Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-431.htm
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
İctimaiyyətlə əlaqələr şöbəsi
12 oktyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşəbbüsü ilə “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda profilaktik və maarifləndirmə tədbiri keçirildi.

 

Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş leytenantı Tural Niftəliyev, filialın müəllimləri və I kurs tələbələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə filialın direktor müavini, dosent Nuralı Çələbiyev açdı, tədbirin təşkil olunmasının məqsədini açıqladı və filiala yeni qəbul olunmuş tələbələrin yol hərəkəti qaydalarına əməl etmələrinin vacibliyini vurğuladı. Sonra polis baş leytenantı Tural Niftəliyev mövzu ilə bağlı geniş məruzə ilə çıxış etdi və tələbələri maraqlandıran sualları cavablandırdı.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft