Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-433.htm
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
İctimaiyyətlə əlaqələr şöbəsi
2 oktyabr 2016-cı il tarixində Rusiya Federasiyasında “Meqa talant” distant olimpiadası keçirilmiş, dünyanın müxtəlif ölkələrindən tələbələr bu olimpiadada iştirak etmişlər.

 

Qeyd edək ki, müasir dövrdə təhsil sahəsində aparılan islahatlar gənc istedadların üzə çıxarılmasına səbəb olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında da tələbə-gənclərə təhsil sahəsində uğurlara imza atmaları üçün lazımi şərait yaradır. Sevinc hissi ilə deyə bilərik ki, filialın “Məktəbəqədər təlim və tərbiyə ixtisası” üzrə təhsil alan I kursunun 803-cü qrup tələbəsi Kəmalə Zeynal qızı Zeynalova “Dünyanin informasiya xəritəsi” adlı informatika müsabiqəsinin qalibi olmuş, 30 ballıq nəticədən 30 bal əldə etmiş, diplomla mükafatlandırılmışdır. Biz də bu yüksək nəticə və qalib gəlməsi münasibətilə istedadlı gənc tələbəmiz Kəmalə Zeynalovanı təbrik edir, onun bu qalibiyyəti ilə fəxr edir, həyatda , təhsil sahəsində yeni –yeni uğurlar arzu edirik.

 

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft