Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-435.htm
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
Yeganə Məmmədova, Fakültə üzrə pedaqoji təcrübənin rəhbəri
Oktyabr ayının 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində IV tədris ili tələbələrinin pedaqoji təcrübəsinin yekununa həsr olunmuş konfrans keçirilmişdir.

 

Konfransda Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva çıxış edərək bildirmişdir ki, fakültənin IV kurs tələbələrinin sentyabr ayının 15-dən pedaqoji təcrübələri başlanmışdır. Bu müddət ərzində “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə təhsil alan tələbələr Bakı şəhərinin 22, 119, 266, 88 nömrəli uşaq bağçalarında, həmçinin “Qərənfil”uşaq bağçasında,“Psixoloji xidmət” ixtisası üzrə təhsil alan tələbələr 44 və 36 nömrəli tam orta məktəblərində, “Korreksiyaedici təlim” ixtisası üzrə təhsil alan tələbələr isə ilk dəfə olaraq Bakı şəhərində fəaliyyət göstərən “Elit Otizm” Mərkəzində, “Daun sindromlu şəxslərin reabilitasiya” Mərkəzində, “Serebral iflicli uşaqların reabilitasiya “ Mərkəzində, “Psixoqanma” Psixoloji Mərkəzində, Psixonevroloji Dispanserdə, “Narınc” Psixoloji Mərkəzində 5 həftəlik pedaqoji təcrübə keçmişlər. Dekan Şəhla Əliyeva bu müddət ərzində tələbə və müəllimlərin fəaliyyətini yüksək qiymətləndirmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Konfransda ADPU-nun Təhsilin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin Təhsilin keyfiyyətinin idarə olunması və monitorinqi bölməsinin müdiri, dosent Razim Məmmədov və universitet üzrə pedaqoji təcrübənin rəhbəri Solmaz Məmmədova iştirak etmişlər. Konfransda eyni zamanda ADPU-nun Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, professor Museyib İlyasov, Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi Yeganə Məmmədova çıxış etmişlər. Konfransda “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə təhsil alan 401-ci qrup tələbələri Xədicə Səfərli, Mailə Kişiyeva, Rəhiməxanım Həsənli, İnarə Babayeva, Adilə Vəliyeva, “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil alan 408-ci qrupun tələbəsi Sevinc Abuşova, 409-cu qrupun tələbəsi Nigar Zərbizadə, “Korreksiyaedici təlim” ixtisası üzrə təhsil alan 406-cı qrupun tələbələri Aytac İsgəndərova, Günel Kərimova, Nuray Məmmədova, Dilarə Səmədova, 407-ci qrupun tələbələri Aysel Əlizadə, Səbinə Oruczadə təcrübə müddətində keçdikləri açıq dərslərin əhəmiyyətindən, bu müddət ərzində qazandıqları bilik və bacarıqlara görə təcrübə zamanı onlara yaxından köməklik göstərən müəllim kollektivinə öz minnətdarlıqlarını bildirdilər.

 

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft