Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-446.htm
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
İctimaiyyətlə əlaqalər şöbəsi
29 oktyabr 2016-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) universitetin yaranmasının 95 illiyinə həsr edilmiş “Nə? harada? Nə zaman?” intellektual oyunu üzrə universitet kuboku keçirilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov bu intellektual bilik yarışını müşahidə edib.

 

ADPU-nun Tələbə Gənclər Təşkilatının (TGT) İntellektual Klubları Assosiasiyasının və İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə keçirilmiş intellektual yarışın final mərhələsində ADPU-nun Quba Filialı da iki komanda ilə iştirak edib. Qeyd edək ki, yarışda iştirak edən Quba Filialının komandaları 15 oktyabr 2016-cı il tarixdə filialda keçirilən seçim mərhələsində I və II yerləri tutmuşdur. Sevindirici haldır ki, “Kron” komandası fərqlənmiş və birincilik əldə etdiyinə görə komanda üzvləri kubok və diplomlarla mükafatlandırılmışlar. Bütün kollektivi və komanda üzvlərini bu qalibiyyət münasibətilə təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft