Bu gün: 19 Sentyabr 2017, Çərşənbə axşamı
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Nəbi Əsədov, Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müəllimi
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində AMEA-nın bir qrup əməkdaşı, müəllimlər, gənc tədqiqatçılar və tələbələr, o cümlədən ADPU-nun Tarix və coğrafiya fakültəsinin “Tarix müəllimliyi” ixtisası üzrə təhsil alan II və III tədris ili tələbələri Kamran Hüseynli, Rəşad Əsgərov, Hikmət Hacıyev, Seymur Məmmədov, fakültənin Azərbaycan tarixi kafedrasının müəllimi Nəbi Əsədov 14-16 oktyabr 2016-cı il tarixində Şəmkir və Ağstafa rayonlarında maarifləndirici elmi turda iştirak ediblər.

 

Bu turun məqsədi tur iştirakçılarına Azərbaycanın dövlətçilik tarixində böyük rol oynayan Qafqaz Albaniyası haqqında  ətraflı məlumat çatdırmaq idi.

Əvvəlcə  tur çərçivəsində Gəncəyə gələn layihə iştirakçıları dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbəsini ziyarət etmişlər. Burada iştirakçılara böyük filosof-şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bəşəri poeziyanın ən gözəl örnəklərini yaradan Nizami Gəncəvinin bədii irsi, eyni zamanda, Azərbaycanın tarixi multikultural ənənələrini öyrənmək baxımından dəyərlidir. Daha sonra iştirakçılar Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın türbəsini ziyarət ediblər. Burada onlara XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb tarixi-siyasi vəziyyət haqqında məlumat verilib. Vurğulanıb ki, Cavad xanın dövlətçilik fəaliyyəti və onun yadelli istilaçılara qarşı apardığı mübarizə bu gün də hər bir azərbaycanlı üçün örnəkdir. Şəmkir rayonuna gedən tur iştirakçıları Şəmkir şəhərində yerləşən, XX əsrin əvvəllərinin yadigarı olan lüteran kirxasını ziyarət ediblər, abidə və Şəmkir şəhərinin alman dövrü haqda məlumatları dinləyiblər. Sonra Şəmkir şəhərində gəzintiyə çıxaraq şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar. Axşam tur iştirakçıları Şəmkirdəki Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Burada Ulu Öndərin zəngin irsi barədə iştirakçılara geniş məlumat verilmiş, onun siyasi fəaliyyəti haqqında məqamlar söylənilmişdir. Daha sonra elmi tur iştirakçılarına Mərkəzin kitabxanası nümayiş etdirilmişdir. Heydər Əliyev Mərkəzinin həm xarici memarlığı, həm də daxili tərtibatı tur iştirakçılarını valeh etmişdir. Mərkəzlə tanışlıqdan sonra Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir Bilik Evinin Təşkilatçılığı  ilə rayon ziyalılarının iştirakı ilə dəyirmi masa təşkil edilmiş, burada “Azərbaycan multikulturalizmi” proqramı çərçivəsində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı keçirilmişdir. Çıxışlar zamanı multikulturalizm sahəsində görülən işlərdən, Azərbaycanın qədimdən multikulturalizmin beşiyi olmasından danışılıb. Tarix elmləri doktoru Tarix Dostiyevin qədim Şəmkir şəhəri haqqında məruzəsi dinlənilib. Daha sonra tədbir fikir mübadiləsi ilə davam etmişdir. Universitetimizin tələbələri sual-cavab mərhələsində fəal iştirak edərək Qafqaz Albaniyasının siyasi, iqtisadi, mədəni həyatı və tarixi-coğrafiyası  barədə biliklərini dəyirmi masa iştirakçıları ilə bölüşmüşlər. Tədbirdən sonra tur iştirakçılarına Heydər Əliyev Mərkəzinin Şəmkir şəhəri haqqında nəşr etdiyi kitab hədiyyə olunub. Axşamlar asudə vaxtlarının səmərəli keçirilməsi üçün turda iştirak edən tələbələr arasında “Qafqaz Albaniyasının irsi” mövzusunda sual-cavab oyunu təşkil olunmuş, tələbələrimiz öz elmi bilikləri və dünyagörüşləri ilə digər universitet tələbələrindən fərqlənmişlər.

Oktyabrın 15-də  elmi turun iştirakçıları Şəmkirin Muxtariyyə kəndi yaxınlığında Qafqaz Albaniyasının yadigarı olan qədim Şəmkir şəhərinin qalıqlarını ziyarət ediblər. Bələdçi, tarix elmləri doktoru T.Dostiyev tur iştirakçılarına qədim Şəmkir şəhərinin qalıqları barədə məlumat verib. Bildirilib ki, Şəmkir orta əsrlərdə Arran memarlıq məktəbinin əsas mərkəzlərindən biri olub. IX əsrin ikinci yarısı – X əsrdə bu şəhər mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilib, XI-XII əsrlərdə çiçəklənmə çağını yaşayıb, lakin Şəmkir şəhərinin inkişaf ahəngini monqol işğalı pozmuşdur. Belə ki,1235-cı ildə şəhəri ələ keçirən işğalçılar onu xarabazara çevirmişlər. T.Dostiyev arxeoloji qazıntıların necə aparılması, arxeoloji sahələrin bərpası və konservasiyası, tapılan nümunələr haqqında geniş məlumat vermişdir. BDU və ADPU-nun tarix ixtisasında təhsil alan tələbələri qədim şəhərin Narınqala və Şəhristan hissəsində aparılan arxeoloji qazıntılarda iştirak etmişlər. Sonda ekspedisiya rəhbəri qədim şəhərlə bağlı sualları cavablandırmışdır.

Daha sonra tur iştirakçıları Ağstafa şəhərinə yola düşdülər. Burada şəhər ilə, xüsusilə yeni yaradılan “Azərbaycan” parkı ilə yaxından tanış olublar. Parkda Azərbaycanın tarixi-memarlıq və təbiət abidələri miniatür formada öz əksini tapmışdır. Parkla tanışlıqdan sonra tur iştirakçıları ulu öndər Heydər Əliyevin heykəli qarşısında xatirə şəkli çəkdirmişlər. Daha sonra Ağstafa şəhərindəki Yazıçılar Evində “Azərbaycan multikulturalizmi” proqramı çərçivəsində yerli ziyalılarla görüş və dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə AMEA-nın alimləri qonaqlara  rayonda olan alban abidələri haqda apardıqları araşdırmalar barədə məlumat vermişlər. Tədbirdən sonra tur iştirakçılarına “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı buklet-albom və Qoruq haqda çəkilmiş filmin CD-i diski hədiyyə olunmuşdur.

Turun üçüncü günündə iştirakçılar Ağstafa rayonda yerləşən, Azərbaycanın maddi-mədəni irsi - Qafqaz Albaniyasının abidələrinin qiymətli nümunələrindən olan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilən abidəyə yollanıblar. Qoruğa səyahət Qoruğunun direktoru Musa Mursaqulovun bələdçiliyi ilə keçib. Elmi turun iştirakçıları erkən orta əsrlər dövrünə məxsus alban abidəsi ilə tanış olublar. Belə ki, Azərbaycan multikulturalizminin ilkin qaynaqlarını mühafizə edən bu məkanda 70-dək mağara – ibadətgahlar, ilkin orta əsrlərə aid bir qala, bir məbəd və bir inanc yerinin olması səfər iştirakçılarının diqqətinə çatdırılıb. Bələdçi Azərbaycan tarixinin həqiqətlərini səfər iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, buradakı təbii mağaraların yaşı 2 min ili keçir, bu məkan xalqımızın ulu əcdadlarının xristianlığa qədərki inancları ilə bağlı olmuş, bütpərəst əhali - aya, günəşə tapınanlar dini baxışlarını hifz etmək üçün bu dağlara çəkilib həyat sürmüşlər. Sonra atəşpərəstlər dini etiqadlarını davam etdirmək üçün qayalarda çapıb düzəltdikləri mağara-sığınacaqlarda yaşamışlar. Eramızın I-II əsrlərindən başlayaraq xristian missionerlər Qafqaz Albaniyasında xristianlığı təbliğ etmişlər. IV əsrdə Qafqaz Albaniyasında xristianlıq rəsmi dövlət dini olduqdan sonra məbədlərin inşasına başlanılmışdı. Bələdçi onu da diqqətə çatdırmışdır ki, VII əsrin ortalarından başlayaraq, Qafqaz Albaniyasında İslam dininin yayılmasına baxmayaraq, xristianlıqdan imtina etməyən albanlar sıldırım qayalarda yerləşən qala tipli tikilini inşa etmişlər. “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna edilən ziyarət turun ən maraqlı hissəsi idi. Xüsusi ilə Keşikçidağ mağaralar kompleksindəki freskalar öz rəngarəngli ilə tur iştirakçılarını heyrətləndirmişdir.

Turun sonunda qoruğun ərazisində yüksəkliklərdən biri olan, Azərbaycan Prezidentinin şərəfinə adlandırılan "İlham Əliyev adına zirvə" tur iştirakçılarına göstərilib və önündə xatirə şəkli çəkdirilmişdir.

Qafqaz Albaniyasının sirli dünyasının öyrənilməmiş səhifələrini əyani şəkildə görən elmi turun iştirakçıları oktyabrın 16-da Bakıya geri dönmüşlər.

Ümumilikdə universitetimizin Tarix və coğrafiya fakültəsinin tələbələri bu səfərdə fəal iştirakı ilə seçilmiş, bir neçə televizya kanalı və KİV-lərə müsahibə verərək təəssüratlarını və tur haqqındakı düşüncələrini bölüşmüşlər.

 

 

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.01374

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)