Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-442.htm
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına” dəyişiklik edilməsi haqqında 12 fevral 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində (ADPU) Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) təsis edilib.

 

ADPK-də 2016-cı ildə 9 ixtisas üzrə: informatika, fiziki tərbiyə, texnologiya, təsviri incəsənət, musiqi, ibtidai sinif müəllimliyi, ailə və ev təhsili,  məktəbəqədər təlim və tərbiyə, peşə təlimi (mühasibat uçotu, nəqliyyat daşımalarının təşkili,yol hərəkətinin təşkili, informasiya texnologiyaları sistemləri, geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi) 3900 nəfər tələbə təhsil alır.

Kollecdə “Azərbaycan Respublikasında təhsilinin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi üçün təhsilin məzmunun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılması, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizminin, müasir tələblərə uyğun və ömürboyu təhsili təmin edən təhsilin yaradılması istiqamətində fəaliyyət planı hazırlanmışdır. Dövlət Strategiyasının reallaşdırılması üçün müəllimlərin dərs və dərsdənkənar fəaliyyətinin inteqrasiyasının təmin edilməsinə, təhsil prosesində onların istiqamətləndirici və koordinator fəaliyyətinin gücləndirilməsinə, elektron təhsilin imkanlarından daha geniş yararlanmasına diqqət göstərilir.

Bu, bir faktdır ki, təhsil müəssisəsinin gücü həmin təhsil müəssisəsində fəaliyyət göstərən müəllimlərin peşəkarlıq səviyyəsindən asılıdır. Müəllim hazırlığı ilə məşğul olan bu təhsil müəssisəsinin təhsilverənlərinin pedaqoji ustalığın inkişafına, zəruri kompetensiyaların formalaşdırılmasına, müasir təlim metodlarının mənimsənilməsinə diqqət artırılmışdır.

 Qeyd edək ki, ilk dəfə olaraq respublikamızın orta ixtisas təhsili müəssisələri arasında Təhsil Nazirliyinin dəstəyi ilə 15 iyul 2016-cı il tarixdə kollecin müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılmışdır. Belə bir qiymətləndirmənin keçirilməsi müəllimi peşə hazırlığını  və peşə məsuliyyətini artırmağa məcbur edir.

İmtahan verən müəllimlər 2 saat ərzində 60 sualdan ibarət test suallarını cavablandırmış və  əlavə olaraq təqdim olunmuş esse mövzularını işləmişlər. Qiymətləndirmə üçün hazırlanmış testlər 60 sualdan ibarət olmaqla, ixtisas fənni, pedaqogika, psixologiya, kurikulum, fəal-interaktiv təlim, məntiq və İKT sahəsində bilik və bacarıqları  əhatə etmişdir.

         Müəllimlərin hərtərəfli dəyərləndirilməsi, dünyagörüşü və yaradıcı potensialının öyrənilməsi məqsədilə onlara  iki mövzuda esse yazı işləmək təklif olunmuşdur. Qiymətləndirmənin nəticələri hesablanmış və təhlil olunmuşdur. Qiymətləndirmənin nəticələri göstərmişdir ki, müəllimlərin ciddi peşəkar inkişafa ehtiyacları var.

         Müəllimlərin peşəkar inkişafı üçün kollecdə xüsusi strategiya hazırlanmışdır, təhsilverənlərin peşəkarlığının qiymətləndirilməsi tədris ili boyunca davam etdiriləcəkdir.

         Onu da qeyd edək ki, keçmiş Bakı Sənaye-Pedaqoji Kollecində ənənəvi olaraq ilk peşə ixtisası müəssisələri üçün islehsalat təlimi ustaları və pedaqoji kadrlar  hazırlanmışdır. Hazırda bu istiqamətdə kadr hazırlığı prosesinin maddi- texniki bazasının gücləndirilməsi və keyfiyyətin yüksəldilməsi üçün əlavə investisiyalara, müasir avadanlıqlarla təmin edilmiş laboratoriyaların yaradılmasına ehtiyac vardır.

 

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft