Bu gün: 26 Fevral 2017, Bazar
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, böyük söz ustadımız, Xalq şairi Qabilin 90 illik yubileyi münasibətilə ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Qədirbilən xalqımız böyük şairimiz Qabilin həyat və bədii yaradıcılığına yüksək qiymət verir, xatirəsinə ehtiramla yanaşır. Bu baxımdan oktyabr ayın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Böyük Akt zalında Xalq şair Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbirin keçirilməsi də diqqətəlayiqdir.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açıb. Rektor görkəmli şairimizin həyat və yaradıcılığı barədə məlumat verərək bildirib ki, Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı il avqust ayının 12-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Dil və ədəbiyyat fakültəsində, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında oxuyub. Onlarla şeir kitabının, poemaların, o cümlədən “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik poemasının müəllifidir. Uzun illər Azərbaycan Yazıçılar Birliyində Ağsaqqallar Şurasının sədri olub.

Xalqımızın yaddaşında Qabil obrazı həqiqəti söyləyən, bütün haqsızlıqlara qarşı mübarizə aparmış əsl vətəndaş mövqeli şair kimi canlanır. Qabilə ən böyük qiyməti isə sağlığında ümummilli liderimiz Heydər Əliyev verib. Onun 70 illik yubileyi böyük təntənə ilə qeyd olundu. 90 illik yubileyi də yüksək səviyyədə keçirilir. Qabilin gözəl şeirləri ilə yanaşı, poemaları da oxucular tərəfindən yüksək dəyərləndirilir. Elə buna görə də əsərləri həmişə oxunur, mötəbər tədbirlərdə qiraət ustaları tərəfindən şövqlə səsləndirilir.

Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda mehriban, səmimi və duzlu zarafatları ilə yaddaşlara hopub. Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqımızın gözündə daha da yüksəlib. Bu, əlbəttə, şair üçün böyük səadətdir.

Qeyd edək ki, onun yaradıcılığı ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Xalq şairi bir sıra orden və medallara, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb. Qabil 2007-ci il aprelin 4-də vəfat edib.

Ulu öndər Heydər Əliyev Qabilin 1997-ci il yanvar ayının 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən 70 illik yubileyində şairə böyük dəyər  verərək demişdir: “Hörmәtli Qabil, sәni anadan olmağının 70 illiyi münasibәtilә sәmimi­-qәlbdәn tәbrik edirәm. Belә yubileylәrin tәşkil olunması әdәbiyyat gecәlәrinin keçirilmәsi demәkdir. Mәn vaxtilә düşünürdüm ki, müntәzәm olaraq şeir gecәlәri keçirmәk lazımdır. Mәnim 70­-ci illәrdә bu barәdә bir çox fikirlәrim var idi. Xalqımız tarixәn, әsrlәrlә şeirlә yaşayıb, şairlər yığışıblar, özləri də, ora toplaşanlar da şeir deyiblər.  Ona görә dә mәn o vaxt fikirlәşirdim ki, musiqi gecәlәri öz yerindә, şeir gecәlәri dә keçirmәk lazımdır. Mәn şairlәrin, yazıçıların, әdәbiyyatçıların son illәrdә keçirilәn yubileylәrini xatırlayıram. Bunlar elә әdәbiyyat, şeir, poeziya bayramıdır. Bu yubileylәrdә hәr bir sәnәtkarların yaradıcılığına qiymәt verilir. Biz, mәsәlәn, Qabilin әsәrlәrini oxumuşuq, lakin bu şeirlәri bir daha yada salmaq çox әhәmiyyәtlidir, hәm dә dinlәyәndә o, insana zövq verir. Mәn bu yubiley gecәsinә tәkcә Qabilә hörmәt naminә gәlmәmişәm, buraya hәm dә incәsәnәtimizlә, әdәbiyyatımızla, şeirimizlә görüşmәk üçün gәlmişәm… Qabilin Nәsimi haqqında yazdığı mәnzum roman mәnim yaxşı xatirimdәdir. Doğrudan da, o, çox böyük iş idi vә Qabil bu işi gördü. Bu, hәqiqәtәn Dövlәt mükafatına layiq bir әsәrdir. Çünki Nәsimi haqqında belә böyük, sanballı, dәrin fәlsәfi fikirlәrlә dolu olan mәnzum roman yazmaq hәr adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdәsindәn gәldi. Mәn bu gün bu yubiley gecәsinә böyük mәmnuniyyәt hissi ilә gәlmişәm. Qabilin xidmәtlәri çox böyükdür”.

Rektor Cəfər Cəfərov çıxışında vurğulayıb ki, Qabilin vəfatı ədəbiyyatımız üçün böyük itkidir. Hələ sağlığında Qabil haqqında Bəkir Nəbiyevin, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Anarın, Sabir Rüstəmxanlının, Fikrət Qocanın, Cabir Novruzun, Hüseyn Abbaszadənin, Fikrət Sadığın, Tofiq Hacıyevin, Əli Səmədlinin, Abbas Abdullanın, Əzizə Türkanın və onlarca Qabilsevərlərin maraqlı xatirələri və böyük şairimiz haqqında duzlu-məzəli söhbətləri daim yaşayacaqdır. O, cismən bizim aramızda olmasa da, mənən həmişə bizimlədir. Qabilin yaradıcılığı həmişəyaşardır. Sənətkar üçün əbədiyyət budur. Vaxtilə özü öz şeirinə:

Çoxdan ayrılmışıq bir-birimizdən,
Yaxın ola-ola uzaq düşmüşük.
Yoxsa xatirəyə çevrilmisən sən?
Xatirə eşqinə nahaq düşmüşük.
Hələ xatirəlik bir şeyimiz yox...-

deyən Qabil, artıq xatirəyə çevrilmişdir.

Həmişə poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə xalqına vicdanla xidmət etmişdir. 
Qabili bütöv xalq sevir! Sənətkar üçün bundan böyük xoşbəxtlik yoxdur.

Tədbirdə Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov “Qabilin ədəbi portreti” mövzusunda məruzə ilə çıxış edib, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil, tanınmış şair, Əməkdar müəllim Oqtay Rza Qabillə bağlı xatirələrini bölüşüblər. Məruzə və çıxışlarda Qabilin yaradıcılığı hərtərəfli təhlil edilib, onun səmimi, qayğıkeş, müdrik, xeyirxah insan, ləyaqətli, fədakar vətəndaş, yaradıcılığı heç bir qəlibə, çərçivəyə sığmayan, xalqının, millətinin arzu və istəklərini dolğun ifadə edən vətənpərvər şair, əsl ziyalı olduğu vurğulanıb və tələbələrə onun yaradıcılığını dərindən öyrənmək tövsiyə edilib.

Tədbirdə şairin oğlu, istedadlı və tanınmış yazıçı-publisist Mahir Qabiloğlu çıxış edərək tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və atası ilə bağlı xatirələrini bölüşüb.

Tədbirdə Qabilin şeirlərindən nümunələr səsləndirilib, Filologiya fakültəsi tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.

 

 

ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.006545

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)