Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-428.htm
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
Yaşar Hüseynəliyev, Elm və innovasiyalar şöbəsi
Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə tərəfdaş olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elm və innovasiyalar şöbəsinin əməkdaşları Dilguşə Süleymanova və Arzu Kərimova Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində keçirilən regional konfransda iştirak etmişlər.

 

Konfrans Cənubi Qafqaz bölgəsində ilk-peşə ixtisas təhsili pilləsi üçün peşə bacarıqlarının formalaşdırılması və dual (ikili təhsil) sistemin yaradılmasında Avropa təcrübəsinə istinadən qarşılıqlı əməkdaşlıq yolu ilə özəl sektorun imkişafına dəstək məqsədi ilə təşkil edilmişdi. Konfransda Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri: təhsil işçiləri, tədqiqatçılar, biznes nümayəndələri, beynəlxalq və yerli ekspertlər iştirak edirdilər. Azərbaycan nümayəndəliyini Təhsil Nazirliyinin əməkdaşı Qənirə İsmayılova, GİZ-in Azərbaycan nümayəndəliyinin əməkdaşı Şəlalə Kamilova, ilk-peşə ixtisas təhsili məktəblərinin direktorları Mirzə Aslanov və Fatma Cahangirova, milli ekspert Amin Çərkəzov və ADPU-nun adlarını yuxarıda qeyd etdiyim iki mütəxəssisi təmsil edirdi. Eyni zamanda tədbirə Almaniyada 6 aylıq təlim keçmiş reqional heyət də qatılmışdı. Tədbirin birinci günü hər üç respublikanın nümayəndələrinin layihələrlə bağlı təqdimatları dinlənildi. Həmin beynəlxalq heyətin tətkibində Azərbaycan nümayəndəliyini Səbinə Əliyeva, Aynur Kərimova, Nicat Hüseynov, Firdovsi Mütəllimovdan ibarət qrup təmsil edirdi. Təmsilçilər oz layihələri ilə bağlı posterlərini nümayiş etdirdilər və eyni zamanda təqdimatlar etdilər. İkinci gün konfransın açılışı oldu. Açılış Tibilisidə yerləşən “Biltimor” otelində oldu. Burada Cənubi Qafqaz Özəl Sektorun İnkişafı üzrə GİZ Proqramının direktoru xanım Marta Ridell, Giz Beynəlxalq Əməkdaşlıq Akademiyası və Maqdeburq TVET/UNEVOS Mərkəzi İnsan Resurslarının İnkişaf Departamentinin rəhbəri cənab Heri Stolz və Gürcüstan Təhsil nazirinin 1-ci müavini xanım Ketavan Natriaşvilinin və region dövlətlərin təhsil nazirliklərinin nümayəndələrinin çıxışları dinlənildi. Təhsil Nazirliyinin əməkdaşı, VET proqramı üzrə Azərbaycan Dövlər Agentliyinin baş eksperti xanım Qənirə İsmayılovanın təqdimatı da maraqla qarşılandı. Konfransın ikinci günü müxtəlif fokus-işçi qruplarında maraqlı müzakirələr aparıldı. Əməkdaşlarımız Dilguşə Süleymanova və Arzu Kərimova menecerlik və layihələr, dual sistemin quruluşu, turizm məsələləri ilə bağlı təşkil edilən fokus qruplarında müzakirələrə qatıldılar. Müzakirələrdə qeyd edildi ki, dual-ikili təhsil sistemi demək olar ki, şirkətləri və təhsil müəssisələrini, o cümlədən ilk peşə təhsili müəssisələrini birləşdirir. Burada öyrənilən nəzəriyyə bacarıqlar ilə uyğunlaşdırılır, bacarıqlar və öyrədilən nəzəriyyə ciddi tənzimlənir və milli standartlar müəyyən edilir. Belə bir qənaətə gəlindi ki, ikili sistemin üstünlükləri tələbənin başlanğıcdan şirkətin işçisi olmasında, iş yeri və pul qazanmasındadır. Həm də tələbə şirkətin artan imkanlarına-qabiliyyətlərinə uyğun bilik əldə edir. Bu mənada şirkət də qazanır, belə ki, o, texnoloji prosesi yaxşı bilən təcrübəli işçi tapır. Bacarıqlı və təcrübəli işçilərlə əməkdaşlıq, həmçinin biliklər sisteminin yaranmasına və bacarıqların möhkəmləndirilməsinə səbəb olur. Deməli, nəticə birmənalıdır: şirkət də qazanır, tələbə-işçi də. Müzakirələrdə o da səsləndi ki, şirkətlər tələbələrə o qədər də həvəsli olmaya bilərlər, deməli, bu işə mütləq dövlət nəzarəti də lazımdır. Əməkdaşlarımz müzakirələrə fəal qatılaraq məsələlərə münasibət bildirdilər. ADPU-nun dual sistemin formalaşdırılmasında ən uğurlu seçim kimi dəyərləndirilməsini cox vacib addım kimi qeyd etdilər və yaxın günlərdə beynəlxalq heyətin Almaniyanın Maqdeburq Universiteti ilə ADPU arasında gələcək qarşılıqlı fəaliyyəti müzakirə etmək məqsədilə ADPU-nun rəhbərləyi ilə görüşü razılaşdırıldı. Nümayəndələr dual sistemin Cənubi Qafqaz regionunda ilk nümunəsi kimi Şato-Nuxrani şərab zavodunda və peşə kollecində olaraq iş sistemi ilə maraqlandılar. Məlum oldu ki, bu müəssisə elə əvvəldən də peşə liseyləri üçün baza rolunu oynayıb. Yeni sistemlə işləmək onların da maraqlarına, ən başlıcası isə əmək bazarına uyğundur və bu qaçılmazdır ki, müasir texnologiyalarla işləmək üçün şirkətlərə də yaxşı işçilər lazımdır. Həmin işçilər məhz belə müəssisələrdə yetişdirilməlidir. Deməli, müəssisələrin də yaxşı təlimçilərə, təcrübəli müəllimlərə ehtiyacı var. Səfər müddətində nümayəndələr şəhərin görməli yerləri ilə də tanış oldular. İlk növbədə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonra nümayəndələrimiz böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundzadənin ev-muzeyində oldular, görkəmli şairlərimiz Molla Pənah Vaqifin, Mirzə Şəfi Vazehin xatirəsini yad etdilər.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft