Bu gün: 25 Mart 2017, Şənbə
ADPU-nun Tarix fakültəsinin «Ümumi Pedaqoqika» kafedrası
ADPU-nun Tarix fakültəsinin «Ümumi Pedaqoqika» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

Telefon: (99412) 598 12 61

Faks:

WEB: http://adpu.edu.az/gen/html/azl/fakulte/Tarix_fakultesi/kafedra/Umumi_pedaqogika/index.htm

Əməkdaşlar

İramin Namaz oğlu İsayev
(kafedra müdiri)
Hüseyn Mustafa oğlu Əhmədov Müseyib İbrahim oğlu İlyasov Gülarə Məhəmməd qızı Qocayeva Püstəxanım Məmmədkərim qızı Balayeva
 
Şiruyə Məhəmmədəli qızı Azadəliyeva Həsən Bayram oğlu Bayramov Kəmalə Rafiq qızı Quliyeva Nigar Ağaəli qızı İsmayılova  

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin şöhrət payında “Ümumi Pedaqogika” kafedrasının xüsusi yeri var.1931-ci il sentyabrın 29-da (V.İ.Lenin adına )ADPİ-nin rektorluğunun iclasında iyirmi səkkiz kafedra təsdiq edilmişdi.1927-ci ildən kafedrada assistent, 1929-cu ildən dosent, 30-cu ildən kafedranı idarə rdən dos.M.Rəhimli 1931-ci il sentyabrın 29-da olan qərara əsasən kafedra müdiri təsdiq edilmişdi. 1931-1937-ci ilin fevralın16-na kimi kafedra müdiri vəzifəsində çalışmışdır.

Sonralar isə Nəsir Asatur (1937-1942) , prof Ə. Seyidov (1943-1950)və 1956-1974) , prof. M. Muradxanov (1951-1956) akademik M. Mehdizadə (1950-1951) , 1974-1977-ci illərdə isə prof. B. Əhmədovprof. H. Kazımov , dos.C. Şəfiyev rəhbərlik etmişlər.

1977-ci ildən bu günə kimi ümumi pedaqoqika kafedrasına nəinki respublikamızda , eyni zamanda yaxın və uzaq xaricdə görkəmli , pedaqogika tarixçisi kimi tanınan SSRİ PEA-nın müxbir üzvü , Rusiya Təhsil Akademiyasının akademiki , Beynəlxalq PEA–nın akademiki , Azərbaycan Milli yaradıcılıqAkademiyasının akademiki , əməkdar ali məktəb işçisi . pedaqoji elmlər doktoru , prof. H. Əhmədov rəhbərlik edir.

Static göstəricilər

  • 23 nəfər professor-müəllim heyəti
    • 1 nəfər akademik
    • 3 nəfər elmlər doktoru, professor
    • 1 nəfər fəlsəfə doktoru, professor
    • 8 nəfər fəlsəfə doktoru , dosent
    • 2 nəfər fəlsəfə doktoru, baş müəllim
    • 2 nəfər fəlsəfə doktoru , müəllim
    • 4 nəfər baş müəllim
    • 2 nəfər müəllim
    • 2 nəfər böyük laborant
    • 1 nəfər kabinə müdiri

Elmi fəaliyyət

Ümumi pedaqogika kafedrasının əməkdaşlarının fəaliyyəti çoxsahəli və hərtərəfli olmuşdur. Onlar yüksək səviyyəli mühazirələr və seminar məşğələləri aparmaqla yanaşı, ciddi elmi-tədqiqat işləri ilə məşğul olmuş, dissertasiyalar müdafiə etmiş, pedaqoji məzmunlu, metodiki xarakterli monoqrafiyalar, kitab və kitabçalar, elmi məqalələr hazırlamış, proqramlar , metodiki vəsaitlər tərtib etmişlər.

70-ci illərin ikinci yarısında akademik H.M.Əhmədovun irəli sürdüyü və qətiyyətlə müdafiə etdiyi ideya 90-cı illərin əvvəllərində həyata keçirildi. Pedaqoji təmayüllü ali məktəblərdə ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasında “Azərbaycan məktəb və pedaqoji fikir tarixi”müstəqil fənn kimi tədris olunmağa başladı. Azərrbaycan tarixi –pedaqoji irsin tədqiqi, tədrisi və təbliği üçün yeni perspektivlər açıldı. Bu da təbii ki, Azərbaycan məktəb və pedaqoji fikir  tarixi ilə ioldu.Akademik H.M.Əhmədovun təşəbbüsü ilə hazırlanan Azərbaycan məktəb və pedaqoji fikir tarixi (1977, 1984, 1992, 1996) proqramları bu istiqamətdə əsərlərin, dərs vəsaitlərinin yazılmasına güclü stimul verdi.Akademik H.M.Əhmədovun III hissəlik “Azərbaycan məktəb və pedaqoji fikir tarixi”nin (1990, 1993, 1995), İ.Mollayevin “Azərbaycanda pedaqoji fikir tarixinə dair “ (1989, 1990) dərs vəsaitləri tələbələrin istifadəsinə verildi.

Kafedra müəllimləri tərəfindən şagirdlərin peşəyönümünə istiqamətləndirilməsində məktəbdənkənar müəssisələrin rolu və bazar iqtisadiyyatı şəraitində peşəyönümünün əsas istiqamətlərinə dair tədqiqat işləri aparılmışdır.

(H.Bayramoğlu, M.İlyasov Ş.Azadəliyeva, dos.K.Quliyeva, S.Qurbanova, S.Orucova, b/m L.Abbasova) Qiyabi şöbənin tələbələri üçün mühazirə və seminar məşğələlərinin nümunəvi planı hazırlanmışdır.

Tədris işi

Tədris olunan fənnlər

Bakalavr pilləsi üzrə

  1. Pedaqogika
    • Riyaziyyat-Informatika müəllimliyi ixtisası
    • Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası
    • Fransız dili müəllimliyi ixtisası
    • Tarix müəllimliyi ixtisası, Tarix-coğrafiya müəllimliyi ixtisası
    • Fizika müəllimliyi ixtisası
    • Kimya müəllimliyi ixtisası
    • Kimya-biologiya müəllimliyi ixtisası
    • Biologiya müəllimliyi
    • Riyaziyyat müəllimliyi ixtisası
    • Informatika müəllimliyi ixtisası
    • Coğrafiya müəllimliyi ixtisası
    • Texnologiya müəllimliyi ixtisası
  2. Pedaqogika tarixi
    • Tarix müəllimliyi ixtisası, Tarix-coğrafiya müəllimliyi ixtisası
    • Riyaziyyat müəllimliyi ixtisası
    • Təsviri incəsənət müəllimliyi ixtisası, Texnologiya müəllimliyi ixtisası
    • Riyaziyyat-Informatika müəllimliyi ixtisası
    • Kimya müəllimliyi ixtisası
    • Coğrafiya müəllimliyi ixtisası
    • Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası
    • Biologiya müəllimliyi
    • Kimya-biologiya müəllimliyi ixtisası
    • Informatika müəllimliyi ixtisası
    • Fizika müəllimliyi ixtisası
  3. Tərbiyə işinin metodikası
    • Menecment ixtisası
  4. Təhsilin əsasları
    • Menecment ixtisası
  5. Azərbaycan Respublikası dövründə təhsil
    • Menecment ixtisası
  6. Akseologiya və yaxud ali məktəb pedaqogikası
    • Menecment ixtisası
  7. Milli əxlaq və ailə etikası
    • Menecment ixtisası

Magistratura pilləsi üzrə

  1. Peşəyönümü və sosial məşğulluğun əsasları
  2. Pedaqogikanın müasir problemləri
  3. Təhsildə monitorinq və qiymətləndirmə
  4.  SF: Vətəndaş təhsili və tərbiyəsi
  5. Sosial pedaqogika
  6. Təhsil və cəmiyyət
  7. Təhsil menecmentinin tarixinin metodologiyası və metodları
  8. Pedaqogikanın tarixi və metodologiyası
    • Menecment ixtisası
  9. Azərbaycan məktəb və pedaqoji fikir tarixi
    • Menecment ixtisası
  10. Ümumi pedaqogika
    • Menecment ixtisası
  11. Pedaqogika tarixi
    • Menecment ixtisası
  12. Pedaqogikanın tədrisi metodikası
    • Menecment ixtisası
  13. Təhsil sisteminin idarə edilməsi
    • Menecment ixtisası
  14. Pedaqoji ustalığın əsasları
    • Menecment ixtisası
  15. Pedaqoji texnologiyalar
    • Menecment ixtisası
  16. Təhsil menecmentinin müasir problemləri
    • Menecment ixtisası
  17. Təhsil siyasəti
    • Menecment ixtisası
  18. Təhsildə kurrikulumun idarə edilməsi
    • Menecment ixtisası
  19. Təhsil müəssisələrində innovasiyaların idarə edilməsi
    • Menecment ixtisası
  20. Təhsilin maliyyələşdirilməsi
    • Menecment ixtisası
  21. Təhsil sisteminin idarə edilməsi
    • Menecment ixtisası
  22. Təhsildə keyfiyyətin idarə edilməsi
    • Menecment ixtisası
  23. Təhsil fəlsəfəsi
    • Menecment ixtisası
  24. Davamlı təhsil və peşəkar inkişaf
    • Menecment ixtisası
  25.  SF: Etnopedaqogika
    • Menecment ixtisası
  26.  SF: Azərbaycan uşaq və gənclər təşkilatları
    • Menecment ixtisası
  27.  SF: Xüsusi pedaqogika
    • Menecment ixtisası
  28.  SF: Pedaqoji antropologiya
    • Menecment ixtisası
  29.  SF: Ümumi və pedaqoji valeologiya
    • Menecment ixtisası
  30.  SF: Şərqdə məktəb və pedaqoji fikir tarixi
    • Menecment ixtisası
  31.  SF: Pedaqoji tədqiqatların metodologiyası və metodları
    • Menecment ixtisası
  32.  SF: Korreksion pedaqogika
    • Menecment ixtisası
  33.  SF: Ailə dəyərləri
    • Menecment ixtisası
  34.  SF: Təhsildə QHT
    • Menecment ixtisası
  35.  SF: Təhsildə IKT
    • Menecment ixtisası
  36.  SF: Müqayisəli və beynəlxalq təhsil
    • Menecment ixtisası
  37.  SF: Təhsildə təşkilati davranış
    • Menecment ixtisası
  38.  SF: Təhsildə liderlik
    • Menecment ixtisası
  39.  SF: Təhsilin statistikası
    • Menecment ixtisası
  40.  SF: Təhsil menecmentinin pedaqogika və psixologiyası
    • Menecment ixtisası
  41.  SF: Təhsildə sahibkarlıq fəaliyyəti
    • Menecment ixtisası
  42.  SF: Distant təhsil
    • Menecment ixtisası

Kafedranın professor-müəllim bakalavr pilləsi üzrə fizika, riyaziyyat, kimya, mühəndis  pedaqoji  və bədii qrafika, biologiya fakültələrində padaqogika, pedaqogika tarixi, təhsili idarəetmənin əsasları, Azərbaycanda təhsil istemi, təhsilin əsasları, Azərbaycan Respublikası dövründə təhsil, akseologiya və yaxud Ali məktəb pedaqogikası, milli əxlaq və ailə etikası, tərbiyə işinin metodikası üzrə yüksək səviyyədə mühazirələr oxuyur, seminar məşğələ dərsləri aparırlar.Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada Pedaqogika nəzəriyyəsi və tarixi istiqaməti üzrə magistr hazırlığı həyata keçirilir.

Kafedra üzrə tədris planlarıda nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim –tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki , kafedra əməkdaşları  tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanaraq tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq H.M.Əhmədovun “Azərbaycan məktəb və pedaqoji fikir tarixi”(2001)-I hissə, “İdarəetmənin pedaqogika və psixologiyası”(2001)dərsliklərini, eləcə də transliterasiya və faksimile yolu ilə çapa hazırladığı və nəşr etdirdiyi əsərlər (dərsliklər)-A.O.Çernyayevski “Vətən dili”, ”Tiflis-1882”, ”Tiflis-1888” I-II hissə (2007)-(2009), N.Dementyev.”Təmsillər və hekayələr”, ”Tiflis-1839”(2010), S.Vəlibəyov.”Qüdrəti-Xuda”, ”Tiflis-1888”, M.Ş.Vazeh və İ.Qriqoriyev.”Kitabi-türki” Ihissə , ”Tiflis-Təbriz-1855”(2010),   R.Əfəndiyev “Uşaq bağçası” , ”Vətən dili” Ihissə (2009), R.Əfəndiyev “Bəsirət-ül ətfal”, ”Bakı-1901”(2011), Ü.Hacıbəyov. ”Hesab məsələləri”, ”Bakı-1907”(2008), Ə.Paşayevin”Pedaqogika”(2007), F.Rüstəmovla birlikdə “Pedaqogika”(2002) “Oçerki istorii naçalnovo obrazovaniya na Kafkaze v XIX-naçale XX veka”(1991), “Oçerki istorii azerbaydjanskoy şkolı v Qruzii (dorevolyuçionnıy period).(1995), ”Oçerki istorii azerbayrdjanskoy şkolı v Qruzii v XIX-naçale XX vekov (1997), ” A.M.Həsənovun “Pedaqogika” (2007), ”Məktəbəqədər pedaqogika”(2000), ”Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı” (2001)-(2002), I-II cildlik, M.İlyasovun “Məktəbdə peşəyönümü işinin sistemi” (1997), “Yuxarı sinif şagirdlərinin vətəndaşlıq tərbiyəsi” (2003), “Peşəyönümün əsasları” (2011), ”Müəllimin pedaqoji ustalığı” (2013), M.B.Həsənovun ”Ali məktəbdə ekran vasitələrindən istifadəyə dair” (1985), “Tədrisdə təlimin texniki vasitələrinin tətbiqi imkanları” (1989), ”İbtidai məktəbdə ekran vasitələrinin didaktik əsasları” (1992), ”Dərsdə ekran vasitələrindən istifadə”(1993), “Pedaqogika-sxemlər” (I nəşr), (1992), ”Pedaqogika-sxemlər”(II nəşr), (2003), ”Pedaqogika-sxemlər”(III nəşr), (2007), İ.N. İsayevin ”Pedaqogika” (1993), Y.Talıbov, Ə.Ağayev, A.Eminovla  həmmüəllif  olduğu  “Pedaqogika”(2003)- (2006), H.B.Bayramovun “Təhsili idarəetmənin əsasları”(magistratura) (1998), ”İdarəetmənin pedaqogikası və psixologiyası”(2000), ”Nitq mədəniyyətindən mühazirələr” (2006), ”Nitq mədəniyyəti”(2008), ”Təhsili idarəetmənin əsasları” (bakalavr) (2010), ”Upravlençeskaya pedaqoqika i psixoloqiya” (2003), ”Təhsil sisteminin idarə edilməsi” (2013), H.A.Cəfərovun həmmüəllif olduğu “Pedaqoqika naçalnova obrazovaniya” (2004), S.A.Orucovanın “Pedaqoqiçeskiye vzqlyadı Uzeira Qadjibekova” (1988) adlı dərslik və dərs vəsaitlərini göstərə bilərik .

Xarici əlaqələr

Kafedra əməkdaşları əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Ukraynada, Belorusiyada, Litvada, Özbəkistanda, Gürcüstanda, ABŞ-da, Almaniyada, İngiltərədə, Fransada, Polşada, İranda, Türkiyədə və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007247

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)