Bu gün: 21 Yanvar 2017, Şənbə
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov oktyabr ayının 19-da universitetin 2 nömrəli tədris binasında Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib. Görüşdə qarşıda duran vəzifələr, idarəetmə və tədris prosesi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, kredit sistemi, təhsil haqları və digər məsələlər müzakirə edilib. Görüşdə ADPU-nun İnzibati idarəetmə və tələbələrlə iş üzrə prorektoru, professor Fikrət Rzayev, Təhsilin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin müdiri, dosent Sənan Əliyev də iştirak ediblər. Qeyd edək ki, universitetin digər fakültələrində də belə görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov əvvəlcə tələbələri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə təbrik edib, onlara ən xoş, ən səmimi arzularını çatdırıb. Bildirib ki, Azərbaycan iyirmi beş il ərzində böyük və zəngin inkişaf yolu keçib. Bu müddət ərzində həm də yeni nəsil formalaşıb. Müstəqillik böyük və müqəddəs anlayışdır. Son illər Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edib. Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb. Azərbaycan dünya birliyində layiqincə təmsil olunur. Paytaxtımız Bakı şəhəri dünyanın ən gözəl şəhərləri ilə müqayisə edilir. Eyni zamanda bölgələrimiz inkişaf edib, müasirləşib. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”.

Rektor qeyd edib ki, XXI əsr rəqabət əsridir. Dəyişikliklər, islahatlar dövrün, zamanın tələbidir. Ölkəmizdə və dünyada gedən ictimai-siyasi proseslər bizdən bunu tələb edir. Eyni zamanda ölkə rəhbərliyi bunu vacib bir vəzifə kimi bizim qarşımızda qoyub.İdarəetmənin optimallaşdırılması, strukturun rasionallaşdırılması çox vacibdir. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Biz bu yeni inkişaf mərhələsinə uyğun pedaqoji kadrlar hazırlamalıyıq. Hazırda ADPU-da təxminən 20 minə yaxın tələbə təhsil alır. Pedaqoji təhsil sahəsində islahatların aparılması olduqca vacibdir. Pedaqoji fəaliyyət sahəsi strateji fəaliyyət sahəsidir. Müəllim mənəviyyat örnəyi olmalıdır. Müəllim cəmiyyətdə şəxsi nümunəsi ilə seçilməlidir. Bu gün ölkəmizdə 4500 orta məktəb fəaliyyət göstərir. Ölkəmizdə dərin biliyə, savada, geniş dünyagörüşə malik nümunəvi müəllimlər kifayət qədərdir. Müasir yanaşmada təhsil sahəsi də xidmət sahəsidir. Bizim əsas istəyimiz, başlıca məqsədimiz sizin yaxşı müəllim kimi yetişməyinizdir. İstəyirik ki, siz yüksək bilik səviyyəsinə malik, ləyaqətli, vətənpərvər müəllim kimi formalaşasınız. Çağdaş dünyamızda biliklərin nümayiş etdirilməsindən daha çox tətbiqinə üstünlük verilir. ADPU-da təhsilin keyfiyyət göstəriciləri yüksəlməlidir. ADPU-nun ölkədəki ictimai nüfuzu, imici gücləndirilməlidir. Biz xarici əlaqələrimizi genişləndirməli, beynəlxalq proqram və layihələrdə fəal iştirak etməli, innovativ təşəbbüslərlə çıxış etməliyik. ADPU-nun fəaliyyətini  müasir tələblərə uyğun qurmalı, universitetimizi ölkəmizin, eləcə də regionun  qabaqcıl universitetinə çevirməliyik. Hazırda ADPU-nun inkişaf strategiyası hazırlanır. ADPU üçün 50 hektarlıq ərazidə kampusun yaradılması nəzərdə tutulur.

         Rektor Cəfər Cəfərov çıxışının sonunda tələbələrə yaxşı oxumağı, ictimai həyatda fəal olmağı, həyata keçirilən islahatlarda universitetin rəhbərliyinə dəstək verməyi tövsiyə edib.

ADPU-nun İnzibati idarəetmə və tələbələrlə iş üzrə prorektoru, professor Fikrət Rzayev, Təhsilin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin müdiri, dosent Sənan Əliyev görüşdə çıxış edərək universitetdə həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris planları, tədris prosesi, bilik və bacarıqların qiymətləndirilməsi barədə öz fikir və mülahizələrini bölüşüblər.

Görüşün sonunda tələbə-gənclərin müxtəlif sualları cavablandırılıb.

 

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.014642

Powered by TusiSoft©. 2004-2016. TSW (TuSi Web) Version 5.4.68 (beta)