Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-423.htm
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
15 oktyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında ADPU-nun yaranmasının 95 illiyinə həsr edilmiş “Nə? Harada? Nə zaman?“ intellektual oyunu üzrə universitet kubokunun seçim mərhələsi keçirilib.

 

Yarışda müxtəlif qruplardan ibarət 20 komanda iştirak edib. 48 sual səsləndirilən yarışda “Müasir Azərbaycan gəncliyi” komandası 14 balla I yerə, “Gənclər” komandası 11 balla II yerə, “Xəmsə” komandası isə 9 balla III yerə layiq görülüblər. “Qafqaz”, “Zəka”, “Sonuncular”, “Star”, “Dəniz” komandaları isə yarş zamanı fəal iştirak edərək digər komandalardan seçiliblər. Qeyd edək ki, yarışın qalibi olmuş “Müasir Azərbaycan gəncliyi” komandası oktyabrın 29-da ADPU-nun 1 nömrəli tədris binasında keçiriləcək “Nə? Harda? Nə zaman?” oyununun final mərhələsinə iştirak edəcəkdir.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft