Bu gün: 19 Yanvar 2017, Cümə axşamı
2013/2014 tədris ilində yeni keyfiyyətli testlər tərtib olunmalıdır!
2013/2014 tədris ilində yeni keyfiyyətli testlər tərtib olunmalıdır!
Tədrisin keyfiyyətini yüksəltmək üçün müəllimlər yeni test tiplərindən istifadə edəcəklər
Etibar Axundov, VTS-TEST sisteminin müəllifi
21.10.2013. Keçən şənbə günü (19 oktyabr 2013 tarixində) böyük akt zalında universitetin fakültə dekanlarının, kafedra müdirlərinin, VTS-TEST sisteminin istismar qrup rəhbərlərinin iştirakı ilə 2013/2014 tədris ilində VTS-TEST sisteminin istismarında yeniliklərlə bağlı geniş yığıncaq keçirilmişdir. ADPU-nun rektoru, professor Yusif Məmmədov bu dəyişikliklərin nədən ibarət olması haqda ətraflı çıxış etdi...
Hörmətli Rektorumuz, professor Yusif müəllim öz çıxışında, VTS-TEST sisteminin 6 illik istismarı dövründə əldə olunan müsbət nəticələrlə və eyni zamanda imtahan test suallarının keyfiyyətsizliyi nəticəsində, tələbələrdə əzbərçilik tendensiyasının artması təhlükəsindən danışdı. Bu təhlükəli tendensiyanın qarşısını almaq, tədrisin keyfiyyətini yüksəltmək üçün aşağıdakı addımların atılmasını zəruri hesab etdi:
  1. Müəllimlər tərəfindən tərtib olunan bütün testlər Fənn Tədris Proqramlarına uyğun olmalı, mövzular üzrə yazılmalı, mövzuları tam əhatə etməli və tədris saatları üzrə təqribən bərabər paylanmalıdır.
  2. 1 tədris saatına (45 dəq.) ən azı 10 test hazırlanmalıdır.
  3. Test sualları 4 tip üzrə tərtib olunmalı və hər tip üzrə testlərin sayı təqribən bərabər paylanmalıdır.
  4. 2013/2014 tədris ilində istifadə olunacaq test tipləri aşağıdakılardır:
    • T1 - Trivial testlər;
    • T2 - Çoxseçimli testlər;
    • T3 - Ardıcıl (xronoloji) testlər;
    • T4 - Uyğunluq testləri.

Yığıncaq zamanı bu test tiplərilə bağlı nümunələr nümayiş (buradan yükləyib baxa bilərsiz) etdirilib. Bu test nümunələri 2012/2013 tədris ilinin dövlət imtahanında istifadə olunub və müxtəlif ixtisasları əhatə edir. Təklif olunan tiplərə uyğun test nümunələrilə tanış olun.

T1 - Trivial

T2 - Çoxseçimli

T3 - Ardıcıl

Qış fəslinin ayları hansılardır?

A) dekabr, fevral
B) noyabr, dekabr
C) fevral, mart
D)
noyabr, mart
E) oktyabr, yanvar

Qış fəslinin aylarını seçin:
1 - noyabr
2 - yanvar
3 - mart
4 - dekabr
5 - fevral
6 - oktyabr

A) 5, 2, 4
B) 3, 6, 4
C) 1, 2, 3
D)
5, 3, 1
E) 2, 4, 6

Qış fəslinin aylarının xronoloji ardıcıllığı hansıdır?
1 - noyabr
2 - yanvar
3 - mart
4 - dekabr
5 - fevral
6 - oktyabr

A) 4, 2, 5
B) 3, 6, 4
C) 2, 4, 5
D)
5, 3, 1
E) 2, 4, 6

T4 - Uyğunluq

İlin rüb və ayları arasında düzgün uyğunluğu müəyyən edən cavab hansıdır?

I - Birinci rüb
II - İkinci rüb
III - Üçüncü rüb
IV - Dördüncü rüb

1 - İyul
2 - Yanvar
3 - İyun
4 - Mart
5 - Avqust
6 - Sentyabr
7- Fevral
8 - Noyabr
9 - Dekabr
10 - Aprel
11 - May
12 - Oktyabr

A) I - 2, 7, 4; II - 10, 11, 3; III - 1, 5, 6; IV - 12, 8, 9;
B) I - 2, 4, 7; II - 10, 3, 1; III - 5, 11, 6; IV - 9, 12, 8;
C)
I - 7, 10, 2; II - 3, 4, 11; III - 6, 1, 5; IV - 12, 9, 8;
D) I - 7, 2, 4; II - 11, 10, 3; III - 5, 8, 1; IV - 9, 6, 12;
E) I - 4, 2, 7; II - 11, 12, 3; III - 6, 5, 1; IV - 8, 9, 10;

Suallarınızı E-Mail vasitəsilə mənə göndərə bilərsiz.

29.10.2013. Bəzi fənnlər üzrə test nümunələri BURADA yerləşib.

1 ... 18 19 20 ... 61

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.021706

Powered by TusiSoft©. 2004-2016. TSW (TuSi Web) Version 5.4.68 (beta)