Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-443.htm
Bir həftə Saymendə
Bir həftə Saymendə
Yaqut Rzayeva, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent
Bu il oktyabr ayının 10-14-də Finlandiyanın Saymen Tətbiqi Elmlər Universitetində “Saymen çağırır” beynəlxalq həftəsi keçirildi. Saymen Tətbiqi Elmlər Universitetində Avropanın 90-a yaxın ölkəsindən dəvət almış və ustad dərsləri nümayiş etdirən qabaqcıl müəllimlər bir araya gəldi.

 

“Saymen çağırır” beynəlxalq həftəsində iştirak etmək üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsilin pedaqogikası və  metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva, dosent, Əməkdar müəllim Tamella Vahabova, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İsmət Məmmədova, baş müəllim Mələk Zamanova, Ümumi coğrafiya kafedrasının dosenti Nərminə Süleymanova da dəvət almışdılar.

Saymen Tətbiqi Elmlər Universitetində  keçirilən ziyafətdə universitetin rektoru xanım Anneli Pirttila iştirakçıları salamladı və  ölkələrin adlarını sadalayarkən ilk olaraq Azərbaycan nümayəndə heyətinin ikinci dəfə bu tədbirdə iştirak etdiyini vurğuladı. Rektorun çıxışından sonra İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Y.Rzayeva  çıxış edərək beynəlxalq həftədə iştirak etmək üçün dəvət aldıqlarına görə öz minnətdarlığını bildirdi, universitet rəhbərliyi və kollektivi adından  Azərbaycanı təmsil edən xatirə hədiyyələrini təqdim edərək ümidvar olduğunu bildirdi ki, yaradılmış bu əlaqələr gələcəkdə daha da genişləndiriləcək.

Dosent Y.Rzayeva, dosent T.Vahabova, dosent İ.Məmmədova, dosent N.Süleymanova və baş müəllim M.Zamanova mühazirə  və  seminar dərsləri daxil olmaqla 30-dək dərsdə iştirak edərək Avropanın qabaqcıl müəllimlərinin müasir texnologiyaların səmərəli tətbiqi ilə həm mühazirə, həm də seminar mövzuları ilə Saymen Tətbiqi Elmlər Universitetinin tələbələrinə keçdikləri ustad dərsləri  dinləmiş, özləri də əvvəlcədən göndərilmiş mövzular üzrə dərslər aparmış,   müzakirələrdə  fəal iştirak  edərək həmin dərslərə öz münasibətlərini bildirmiş və müvafiq sertifikatlar almışlar. Dosent Y.Rzayeva “Yeni təlim texnologiyalarının  öyrənmə prosesində rolu” mövzusunda  “Universitetinizin siması” diskussiyasında çıxış etdi.

 Həftənin sonunda  İmatra şəhərində Saymen Tətbiqi Elmlər Universitetinin Turizm fakültəsinin tələbələrinin təhsil aldıqları kampusda beynəlxalq həftəyə yekun vuruldu. Tələbələrin hazırladıqları şam yeməyi, onların  xidməti  və özfəaliyyəti ilə müşayiət olunan gecədə universitetin prorektoru yekun nitqi söylədi və tələbələrin özfəaliyyət konserti ilə gecəyə yekun vuruldu.

 

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft