Bu gün: 17 Oktyabr 2017, Çərşənbə axşamı
ADPU-nun Tarix fakültəsinin «Ümumi tarix» kafedrası
ADPU-nun Tarix fakültəsinin «Ümumi tarix» kafedrası
tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...
Əlaqə
Əməkdaşlar
Tarix
Statistika
Elmi fəaliyyət
Tədris işi
Xarici əlaqələr
• Elmi məqalələr

Əlaqə

Ünvan: AZ 1072, Bakı şəh., Nərimanov rayonu, Akademik Həsən Əliyev küç. 104

Telefon: (99412) 465-03-18 (daxili 145)

Faks:

E-mail:umumitarix@mail.ru

Əməkdaşlar

Vəli Hüseyn oğlu
Əliyev
(kaf. m,t.e.d.prof)

Musa Səməd
oğlu
Həsənov
(t.e.d.prof)
İbadulla Əli oğlu Məmmədov
(t.ü.f.d,dos.)

Şubay Cavad oğlu Nuruzadə
(t.ü.f.d,dos)

Səmayə Musa qızı Mustafayeva
(t.ü.f.d,dos)

İndira Səftər qızı Ələsgərzadə
(b/m.)

Nahidə Sabir
qızı Hacinskaya
(t.ü.f.d,dos)

Aytən Əli qızı Mehdiyeva
(t.ü.f.d,dos)

Aytən Əli qızı
Mehdiyeva
(t.ü.f.d,dos)

Naibə Sultan qızı Hüseynova
(b/m)
 

Nüşabə Yavər qızı Quliyeva
(b/m)

Şəhla Muzəffər qızı Qurbanova
(b/m)
Ramilə Hüseynova
(b/m)
İsaməddin Qulu
oğlu Musayev
(b/m)
 

Tarixi

Ümumi tarix kafedrası 1934-cü ildə «Qərb tarixi» (müdiri prof. P.P.Fridolin olmuşdur) və «Yaxın Şərq tarixi» (müdiri prof. A.S.Bukşpan olmuşdur) kafedralarının bazası əsasında təşkil olunmuşdur.

1937/38-ci tədris ilində kafedraya dos. Əşrəf Quliyev, sonra isə Kərəm Əbdürrəhmanov rəhbərlik etmişdir. 1939/1941 və 1945-1953-cü illərdə «Qədim və orta əsrlər tarixi» adlandırılan bu kafedra dos. Ə.S.Sumbatzadənin rəhbərliyi ilə fəaliyyət göstərmişdir.

Azərbaycan EA-nın həqiqi üzvü, əməkdar elm xadimi, t.e.d. professor Ə.S.Sumbatzadə (21, 1907-19) görkəmli tarixçi alim kimi tanınmışdır. Böyük alim, gözəl pedaqoq və bacarıqlı təşkilatçı kimi xalqımızın nüfuzunu qazanmışdır. Ali məktəb müəllimliyindən alim-akademik səviyyəsinə qədər yüksəlmişdir.

Akademik Ə.S.Sumbatzadə Bakı şəhərinin Suraxanı rayonu Əmirhacıyan kəndində neftçi ailəsində anadan olmuşdur. Onun fəaliyyəti hər şeydən əvvəl yüksək müəllim adı ilə bağlıdır. Gənc yaşlarında əmək fəaliyyətinə müəllimliklə başlamış, 40 ildən artıq bu nəcib sahədə çalımşıdır. 1930-cu illərin əvvəllərindən, ömrünün son illərinədək Respublikanın müxtəlif ali məktəblərində pedaqoji fəaliyyət göstərmişdir. Avropa ölkələrinin orta əslər və yeni tarixi üzrə tədris vəsaiti tərtib edib hazırlamışdır. 1940-1950-ci illərdə tədris vəsaiti olaraq, «XVI-XVII əsrlərdə İtaliya tarixi» «Orta əsrlər tarixi üzrə xronoloji cədvəl», «XI-XVII əsrlərdə Fransa tarixi» (E.M.Şahmalıyevlə birlikdə), «Orta əsrlərin sonunda zərbi Avropa», «XVI-XVIII əsrlərdə İngiltərə və Hollandiya» əsərlərini hazırlamışdır.

Akad. Ə.S.Sumbatzadənin fəaliyyətində pedaqoji və elmi iş bir-birindən təcrid olunmuş şəkildə deyil, həmişə vəhdətdə olmuşdur. Onun yaradıcılığının son onilliklərində elmi-tədqiqat işləri əsas aparıcı yer tutmuşdur. Elmi fəaliyyətinin əsas mövzusu XIX əsrdə Azərbaycanın iqtisadi tarixi, ümumi tarix, iqtisadiyyat və mədəniyyət sahələri üzrə olmuşdur. «XIX əsrdə Azərbaycanın kənd təsərrüfatı» (1958) kitabını və «XIX əsrdə Azərbaycan sənayesi» adlı fundamental monoqrafik əsərini nəşr (1964) etdirmişdir.

Akademik Ə.S.Sumbatzadə öz həmkarları ilə birlikdə ilk ümumiləşdirici «Azərbaycan tarixi» əsərini hazırlamış, redaktorlardan biri, subredaktor olmuşdur. O, yüksək ixtisaslı tarixçi kadralrın hazırlanmasına böyük əmək sərf etmişdir. Azərbaycan SSR EA-nın prezident müavini (1957-1959), Yaxın və Orta Şərq Xalqları İnstitutunun direktoru və ictimai elmlər bölməsinin akademik katibi vəzifələrində çox faydalı, şərəfli işlər görmüşdür.

Sonrakı illərdə kafedraya dos. M.N.Şıxlı (1959-1971) və prof. Y.B.Yusifov (1971-1998) rəhbərlik etmişdir. 1998-ci ildən etibarən kafedraya Azərbaycan arxeologiya elminin inkişaf etdirilməsində böyük xidmətləri olan, Azərbaycan MEA-nın müxbir üzvü, prof. V.H.Əliyev rəhbərlik edir.
Prof. Y.B.Yusifovun Qədim Şərq tarixinin tanınmış tədqiqatçıları arasında özünəməxsus yeri vardır. Sankt-Peterburq (Leninqrad) Dövlət Universitetinin Şərq fakültəsini bitirmiş və orada görkəmli tarixçi-alim, poliqlot, akademik İ.M.Dyakovanın elmi rəhbərliyi ilə aspiranturanı müvəffəqiyyətlə bitirmişdik. Bu dövrdə qədim (şumer, akkad, Elam, Urartu, fars, pəhləvi) və müasir fars dilini öyrənmişdir. O, həmçinin alman, ingilis, rus, ərəb, tacik, əfqan, kürd və Dağıstan xalqlarının dillərini öyrənməklə də məşğul olmuşdur. Y.B.Yusifovun «Qədim Şərq tarixi» (1993), «Tponimikanın əsasları» (1987, şərikli) dərslikləri yüksək elmi səviyyədə və ilk mənbələr əsasında yazıldığından tədrisin müasir tələblərinə tam cavab verir.

Prof. Y.B.Yusifov mixi yazılı qaynaqları və qədim Bizans mənbələrini araşdıraraq, qədim Azərbaycan, İran, Urartu və Mesopotamiyanın şimal əraziləri ilə bağlı bir sıra türk mənşəli tayfarın, ölkə, yer və hökmdarların adlarını müəyyənləşdirmişdir. O, türk etnoslarının ta qədimdən bu geniş ərazilərdə yaşadıqlarını elmi dəlillərlə əsaslandırmışdır.
Avropa irqinə mənsub olan prototükrlər prof. Y.B.Yusifovun fikrincə, müxtəlif istiqamətlərdə, o cümlədən Şərq istiqamətində yayılmış və Altay onların ikinci vətəni olmuşdur. Prototükrlər yerli Altay dilləri ilə ünsiyyətə girmiş və nəticədə burada monqol irqinə mənsub türk etnosları yaranmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, prof. V.H.Əliyev Azərbaycanın ən qədim mədəniyyət ocağı olan Naxçıvan Muxtar Respublikasında bu qədim diyarın tarixinin, maddi və mənəvi mədəniyyətinin geniş, hərtərəfli tədqiqinin elmi əsaslarını yaratmışdır. O, həmçinin Abşeron, Ağsu, Astara, Lerik, Qazax, Xaçbulaq, Füzuli, Şəki-Balakən və digər bölgələrin tarixi abidələrinin öyrənilməsi sahəsində çox dəyərli elmi tədqiqat işləri aparmışdır.

Static göstəricilər(2017)

    15 nəfər professor – müəllim heyəti

    • 1 nəfər  AMEK-ın müxbir üzvü, fəlsəfə elmlər doktoru, professor;
    • 2 nəfər fəlsəfə elmlər doktoru, professor
    • 6 nəfər fəlsəfə doktoru, dosent;
    • 2 nəfər fəlsəfə doktoru, baş müəllim;
    • 4 nəfər baş müəllimi;
    • 1 nəfər 0,5 ştat  baş müəllim;
    • 1 nəfər laborant heyəti çalışır.

Elmi fəaliyyət

Prof. V.H.Əliyev Azərbaycanın eramızdan əvvəl VII-V minillikləri əhatə edən və eneolit mədəniyyətləri, e.ə.II-I minililliklərə aid ilkin şəhər mədəniyyəti, Orta mum dövrü – Boyalı qablar mədəniyyəti, Cənubi Azərbaycanın tunc dövrü mədəniyyəti, Azərbaycanda qədim tayfa ittifaqlarının yaranması və təkamülü, piktoqrafik yazı mədəniyyəti, qayaüstü təsvirləri və sə mühüm problem məsələlər üzərində geniş elmi-tədqiqat işləri aparmaqdadır. O, Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası ərazisində qədim şəhər mədəniyyəti abidələrini aşkara çıxarmış, qədim Azərbaycanın Mesopotamiya ilə eyni dövrdə ilkin sivilizasiya ocaqlarından biri olduğunu sübut etmişdir. Onun tədqiqatları Azərbaycanda ilk dövlət qurumlarının e.ə.IV-II minilliklərdə yarandığını söyləməyə imkan verir.

Prof. V.H.Əliyevin fikrincə, Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ilk sakinləri, insan nəsilləri türk soy köklü etnoslar olmuşlar.
Azərbaycan xalqının etnogenezini məhz türkdilli etnoslar təşkil etmişdir.

Prof. V.H.Əliyev 50 ilə yaxın Naxçıvan MR ərazisində arxeoloji tədqiqatlar apararaq 500-dən artıq tarixi abidələr aşkara çıxarıb elm aləminə tanıtmışdır. Onun Naxçıvan tarixi abidələrinin tədqiqatları əsasında əldə etdiyi nəticələr təkcə Azərbaycanın deyil, eləcə də Qafqaz və Yaxın Şərq ölkələrinin qədim tarixinin bir sıra mühüm problem məsələlərinin öyrənilməsi istiqamətində çox böyük elmi əhəmiyyətə malikdir.

Prof. V.H.Əliyevin «Azərbaycanın tunc dövrü, boyalı qablar mədəniyyəti» (Bakı, 1977), «Qədim Naxçıvan» (Bakı, 1979), «Azərbaycanın orta tunc dövrü mədəniyyəti» (Bakı, 1991), «Naxçıvan» (Bakı, 2001), «Gəmiqaya» (Bakı, 2005) və digər monoqrafik əsərləri Azərbaycan tarixşünaslığında xüsusi yer tutur.

«Naxçıvan» monoqrafik əsərində Naxçıvan diyarının tarixi ən qədim dövrlərdən bu günə qədər öz əksini tapmışdır. Tədqiqatlarından Azərbaycan Milli Elmlər Akademyiyasının nəşrə hazırladığı «Azərbaycan tarixi» (7 cildlik), «Azərbaycan arxeologiyası» (6 cildlik), «Azərbaycan incəsənəti», «Naxçıvan folklor antalogiyası» və b. əsərlərin yazılmasında istifadə olunmuşdur. Onun əsərləri bir sıra xarici ölkələrdə–Fransada, Pakistanda, Rusiyada, Ukraynada, Gürcüstanda, Özbəkistanda nəşr edilmişdir.

Prof. V.H.Əliyev «Azərbaycan tarixi» və «Qədim dünya tarixi» (6-cı siniflər üçün, Azərbaycan və rus dillərində, 2001) dərsliklərinin əsas müəllifi və elmi redaktorudur. Prof. V.H.Əliyevin Azərbaycan tarixi və mədəniyyətinin beynəlxalq miqyasda təbliği sahəsində xüsusi xidməti vardır. O, YUNESKO xətti ilə 1993-cü ildə Pakistanda keçirilən Beynəlxalq elmi simpoziumda, 1994-1997-ci illərdə Azərbaycan Tarixi Tədqiqatçılarının Müstəqil Assoasiyasının Yunikol Xəzər LTD (ABŞ) və Azərbaycan Respublikası MEA-nın birgə Beynəlxalq Bakı simpoziumunda, «Qafqaz və Mərkəzi Asiya Beynəlxalq Araşdırmalar İnstitutu, Azərbaycan Tarixi Departamenti»nin konfransında, Naxçıvan şəhərində «Uluslararası qaynaqlarda Naxçıvan» Beynəlxalq simpoziumunda, Tiflis 1 şəhərində (1997-ci ildə) «Qafqaz arxeologiyası: yeni kəşflər və perspektivlər»inə həsr olunmuş Beynəlxalq konfransda, Ankarada keçirilmiş Beynəlxalq simpoziumda (2001) və Türkiyənin Van şəhərində keçirilmiş (2004) Beynəlxalq konfrasnlarda Azərbaycanın ilkin şəhər mədəniyyəti və qədim mədəni-iqtisadi əlaqələri ilə bağlı elmi məruzələrlə çıxış etmişdir.

2011-ci ildə Naxçıvan şəhərində «Naxçıvan: ilk yaşayış məskəni və şəhərsalma yeri kimi» Beynəlxalq simpoziumnun plenar iclasında «Naxçıvanın ilkin şəhər ədəniyyəti» mövzusunda məruzə etmişdir.

Prof. V.H.Əliyev «Pakistan və Mərkəzi Asiya Elmi Assosiasiyası»nın və «Azərbaycanşünaslar Müstəqil Birliyi Şurası»nın üzvüdür. Kafedranın professoru M.S.Həsənovun «SSRİ–Qərb və Avropa təhlükəsizliyi» mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında (1992), «Almaniya məsələsinin həlli və Avropa təhlükəsizliyi», «Avropa təhlükəsizliyi problemi» (2000) monoqrafiyalarında, «Almaniya və Avstriyada 1848-ci il inqilabları» (1993) adlı metodik vəsaitində bu gün bütün dünyanı narahat edən ciddi siyasi və diplomatik məsələlər şərh edilir.

Hazırda kafedrada 15 nəfər (2 elmlər doktoru, professor, 8 elmlər namizədi, dosent, 2 elmlər namizədi, baş müəllim, 1 dosent, 1 baş müəllim, 1 müəllim)– professorlar: V.H.Əliyev (kafedra müdiri), M.S.Həsənov, dosentlər: A.M.Nəbiyev, İ.Ə.MƏmmədov, Ş.S.Nuruzadə, S.M.Mustafayeva, N.S.Hacınskaya, B.A.Bəxtiyarov, Ə.X.Əhmədova, A.Ə.Mehdiyeva, baş müəllim N.S.Hüseynova, L.R.Orucova və müəllim Ş.M.Qurbanova, İ.S.Ələskərzadə, R.M.Hüseynli, N.Y.Quliyeva.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Arxeologiya
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
    • Tarix müəllimliyi ixtisası
  2. Qədim dünya tarixi
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
    • Tarix müəllimliyi ixtisası
  3. Tarixə köməkçi fənn
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
    • Tarix müəllimliyi ixtisası
  4. Orta əsrlər tarixi
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
    • Tarix müəllimliyi ixtisas
  5. Yeni tarix
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
    • Tarix müəllimliyi ixtisası
  6. Asiya və Afrika ölkələrinin yeni və ən yeni tarixi
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
    • Tarix müəllimliyi ixtisası
  7. Toponimika
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
    • Tarix müəllimliyi ixtisası
  8. Müasir tarix
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
    • Tarix müəllimliyi ixtisası

Magistr pilləsi üzrə

  1. Arxeologiya və etnoqrafiya. Tarixi və metodu.  
    • Arxeologiya və etnoqrafiya ixtisası
  2. Azərbaycanın arxeologiya və etnoqrafiya tarixşünaslığı
    • Arxeologiya və etnoqrafiya ixtisası
  3. Azərbaycanın epiqafiq abidələri
    • Arxeologiya və etnoqrafiya ixtisası
  4. Azərbaycan toponimikası
    • Arxeologiya və etnoqrafiya ixtisası
  5. Arxeologiya və etnoqrafiya elminin müasir problemləri
    • Arxeologiya və etnoqrafiya ixtisası
  6. Azərbaycan arxeologiyası
    • Arxeologiya və etnoqrafiya ixtisası
  7. Azərbaycan etnoqrafiyası
    • Arxeologiya və etnoqrafiya ixtisası
  8. Azərbaycanın qədim dini görüş və onun izləri
    • Arxeologiya və etnoqrafiya ixtisası
  9. Azərbaycan Daş dövrü mədəniyyəti
    • Arxeologiya və etnoqrafiya ixtisası
  10. Azərbaycanın azsaylı xalqları
    • Arxeologiya və etnoqrafiya ixtisası
  11. Azərbaycanın tarixi coğrafiyası
    • Arxeologiya və etnoqrafiya ixtisası
  12. Azərbycanın neolit və eneolit dövr mədəniyyəti
    • Arxeologiya və etnoqrafiya ixtisası
  13. Azərbaycan orta tunc dövrü mədəniyyəti
    • Arxeologiya və etnoqrafiya ixtisası
  14. Azərbaycan ilk dəmir və antik dövr mədəniyyəti
    • Arxeologiya və etnoqrafiya ixtisası
  15. Azərbaycan numizmatikası
    • Arxeologiya və etnoqrafiya ixtisası
  16. Tarix elminin müasir problemləri
    • Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası
  17. Avropa ölkələrinin xarici siyasətində Yaxın Şərq problemi
    • Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası
  18. Müasir beynəlxalq münasibətlərin aktual problemləri
    • Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası
  19. Tarix elminin tarixi və metodologiyası
    • Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası
  20. Azərbaycan Avropa ölkələri beynəlxalq münasibətlər sistemində
    • Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası
  21. I dünya müharibəsi dövründə beynəlxalq münasibətlər
    • Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası
  22. Beynəlxalq təşkilatlar tarixi
    • Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası
  23. Avropa Təhlükəsizlik Əməkdaşlıq Üzrə Helsinki Müşavirəsi. ATƏT-in fəaliyyəti
    • Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası
  24. Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixşünaslığı
    • Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası
  25. Almaniyanın birləşməsi
    • Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası
  26.  II Dünya müharibəsi dövründə beynəlxalq münasibətlər
    • Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası
  27. ABŞ-ın xarici siyasəti. Yaxın Şərq problemi
    • Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası
  28. Azərbaycan ABŞ-ın xarici siyasətində
    • Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası
  29. Müasir Beynəlxalq münasibətlərin aktual problemləri
    • Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası
  30. XX əsrin II yarısında ABŞ-ın xarici siyasəti
    • Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası

Ümumi tarix kafedrasının professor-müəllim heyəti 2013-ci ildə müxtəlif istiqamətlərdə bir çox problem və mövzular üzrə elmi-tədqiqat işləri aparmışdır. Bu tədqiqatlarda ümumi dünya tarixinin ayrı-ayrı problemlərinə dair maraqlı fikirlər söylənmişdir.

Kafedra müəllimləri tədris etdikləri fənnlərə aid dərslik, dərs vəsaitləri və elmi məqalələr nəşr etdirmişlər. Kafedra aspirant, dissertant, magistratura rəhbərlik sahəsində də səmərəli fəaliyyət göstərmişlər. Ümumi tarix kafedrasının professor-müəllim heyyətinin tərkibi 16 nəfərdən ibarətdir. Bunlardan 1 nəfər AMEA-nın müxbir üzvü, 2 nəfər elmlər doktoru-professor, 9 nəfər elmlər namizədi, 8 nəfər dosent, 2 nəfər baş müəllim 4 nəfəri müəllimdir.
Professor -müəllim heyətinin 14 nəfəri elmi –tədqiqat işi aparır.

Son 5 il müddətində (2007-2011-ci illər) Ümumi tarix kafedrasında kadrların tərkibi artmış, gənc mütəxəssislər işə cəlb olunmuş, müxtəlif fənnlər üzrə proqramlar, dərsliklər və dərs vəsaitləri nəşr etdirilmiş, tədrisin keyfiyyəti xeyli yüksəldilmişdir. Ümumi tarix kafedrasında aspirantura, magistratura üzrə kadrların yetişdirilməsi işi elmin və təhsilin müasir tələblərinə tam cavab verir. Dissertasiya işləri müvəffəqiyyətlə başa çatdırılıb müdafiə edilir.

Magistrlər Arxeologiya, Etnoqrafiya, Avropa və Amerikanın yeni və ən yeni tarixi ixtisasınin mühüm problemləri istiqamətlər üzrə elmi tədqiqat işləri aparırlar. Kafedranın müəllimləri tərəfindən Universitetin Tələbə Elmi Cəmiyyəti xətti ilə müntəzəm iş aparılır. Kafedra müəllimləri tərəfindən müasir təhsilin tələblərinə cavab verən yeni proqramlar, dərsliklər və dərs vəsaitləri yazılıb nəşr etdirilmişdir.

Dərsliklər:

  • prof. V.H.Əliyev «Azərbaycan tarixi» (VI sinif), Bakı, 2010; «Qədim dünya tarixi» (VI sinif), Bakı, 2010; dos. S.M.Mustafayeva. «Avropa və Amerika ölkələrinin ən yeni tarixi», I hissə, Bakı, 2010.
  • Dərs vəsaitləri: Dos. S.M.Mustafayeva. «Birinci dünya müharibəsi dövründə beynəlxalq münasibətlər». Bakı, 2010;
  • Dos. Ş.Nuruzadə. «Asiya və Afrika ölkələrinin ən yeni tarixi». Bakı, 2010;
  • Dos. B.Bəxtiyarov, A.Nəbiyev. «Türkiyə və İran II Dünya müharibəsindən sonra».
  • Dos. İ.Məmmədov. Köməkçi tarixi fənlər. Bakı, 2010.
  • Proqramlar: Dos. Ş.Nuruzadə. Asiya və Afrika ölkələrinin yeni və ən yeni tarixi ixtisası. Bakı, 2010;
  • Dos. A.Ə.Mehdiyeva. Qədim Şşrq sivilizasiyası və onun xüsusiyyətləri. Bakalavr hazırlığı üçün. Bakı, 2010.

Dərs vəsaitləri:

  • Dos. S.M.Mustafayeva. «ABŞ-ın xarici siyasəti». Bakı, 2011;
  • Dos. S.M.Mustafayeva. “Almaniya və İtaliyanın ən yeni tarixi” Bakı, 2012.
  • Dos. Ş.Nuruzadə. «Asiya və Afrika ölkələrinin tədris-metodiki vəsaiti». Bakı, 2015
  • Dos.Ə.Əhmədov, b/m Ş.Qurbanova “Avropa və Amerika ölkələrinin yeni tarixi (1870-1918-ci illər)” II hissə., Bakı, 2017.
  • Dos. İ.Məmmədov. Köməkçi tarixi fənlər. Bakı, 2010.
  • Proqramlar: Dos. Ş.Nuruzadə. Asiya və Afrika ölkələrinin yeni və ən yeni tarixi ixtisası. Bakı, 2010;
  • Dos. A.Ə.Mehdiyeva. Qədim Şşrq sivilizasiyası və onun xüsusiyyətləri. Bakalavr hazırlığı üçün. Bakı, 2010.

Kafedranın inkişafında və fəaliyyətində XX əsrin 60-cı illərindən bu günədək çalışan tanınmış tarixçilər –prof. M.S.Həsənov, dos. B.A. Bəxtiyarov və dos. Ə.M. Nəbiyevin xidmətləri təqdirə layiqdir. Onlar yüksək səviyyədə tədris işi aparmaqla yanaşı, kafedra üçün gənc müəllim kadrların yetişdirilməsi sahəsində də böyük zəhmət sərf etmişlər. Nəşr etdirdikləri elmi əsərlər monoqrafiyalar, məqalələr, dərsliklər, dərs vəsaitləri tədrisin müasir tələblərinə tam cavab verir və ümumi tarixin müxtəlif problemlərini əhatə edir.
Prof. M. Həsənov 1939-cu il sentyabrın 2-də tovuz rayonunun Qaraxanlı kəndində ziyalı ailəsində anadan olub.

1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin “Tarix” fakültəsinin fərqlənmə diplomu ilə bitirib, elə həmin ildə də Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olub. 1965-ci ildə aspirantura dövründə orada “Hamılıqla və tamamilə tərksilah problemi” mövzusunda dissertasiya müdafiə edib. 1990-ci ildə orada “SSRİ Qərb və Avropa Təhlükəsizliyi Problemi” adlı doktorluq dissertasiyası müdafiə edib.

Prof. M.Həsənovun hər iki elmi-tədqiqat işi Avropa Beynəlxalq münasibətlərinin müasir tarixi dövrünə həsr edilib. O, bu sahə üzrə Azərbaycanda yeganə mütəxəssisdir.
“Qərb sivilizasiyası nümunədir” 9ərzrum, 1995, 170 səh.), “Avropada təhlükəsizliyin problemləri” Bakı. 2000. 400 səh.) əsərlərini. Ali məktəblər üçün “Avropa və Amerika ölkələrinin yeni tarixi” dərslik, (Bakı, 2010, 455 səh), “Avropada 1848-1849-cu il inqilabları”. Dərslik, (Bakı, 1993, 140 səh) müəllifidir.
Prof. M.Həsənov dəyərli elmi əsərlərin (200-dən artıq), iri həcmli monoqrafiya və dərsliyin –“Tərkisilah bəşəriyyətin idealıdır. (Moskva, 1965, 150 səh).

Xarici əlaqələr

Prof. V.H.Əliyev Türkiyə və İranın arxeoloqları ilə əməkdaşlıq edir. Türkiyənin Şərqi Anadolu, İranın Urmiya və Qaradağ regionlarında Azərbaycanın qədim mədəniyyət abidələri haqqında elmi materiallar toplayır, onun elmi tədqiqatlarının nəticələri İran və Türkiyə tarixçiləri və arxeoloqları tərəfindən qəbul edilir, Cənubi Qafqaz, Ön Asiya və Yaxın Şərqin qədim tarixi və mədəniyyətlərinin tədqiqində istifadə olunur.

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.028596

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)