Bu gün: 17 Oktyabr 2017, Çərşənbə axşamı
ADPU-Elan (2017)
ADPU-Elan (2017)
Mündəricat

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi altıncı ildönümünə həsr edilmiş tədbir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev məktəbinin lektoriyasında 2017-ci il oktyabr ayının 18-də, saat 11:00-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi altıncı ildönümünə həsr edilmiş tədbir keçiriləcək.

“Öyrənməyi öyrənmək” mövzusunda II Beynəlxalq təlim konfransı keçiriləcək
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) nəzdində fəaliyyət göstərən Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən 16-17 noyabr 2017-ci il tarixlərində “Öyrənməyi öyrənmək” mövzusunda II Beynəlxalq təlim konfransı keçiriləcək. Konfransın əsas məqsədi təhsil işçilərinin davamlı peşəkar inkişafına töhfə verməklə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı dəstəkləməkdir. Konfransda beynəlxalq aləmin qabaqcıl tədqiqatçı və məruzəçiləri: Leyn Klark, Mətt Bromli, Dr Tristan Stobi iştirak edəcəklər.

"Elektron Təhsil" Respublika müsabiqəsi
Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası üzrə irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə "Elektron Təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 14 iyul 2017-ci il tarixli əmrinə əsasən, Təhsil Nazirliyi 6 sentyabr 2017-ci il tarixdə "Elektron Təhsil" Respublika müsabiqəsinin başlanmasını elan etmişdir.

“Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyə Respublikasının Kastamonu Universitetinin rəhbərliyi, professor-müəllim heyəti 2017-ci il oktyabrın 12-də saat 08:30-da Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi Abidəsini ziyarət edəcək, sonra isə saat 10:30-da ADPU-da “Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı keçiriləcək.

5 Oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi 2017-ci il oktyabr ayının 5-də, saat 09:00-da Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edəcək, sonra isə saat 11:00-da Böyük Akt zalında 5 Oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş rəsmi və bədii hissədən ibarət tədbir keçiriləcək.

“Molla Pənah Vaqif təsviri realizmin banisi kimi” Respublika elmi-praktik konfransı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında 2017-ci il sentyabrın 28-də, saat 11:00-da böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Molla Pənah Vaqif təsviri realizmin banisi kimi” Respublika elmi-praktik konfransı keçiriləcək.

15 Sentyabr – Bilik Gününə həsr edilmiş tədbir
Azərbaycan Dövlət Pedaqoji Universitetində 2017-ci il sentyabr ayının 15-də saat 9:00-da Bilik Gününə həsr edilmiş tədbir keçiriləcək.

“Şərqi və Qərbi Türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” Beynəlxalq elmi konfransı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Xəzər Universitetinin, Türkiyənin Səlcuq Universitetinin, Sütçü İmam Universitetinin və Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə 12-14 sentyabr 2017-ci il tarixlərində “Şərqi və Qərbi Türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” Beynəlxalq elmi konfransı keçiriləcək. Məlumat üçün bildiririk ki, beynəlxalq elmi konfransın plenar iclası sentyabrın 12-si saat 09:00-da AMEA-nın Akt zalında (Bakı şəhəri, Hüseyn Cavid prospekti 115, metronun “Elmlər Akademiyası” stansiyasının yanı) keçiriləcək, sonra isə konfrans öz işini ADPU-da davam etdirəcək.

ADPU-da I tədris ilinə qəbul olunmuş tələbələrlə görüş
Azərbaycan Dövlət Pedaqoji Universitetində 2017-ci il sentyabr ayının 14-də I tədris ilinə qəbul olunmuş tələbələrlə görüş keçiriləcək. Məlumat üçün bildirək ki, Filologiya fakültəsində görüş saat 09:00-da, Riyaziyyat və informatika fakültəsində saat 10:00-da, Kimya və biologiya fakültəsində saat 11:00-da, Fizika və texnologiya fakültəsində saat 12:00-da, Tarix və coğrafiya fakültəsində saat 14:00-da, İbtidai təhsil fakültəsində saat 15:00-da, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsində saat 15:00-da, Məktəbəqədər təlim, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində saat 16:00-da keçiriləcək.

Elmi Şuranın iclası
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının 2017-ci il sentyabr ayının 8-də saat 11:00-da Heydər Əliyev məktəbinin lektoriyasında 2017-2018-ci tədris ili üçün ilk iclası keçiriləcək.

“Ümumi təhsilin kurikulumunun əsasları” mövzusunda təlim kursu
Azərbaycan Dövlət Pedaqoji Universitetində 2017-ci ilin iyul ayının 12-dən iyul ayının 21-dək “Ümumi təhsilin kurikulumunun əsasları” mövzusunda 42 saatlıq təlim kursu keçiriləcəkdir. Universitetin professor-müəllim heyəti və digər arzu edən müəllimlər dəvətlidir. Təlim ödənişlidir. Təlim iştirakçıları yekunda imtahanda iştirak edəcəklər. Müvəffəqiyyət qazananlar sertifikatla təltif olunacaqlar. Təlim kursunun mövzuları aşağıda təqdim edilir. E-mail:gulshen.novruzova2015@yandex.ru

“Ümumi təhsilin kurikulumunun əsasları” mövzusunda təlim kursu
Azərbaycan Dövlət Pedaqoji Universitetində 2017-ci ilin iyul ayının 12-dən iyul ayının 21-dək “Ümumi təhsilin kurikulumunun əsasları” mövzusunda 42 saatlıq təlim kursu keçiriləcəkdir. Universitetin professor-müəllim heyəti və digər arzu edən müəllimlər dəvətlidir. Təlim ödənişlidir. Təlim iştirakçıları yekunda imtahanda iştirak edəcəklər. Müvəffəqiyyət qazananlar sertifikatla təltif olunacaqlar. Təlim kursunun mövzuları aşağıda təqdim edilir. E-mail:gulshen.novruzova2015@yandex.ru

Elmi Şuranın iclası
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının 2017-ci il iyul ayının 14-də saat 10:00-da Böyük Akt zalında iclası keçiriləcək.

Məzun gününə həsr edilən tədbir
Azərbaycan Dövlət Pedaqoji Universitetində 2017-ci il iyun ayının 30-da saat 18:00-da Məzun gününə həsr edilən tədbir keçiriləcək.

Yaz semestrinin imtahan sessiyasının monitorinqi
Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən İctimai Şura 2017-ci il iyun ayının 14-də saat 10:00-da 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının monitorinqini keçirəcək. Monitorinqdə təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.

“Milli Qurtuluşdan intibaha” adlı tədbir
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə 2017-ci il iyun ayının 12-də saat 11:00-da universitetin Böyük Akt zalında 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçiriləcək.

Aleksandr Sergeyeviç Puşkinin doğum gününə həsr olunmuş “Puşkiniana” adlı tədbir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Xarici dillər və onların tədrisi metodikası kafedrasında 2017-ci il iyun ayının 2-də saat 14:00-da böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum gününə həsr olunmuş “Puşkiniana” adlı tədbir keçiriləcək.

Elmi Şuranın iclası
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının 2017-ci il may ayının 31-də saat 15:00-da Heydər Əliyev məktəbinin lektoriyasında iclası keçiriləcək .

Ustad dərs
25 may 2017-ci il tarixində Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Mahirə Hüseynovanın ““Qarı dağı” hekayəsi üzrə vasitəli və vasitəsiz nitq” və həmin kafedranın professoru Mirvari İsmayılovanın “Bakı şəhərinin ilk tədqiqatçısı Sara Aşurbəylinin həyat və yaradıcılığı mövzusu üzrə vasitəli, vasitəsiz nitq” adlı Ustad dərs layihəsi çərçivəsində 43 saylı Məktəb Lisey Kompleksində (MLK) 9A və 9C siniflərində açıq dərsləri keçiriləcəkdir.

Tələbə Elmi Cəmiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 74-cü elmi konfransı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Akt zalında 2017-ci il may ayının 26-da saat 10:00-da Tələbə Elmi Cəmiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 74-cü elmi konfransı keçiriləcək.

28 May-Respublika Gününə həsr edilmiş tədbir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev məktəbinin lektoriyasında 2017-ci il may ayının 26-da saat 11:00-da 28 May-Respublika Gününə həsr edilmiş tədbir keçiriləcək.

Açıq dərs
24 may 2017-ci il saat 10-30-da 43 saylı MLK-da Müasir Azərbaycan dili kafedrasının dosenti, f.ü.f.d. Sevinc Sadıqovanın “Vasitəsiz nitq və onun formaları” mövzusunda açıq dərsi olacaqdır. Dərsdə MLK-nın direktoru f.e.d. Qafar Hüseynov, dərs hissə müdiri K.Bədəlova, fənn müəllimi Natavan Məmmədova, Müasir Azərbaycan dili kafedrasının müdiri dosent M.Hüseynova və kafedranın əməkdaşları iştirak edəcəklər. Arzu edənlər dərsdə iştirak edə bilərlər. Ünvan: 43 sayl MLK, F.X.Xoyski 1.

Riyaziyyat və informatika fakültəsində müzakirə
Riyaziyyat və informatika fakültəsində 2017-ci il may ayının 19-da saat 12:00-da 318 nömrəli auditoriyda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun 13 may 2017-ci ildə “Xalq qəzeti”ndə dərc olunmuş “Heydər Əliyev və Azərbaycan təhsilinin milliləşdirilməsi strategiyası” adlı məqaləsinin müzakirəsi keçiriləcək.

Elan
Filologiya fakültəsi H.Əliyev adına lektoriyada 18.05.2017-ci il tarixdə saat 12:00-da ADPU-nun rektoru, professor Cəfər Cəfərovun 13.05.2017-ci il tarixli "Xalq qazeti" də dərc olunmuş "Heydər Əliyev və Azərbaycan təhsilinin milliləşdirilməsi strategiyası" adlı məqaləsinin seminar müzakirəsini keçirəcəkdir. Arzu edənlər seminar müzakirəsində iştirak edə bilərlər.

Aygün İsmayıllının fərdi yaradıcılıq sərgisi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsinin “Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası” ixtisasının II tədris ili magistrantı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Aygün İsmayıllının 2017-ci il may ayının 16-da, saat 12:00-da universitetin Üzeyr Hacıbəyli küçəsi, 68 ünvanında yerləşən 1 nömrəli tədris binasında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan fərdi yaradıcılıq sərgisi keçiriləcək. Maraqlananlar iştirak edə bilərlər.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə 2017-ci il may ayın 12-də saat 11:00-da universitetin Böyük Akt zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçiriləcək.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının və Heydər Əliyev Muzeyinin birgə təşkilatçılığı ilə 2017-ci il may ayının 10-da saat 10:30-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçiriləcək.

Elan
Varşava Universitetinin Şərqi Avropaşünaslıq Mərkəzi 10-13 iyul 2017-ci il tarixdə Şərqi Avropa Konfransını təşkil edir. “Mərkəzi-Şərqi Avropa Qlobal Problemlərlə qarşı-qarşıya” adlanan konfrans 14-cü buraxılışını həyata keçirir.

Gənclər Forumu
Ən böyük beynəlxalq tədbirlərdən biri olan 12-ci Gənclər Forumu 6-10 dekabr 2017-ci ildə Dubayda baş tutacaqdır.

Şəhla Rəsulzadənin təqdimatı
2017-ci il may ayının 4-də saat 15:00-da 308 nömrəli auditoriyada Riyaziyyat və informatika fakültəsinin Hesablama riyaziyyatı və informatika kafedrasının müəllimi Şəhla Rəsulzadənin 27 fevral-1 mart tarixlərində Danimarkanın Kopenhagen Universitet Kollecində keçirilən Beynəlxalq həftədəki çıxışı ilə bağlı təqdimatı keçiriləcək.

Elan
Lebedev və Gluşkov adına Proqramlaşdırma üzrə 12-ci Açıq Beynəlxalq Tələbə Olimpiadası Ali Təhsil Müəssisələrinin tələbələrini olimpiadada iştirak etməyə dəvət edir.

Elmi-praktik konfrans
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında 4 may 2017-ci ildə saat 11:00-da İbtidai təhsil fakültəsinin magistrantlarının ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransı keçiriləcək. Konfransda 94 məruzənin dinlənilməsi nəzərdə tutulub. Ən yaxşı məruzənin müəllifləri I, II və III dərəcəli diplomlarla təltif ediləcək.

Filologiya fakültəsi Elmi Şurasının genişləndirilmiş iclası
28 aprel 2017-ci il tarixdə saat 1200-da Filologiya fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçiriləcəkdir. Burada fakültənin professor-müəllim heyəti, əvəzçi və saathesabı müəllimləri iştirak edəcəklər. Qeydiyyat saat 10.30-dan başlayır.

“Mənəvi-əxlaqi dəyərlərin təhsilə tətbiqi” mövzusunda təlimlər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Böyük Akt zalında 2017-ci il aprel ayının 17-də, saat 14:00-da Tailand Texnoloji Elmi-Tədqiqat İnstitutunun direktoru, NASA-nın əməkdaşı, peşəkar pedaqoq Art Onq Djumsainin “Mənəvi-əxlaqi dəyərlərin təhsilə tətbiqi” mövzusunda iki günlük təlimlərinə başlanılacaq.

“İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar” Respublika elmi konfransı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Böyük Akt zalında 2017-ci il aprel ayının 14-də, saat 11:00-da “İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar” Respublika elmi konfransı keçiriləcək.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin XVII hesabat-seçki konfransı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kiçik akt zalında 2017-ci il aprel ayının 14-də, saat 11:00-da Həmkarlar İttifaqı Komitəsinin XVII hesabat-seçki konfransı keçiriləcək.

Həmkarlar İttifaqı Komitəsinin XVII hesabat-seçki konfransı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kiçik akt zalında 2017-ci il aprel ayının 13-də, saat 11:00-da Həmkarlar İttifaqı Komitəsinin XVII hesabat-seçki konfransı keçiriləcək.

Riyaziyyat və informatika fakültəsində Ustad dərsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsində 2017-cı il aprel ayının 11-də saat 16:00-da, H.Əliyev lektoriyasında Bakı şəhər Səbail rayon 27 nömrəli məktəbin riyaziyyat müəllimi Məhəmmədova Yeganə Məhəmmədiyyə qızının “8-ci sinifdə bərabərsizliklər” mövzusunda ustad dərsi keçiriləcəkdir..

Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Böyük Akt zalında 2017-ci il aprel ayının 11-də, saat 14:00-da ali məktəb tələbələrinin xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçiriləcək.

Elan
6 aprel 2017-ci ildə Rusiyanın Bakıda yerləşən İnformasiya-mədəniyyət mərkəzində VIII Xeyriyyə Pasxa Bazarının açılışı keçiriləcəkdir. Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin nümayəndələrinin iştirakı gözlənilir. Pasxa günlərinin iki gün keçirilməsi nəzərdə tutulmuşdur: 6 aprel saat 14:00-dan 18:00-a, 7 aprel 11:00-dan 17:00-a qədər.

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində elmi-praktik seminar keçiriləcək
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin akt zalında 2017-ci il aprel ayının 6-da saat 11:00-da aprel döyüşlərinin ildönümü ilə bağlı “Azərbaycan Respublikası Silahlı Qüvvələri ölkənin suverenliyi və ərazi bütövlüyünün təminatçısı, hər bir vətəndaşın qürur yeridir” mövzusunda elmi-praktik seminar keçiriləcək.

Tənqidçi Əsəd Cahangirlə görüş
05.04.2017-ci il tarixidə saat 12:00-da ADPU-nun kiçik akt zalında tənqidçi Əsəd Cahangirin xalq yazıçısı Elçin haqqında məqalələrini ehtiva edən "On üçüncü gecə" adlı kitabının müzakirəsi olacaqdır.

Elan
03.04.2017-ci il tarixində 14:00-da Filologiya fakültəsində 132-134 nömrəli Təhsil Komleksi tam orta məktəbin Azərbaycan dili, fransız dili müəllimləri ilə açıq qapı günü keçiriləcəkdir.

Elan
"İT karyeranın inkişafı" mövzusunda seminar.

Xarici dillər və onların tədrisi metodikası kafedrasında məruzə
2017-ci il aprel ayının 3-də, saat 12:45-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici dillər və onların tədrisi metodikası kafedrasında kafedranın müəllimi Aytən Səfərovanın Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində UCC Beynəlxalq həftəsində iştirak etməsi barədə məruzəsi olacaq.

Elan
29.03.2017-ci il tarixdə saat 14:00-da Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil Nazirliyi və “Neuron Technologies” şirkətinin birgə pilot layihəsi olan “E-Universitet” informasiya sistemi ilə bağlı növbəti seminar olacaqdır. Tədbir 1 sayiı korpusda, H. Əliyev adına lektoriyada keçiriləcəkdir. Dekanların, kafedra müdirlərinin və şöbə müdirlərinin iştirakı vacibdir.

Elan
Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük akt zalında 30 mart 2017-ci il 11:00-da, filologiya fakültəsinin hazırladığı "31 mart azərbaycanlıların soyqırımı"na həsr olunmuş tədbir olacaqdır.

Elan
Rusiya Elm və Təhsil Nazirliyi Y.Qaqarin adına Saratov Dövlət Texniki Universiteti 2017-ci ilin fevral-aprel aylarında IV Beynəlxlaq Qaqarin festivalı keçirir.

Elan
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında 2017-ci il martın 29-da saat 11:00-da Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə birlikdə “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçiriləcək.

ADPU-da Novruz bayramı şənliyi
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2017-ci il mart ayının 14-də saat 14:00-da Novruz bayramı şənliyi keçiriləcək.

Gənc alimlər!
Beynəlxalq Şərqin Qərbi - Qərbin Şərqi konfransı ilk dəfə 5-8 iyun 2013-cü ildə Kosovanın Prizren şəhərində Uksin Hoti Universitetinin təşkilatçılığı ilə keçirilmişdir. 04-06 iyul 2017-ci il tarixdə keçirilməsi nəzərdə tutulan konfrans Praqada baş tutacaqdır.

Elmi Şuranın iclası
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının Heydər Əliyev məktəbinin lektoriyasında

Novruz mühazirələri
Keyfiyyətli və səriştəli ibtidai müəllimi hazırlığının müasir problemləri

Riyaziyyat və informatika fakültəsinin Elmi Şurasının iclası
03 mart 2017-ci il saat 13:00-da 413 nömrəli auditoriyada Riyaziyyat və informatika fakültəsinin fakültə Elmi Şurasının iclası keçiriləcək.

Ustad dərslər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsində 2017-cı il mart ayının 3-də saat 10:00-da 309-cu otaqda ustad dərsi keçiriləcəkdir.

Anım Mərasimi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Böyük Akt zalında 2017-ci il fevral ayının 24-də saat 11:00-da

Hesabat iclası
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında 2017-ci il fevral ayının 23-də saat 11:00-da

Professor Abasqulu Abaszadənin adını daşıyan auditoriyanın açılış mərasimi keçiriləcək
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsində fevral ayının 17-də saat 12:00-da fizika-riyaziyyat elmləri doktoru, professor,

20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr edilən anım mərasimi
2017-ci il yanvar ayının 19-da saat 11:00-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr edilən anım mərasimi keçiriləcəkdir.

Pedaqoji təcrübə
Riyaziyyat və informatika fakültəsində qiyabi təhsil alan IV-V kurs tələbələri Bakı şəhərinin məktəblərində pedaqoji təcrübəyə göndəriləcək.

Elan
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən İctimai Nəzarət Şurası 2017-ci il yanvar ayının 9-da saat 10:00-da,

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.027659

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)