Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-415.htm
ADPU-nun Quba Filialının müəllimi Şəfəq Fazilova “Tərəqqi” medalı ilə təltif edilib
ADPU-nun Quba Filialının müəllimi Şəfəq Fazilova “Tərəqqi” medalı ilə təltif edilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

 

Azərbaycan Prezidentinin bu sərəncamları cəmiyyətdə təhsil sahəsinə xüsusi qayğı və diqqətin növbəti təzahürü kimi qiymətləndirilir. Sevinc və qürur hissi ilə deyə bilərik ki, təltif edilənlər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müəllimi, fəlsəfə doktoru proqramı üzrə dissertant, eyni zamanda Şabran şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Şəfəq Nadir qızı Fazilova da var. Belə ki, Şəfəq Fazilova dövlət başçımız İlham Əliyevin “Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncamına əsasən təhsilin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Biz də bu yüksək təltifat münasibətilə istedadlı və təcrübəli pedaqoq Şəfəq xanımı təbrik edir, cansağlığı, həyatda və elmi-pedaqoji fəaliyyətdə yeni-yeni uğurlar arzulayırıq.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft