Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-444.htm
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
İctimaiyyətlə əlaqalər şöbəsi
Sumqayıt Dövlət Universitetində (SDU) oktyabr ayının 27-28-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Müəllim-tələbə münasibətləri: pedaqoji-psixoloji aspektlər” mövzusunda Respublika elmi konfransı keçirilmişdir.

 

Konfransın proqramı və materialları nəfis şəkildə çap edilərək iştirakçılara təqdim edilmişdir. Konfransda 183 nəfər tədqiqatçının məruzəsi dinlənilmişdir. Universitetimizin İbtidai təhsilin pedaqogikası və metodikası, Ümumi pedaqogika, Ümumi psixologiya, Yaş və pedaqoji psixologiya kafedralarının və filialların 40 nəfər əməkdaşı konfransda müəllim-tələbə münasibətlərinin müxtəlif aspektləri ilə bağlı maraqlı məruzələrlə çıxış etmiş, elmi disskussiyalarda fəallıq nümayiş etdirmişlər. Konfransda SDU-dan sonra ən çox nümayəndə ilə məhz ADPU təmsil olunmuşdur. Plenar iclasda İbtidai təhsil fakültəsinin dekanı, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov ADPU-nun rektoru, professor Cəfər Cəfərovun və professor-müəllim və tələbə kollektivinin adından konfrans iştirakçılarını salamlamış, konfransın işinə uğurlar arzulamışdır. Plenar iclasda professor F.Rüstəmovun “Azərbaycanda ibtidai sinif müəllimi hazırlığı: problemlər və perspektivlər”, Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyevin “Müəllim-tələbə münasibətlərinin psixoloji aspektləri”, Ümumi pedaqogika kafedrasının dosenti Heydər Cəfərovun “Müəllim-tələbə münasibətlərinin valeoloji aspektləri” mövzusundakı məruzələri də maraqla qarşılanmışdır. SDU-nun rektoru, professor Elxan Hüseynov konfransın işinə böyük maraq göstərdiklərinə, 40 nəfərlik nümayəndə heyəti ilə təmsil olunduqlarına, maraqlı məruzələrlə çıxış etdiklərinə və elmi müzakirələrdə fəallıq göstərdiklərinə görə ADPU-nun əməkdaşlarına təşəkkür etmiş, onların konfransda iştirakına şərait yaratmış rektor professor Cəfər Cəfərova minnətdarlığını ifadə etmişdir.

 

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft