Tarix təlimində şagirdlərin müstəqil işlərinin təşkili
    • Tarixin tədrisi metodikası ixtisası
  24. SF: Azərbaycan Respublikasında tarix təhsilinin inkişaf mərhələləri
    • Tarixin tədrisi metodikası ixtisası
  25. SF: Tarix təlimində mətnlə iş metodları
    • Tarixin tədrisi metodikası ixtisası
  26. SF: Tarix təlimində şagirdlərin mənəvi tərbiyəsi
    • Tarixin tədrisi metodikası ixtisası

Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə yalnız Tarix fakültəsində Türk dünası xalqları, Qafqaz xalqları tarixi və Tarixin tədrisi metodikası kursları üzrə yüksək səviyyədə mühazirələr oxuyur və seminar dərsləri aparırlar.

Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada HSM 07 00 10–Türk dünyası və HSM 07 00 04 Tarixin tədrisi metodikası istiqamətləri üzrə magistr hazırlığı həyata keçirilir.

Kafedra üzrə tədris planında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illərdə kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən dərslik və dərs vəsaitləri hazırlanıb tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq O.B.Sultanov BDU-nun Siyasi tarix kafedrasının əməkdaşları ilə birlikdə hazırladığı «Siyasi tarix»dərsliyi (1998), D.Qüdrətov «Türk xalqları tarixi (2004)», M.Əmrahov «XX əsrdə Azərbaycanda milli azadlıq hərəkatı» (2009) dərslik, «Qarabağ xanlığı» (2008), «Şərqi Avropada türk tayfa birlikləri» (2010) metodik vəsait, M.Əmirov «Konstitusiyanın əsasları» (1996),  «Tam orta məktəbdə tarixin fəal/interaktiv təlimi metodikası» (2011) dərs vəsaiti,  Q.Bəşirov, A.Piriyeva «Türk tarixi və Azərbaycan» (2010) metodik vəsait., A.Piriyeva «Teymurilər dövlətində mədəniyyət» (2006) metodik vəsait, S.Seyidova «Osmanlı imperiyasında milli münasibətlər erməni məsələsi» (2002) dərs vəsaiti, Türk xalqlarının etnogenezi (2002) metodik vəsait, müəllim hazırlığı və orta təhsilin perespektivləri metodiki vəsait (2005).

Xarici əlaqələr

Uzun illər ərzində kafedranın əməkdaşları MDB məkanında olan bir sıra respublikaların universitetləri və elmi məruzələri ilə, həmçinin Türkiyə, Kipr, Rusiya, İran, Özbəkistan, Ukrayna, Gürcüstan və digərləri ilə əlaqə saxlayır.

Kafedra əməkdaşlarının əldə etdikləri elmi nəticələr dəfələrlə xarici ölkələrdə, o cümlədən Türkiyədə, Kiprdə, Rusiyada,  Ukraynada, Gürcüstan və Özbəkistanda və başqa xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda və simpoziumlarda məruzə edilmiş elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007006

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)