Bu gün: 26 Fevral 2017, Bazar
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Oktyabr ayının 24-25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3 nömrəli tədris binasında “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib. Universitetin Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin təşəbbüsü ilə keçirilən “Rənglərin sirri” konfrans-müsabiqədə 100-dən çox rəsm əsəri nümayiş etdirilib, 60-a yaxın tələbə bu müsabiqədə iştirak edib.

 

Eyni zamanda konfrans-müsabiqədə respublikamızın tanınmış rəssamları, musiqiçiləri də iştirak ediblər. Münsiflər Heyəti tərəfindən tələbələrdən 1 nəfəri I yerə, 2 nəfəri II yerə, 3 nəfəri isə III yerə layiq görülüb, digər iştirakçılar sertifikatla mükafatlandırılıblar. Qeyd edək ki, konfrans-müsabiqənin özəlliyi incəsənətin Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində tədris olunan 2 növü–rəsm və musiqinin təbiətindən irəli gəlir. Onu da qeyd edək ki, bir çox tanınmış və məşhur sənətkarlar öz yaradıcılıqlarında incəsənətin bu növlərindən istifadə ediblər. Xalqımızın dünya şöhrətli sənətkarları Toğrul Nərimanbəyovun, Müslüm Maqomayevin yaradıclıqları buna nümunədir. 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfrans-müsabiqədə nümayiş etdirilən əsərlərlə tanış olub və onları yüksək qiymətləndirib. Rektor fakültənin rəhbərliyini, müəllim və tələbələrini konfrans-müsabiqənin keçirilməsi münasibətilə təbrik edib, onlara təhsildə və yaradıcılıqda yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində yaradıcı mühit mövcuddur. Sənət, yaradıcılıq insandan xüsusi istedad tələb edir. Bu mənada konfrans-müsabiqənin keçirilməsinin bütövlükdə ADPU üçün əlamətdar və uğurlu bir hadisə olduğunu bildirib, tələbələrin yaradıcılığından qürur hissi keçirdiyini və yüksək təəssürat bəxş etdiyini vurğulayıb. Belə konfrans-müsabiqələr tələbə-gənclərin yaradıcılıq istedadlarının aşkara çıxarılmasına və inkişaf etməsinə, püxtələşməsinə, dünyagörüşlərinin artmasına, daxili mənəvi dünyalarının zənginləşməsinə, bədii-estetik zövqlərinin formalaşmasına müsbət təsir edir. Rektor çıxışında belə sərgilərin davamlı olacağına inamını ifadə edib və konfrans-müsabiqənin qaliblərinə sertifikatları təqdim edib.

Konfrans-müsabiqədə professor Cəmilə Həsənzadənin “Müasir Azərbaycan incəsənətində miniatür ənənələri”, İmruzə Hüseynovanın “İncəsənətdə sinkritizm”, dosent Samir Sadıqovun “Təsviri incəsənətdə musiqiçi obrazları”, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin tələbəsi, beynəlxalq müsabiqənin laureatı Lalə Ağayevanın Qara Qarayevin “Tsarkoye selo heykəli” pyesində impressionizmin təzahürü, həmin fakültənin tələbələri: Simuzər Məmmədovanın Qara Qarayevin “Eskiz” əsəri, Zəhra Qasımovanın “Arif Məlikovun rəsm əsərlərinin musiqi ilə vəhdəti”, həmçinin Arif Məlikovun “Prelüd” əsəri, fakültənin vokal qrupunun Arif Məlikovun “Güllər” əsəri, fakültənin tələbəsi Sənəm Rəhmanovanın və baş müəllim Gülarə Aslanovanın Arif Məlikovun “İki qəlbin dastanı” baletindən Komdenin rəqsi, fakültənin müəllimi Arzu Zeynalovanın “Azərbaycan xalçalarında impressionizmin təzahürü”, fakültənin saz ansamblının üzvlərinin “Qarabağ şikəstəsi”, vokal qrupunun “Cənnətim Qarabağ” məruzələri və çıxışları dinlənilmişdir.

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin dekanı, dosent Laçın Həsənova çıxış edərək konfrans-müsabiqənin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

Konfrans-müsabiqənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

 

 

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.0071

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)