Bu gün: 27 Aprel 2017, Cümə axşamı
VƏZİFƏLƏRİN TUTULMASI QAYDALARI
VƏZİFƏLƏRİN TUTULMASI QAYDALARI
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNDƏ PROFESSOR, DOSENT, BAŞ MÜƏLLİM, MÜƏLLİM VƏZİFƏLƏRİNİN TUTULMASI QAYDALARI

 

 

1. Ümumi tələblər

 

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Res­pub­likasının 2009-cu il 19 iyun tarixli Qanununa, Azər­bay­can Respublikası Əmək Məcəlləsinə, Azər­bay­can Res­publikası Əmək və Əhalinin Sosial Mü­dafiəsi Nazir­liyi tərəfindən “Təhsil sahəsi işçilərinin qulluq­çu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitab­çasının təs­­diq edilməsi haq­qında” 29 mart 1997-ci il tarixli Qərarı­na, Ali təhsil müəs­sisələrində kafedra mü­diri, professor-müəllim vəzifə­lərinin tutulması qay­daları haqqında Azər­baycan Res­pub­likası Təhsil Nazirliyinin 07 avqust 1996-ci il tarixli əm­rinə, Azər­baycan Respub­likası Təhsil Nazi­rinin 09 mart 2011-ci il tarixli 400 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təh­sil müəs­sisələrində kafedra müdiri, dekan və de­kan müavini vəzifələrinin tutulması qaydaları”na, Azər­baycan Dövlət Pedaqoji Universitetinin Nizamna­mə­sinə və digər müva­fiq qanunvericilik aktlarına uyğun ha­zır­lanmışdır.

1.2. Azərbaycan Dövlət Pedaqoji Universitetinin pro­fessor, dosent, baş müəllim, müəllim vakant vəzifə­ləri bir qayda olaraq müsabiqə yolu ilə 5 tədris ili müddətinə tutulur.

1.3. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ka­fed­raları yenidən təşkil edildikdə yüksək ixtisaslı mütə­xəs­sisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müs­təsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifə­lərə sonra­dan yalnız müsabiqədən keçməklə və əmək müqaviləsi bağ­la­maq­la rektorun əmri ilə təyin olunurlar.

1.4. Azərbaycan Dövlət Pedaqoji Universitetində müsa­biqə tədris ilinin ikinci yarısında elan edilə bilər.

1.5. Müsabiqənin nəticəsinə əsasən vəzifələrə təyin olunmuş şəxs­lərlə işəgö­türən arasında növbəti təd­ris ilindən əmək münasibətləri 5 tədris ili müddətinə bağ­lan­mış əmək müqaviləsi ilə tənzim­lənir. Müqavilə tərəf­lərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinə uyğun tərtib olunur və qüvvədə olan qanunvericiliyə zidd olma­malıdır.

1.6. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rek­to­runa İnsan resursları şöbəsi tərəfindən hər tədris ilinin ə­v­vəlində (noyabr ayının 30-dək) cari tədris ilində sə­la­hiyyət müd­dəti bitəcək seçkili vəzifələrlə bağlı mə­lu­mat verilməlidir.

1.7. Müsabiqədə iştirak etmək üçün sənədlərin təq­dimolunma müddəti elan dərc olunduğu gündən baş­layaraq 30 gündür.

1.8. Müsabiqədə iştirak etmək üçün ərizə ver­mə­miş və ya müsabiqədən keçməmiş şəxslər tutduq­ları vəzi­fədən rektorun əmri ilə azad edilir və əmək kitab­­çasında aşağı­dakı qeydiyyat aparılır: Azərbay­can Res­pub­likası Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin b) bən­dinə (əmək müqaviləsinin müd­dətinin qurtarması) əsa­sən tut­duğu vəzifədən azad edilərək əmək müqavilə­sinə xitam verilsin.

1.9. Azərbaycan Dövlət Pedaqoji Universiteti tə­rə­­fin­dən mərkəzi mətbuatda və Universitetin internet səhi­fəsində növbəti tədris ilində tədris olunacaq fən­lər üzrə müsabiqə elan edilir. Sənədlərin təqdim olunmasına və müsabiqənin keçirilməsi prosesinin hər birinə 1 ay vaxt ayrılır.

1.10. Professor, dosent, baş müəllim, müəllim vəzi­fələrinə namizədliyi irəli sürünənlər müvafiq normativ-hüquqi sənəd­lərlə, qaydalarla, ixtisas tələbləri, əmək funksiyaları ilə tanış olur və elan dərc olunduqdan sonra 1 ay müddətində ərizə ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rekto­ru­­na müraciət edirlər.

1.11. Müsabiqədə professor, dosent, baş müəl­lim, müəl­lim vəzifəsinə müvafiq kafedranın profilinə uyğun, yüksək peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərə­cəyə, lazımi elmi-pedaqoji, idarəetmə təcrü­bəsinə, ingilis dili müəllimlərinə əlavə olaraq İELTS sertifikatı British Council-dan alınmalı (ən azı 6 bal), alman dili müəl­lim­lərinə əlavə olaraq TEST DAF (ən azı 6 bal) əlavə ola­raq, fransız dili müəl­limlərinə əla­və olaraq Test de Con­­naissance du Français (TCF) C2 (600-699 bal), yük­sək mə­nəvi keyfiy­yətlə­rə malik Azərbaycan Res­pub­­li­kası və­tən­daşları, həm­çinin müvafiq qanunveri­ciliyin tə­ləb­ləri gözlənil­məklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər.

1.12. Professor, dosent, baş müəllim, müəllim və­zi­fələrini tutmaq üçün müsabiqədə iştirak edən­lərin gös­təri­ciləri həmin vəzifənin tələblərinə uyğun gəl­mədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.

1.13. Müsabiqədə iştirak etmək istəməyən şəxs ərizəsini rektor tərəfindən təyinolunma haqqında əmr verilənədək istənilən vaxt geri götürə bilər.

1.14. Professor, dosent, baş müəllim, müəllim vəzi­fə­lərini tutan şəxslərin fəaliyyətinə hər hansı səbəbdən müəyyən olunmuş müddətdən əvvəl qanunvericilikdə nə­zərdə tutulmuş qaydada xitam verildiyi və ya elan olun­muş müsabiqə baş tutmadığı hallarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun əmri ilə profes­sor-müəllim heyəti vəzifəsi­nin icrası bu vəzifənin tələb­lərinə cavab verən əmək­daşa müvəqqəti (müsabiqə ke­çirilənə­dək) həvalə olunur. Həmin vəzifələrin müsa­biqəsi bu qaydaların şərtləri gözlənilməklə elan olunur.

1.15. İki və ya daha çox kafedra birləşdirildikdə, yaxud hər hansı kafedranın bazasında iki və daha çox kafedra yarandıqda buradakı professor-müəllim heyəti­nin seçkilərinin əvvəl seçildikləri müddətdən tez keçiril­mə­sinə icazə verilmir. Bu halda müddət kafedra birləş­dirilə­nədək (yaxud ayrılanadək) keçiril­miş seçki günün­dən hesablanır.

1.16. Seçkilər müsabiqə elan olunan gündən ən azı 3 (üç) ay müddətində başa çatdırılmalıdır. Üzrsüz səbəb­dən seçkilərin müsa­biqə vaxtında keçirilmə­məsinə görə Azər­baycan Dövlət Pedaqoji Univer­site­tinin müva­fiq struktur bölmələrinin rəhbərləri bilavasitə məsuliy­yət daşı­yırlar.

 

2. Müsabiqənin keçirilməsi qaydaları

 

2.1. Professor, dosent, baş müəllim, müəllim və­zifə­­lərinə təyin olunmanın şəffaf və obyektiv aparıl­masını təmin etmək məqsədilə Azərbaycan Dövlət Pedaqoji Uni­versitetində Sənəd Qəbulu Komis­siya­sı yaradılır.

2.2. Sənəd Qəbulu Komissiyasının tərkibi Azər­­bay­­can Dövlət Pedaqoji Universitetinin rektoru­nun əmri ilə təsdiq edilir.

2.3. Sənəd Qəbulu Komissiyasının tərkibi sədr, katib və üzvlərdən ibarət olur.

2.4. Müsabiqədə iştirak etmək istəyənlərin ərizə­ləri və sənədləri rektorun müvafiq dərkənarı ilə araş­dı­rılmaq üçün Sənəd Qəbulu Komissiyasına gön­də­rilir.

2.5. Müsabiqədə iştirak etmək istəyənlərin əri­zəsinə aşağıdakı sənədlər əlavə edilir:

- kadrların şəxsi uçot vərəqəsi;

- tərcümeyi-hal;

- ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notariat qaydası ilə təsdiqli surətləri;

- elmi və elmi-metodik işlərin siyahısı.

­2.6. Professor, dosent, baş müəllim vəzifəsini tut­maq üçün elan olunmuş müsabiqədə müvafiq ixti­sas üzrə elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilərlər. Müstəsna hallarda (xarici dil, incəsənət, musiqi ixtisasları üzrə, bədən tərbiyəsi və idman ixti­sası fənləri üzrə, hərbi və mülki müdafiə fənləri üzrə) professor, dosent, baş müəl­lim vəzifəsini tutmaq üçün müsabiqədə həmin ixti­sas­lar üzrə elmi dərəcəsi olmayanlar da iştirak edə bilərlər.

2.7. Müsabiqədə iştirak haqqında ərizə qəbulundan imtina etmək yalnız namizədin müsabiqə üçün təq­dim olunan sənədlərinin elanın şərt­lərinə uyğun gəl­mə­diyi və ya ərizənin verilmə müddəti gözlənilmədiyi hallarda ola bilər.

2.8. Professor, dosent, baş müəllim, müəllimin əmək funksiyaları təhsil sahəsi işçilərinin qulluqçu vəzi­fə­lərinin Azərbaycan Respublikası Əmək və Əhali­nin Sosial Müda­fiəsi Nazirliyi tərəfindən “Təhsil sahəsi işçilərinin qulluq­çu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasının təsdiq edilməsi haqqında” 29 mart 1997-ci il tarixli Qə­rarı ilə tənzimlənir.

 

Professor

Professor vəzifəsini tutmaq üçün müsabiqədə professorlar iştirak edə bilərlər.

Əmək funksiyası:

Tədris planlarına və proqramlarına uyğun olaraq ixtisaslar üzrə mühazirələr aparır, praktik, laborator və se­mi­nar məşğələlərinə rəhbərlik edir; dosent, baş müəllim, müəllim heyətinin fəaliyyətinə istiqamət ve­rir. İstehsalat təc­rü­bəsinə rəhbərlik edir; tələbələrin kurs və diplom layihə­lərinə, müstəqil işlərinə rəh­bərlik edir; dövlət və ses­siya imtahanlarını qəbul edir; fərdi plana uyğun olaraq elmi-tədqiqat işini yerinə yetirir, digər müəllimlərin elmi işlərinə, dissertasi­ya­lara rəy verir; doktorant və disser­tantlara, tələbə el­mi-tədqiqat işlərinə rəhbərlik edir, dərs­lik, dərs və­sait­­ləri, metodik tövsiyə­lər yazır, proqramlar tərtib edir. Tədqiq etdiyi problem­lərlə bağlı respublika və xarici ölkələrdə keçirilən simpoziumlarda, konfranslarda, müşa­virələrdə və digər elmi tədbirlərdə məruzə və məlumatlar­la çıxışlar edir.

Bilməlidir:

Təhsil-tərbiyə, o cümlədən ali təhsil və elmlə bağlı qanun, qərar, əmrləri, ali təhsillə bağlı normativ sə­nəd­ləri; metodik tövsiyələri, tədris planlarının məz­mununu, müəllimlərin, laborant-texniki heyətin vəzi­fə­lərini, dərs­lik, dərs vəsaiti yazmağı, proqram tərtib etməyi, elmi tədbirlər (simpoziumlar, konfrans, müşa­virə və s.) təşkil et­məyi və ona rəhbərlik etməyi, elm adamları ilə əlaqə yarat­mağı, doktorantlara elmi rəhbərlik etməyi.

 

Dosent

Dosent vəzifəsini tutmaq üçün müsabiqədə dosent­lər iştirak edə bilərlər.

Əmək funksiyası:

İxtisası üzrə tədris planlarına uyğun olaraq mü­ha­­zirə, seminar, laborator və praktik məşğələlər aparır; isteh­salat təcrübəsinə rəhbərlik edir; kurs və diplom layihələrinə, tələbələrin müstəqil işlərinə rəh­bərlik edir; tələbələrdən dövlət və sessiya imtahan­la­rını qəbul edir; kafedranın təsdiq olunmuş elmi-təd­qiqat planlarına uy­ğun olaraq elmi iş aparır; elmi-təd­qiqat işlərinə və disser­ta­siyalara rəy verir; tələbə el­mi-tədqiqat işlərinə rəhbərlik edir; tələbələrin tər­biyə məsələsi ilə bağlı tədbirlər görür; dərslik, dərs və­sait­ləri, metodik tövsiyə­lər yazır, proqram­lar tərtib edir.

Bilməlidir:

Təhsillə bağlı qanunvericiliyi; normativ sənədləri; təd­ris planlarının məzmununu; tələbələrlə ünsiyyətdə olmağı; onların psixoloji xüsusiyyətlərini; elmi-təd­qiqat işi aparmağı.

 

Baş müəllim

Baş müəllim vəzifəsini tutmaq üçün müsabiqədə bir qayda olaraq ən azı 3 illik elmi-pedaqoji stajı olan fəlsəfə dok­torları və ya ən azı 5 illik elmi-pedaqoji stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodik işləri olan yüksək ixtisaslı ali təhsilli mütə­xəssislər (magistrantlar) iştirak edə bilərlər.

Əmək funksiyası:

İxtisası üzrə tədris planlarına və fərdi plana uyğun ola­raq mühazirə, seminar, laborator və praktik məşğə­lələr aparır; istehsalat təcrübəsinə rəhbərlik edir; kurs və diplom layihələrinə, tələbələrin müstəqil işlərinə rəhbər­lik edir; tələbələrdən dövlət və sessiya imtahanla­rını qə­bul edir; elmi-tədqiqat işi aparır; el­mi-tədqiqat işlərinə və dissertasiyalara rəy verir. Tə­lə­bə elmi-tədqiqat işlə­rinə rəh­bərlik edir; tələbələrin tərbiyəsi ilə bağlı təd­birlər görür və s.

Bilməlidir:

Təhsillə bağlı qanunvericiliyi və normativ sə­nəd­ləri, tədris planlarını; tələbələrlə ünsiyyətdə olmağı; elmi-tədqiqat işi aparmağı.

Müəllim

Müəllim vəzifəsini tutmaq üçün müsabiqədə elmi-pedaqoji və ixtisası üzrə ən azı 1 il iş stajı olan fəl­səfə dok­tor­ları, eləcə də ən azı 3 il elmi-pedaqoji stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodik işləri olan ali təhsilli mütəxəssislər (magis­trant­lar) iştirak edə bilərlər.

Əmək funksiyası:

Təhsilin bütün formaları üzrə seminar, laborator və praktik məşğələlər aparır. Kafedranın tədqiq etdiyi prob­­­lem üzrə elmi-tədqiqat işi aparır. Tələbələrin müs­təqil işlərinə istiqamət verir.

Bilməlidir:

Təhsillə bağlı qanunvericiliyi, normativ sənədləri və metodik tövsiyələri; tədris etdiyi fənni; ixtisasını; tələ­­bə­lərin psixoloji xüsusiyyətlərini; tələbələrə fərdi yanaş­mağı.

2.9. Professor, dosent, baş müəllim, müəllim və­zi­fə­lərini tutmaq üçün müsabiqədə iştirak edənlərin “Açıq dərslər”i Fakültə Metodşuraları tərəfindən video-çəki­lişlər keçirilərək təşkil olunur. Fakültə Me­tod­şurası açıq dərsləri üç səviyyədə (orta, yaxşı, yüksək) qiymət­lən­dirərək qərar verir.

2.10. Sənəd Qəbulu Komissiyası müvafiq fakültə dekanlığı ilə birgə professor, dosent, baş müəllim, müəl­lim vəzifələrini tutmaq üçün müsabiqədə iştirak edən şəxslərlə bağlı müvafiq kafedranın rəyini öy­rən­mək məqsədilə onun iclasını təşkil edir. İclasa Sə­­nəd Qəbulu Komis­siyasının sədri və ya müvafiq fa­­kültənin dekanı sədrlik edir. Kafedra üzvlərinin (ştat­­da olan müəllimlər, o cümlə­dən 0,5 ştatda çalı­şanlar və elmi işçilər) 2/3 hissəsi iştirak etdiyi halda iclas keçərli sayılır.

2.11. Kafedranın iclasında (gizli səsvermədən əv­vəl) müsabiqədə iştirak edən hər bir namizədin peşə-ixti­sas ha­zır­lığı haqqında məlumat dinlənilir, onların təqdim etdi­yi sənədlər araşdırılır və gizli səs çoxluğu ilə (50+1%) qərar qəbul edilir. Müsabiqədə iştirak edənlər kafedranın iclasında iştirak edə bilər.

2.12. Kafedrada səsvermənin nəticəsini hesab­lamaq üçün səsvermədən əvvəl 3-5 nəfərdən iba­rət Hesab­lama Komissiyası seçilir. Müsabiqədə işti­rak edənlərin adı və soyadı eyni səsvermə büllete­ninə daxil edilir. Namizəd­lərin lehinə və əleyhinə müna­sibət bülletendə müvafiq adın saxlanılması, yaxud pozul­ması ilə bildirilir. Hər bir ic­las iştirakçısı yal­nız bir nami­zədə səs verə bilər. Bül­leten­də iki və da­ha çox namizədin ad və soyadı pozul­mamış qal­dıqda bülleten etibarsız sayılır.

2.13. Hesablama Komissiyası müsabiqədə işti­rak edənlərin hər biri üçün səsvermənin nəticəsini ayrılıqda elan edir və onun protokolu kafedra tərə­fin­dən mövcud qay­da üzrə təsdiq olunub, müsabiqə sə­nədlərinə əlavə edilir. Kafed­ranın qərarı sədr tə­rəfin­dən imzalanır və Fakültə Elmi Şurasına təqdim olu­nur.

2.14. Fakültə Elmi Şurasının iclasında (gizli səs­vermədən əv­vəl) müsabiqədə iştirak edən hər bir nami­zə­din peşə-ixti­sas hazırlığı haqqında məlumat dinlənilir, onların təqdim etdiyi sənədlər araşdırılır və gizli səs çox­luğu ilə (50+1%) qərar qəbul edilir. Müsabiqədə iştirak edənlər Fakültə Elmi Şurasının iclasında iştirak edə bilər.

2.15. Fakültə Elmi Şurasında səsvermənin nəti­cəsini hesablamaq üçün səsvermədən əvvəl 3-5 nə­fərdən ibarət Hesab­lama Komissiyası seçilir. Mü­sabiqədə iştirak edən­lərin adı və soyadı eyni səsver­mə bülleteninə daxil edilir. Namizədlərin lehinə və əleyhinə müna­sibət bülletendə müvafiq adın saxla­nılması yaxud pozul­ması ilə bildirilir. Hər bir iclas iştirakçısı yalnız bir nami­zədə səs verə bilər. Bülle­ten­də iki və daha çox namizədin ad və soyadı po­zulmamış qaldıqda bülleten etibarsız sayılır.

2.16. Hesablama Komissiyası müsabiqədə işti­rak edənlərin hər biri üçün səsvermənin nəticəsini ayrılıqda elan edir və onun protokolu Fakültə Elmi Şurası tərəfin­dən mövcud qayda üzrə təsdiq olunub, müsabiqə sənədlə­rinə əlavə edilir. Fakültə Elmi Şurasının qərarı sədr tərə­findən imzalanır və müsa­bi­q­ədə qalib gələn­lərin müvafiq vəzi­fələrə təyin olun­ması barədə rektora təqdimat hazırla­nır.

2.17. Fakültə Elmi Şurasının və kafedranın rəyi əsa­sında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru hər hansı bir müsabiqədə iştirak edənləri bağ­lı müsbət qərar qəbul etdiyi halda müsa­bi­q­ədə qa­lib gələnlərə növ­bəti tədris ilindən başlayaraq 5 (beş) tədris ili müddətində əmək fəaliyyəti ilə məşğul olmaq üçün Sertifikatla təltif edir, Azərbaycan Res­pub­likasının Əmək Məcəlləsinə əlavə edil­miş “Əmək Məcəlləsinin (kontraktın) nümunəvi for­ma­sına uyğun 5 (beş) tədris ili müddətinə əmək müqa­vi­ləsi bağla­yır və müvafiq əmr verir. Vəzifəyə təyin olunmuş şəxslər gördüyü işlər ba­rədə müntəzəm olaraq kafedrada hesabat verirlər.

2.18. Professor, dosent, baş müəllim, müəllim mü­sa­bi­q­əsində iştirak etmək üçün ən azı iki namizəd sə­nəd vermədikdə yaxud ən azı iki namizəd mü­sa­biqədə iştirak etmədikdə və ya bu vəzifələrə təyinolun­ma baş tutma­dıqda vakant olan həmin vəzifə­lə­rin tutulması üçün yeni­dən müsabiqə elan olunur. Hə­­min müsabiqədə  əvvəlki namizədlər  də bu qay­daların  tələbləri  gözlənil­məklə ye­nidən iştirak edə bilərlər.

2.19. Müsabiqədə iştirak etmək üçün ərizə veril­məz­sə və ya səsvermə nəticəsində heç bir namizəd seçil­məzsə, müsabiqə baş tutmamış hesab olunur. Bu yerlərə yenidən müsabiqə elan olunduğu təqdirdə, əvvəlki namizədlər də həmin müsabiqədə iştirak edə bilərlər.

2.20. Seçkilər müsabiqə elan olunan gündən ən azı 3 (üç) ay müddətində başa çatdırılmalıdır.

2.21. Müsabiqə ilə əlaqədar şikayəti olanlar elan dərc olu­nan gündən başlayaraq seçkilərdən ən azı 15 gün keçə­nədək universitetin rektoruna müraciət edə bilər. Müsa­biqə keçirilərkən qeyri-obyektivlik halları aşkar oldu­ğu halda məsələ baxılmaq üçün universitetin Elmi Şurasının gündəliyinə salına bilər.

2.22. Bu Əsasnamənin hər hansı bəndi pozu­larsa,   universitetin  rektoru  müsabiqəni və  seçkilərin  nəticə­lərini ləğv edə bilər.

2.23. Müəllim vəzifəsinə eyni zamanda dok­­­toranturanı (əyani) müvəffəqiyyətlə bitirmiş, eləcə də cari ildə ADPU-nu fərqlənmə diplomu ilə başa vur­muş və elmi-tədqiqat işinə meyili olan magistrantlar da müs­tas­na hallarda rektorun əmri ilə 3 (üç) tədris ilindən çox olmayan müd­dətə təyin edilə bilərlər. Həmin müd­­dət bitdikdən sonra gös­tərilən vəzifələr bu Əsas­naməyə uyğun olaraq müsabiqə yolu ilə tutulur.

2.24. Müvafiq elmi adı, elmi dərəcəsi və iş stajı olan şəxslər universitetdə saathesabı və ya əvəz­çiliklə elmi-pedaqoji işə müddətli əmək müqaviləsi əsasında rektorun əmri ilə götürülür.

2.25. Professor, dosent, baş müəllim və müəl­lim­lər müstəsna hallarda rektorun əmri ilə müsabi­qə­dənkənar müvafiq vəzifələrə təyin oluna bilər­lər.

 

3. Əmək müqaviləsinə xitam verilməsi

 

3.1. Əxlaqi qüsurlara, əmək intizamını pozdu­ğuna, vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyinə və Azər­bay­­can Respublikası qanunvericiliyində nə­zər­də tutul­muş başqa hallara görə tutduğu vəzifədə işləməyə layiq görül­məyən professor-müəllim heyəti ilə bağlanmış əmək mü­qa­vilələrinə rektorun əmri ilə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam ve­rilə bilər. Bu zaman müvafiq fa­kül­tələrin təqdimatı və onların seçildiyi Elmi Şuranın qə­rarı əsas gö­tü­rülür.

 

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.020119

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)