Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/faq/2014/faq-3.htm
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
VTS-TEST sisteminin qrup rəhbərləri və tələbələr tərəfindən verilən sual...
Etibar Axundov, VTS-TEST sisteminin müəllifi
İmtahan prosesində bəzən (əsasən qayda pozuntuları zamanı) tələbənin kodu bloklanır - tələbənin adı "Qara Siyahiyə" düşür. Bu zaman sistem, tələbənin növbəti imtahanlarda iştirakına icazə vermir...

"Qara Siyahi"dən çıxarılma qaydaları aşağıdakı kimi realizə olunur:

  1. Tələbə "Qara Siyahi"yə düşməsilə bağlı yazılı şəkildə, VTS-TEST sisteminin Apelyasiya Qrupunun (AQ) rəhbərinə ərzizə ilə müraciət edir.
  2. AQ rəhbəri öz statusu ilə VTS-TEST sisteminin "Black List" rejiminə daxil olaraq, tələbənin "Qara Siyahi"yə düşmə səbəbini araşdırır.
  3. Araşdırmanın mümkün 2 nəticəsi üzrə aşağıdakı əməliyyatları aparır:
    • Tələbə qayda pozuntusuna yol verib (yerin dəyişib, başqasının yerinə cavab verməyə cəhd edib, ayrılmış vaxt intervalından kənara çıxıb və s.). Bu zaman tələbənin adı "Qara Siyahi"dən silinir, "Qara Siyahi"yə düşdüyü fənn üzrə qiyməti q-kafi hesablanır. Müəyyən inzibati tədbirlərdən sonra digər imtahanlara buraxıla bilər.
    • Tələbənin günahı yoxdur (texniki problem olub, nəzarətçi özbaşına tələbənin yerini dəyişib və s.). Bu zaman tələbənin adı "Qara Siyahi"dən silinir və o, "Qara Siyahi"yə düşdüyü fənn üzrə "Apelyasiya" imtahanına buraxılır. AQ rəhbəri bununla bağlı tələbənin ərizəsində TQ (Test Qrupu) və NQ (Nəzarət Qrupu) rəhbərlərinə göstərişlərini qeyd edir.
  4. TQNQ rəhbərləri, ərizəsində AQ rəhbərinin vizası olmayan tələbələri "Apelyasiya imtahanı"na buraxmaq səlahiyyətinə malik deyillər.
  5. NQ rəhbərinin müəyyən etdiyi vaxtda TQ rəhbəri "Apelyasiya imtahanı"nı açır və tələbəyə "Qara Siyahi"yə düşdüyü fənn üzrə yenidən imtan vermək imkanı yaradır.

TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft