Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-445.htm
Elmi-innovativ seminar
Elmi-innovativ seminar
İctimaiyyətlə əlaqalər şöbəsi
Oktyabr ayının 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında elmi-innovativ seminar keçirildi. Seminarda filialın professor-müəllim və tələbə heyəti iştirak etdi.

 

Təbiət və pedaqoji elmlər kafedrasının təşəbbüsü ilə keçirilən seminarda kafedranın müəllimi, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim Rüfər Hüseynzadə “Müəllim səriştəliliyi və peşəkarlığı” mövzusunda geniş məruzə ilə çıxış etdi. Məruzəçi müəllim səriştəliliyi və peşəkarlığının səciyyəvi cəhətlərindən danışaraq qeyd etdi ki, səriştəli müəllim  anlayışı ümummilli liderimiz Heydər Əliyev tərəfindən dəyərli fikirlərlə ifadə olunmuşdur. Ulu Öndərimiz demişdir: "Hər bir ali məktəb müəllimi gərək öz sahəsində səriştəli olsun, geniş ümumi məlumata, yaxşı pedaqoji vərdişlərə, mühazirə oxumaq, dərs demək, öyrətmək, tərbiyə etmək üçün bütün başqa zəruri keyfiyyətlərə malik olsun. Bunun üçün gərək hər bir ali məktəb müəllimi elmi biliklərdən əlavə, yaxşı nitq, dil qabiliyyətinə, natiqlik məharətinə, bütün başqa pedaqoji keyfiyyətlərə və vərdişlərə yiyələnsin ki, bütün bunlar üst-üstə ona həqiqətən yaxşı tərbiyəçi olmaq imkanı versin".

Məruzədə səriştəli müəllim kadrlarının yetişdirilməsi problemlərinə toxunuldu və  bununla bağlı təhsil strategiyasının əsas istiqamətləri haqqında şərhlər verildi.

Sonda professor R.Hüseynzadə müəllim və tələbələri maraqlandıran sualları ətraflı cavablandırdı.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft