Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/faq/2014/faq-4.htm
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
VTS-TEST sisteminin qrup rəhbərləri və tələbələr tərəfindən verilən sual...
Etibar Axundov, VTS-TEST sisteminin müəllifi
2012/2013-cü tədris ilindən başlayaraq ADPU-da "2 mərhələli imtahan" formasından istifadə olunur. Məqsəd biliklərin daha dəqiq yoxlanılmasına, qiymətləndirilməsinə yönəlib. Bu imtahanlarla bağlı müxtəlif istiqamətlərdə sualları cavablandıracağıq...

Əsas və Dövlət imtahanları "2 mərhələli imtahan" formasında həyata keçirilir. VTS-TEST sistemi vasitəsilə, imtahanın birinci mərhələsində bilikləri 70 baldan yuxarı qiymətləndirilmiş tələbələrə "2 mərhələli imtahan"-da iştirak edib, etməyəcəkləri haqda sual verilir. Burada 2 variant mümkündür:

  1. Tələbə "Xeyr" düyməsini sıxaraq "2 mərhələli imtahan"-da iştirakdan boyun qaçırır. O zaman sistem tələbənin yekun qiymətini 70 balla (D) qiymətləndirir.
  2. Tələbə "Bəli" düyməsini sıxaraq "2 mərhələli imtahan"-da iştiraka razılıq verir. Bu zaman, TQ rəhbərinin vizası olan göndərişlə, tələbə "2 mərhələli imtahan"-da iştirak edir.

"2 mərhələli imtahan"-da iştirak edən tələbənin topladığı bal

  • 51-dən aşağıdırsa o zaman, onun qiyməti 60 balla qiymətləndiriılir
  • 51 baldan yuxarı toplanmış bal, yekun bal kimi qiymətləndirilir

və nəticələr İQ rəhbərinin vizası ilə tyutorlara verilir, onlar isə öz növbəsində bu qiymətləri tələbələrin şəxsi imtahan işlərinə daxil edirlər.

"2 mərhələli imtahan" zamanı qaydalara uyğun olmayan hallar, aşağıdakı şəkildə həll olunur:

  1. Tələbə "2 mərhələli imtahan"-da 70 baldan yuxarı toplayıb və sistemin sualını cavablandırmayıbsa (yəni BƏLİ/XEYR düymələrini sıxmayıbsa), o zaman sistem tələbənin XEYR düyməsini sıxmış hesab edir, yekun qiymətini 70 balla (D) qiymətləndirir.
  2. Tələbə "2 mərhələli imtahan"-da 70 baldan yuxarı toplayıb və BƏLİ düyməsini sıxaraq "2 mərhələli imtahan"-da iştirak etməyə razılıq verib, sonradan fikirindən daşınıb. Bu haqda tələbə AQ rəhbərinə yazılı müraciət edilir və tələbənin yekun qiymətini 60 balla (E) qiymətləndirir. Bu qərarla bağlı, AQ rəhbərinin vizası olan göndəriş İQ rəhbərinə göndərilir.
  3. Tələbə "2 mərhələli imtahan"-da 70 baldan yuxarı toplayıb və "2 mərhələli imtahan"-da iştirakdan boyun qaçırıbsa və sonradan fikirini dəyişərsə, o zaman AQ rəhbərinə yazılı ərizə ilə müraciət etməlidir. Əgər AQ rəhbəri icazə verərsə, tələbə Apelyasiya imtanında iştirak edəcək və bu zaman 70 baldan yuxarı toplasa 2-ci mərhələyə buraxıla bilər. Əgər razılıq yoxdursa o zaman, tələbənin qiyməti dəyişdirilmir və Apelyasiya imtahanı təşkil edilmir.

TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft