Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/elan/2017/elan-68.htm
“Tərcümənin mənası: illüziyanın dəqiqliyi” mövzusunda II beynəlxalq elmi konfrans 16-19 may 2018-ci il, Riqa, Latviya
“Tərcümənin mənası: illüziyanın dəqiqliyi” mövzusunda II beynəlxalq elmi konfrans 16-19 may 2018-ci il, Riqa, Latviya
Beynəlxalq əlaqələr şöbəsi
Tətbiqi Dilçilik İnstitutunun Distant təhsil və humanitar elmlər fakültəsi və Riqa Texniki Universiteti 16-19 may 2018-ci ildə “Tərcümənin mənası: illüziyanın dəqiqliyi” mövzusunda II beynəlxalq elmi konfrans keçirəcək.

 

Konfransın əsas məqsədi tədqiqatçıları, müəllimləri, tərcüməçiləri, dilçilik sahəsindən olan mütəxəssisləri və tələbələri bir araya gətirərək dinamik və yaradıcı diskussiya üçün platforma yaratmaq, dilçilik üzrə müxtəlif təcrübəyə malik filoloqlarla fikir mübadiləsi aparmaq, elmi-texniki əlaqələri və birgə tədqiqat layihələrini təşviq etməkdir.

Konfransın materialları ingilis, fransız, alman və latış dillərində qəbul olunur.

Konfransın müzakirə mövzuları:

·  Tərcümə araşdırmalarında təkamül

·  Tərcümə nəzəriyyəsi və təcrübəsi

·  Elmi-texniki müzakirələr

·  Siyasi müzakirələr

·  Terminologiya

·  Semantika və praktika

·  Tərcümənin rəqəmsal aspektləri

·  E-təhsil və rəqəmsal humanitar elmlər

Konfransın materialları 31 dekabr 2017-ci il tarixədək qəbul edilir.  

Konfransın şərtləri və xərclər haqqında ətraflı məlumatı http://mtip2018.rtu.lv veb saytından əldə etmək mümkündür.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft