Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-416.htm
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Oktyabr ayının 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gəlmiş “Fitnə ” filmi nümayiş etdirilib.

 

Film nümayiş etdirilməzdən əvvəl dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə DQİDK-nın şöbə müdirləri Oqtay Hüseynov, Əliheydər Zülfüqarov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH-in başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, ADPU-nun Quba Filialının direktoru, professor Əli Allahverdiyev, filialın müəllim-tələbə heyəti  və əməkdaşları iştirak ediblər.

           Tədbiri giriş sözü ilə açan filialın direktoru, professor Əli Allahverdiyev bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində mütəmadi olaraq tələbələrlə dini radikalizmlə mübarizəyə həsr olunmuş söhbətlər aparılır. Professor Əli Allahverdiyev qeyd edib ki, tələbələr arasında dini fanatizmə və radikalizmə meyillənənlərə rast gəlinmir. Filialın tələbələri müasir biliklərə yiyələnməklə gələcək nəsillərə yeni töhfələr vermək fikrindədirlər.

           DQİDK-nın Dini Qurumlarla İş şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Fitnə” filmi haqqında məlumat verərək bildirib ki, filmin çəkilməsinin əsas məqsədi gənclərlə maarifçilik işi aparmaqdır. Onlara İslam dinini olduğu kimi öyrənməyə kömək etmək, aldadılaraq dindən uzaqlaşdırmaqla din adı altında müxtəlif dövlətlərin qanunsuz silahlı birləşmələrinin tərkibində vuruşmağa cəlb olunmasının qarşısını almaqdır.

            DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında vurğulayıb ki, Azərbaycan gənci fəxr etməlidir ki, bu gün onun təmsil etdiyi ölkənin multikulturalizm ənənələri Avropanın bir sıra dövlətlərinin universitetlərində fənn kimi tədris olunur. Azərbaycan dövləti də gənclərin sağlam və bilikli böyümələri və yetişmələri üçün əlindən gələni edir.

               Quba RİH-in başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxışında bu cür maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyətini qeyd edib. O, bildirib ki, Quba RİH Dövlət Komitəsi ilə son bir ayda rayonun kəndlərində yerli sakinlərlə görüşüb və maarifləndirmə işləri aparıblar.

Sonda film nümayiş etdirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft