Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-441.htm
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Kitabxanada bir gün” adlı tədbir keçirilib.

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova bu günün əhəmiyyətindən danışaraq, kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb, tədbirin təşkilatçılığına görə Bilik Fonduna təşəkkürünü bildirib. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Beynəlxalq Məktəb Kitabxanaları günü münasibətilə kitabxanaçıları təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Sonra icraçı director Bilik Fondunun kitab və kitabxanalarla bağlı gördüyü işlərdən, keçirdiyi tədbirlərdən danışıb. MEK-in Kitabxana-Xidmət şöbəsinin Fondların mühafizəsi bölməsinin əməkdaşı Adilə Məmmədova “Nadir kitab fondu”nda mühafizə olunan "Miniatür kitab kolleksiyası"nı təqdim edib. Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Fondun təşəbbüsü və dəstəyi ilə ingils dilinə tərcümə olunaraq dərc edilən “Azərbaycan nağılları” toplusunu təqdim edib. Bildirib ki, nağıllar Bilik Fondunda təcrübə keçən ali məktəb tələbələri tərəfindən tərcümə olunub və nağıllara illüstrasiyaları da balaca rəssamlar çəkiblər. Qeyd edək ki, ADPU-nun Elm və innovasiyalar şöbəsinin əməkdaşı Zenfira Seyidova bu maraqlı tədbirdə iştirak edib. Əməkdaşımız məktəb kitabxanaları ilə bağlı maraqlı diskussiyada çıxış edib, söylənilən fikirlərə münasibət bildirib, kitabxanaların fəaliyyətinin daha da yaxşılaşdırılması yollarından danışıb. Daha sonra MEK-in Kitabxana-Xidmət şöbəsinin Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva tərəfindən sentyabr-oktyabr ayları ərzində kitabxanaya daxil olan yeni sənədlərin təqdimatı olub. Sonda bir qrup kitabxanaçı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən təşəkkürnamə ilə təltif edilib.

 

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft