Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-434.htm
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Oktyabr ayının 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycandakı nümayəndələri ilə “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib.

 

Təqdimatda ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yaşar Hüseynəliyev, şöbənin əməkdaşları, GİZ-in Azərbaycan nümayəndəliyinin əməkdaşı Şəlalə Kamilova və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının əcnəbi nümayəndələri iştirak ediblər. Qeyd edək ki, təqdimatın məqsədi ADPU-nun dual (ikili təhsil) sisteminin formalaşmasında ən uğurlu, bacarıqlı və təcrübəli işçilərlə əməkdaşlıq, həmçinin, biliklər sisteminin yaranması və bacarıqların möhkəmləndirilməsidir. Qafqazda ilk-peşə ixtisas pilləsi üçün peşə bacarıqlarının formalaşdırılması, Avropa təcrübəsinə istinadən qarşılıqlı əməkdaşlıq yolu ilə təhsilin inkişafına dəstək məqsədilə təşkil olunmuşdu. Təqdimata əsasən dual təhsil sistemi təhsil müəssisələrini, o cümlədən ilk peşə təhsili müəssisələrini birləşdirir. Yeni sistemlə işləmək hər iki tərəfin maraqlarına, ən başlıcası isə əmək bazarına uyğundur. Görüş çox qənaətbəxş keçdi. Təqdimat zamanı meydana çıxan suallar yerli və əcnəbi nümayəndələr tərəfindən cavablandırıldı, mövzu ətrafında maraqlı fikirlər səsləndirildi. Sonda isə gələcəkdə layihənin ADPU-nun rəhbərliyi və GİZ Təşkilatının birgə razılığı ilə həyata keçiriləcəyi planlaşdırıldı.

 

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft