Bu gün: 26 Fevral 2017, Bazar
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
İctimaiyyətlə əlaqələr şöbəsi
ADPU-nun rektoru,professor Cəfər Cəfərov oktyabr ayının 13-də 2016-2017-ci tədris ilinin qəbul imtahanlarında 500-dən çox bal toplayaraq universitetə qəbul olunan tələbələrlə görüş keçirib. Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə keçirilən görüşdə ADPU-nun İnzibati idarəetmə və tələbələrlə iş üzrə prorektoru, professor Fikrət Rzayev, Tarix və coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən dosent Rəcəb Əliyev də iştirak ediblər. Görüşdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

ADPU-nun rektoru,professor Cəfər Cəfərov görüşü giriş sözü ilə açaraq tələbələri salamlayıb, onları yüksək bal toplayaraq universitetə qəbul olunmaları münasibəilə təbrik edib, həyatda və təhsildə uğurlar arzulayıb. Bildirib ki, son 3 ildə ölkəmizdə 500-dən çox  bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin sayı 19% , 600-dən çox bal toplayan tələbələrin sayı isə 32% artıb. Bu il 500-dən çox bal toplayan 117 nəfər gənc ADPU-nu seçib.

Rektor vurğulayıb ki, hər bir ölkənin inkişafı təhsildən keçir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsilin inkişafını ölkəmizin davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri elan edib. Bizim qarşımızda  ölkəmizin iqtisadi potensialını intellekt kapitalına çevirmək vəzifəsi dayanır. Azərbaycan hazırda yeni inkişaf mərhələsindədir. Ölkədə ən çox ehtiyac duyulan peşə sahibləri müəllimlərdir. Müəllimlik müqəddəs və şərəfli, eyni zamanda çətin və məsuliyyətli peşədir. Müəllimlik peşəsi cəmiyyət üçün çox vacibdir. Son illər ölkəmizdə pedaqoji fəaliyyətə marağın artırılması və müəllim peşəsinin nüfuzunun artırılması üçün səmərəli əməli tədbirlər həyata keçirilir. Təhsil sahəsinin inkişafinda xüsusi xidmətləri ilə seçilən müəllimlərin əməyi rəğbətləndirilir, onlar dövlət tərəfindən təltif edilir,  onlara fəxri adlar, mükafatlar verilir.

Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ilində “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Bu təqaüd pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən tələbələrə şamil olunur. Onlara əlavə 100 manat təqaüd verilir. Hər il 300 tələbəyə bu təqaüd verilib. Hazırda 900 nəfər tələbə bu təqaüdü alır.

Bunlarla yanaşı, Azərbaycanda 2015-ci ildə orta məktəb müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib və diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin əmək haqları 10% artıb. Gələn il də bu işin davam etdirilməsi nəzərdə tutulur. Bütün bunlar təbii ki, müəllim əməyinin və pedaqoji fəaliyyətin stimullaşdırılmasına xidmət edən addımlardır.

Rektor Cəfər Cəfərov tələbələrə müraciət edərək deyib ki, gənclik cəmiyyətin fəal və aparıcı qüvvəsidir. Siz ADPU-nun sayılıb-seçilən, fəxr ediləsi, qürur duyulası tələbələrisiniz. Siz həyatda sanballı uğur qazanmısınız. Sizin bu uğurunuz təqdir və təbliğ edilməlidir. Eyni zamanda özünüz də bu barədə virtual aləmdə məlumatları paylaşmalı, fikir və düşüncələrinizi bölüşməli, müzakirələr aparmalısınız. Lakin siz bunu son hədd hesab etməməli, əldə etdiyiniz ugurla kifayətlənməməlisiniz. Həyatımız dinamik inkişaf edir və bizim qarşımızda yeni tələblər, yeni çağırışlar qoyur. Bu tələb və çağırışlara cavab vermək üçün siz daim öz üzərinizdə işləməli, oxumalı, mütaliə etməli, bilik və bacarıqlarınızı artırmalı, təhsildə yüksək göstəricilər əldə etməlisiniz. Siz eyni zamanda ADPU-nun və ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməli, əsl vətəndaş mövqeyi ilə seçilməli, dövlətçiliyə sədaqətlə xidmət etməlisiniz.

ADPU-nun İnzibati idarəetmə və tələbələrlə iş üzrə prorektoru, professor Fikrət Rzayev, Tarix və coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən dosent Rəcəb Əliyev, Tələbə Gənclər Təşkilatının Elm və təhsil departamentinin 2 nömrəli tədris binası üzrə nümayəndəsi Həsən Həsənov universitetdə həyata keçirilən islahatlar, görülən işlər, keçirilən tədbirlər barədə danışaraq tələbələri yaxşı oxumağa, öz bilik və bacarıqlarını artırmağa, təhsildə, ictimai həyatda fəal və təşəbbüskar olmağa çağırıblar.

Görüşün sonunda tələbə-gənclərin müxtəlif sualları cavablandırılıb.

 

 

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.012875

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)