Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/elan/2017/elan-62.htm
“Öyrənməyi öyrənmək” mövzusunda II Beynəlxalq təlim konfransı keçiriləcək
“Öyrənməyi öyrənmək” mövzusunda II Beynəlxalq təlim konfransı keçiriləcək
Beynəlxalq əlaqələr şöbəsi
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) nəzdində fəaliyyət göstərən Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən 16-17 noyabr 2017-ci il tarixlərində “Öyrənməyi öyrənmək” mövzusunda II Beynəlxalq təlim konfransı keçiriləcək. Konfransın əsas məqsədi təhsil işçilərinin davamlı peşəkar inkişafına töhfə verməklə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı dəstəkləməkdir. Konfransda beynəlxalq aləmin qabaqcıl tədqiqatçı və məruzəçiləri: Leyn Klark, Mətt Bromli, Dr Tristan Stobi iştirak edəcəklər.

 

Qeyd edək ki, konfransda tanınmış təhsil mütəxəssislərinin, paytaxt və respublikanın müxtəlif rayonlarından gələn müəllimlərin görüşməsi, ünsiyyət qurması və təcrübələrini bölüşməsi üçün imkan yaranacaq. Konfransa təhsil üzrə kitabların çapı ilə məşğul olan dünyanın aparıcı nəşriyyatları- Kembric Universiteti Nəşriyyatı, Oksford Universiteti Nəşriyyatı, Hayneman Nəşrləri, Hoton Miflin Harkort, Kəpston Nəşrləri, Reyntri və Follet (təhsil texnologiyası, xidməti, çap və rəqəmsal məzmunun hazırlanması üzrə aparıcı təminatçı) öz stendləri və ən son nəşrləri ilə qoşulacaqlar. Konfrans noyabrın 16-da saat 9:00-da öz işinə başlayacaq. Konfrans Bakı şəhərində Avropa Azərbaycan məktəbinin Badamdarda yerləşən korpusunun akt zalında keçiriləcək.


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft