Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-424.htm
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə kitab hədiyyə aksiyası keçirib.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) MEK tərəfindən kitablar bağışlanılıb. Hədiyyə olunan kitablar xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevin fəaliyyətinə həsr olunub. Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova bildirib ki, MEK bu qəbildən olan aksiyaları 2016-cı ilin may ayından etibarən həyata keçirir. Qeyd edək ki, kitablar ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Məlahət Babayevaya təqdim edilib.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft