Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-439.htm
Filologiya fakültəsi Elmi Şurasının iclası
Filologiya fakültəsi Elmi Şurasının iclası
Filologiya fakültəsi
27 oktyabr 2016-cı il tarixdə saat 1100-da Filologiya fakültəsinin elmi şurasının növbəti iclası keçirilmişdir. Fakültə dekanı, şura sədri, professor Buludxan Xəlilov əməkdaşları salamladıqdan sonra “Payız imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr” haqqında məlumat verdi. Yazılı kollokviumların keçirilməsi, münaqişə komissiyası, koordinatorlar, imtahanların obyektiv və şəffaf keçirilməsi barədə danışdı.

 

Elmi Şurada Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrası üzrə 30, Ədəbiyyat və onun tədrisi metodikası kafedrası üzrə 20 nəfər I tədris ilinin əyani şöbəsinin magistrlərinin dissertasiya mövzuları təsdiq olundu. Sonra isə fakültə elmi katibi, dosent Sevinc Sadıxova şura üzvlərini cari məsələlərlə tanış etdi. Cari məsələlərdə əməkdaşların proqramları və dərsliyi müzakirə olundu və onların çap olunması məqsədəuyğun sayıldı.

 

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft